Müsavat Partiyası ilə AXCP-nin birləşməsi ideyası xaricdən verilmiş sifarişin icrasıdır
17.07.2010 [11:10]
Müsahibimiz Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini, İcra katibi, millət vəkili Əli Əhmədovdur:
- Əli müəllim, ATƏT ölkələri xarici işlər nazirlərinin Qazaxıstanın Almatı şəhərində keçiriləcək görüşü çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin də bir araya gələcəyi və Dağlıq Qarabağ məsələsi ilə bağlı müzakirələr aparacağı gözlənilir. Siz bu görüşdən nə gözləyirsiniz?
- Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı ümid yarada biləcək bir intensivlik müşahidə olunmaqdadır. Danışıqlar prosesindəki bu intensivlik hesab edirəm ki, ədalətli bir həll modelinin tapılmasına gətirib çıxaracaq. İntensivliklə yanaşı, eyni zamanda, bütövlükdə danışıqlar prosesində Azərbaycanın mövqeyinin daha ciddi şəkildə əks olunduğu da müşahidə edilməkdədir. Güman edirəm ki, bunun da ciddi əsasları var. Azərbaycanın inkişafı, mövqelərinin möhkəmlənməsi, təbii ki, ordumuzun güclənməsi, ölkəmizin regionda və beynəlxalq müstəvidə əhəmiyyətinin artması, xüsusi olaraq qeyd etmək istəyirəm ki, Azərbaycan diplomatiyasının hücumçu fəaliyyəti və onun nailiyyətləri danışıqlar prosesində ölkəmizin mənafeyinin aydın şəkildə ifadə olunmasını şərtləndirən başlıca səbəblərdir. Digər tərəfdən, bütün bunlarla əlaqədar olaraq, beynəlxalq icma və münaqişənin nizamlanmasına cəlb olunmuş vasitəçilər də açıq şəkildə etiraf etmək zorunda qalırlar ki, işğala son qoymağın zamanı çatıb. Burada limit artıq tükənib, məsələni bundan artıq uzatmaq mümkün deyil. Bununla əlaqədar olaraq, intensivliklə yanaşı, dediyim kimi, Azərbaycanın mövqelərinin daha aydın şəkildə hiss olunması danışıqlar prosesində açıq formada özünü göstərməkdədir. Bu kontekstdən yanaşdıqda Almatıda keçiriləcək görüşlərdən əhəmiyyətli bir nəticə gözləmək mümkündür. Amma eyni zamanda qeyd etmək istəyirəm ki, münaqişənin nizama salınması ilə bağlı danışıqlar prosesi bundan sonra da davam edəcək və düşünürəm ki, Almatı danışıqları bu münaqişənin həll olunmasında əhəmiyyətli bir mərhələ kimi yadda qalacaq.
- Necə hesab edirsiniz, uzun müddətdən bəri gündəmdə olan “Madrid prinsipləri” Azərbaycanın maraq və mənafelərinə uyğundurmu? Qeyd edək ki, Azərbaycanda da bununla bağlı narahatlıqlar var...
- Əgər “Madrid prinsipləri”nə diqqətlə nəzər salsaq, bu, Azərbaycanın həmişə tərəfdar olduğu münaqişənin mərhələli həll modelini özündə ehtiva edir. Bildiyiniz kimi, Azərbaycan münaqişənin nizama salınması ilə əlaqədar bundan əvvəl də məhz mərhələli şəkildə münaqişənin nizama salınması modelini təklif etmişdi. Ermənilər uzun müddət bunu qəbul etmədilər. Amma bu model bir sıra müzakirələrdən və mərhələlərdən keçdikdən sonra həmin “Madrid prinsipləri” yeniləşmiş “Madrid prinsipləri” şəklində ortaya çıxdı. Demək olar ki, bu gün Azərbaycan cəmiyyətində də, elə digər sferalarda da “Madrid prinsipləri”nin başlıca normaları artıq hamıya məlumdur və bunun özü də onu göstərir ki, bu, Azərbaycanın maraqlarına daha uyğun şəkildə münaqişənin həll modeli sayıla bilər. Burada ilk növbədə Azərbaycanın işğal altında olan torpaqlarının azad edilməsindən söhbət gedir. Burada həmçinin Azərbaycanın işğal olunmuş torpaqlarından məcburi köçkün vəziyyətinə düşmüş insanların öz yurd-yuvalarına qayıtması, təhlükəsizlik mexanizmlərinin təmin edilməsi nəzərdə tutulur və eyni zamanda, Dağlıq Qarabağın statusu üzərində də müəyyən fikirlər var. Bu statusun məhz gələcəkdə formalaşması və həll edilməsi ilə də bağlı ilkin razılaşmanın ortada olduğu qənaətinə gəlmək olar. Beləliklə də burada Azərbaycan maraqlarının mümkün reallıqlar çərçivəsində əks olunduğunu söyləmək olar. Mən belə hesab edirəm ki, dəfələrlə verilən açıqlamalar da bunu aydın şəkildə göstərir. Digər bir tərəfdən, Ermənistanın münaqişənin bu şəkildə nizama salınmasını süngü ilə qarşılaması onu da göstərir ki, təklif olunan nizamasalma lahiyəsi daha çox Azərbaycanın maraqlarına uyğun gəlir.
- Yeri gəlmişkən, qarşıdan növbəti parlament seçkiləri gəlir. Bu baxımdan, seçkilərlə bağlı gözləntiləriniz nədən ibarətdir? Eyni zamanda, növbəti seçkilər ilində Dağlıq Qarabağ münaqişəsinin həlli mümkün görünürmü?
- Mən istəməzdim ki, bu iki hadisəni bir-biri ilə qarışdıraq. Seçkilərin öz həll prosesləri var və müddətləri mövcuddur. Münaqişənin nizama salınması isə tamam başqa formatda və başqa müstəvidə həyata keçirilir. Bunu bir-biri ilə bağlamağa ehtiyac yoxdur. YAP olaraq biz qarşıdan gələn parlament seçkilərində, təbiidir ki, daha böyük nailiyyətlər əldə etməyi nəzərdə tuturuq və hesab edirəm ki, buna da haqqımız çatır. çünki 2005-ci ildən sonra Azərbaycan əhəmiyyətli dərəcədə inkişaf edib, iqtisadiyyatı yüksəlib, insanların həyatı dəyişib, Azərbaycan müasirləşib. Həmçinin, vətəndaşların Azərbaycan iqtidarının həyata keçirdiyi siyasətin nəticələrini dəstəkləməsi sayəsində Azərbaycan hakimiyyətinin ictimai dəstəyi daha da güclənib, YAP-ın ictimai nüfuzu daha da artıb. Partiyamızın üzvlərinin bu illər ərzində sayı xeyli artıb...
- Təxminən nə qədər?
- Əgər 2005-ci ildə YAP-ın təxminən 370 minə yaxın üzvü var idisə, indi partiya üzvlərinin sayı artıq 510 mini ötüb. Bütün bunların hamısı qarşıdan gələn parlament seçkilərində bizim 2005-ci ildə əldə etdiyimiz nailiyyətlərdən daha əhəmiyyətli, daha böyük uğur qazanmağa haqqımızın, əsasımızın olduğunu göstərir. Bu haqqı da bizə verən Azərbaycan seçicilərinin YAP-a, Azərbaycan iqtidarına dəstəyinin güclənməsidir. Bizim gözləntilərimiz bundan ibarətdir və güman edirəm ki, YAP olaraq bu gözləntilərimizi real işə çevirmək imkanına malikik, bunu da edə biləcəyik. O ki qaldı Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə növbəti seçkilərin zaman kəsiyində birləşməsi məsələsinə, onu demək istəyirəm ki, əlbəttə, Azərbaycan cəmiyyəti, o cümlədən hər bir azərbaycanlı, YAP üzvləri münaqişənin çox tez bir zamanda həll olunmasının tərəfdarıdır. Amma bu təkcə Azərbaycandan asılı deyil, bu, bütövlükdə danışıqlar prosesinin uğurlu gedişi ilə bilavasitə əlaqədardır. Bu, erməni tərəfinin nümayiş etdirə biləcəyi kontruktivizmdən asılıdır. Azərbaycan münaqişənin çox tez zamanda həll olunması üçün əlindən gələn, mümkün olan hər bir şeyi dünən də edib, bu gün də edir, bundan sonra da edəcək. Biz ümid edirik ki, münaqişə daha tez bir zamanda öz həllini tapacaq, amma necə olacaq, onu da zaman göstərəcək. Eyni zamanda güman edirəm ki, münaqişənin nizama salınması ilə əlaqədar Azərbaycanın apardığı çox ciddi mübarizə seçki dövrünün xüsusiyyətləri ilə heç də zəifləməyəcək. Azərbaycan bu istiqamətdə öz qarşısına qoyduğu vəzifənin həll olunması üçün bütün səylərini səfərbər edib və bu yöndə də səmərəli şəkildə fəaliyyət göstərir.
- Əli müəllim, növbəti seçkilərdə YAP-a mövcud siyasi təşkilatlardan hansınısa ciddi rəqib görürsünüzmü? Həmçinin, Müsavat Partiyası ilə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) birləşməsi ideyasına necə baxırsınız?
- Səmimi şəkildə etiraf etmək istəyirəm ki, bu gün YAP-ın qarşısına çıxacaq rəqib mövcud deyil. Nə partiyamızın nüfuzu baxımından, nə partiyamızın seçki təcrübəsi baxımından, nə də Azərbaycan vətəndaşlarının YAP-ı və Azərbaycan iqtidarını dəstəkləməsi nöqteyi-nəzərindən qarşıdan gələn parlament seçkilərində partiyamıza rəqib yaratmaq, rəqib olmaq parametrlərinə malik olan siyasi güc Azərbaycanda mövcuddur. Müxalifət düşərgəsinə gəlincə, təbiidir ki, mənim dediyim sözlər əsas etibarilə onlara aiddir. Sizə məlum olan proseslər - son vaxtlar müxalifət daxilində baş verən proseslər müxalifətin onsuz zəif olan gücünü daha da azaldıb. Onların daxilindəki rəqabət müxalifət daxilində seçki əhval ruhiyyəsindən daha çox daxili münasibətlərin müəyyənləşdirilməsi ab-havasının olduğundan xəbər verir. Onlar daxili çəkişmələrlə müxalifət daxilində nüfuz mübarizəsi aparırlar. Qoy onlar bununla məşğul olsunlar. Bizim buna elə bir etirazımız yoxdur. Amma biz YAP olaraq seçkilərlə məşğuluq. O ki qaldı müxalifət düşərgəsində iki partiyanın birləşməsi, birlik yaratması məsələsinə, belə hesab edirəm ki, bu, xaricdən verilmiş sifarişin icrasıdır. Daha konkret desəm, bu gün Müsavat Partiyası ilə AXCP-nin birləşməsi ideyası xaricdən verilmiş sifarişin icrasıdır. Seçki kampaniyasında bu kampaniyaya cəlb olunan siyasi təşkilatların dəstək mənbəyi xalqdır, seçicilərdir. Bundan kənar hər hansı bir dəstəyə ümid bəsləyənin uğur qazanacağı mümkünsüzdür. Bu vaxta qədər həmin partiyalar arasında dəfələrlə birlik yaradılıb və hər dəfə bu proses iflasa uğrayıb. Düşünürəm ki, bu dəfə də yaranacaq birlik tezliklə iflasa uğrayacaq. Bizim üçün bu partiyaların birləşməsi hər hansı təhlükə mənbəyi yarada bilməz. Nəinki onlar, onlara birləşməyənlər də belə o birliyə qoşulsalar da, onlar YAP-a təhlükə yaratmaq iqtidarında deyil.
NARDAR
Xəbər lenti
Hamısına bax
YAP xəbərləri
20 Sentyabr 21:14

Dünya
20 Sentyabr 20:18

YAP xəbərləri
20 Sentyabr 20:04

Xəbər lenti
20 Sentyabr 19:23

YAP xəbərləri
20 Sentyabr 19:15

YAP xəbərləri
20 Sentyabr 19:13

YAP xəbərləri
20 Sentyabr 19:09

YAP xəbərləri
20 Sentyabr 19:03

YAP xəbərləri
20 Sentyabr 18:58

İdman
20 Sentyabr 18:36

YAP xəbərləri
20 Sentyabr 17:28

Xəbər lenti
20 Sentyabr 17:12

YAP xəbərləri
20 Sentyabr 16:36

YAP xəbərləri
20 Sentyabr 15:29

Gündəm
20 Sentyabr 15:25

YAP xəbərləri
20 Sentyabr 14:41

YAP xəbərləri
20 Sentyabr 14:28

YAP xəbərləri
20 Sentyabr 13:54

Gündəm
20 Sentyabr 13:39

YAP xəbərləri
20 Sentyabr 13:22

Gündəm
20 Sentyabr 13:08

Gündəm
20 Sentyabr 12:56

YAP xəbərləri
20 Sentyabr 12:51

YAP xəbərləri
20 Sentyabr 12:38

Gündəm
20 Sentyabr 12:35

Gündəm
20 Sentyabr 12:16

Gündəm
20 Sentyabr 11:58

MEDİA
20 Sentyabr 11:35
YAP xəbərləri
20 Sentyabr 11:24

Sosial
20 Sentyabr 11:19

YAP xəbərləri
20 Sentyabr 11:06

Analitik
20 Sentyabr 10:53

Analitik
20 Sentyabr 10:34

Analitik
20 Sentyabr 10:15

YAP xəbərləri
20 Sentyabr 09:54

Analitik
20 Sentyabr 09:29

Analitik
20 Sentyabr 09:12

Sosial
20 Sentyabr 08:56

Ədəbiyyat
20 Sentyabr 08:32

Gündəm
20 Sentyabr 00:34

YAP xəbərləri
19 Sentyabr 23:19

Siyasət
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:00

YAP xəbərləri
19 Sentyabr 21:14

YAP xəbərləri
19 Sentyabr 20:42

YAP xəbərləri
19 Sentyabr 20:10

YAP xəbərləri
19 Sentyabr 19:07

Xəbər lenti
19 Sentyabr 18:49

Dünya
19 Sentyabr 18:25

YAP xəbərləri
19 Sentyabr 18:01

YAP xəbərləri
19 Sentyabr 18:00

Xəbər lenti
19 Sentyabr 17:54

Dünya
19 Sentyabr 17:19

Elm
19 Sentyabr 17:09

YAP xəbərləri
19 Sentyabr 17:06

YAP xəbərləri
19 Sentyabr 17:05

YAP xəbərləri
19 Sentyabr 17:03

Dünya
19 Sentyabr 16:51

Dünya
19 Sentyabr 16:22

YAP xəbərləri
19 Sentyabr 16:11

YAP xəbərləri
19 Sentyabr 16:04

Dünya
19 Sentyabr 15:33

Dünya
19 Sentyabr 15:12

YAP xəbərləri
19 Sentyabr 15:02

YAP xəbərləri
19 Sentyabr 15:01

YAP xəbərləri
19 Sentyabr 15:00

Dünya
19 Sentyabr 14:48

Formula 1
19 Sentyabr 14:47

Xəbər lenti
19 Sentyabr 14:46
