Məqsədimiz Azərbaycanda tütünsüz mühit yaratmaq üçün önləyici tədbirlərin görülməsidir
04.06.2010 [10:04]
- Musa müəllim, bu günlərdə Milli Məclisin Sosial siyasət komitəsinin təşəbbüsü ilə “Milli qanunvericilikdə tütün istifadəsinin məhdudlaşdırılması: reallıqlar, problemlər və perspektivlər” mövzusunda dəyirmi masa keçirildi. Dəyirmi masanın keçirilməsində məqsəd nədən ibarət idi?
- ümumdünya Səhiyyə Təşkilatının qərarı ilə 31 may dünyada tütünsüz gün kimi qeyd olunur. Həmin gün bütün dünyada siqaretçəkmənin orqanizmə zərərli təsirləri, onun mənfi vərdiş kimi aradan qaldırılmasına yönəldilmiş addımlar, bununla bağlı maarifləndirmə işlərinin aparılması, insan sağlamlığına zərər vura biləcək bu və ya digər vərdişlərin profilaktikası ilə bağlı müxtəlif tədbirlər keçirilir. Müstəqillik əldə edəndən sonra Azərbaycanda neçə illərdir ki, bu tədbirlər keçirilir. Milli Məclisdə Sosial siyasət komitəsinin təşkilatçılığı, Səhiyyə Nazirliyinin ictimai səhiyyə mərkəzinin və bir sıra QHT-lərin dəstəyi ilə keçirilən dəyirmi masa da həmin problemə həsr olunmuşdu. Dəyirmi masada müvafiq dövlət qurumlarının rəhbər şəxsləri iştirak edirdi. “Azərbaycanda siqaretçəkmənin məhdudlaşdırılması haqqında” Qanun layihəsi, həmçinin, belə bir sənədin qəbul olunması zərurəti və tətbiqi ilə bağlı məsələlər tədbirin əsas müzakirə mövzusu idi.
- Qeyd etdiyiniz qanun layihəsində problemin həlli yolları necə göstərilib? Siqaretçəkmənin məhdudlaşdırılması üçün hansı addımlar atılacaq?
- Məlumdur ki, Milli Məclisin Sosial siyasət komitəsi tərəfindən işçi qrupu yaradılıb və işçi qrup siqaretçəkmənin məhdudlaşdırılması haqqında qanun layihəsini işləyib hazırlayır. Layihə hazırlanarkən bir çox ölkələrin təcrübəsi öyrənilib. 12 maddədən ibarət olan sənəddə qapalı mühitdə, xüsusilə, ictimai tədbirlər keçirilən yerlərdə siqaretçəkmənin qadağan edilməsi önə çəkilir. İlk növbədə uşaq müəssisələrində, təhsil müəssisələrində, səhiyyə ocaqlarında, ictimai iaşə obyektlərində, ictimai nəqliyyatda və s. yerlərdə siqaret çəkilməsi qadağan olunur. İş yerlərində siqaret çəkmək üçün xüsusi yerlər ayrılmaqla məhdudlaşdırılır. Otellərdə siqaret çəkənlər üçün ayrıca nömrələr nəzərdə tutulur. Qanunun əsas mahiyyəti siqaretçəkmənin profilaktikasına yönəlib. Xüsusilə, kütləvi informasiya vasitələrində, televiziya və radiolarda bir ayda 90 dəqiqədən az olmayaraq siqaretçəkmənin mənfi təsirləri barədə maarifləndirici verilişlərin yayımlanması, məktəblərdə dərs saatlarında bu məsələyə yer verilməsi və müxtəlif maarifləndirici tədbirlərin, sərgilərin, konfransların keçirilməsi nəzərdə tutulur. Eyni zamanda, siqareti tərgidənlər üçün Səhiyyə Nazirliyi tərəfindən müvafiq işlərin görülməsi, xüsusilə, dövlət tibb müəssisələrində pulsuz müalicələrin həyata keçirilməsi qanunda öz əksini tapıb.
- Sənədin hazırlanmasında beynəlxalq təcrübənin öyrənildiyini vurğuladınız. Əsasən hansı ölkələrin təcrübəsindən istifadə olunub?
- Əsas məsələ bu qanunun real həyatda işləməsidir. Dünya təcrübəsində də rast gəlmişik ki, bir sıra ölkələrdə, konkret olaraq Rusiyada, Qazaxıstanda, Türkiyədə qanun birinci dəfə qəbul olunanda işləməyib. Türkiyədə bu qanun 1998-ci ildə qəbul olunsa da, 2008-ci ilədək işləməyib. 2008-ci ildə yeni qanun qəbul edildikdən sonra tətbiq olunmağa başlayıb. Rusiyada 1994-cü ildə belə bir sənəd qəbul olunsa da, hələ də işləmir. Qazaxıstanda iki dəfə qəbul edilsə də, tətbiq olunmur. Bütün bunları nəzərə alaraq biz hərtərəfli araşdırmalarımızı davam etdiririk. Hesab edirəm ki, Türkiyə və İslandiyaının təcrübəsini bu baxımdan məqsədəuyğundur. Ona görə də, hazırladığımız qanunda bu ölkələrin təcrübəsindən istifadə olunması ehtimalı böyükdür.
- Belə bir qanunun sadaladığınız ölkələrdə işləməməsinin səbəbi nədir? Sizcə, Azərbaycan da bu problemlə rastlaşmayacaq ki?
- Hesab edirəm ki, ilk növbədə ictimaiyyət belə bir qanuna hazır olmalıdır. Ona görə də, Azərbaycanda bu istiqamətdə neçə illərdirdir ki, təbliğat, maarifləndirmə işləri aparılır. Digər tərəfdən, qanunun işləmə mexanizmində mütləq cərimə sanksiyalarının həm reallığa söykənməsi, həm də onun tətbiqi ilə bağlı bütün detallar dəqiqliklə öz əksini tapmalıdır. Hazırda qanunun icrasına nəzarətin hansı orqana həvalə edilməsi məsələsi açıq qalır. Bəzi ölkələrdə bu məsələyə bələdiyyələr, digərlərində isə polis orqanları nəzarət edir. Səhiyyə və vergi orqanlarının nəzarət etdiyi ölkələr də var. Bizim qanunumuzda da bu məsələ dəqiqləşməlidir.
Digər tərəfdən, cərimə sanksiyalarının məbləği və onun tutulma qaydaları müəyyənləşməlidir. Avropa ölkələrində fiziki şəxslər üçün cərimə 50 avro məbləğindədir. Türkiyədə isə təxminən 50 dollar civarındadır. Hüquqi şəxslər üçünsə cərimə 2000 YTL-dən çoxdur. Azərbaycanda isə hansı məbləğin müəyyənləşməsi qanun qəbul olunandan sonra İnzibati Xətalar Məcəlləsinə ediləcək dəyişikliklərdə öz əksini tapacaq.
- Musa müəllim, necə hesab edirsiniz, belə bir sənədin qəbul olunması ictimaiyyətdə hər hansı narazılıq yaratmayacaq ki?
- Bu qanunun qəbul edilməsində məqsəd siqaret çəkənləri ikinci növ insanlar elan etmək, onlara qarşı total mübarizə tədbiri aparmaq deyil. Sadəcə, məqsədimiz Azərbaycanda tütünsüz mühit yaratmaq üçün önləyici tədbirlərin görülməsidir. Bu qanunun əsas hədəfi yeniyetmələr, gənclər və uşaqlar olacaq ki, pis vərdişlərə yiyələnməyin qarşısı alınsın və siqaretçəkmə pis vərdiş kimi yaxın illərdə Azərbaycan cəmiyyətindən kənarlaşsın.
Xəbər lenti
Hamısına baxXəbər lenti
16 İyul 15:44
Dünya
16 İyul 15:19
İdman
16 İyul 15:15
Hadisə
16 İyul 14:51
Dünya
16 İyul 14:22
İqtisadiyyat
16 İyul 14:15
YAP xəbərləri
16 İyul 14:06
Dünya
16 İyul 13:18
Siyasət
16 İyul 12:42
Siyasət
16 İyul 12:41
YAP xəbərləri
16 İyul 12:38
Dünya
16 İyul 12:35
YAP xəbərləri
16 İyul 12:34
Siyasət
16 İyul 12:33
Gündəm
16 İyul 11:58
Gündəm
16 İyul 11:49
Sosial
16 İyul 11:36
İqtisadiyyat
16 İyul 11:31
Dünya
16 İyul 11:17
Gündəm
16 İyul 11:10
Gündəm
16 İyul 11:06
Ədəbiyyat
16 İyul 10:47
Sosial
16 İyul 10:46
Gündəm
16 İyul 10:45
Dünya
16 İyul 10:32
İqtisadiyyat
16 İyul 10:30
Analitik
16 İyul 10:15
Gündəm
16 İyul 10:15
Gündəm
16 İyul 10:12
Siyasət
16 İyul 10:01
Sosial
16 İyul 09:50
YAP xəbərləri
16 İyul 09:35
Mədəniyyət
16 İyul 09:27
Sosial
16 İyul 09:22
Dünya
16 İyul 09:05
Dünya
16 İyul 08:50
İdman
16 İyul 08:34
Siyasət
16 İyul 08:20
Dünya
16 İyul 07:13
İqtisadiyyat
15 İyul 23:18
Xəbər lenti
15 İyul 22:43
Sosial
15 İyul 22:19
Sosial
15 İyul 21:50
Dünya
15 İyul 21:27
Sosial
15 İyul 21:13
İqtisadiyyat
15 İyul 20:43
Analitik
15 İyul 20:39
Dünya
15 İyul 20:32
Maraqlı
15 İyul 20:19
İqtisadiyyat
15 İyul 19:56
Dünya
15 İyul 19:22
Dünya
15 İyul 19:07
Dünya
15 İyul 18:20
Siyasət
15 İyul 18:15
Xəbər lenti
15 İyul 17:59
İqtisadiyyat
15 İyul 17:35
Xəbər lenti
15 İyul 17:17
Xəbər lenti
15 İyul 16:57
YAP xəbərləri
15 İyul 16:46
YAP xəbərləri
15 İyul 16:38
YAP xəbərləri
15 İyul 16:32
YAP xəbərləri
15 İyul 16:31
Siyasət
15 İyul 16:21
Elanlar
15 İyul 16:20
Mədəniyyət
15 İyul 16:17
Gündəm
15 İyul 16:16
Sosial
15 İyul 15:58
YAP xəbərləri
15 İyul 15:49
Siyasət
15 İyul 15:29
Sosial
15 İyul 15:27

