Ana səhifə »  Müsahibə »  Prezidentlərin dostluğu və qardaşlığı Türkiyə-Azərbaycan qardaşlığının simvoluna çevrilib
A+   Yenilə  A-
Prezidentlərin dostluğu və qardaşlığı Türkiyə-Azərbaycan qardaşlığının simvoluna çevrilib

Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu www.yap.org.az saytına müsahibə verib:
- Hikmət müəllim, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana son səfəri tarixi hadisələrlə yadda qaldı. Bu baxımdan, Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanmış Şuşa Bəyannaməsinin əhəmiyyəti haqqında nə deyə bilərsiniz?
- Azərbaycan və Türkiyə arasında imzalanan müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi, əslində, “Bir millət, iki dövlət” fəlsəfəsinin hüquqi müstəviyə köçürülməsi hadisəsi idi. Bu isə mühüm tarixi hadisədir. Çünki iki dövlət arasında strateji müttəfiqlik münasibətlərinə təhlükəsizlik və işbirliyi kontekstində yeni keyfiyyət qazandırır. Beləliklə, bir dövlətin təhlükəsizliyinin, ərazi bütövlüyünün təhdid edilməsi digəri üçün də təhdid kimi qəbul edilir və lazımi tədbirlərin həyata keçirilməsi öhdəçiliyini yaradır. Azərbaycan Prezidenti İlham Əliyevin Şuşa Bəyannaməsi imzalanarkən tarixi Qars Müqaviləsinə istinad etməsi də bununla əlaqədar idi. Çünki Qars Müqaviləsinə əsasən, onun təhlükəsizliyinin təminatçısı həm də Türkiyə Cümhuriyyəti hesab edilir.
İkinci mühüm bir məsələ odur ki, Şuşa Bəyannaməsinin təhlükəsizliklə bağlı olan hissəsi BMT Nizamnaməsinə istinad edilərək hazırlanıb, bu müqavilənin hüquqi əsasları beynəlxalq hüquqa söykənir və beynəlxalq hüquq tərəfindən dəstəklənir. Yəni Azərbaycanla Türkiyə strateji müttəfiqlik münasibətlərini daha da dərinləşdirərkən bunu üçüncü tərəfə qarşı deyil, sadəcə öz təhlükəsizlikləri baxımından zəruri hesab edərək qərarlaşdırırlar.
- Sənəddə hərbi və təhlükəsizlik sahələrində birgə əməkdaşlıq məsələləri böyük önəm kəsb edir...
- Bəli, iki qardaş ölkə müqavilədən irəli gələn öhdəçiliyi və öz təhlükəsizliklərini təmin etmək üçün hərbi institusional qurumların mövcud olması reallığından və zərurətindən çıxış edərək bu istiqamətdə də müştərək addımlar atmaqla bağlı qərar qəbul edirlər. Yəni Şuşa Bəyannaməsində Silahlı Qüvvələrimizin yeni çağırışlara uyğun olaraq yenidən formalaşdırılması, modernləşdirilməsi, müdafiə qabiliyyətlərinin və hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə yönələn tədbirlərin həyata keçirilməsi, iki qardaş ölkənin silahlı qüvvələrinin fəaliyyət qabiliyyətlərinin birlikdə artırılması, müasir texnologiyalara əsaslanan silah və sursatların idarə olunması istiqamətində sıx əməkdaşlığı da nəzərdə tutulur. Eyni zamanda, bu məqsədlə səlahiyyətli struktur və qurumların qarşılıqlı əlaqəli fəaliyyətinin təmin edilməsi də vurğulanır. Bu isə əslində, müdafiə güclərimizə birgə sinxron hərəkət qabiliyyəti tanıyır.
Vətən müharibəsindən sonra Azərbaycan Prezidenti Milli Ordumuz haqqında danışarkən Azərbaycanda Türkiyə Ordusunun kiçik modelini yaratmaq barədə Öz fikirlərini səsləndirmişdi. Türkiyə Ordusu isə dünyanın ən döyüş qabiliyyətli və modern ordularından biridir. İmzalanan Şuşa Bəyannaməsi həm də bu istiqamətdə real addımların atılmasını təmin edəcək.
Başqa bir mühüm məqam isə regional inteqrasiya ilə bağlıdır. Bu, Cənubi Zəngəzur dəhlizinin açılması ilə əlaqədar olaraq müvafiq tədbirlərin həyata keçirilməsini nəzərdə tutur. Bütün bunlarla yanaşı media, diaspor, xarici siyasətdə birgə hərəkətetmə, təhsil, iqtisadiyyat, müasir texnologiyalar, birgə investisiya planları və s. sahələrdə də əməkdaşlığın daha da dərinləşdirilməsini nəzərdə tutur ki, bu da iki qardaş ölkə arasında tərəfdaşlığın inkişafı üçün yeni üfüqlər açmaqla həm də regional əməkdaşlığı və qarşılıqlı inteqrasiyanı təşviq edir.
- Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan parlamentində çıxışı haqqında da düşüncələrinizi bölüşməyinizi istərdik...
- Qardaş Türkiyə Cümhuriyyətinin Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın Azərbaycan parlamentində çıxışı tarixi bir çıxış idi. Hər şeydən öncə, bu, iki qardaş ölkənin münasibətlərinin bundan sonrakı inkişafı kontekstində mühüm əhəmiyyət kəsb edirdi. İkincisi, xalqlarımızın keçmişindən, ortaq mədəniyyətindən, etnik-dini köklərindən gələn birlik və həmrəyliyinin bundan sonrakı münasibətlərimiz üçün də əsaslar yaratdığına söykənən bir çıxış dinlədik.
Qardaş ölkənin Prezidenti Azərbaycanın Dövlət Himninin müəllifi Əhməd Cavadın Osmanlı əsgərləri ilə bərabər Balkanlarda savaşdığını qeyd etdi, Çanaqqala savaşında Azərbaycandan gedən döyüşçülərin ortaq Vətən, ortaq dəyərlər, ortaq mədəniyyət üçün savaşaraq öz canlarını qurban verdiklərini söylədi. Həmçinin Nuru Paşanın Qafqaza gəlişi ilə Bakının işğaldan azad olunduğunu xatırlatdı. Bütün bunlar, əslində, Türkiyə-Azərbaycan münasibətlərinin bugünkü səviyyəsini, bugünkü keyfiyyətini təyin edən hadisələrdir. Bunların hamısı “Bir millət, iki dövlət” fəlsəfəsi kontekstində baş verən hadisələrdir. Amma cənab Rəcəb Tayyib Ərdoğan bununla bərabər, mənəvi, ideoloji kontekstdə də münasibətlərimizə toxundu və qeyd etdi ki, Əhməd bəy Ağaoğlunun düşüncələri, fikirləri, Türk dünyasının gələcəyi ilə bağlı səsləndirdiyi ideoloji tezislər təkcə Azərbaycan üçün deyil, bütün Türk dünyası üçün bu gün də aktualdır.
Digər tərəfdən, Türkiyə Prezidenti çıxışında ortaq kimliyimizi, ortaq mədəniyyətimizi formalaşdıran poeziya nümunələrinə də toxundu. Şuşa mədəni və ədəbi mühitinin yetişdirdiyi Molla Pənah Vaqifin, Xurşidbanu Natəvanın və digər fikir, düşüncə adamlarının adlarını çəkdi. Eləcə də qeyd etdi ki, təkcə Şuşa və ya Qarabağ deyil, Azərbaycanın və Türk dünyasının hər yeri böyük şairlər yetişdirib və buna nümunə olaraq Nizami Gəncəvinin adını çəkdi. Həmçinin Nizami Gəncəviyə ithafən Osmanlı sultanı Fateh Sultan Mehmet xanın şeirini səsləndirdi. Bütün bunlar onun göstəricisidir ki, Türkiyə-Azərbaycan münasibətləri xalqlarımızın tarixdən gələn ənənələri üzərində bərqərar olub və bu, birliyimizi, qardaşlığımızı gələcəyə daşımağa imkan yaradan birlikdir. Ən əsası odur ki, iki qardaş ölkənin prezidentlərinin dostluğu və qardaşlığı Türkiyə-Azərbaycan qardaşlığının, mədəni, mənəvi birliyinin simvoluna çevrilib. Bu amil, əslində, Türkiyə Prezidentinin aşağıdakı fikirləri ilə tamamlandı. Cənab Rəcəb Tayyib Ərdoğan qeyd etdi ki, “müqəddəs Vətən müharibəsi dövründə Türkiyə həm dövlət, həm də millət olaraq bütün qəlbi ilə Azərbaycanın yanında yer almışdır. Bu gün də bütün imkanlarımızla Azərbaycanın yanındayıq, bütün dünya bilsin ki, İnşallah, sabah da yanında olacağıq”. Düşünürəm ki, bu, bütün dünyaya verilən mesaj idi.
Cənab Rəcəb Tayyib Ərdoğan onu da dedi ki, “Azərbaycanın aydınlığı aydınlığımız, sevinci sevincimiz, azadlığı azadlığımız, taleyi taleyimiz, kədəri kədərimizdir”. Hesab edirəm ki, Türkiyə Prezidentinin bu fikirləri, əslində, iki qardaş ölkənin münasibətlərinin hazırkı yüksək səviyyəsinin təntənəsinin ifadəsidir. Beləliklə, bu gün Azərbaycan-Türkiyə münasibətləri ən yüksək zirvədədir.

 
  • Oxunub:  4260  |  
  • Tarix:  18-06-2021  |  
  •    Çap et   |  
Son altı ayda əldə edilən göstəricilər Azərbaycan iqtisadiyyatının yüksək rəqabət qabiliyyətinə malik olduğunu bir daha təsdiqləyir

30 İyul 21:17
Qənirə Paşayeva: Biz Türkiyə ilə bir millət, iki dövlətik, sevincimiz də, kədərimiz də eynidir
30 İyul 21:15
Ölkə Prezidentinin hücum diplomatiyası ilə bağlı tapşırıqları ədliyyə orqanlarının diqqət mərkəzindədir
30 İyul 21:14
Bursa Böyükşəhər bələdiyyəsinin sədri: Yanğınlarla mübarizədə Azərbaycanın Türkiyəyə göstərdiyi yardım əsl qardaşlıq nümunəsidir
30 İyul 20:46
Ceyhun Bayramov Azərbaycanın diplomatik nümayəndəliklərinin rəhbərləri, o cümlədən yeni təyin olunmuş səfirləri ilə görüşüb
30 İyul 20:41
İdarələrarası Mərkəzin üç İşçi qrupunun Hadrutda birgə iclası keçirilib
30 İyul 20:23
Azərbaycan Prezidentinin tapşırığına əsasən FHN-in yanğınsöndürmə qüvvələrinin 100 əməkdaşından ibarət ilk qrup Türkiyəyə yola salınıb
30 İyul 20:19
Azərbaycan Milli Məclisi ilə Pakistan Milli Assambleyası arasında Anlaşma Memorandumu imzalanıb
30 İyul 20:03
Türkiyə-Azərbaycan münasibətləri yüksələn xətlə inkişaf edir
30 İyul 19:53
Sahibə Qafarova: Azərbaycan hər zaman olduğu kimi qardaş Türkiyənin yanındadır
30 İyul 17:36
FHN Akademiyasında şəhid övladları üçün “Açıq qapı günü” keçirilib
30 İyul 17:16
Yaqut Qarayeva: Xəstəxanalarda tullantılar üçün plastik qablardan istifadə olunmalıdır
30 İyul 17:08
Azərbaycanda koronavirus infeksiyasına 668 yeni yoluxma faktı qeydə alınıb
30 İyul 17:03
Heydər Əliyev Mərkəzində “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüş keçirilib
30 İyul 16:33
“ƏDV geri al” layihəsi çərçivəsində istehlakçılara 94,7 milyon manat qaytarılıb
30 İyul 16:25
Anar Məmmədov: Bakı Bəyannaməsi yeni bir güc mərkəzinin yaradılması istiqamətində atılmış mühüm addımdır
30 İyul 16:24
Azərbaycan İsraildə Ticarət və Turizm Nümayəndəlikləri açıb
30 İyul 16:19
Prezident Rəcəb Tayyib Ərdoğan: 71 yanğından 57-si artıq nəzarət altına alınıb
30 İyul 16:15
Əlaqələndirmə Qərargahının nəzdindəki İdarələrarası Mərkəzin İşçi qruplarının üzvləri Şuşaya səfər ediblər
30 İyul 16:00
ADAU ilə Oklahoma Dövlət Universiteti arasında magistratura səviyyəsində İkili Diplom Proqramı üzrə Əməkdaşlıq Memorandumu imzalanıb
30 İyul 15:59
Türkiyə səfiri dəstəyə görə Azərbaycana təşəkkür edib
30 İyul 15:46
Hikmət Babaoğlu: Azərbaycan xalqı bütün imkanları ilə türk xalqının yanında olmağa hazırdır
30 İyul 15:39
Türkiyə və Pakistan hər zaman Azərbaycanın haqlı mövqeyini qətiyyətlə müdafiə ediblər
30 İyul 15:38
“Davamlı İnkişaf Məktəbi” layihəsi çərçivəsində “Azərbaycan musiqi mədəniyyətinin gələcəyi: gənclərin rolu və iştirakçılığı” mövzusunda növbəti seminar keçirilib
30 İyul 15:30
Birinci vitse-prezident: Türkiyədə baş vermiş dəhşətli yanğınların nəticələri barədə xəbərləri dərin kədər və təəssüf hissi ilə qarşıladım
30 İyul 15:09
İsmayıllıda Hacıhətəmli–Gideyli–Kürd Eldarbəyli avtomobil yolunun tikintisinə 5,6 milyon manat ayrılıb
30 İyul 14:48
Deputat: Əminik ki, qardaş Türkiyə bu sınaqdan da üzüağ çıxacaq
30 İyul 14:24
Azərbaycandakı makroiqtisadi sabitlik İsrailin biznes dairələrinin diqqətinə çatdırılıb
30 İyul 14:21
Nizami rayonunda daha bir şəhidin barelyefinin açılış mərasimi olub
30 İyul 14:13
Elektron Hökumətin İnkişafı Mərkəzi “Rəqəmsal Jurnalistikaya doğru” proqramına yekun vurub
30 İyul 14:00
Türkiyədəki yanğınlarla bağlı Azərbaycanın İstanbuldakı baş konsulluğunda “qaynar xətt” yaradılıb
30 İyul 13:51
Prezident İlham Əliyev: Azərbaycan hökuməti və xalqı hər zaman olduğu kimi bu gün də qardaş Türkiyə xalqı ilə həmrəydir
30 İyul 13:46
Pandemiya ilə mübarizədə əhalinin vaksinasiyası əhəmiyyətli rol oynayır
30 İyul 13:39
Azərbaycanın “Tokio-2020”də ilk medalı: Cüdoçu İrina Kindzerska Olimpiadada üçüncü yeri tutub
30 İyul 13:38
Politoloq: “Bir millət, iki dövlət” deyərək sevincində də, kədərində də Türkiyənin yanındayıq
30 İyul 13:05
Azərbaycanda COVID-19 pandemiyasına qarşı mübarizə planlı şəkildə aparılır
30 İyul 13:03
AZAL-ın uçuş heyətinin ənənəvi ümumi toplantısı keçirilib
30 İyul 12:59
Azad edilmiş ərazilərimizin bərpası istiqamətində İsrailin maliyyə naziri ilə bir sıra layihələr müzakirə olunub
30 İyul 12:55
Peyvəndləmə pandemiya ilə mübarizənin ən effektiv yoludur
30 İyul 12:53
İyulun 29-da Bakıda havanın temperaturu iqlim normasından 1 dərəcə aşağı olub
30 İyul 12:49
Baş verən yanğınlar nəticəsində Antalyada indiyədək 2300 tikili zərər görüb
30 İyul 12:38
Mərkəzi Bank uçot dərəcəsini sabit saxlayıb
30 İyul 12:23
Baş nazir Əli Əsədov ilə Türkiyənin Vitse-prezidenti Fuat Oktay arasında telefon danışığı olub
30 İyul 12:18
Paytaxt üzrə birinci sinfə qəbulla bağlı 44 min 975 elektron müraciət daxil olub
30 İyul 11:52
Müdafiə naziri zabit heyətinin ixtisasartırma və təkmilləşdirmə kurslarının gedişi ilə maraqlanıb
30 İyul 11:41
Qarabağ Dirçəliş Fondunun Azərbaycanın xaricdəki səfirləri ilə birgə müzakirə sessiyası keçirilib
30 İyul 11:30
İsrail və Azərbaycan şirkətləri arasında anlaşma memorandumu imzalanıb
30 İyul 11:09
Hikmət Hacıyev: Prezident İlham Əliyevin tapşırığı ilə qardaş Türkiyəyə Azərbaycandan yardım dəstələri göndəriləcək
30 İyul 11:08
İdarələrarası Mərkəzin işçi qrup heyətinin işğaldan azad olunan ərazilərə səfəri başlayıb
30 İyul 10:50
Azərbaycanın İkinci Qarabağ müharibəsindəki şanlı Qələbəsinə həsr olunmuş “Zəfər Salnaməsi” kitabı hazırlanıb
30 İyul 10:35
Səhiyyə nazirinin birinci müavini Reabilitasiya Mərkəzində şəhid ailələrinin övladları ilə görüşüb
30 İyul 09:49
Bakı Şəhər İcra Hakimiyyəti vətəndaşlara müraciət edib
30 İyul 08:58
Son altı ayda əldə edilən göstəricilər Azərbaycan iqtisadiyyatının yüksək rəqabət qabiliyyətinə malik olduğunu bir daha təsdiqləyir
30 İyul 08:51
Mirsaleh Məmmədov: Qəbul imtahanında rekord bal toplayacağımı gözləmirdim
30 İyul 08:50
Daim halsızlıq, səhərlər yuxudan oyana bilməmək, axşamlar gec yatmaq istəyi xroniki yorğunluq əlamətləridir
30 İyul 08:48
Məğlub Ermənistanda daxili siyasi vəziyyət kifayət qədər gərgindir

30 İyul 08:46
Radikal müxalifət Zəngəzur dəhlizinin yaradılmasından niyə narahatdır?

30 İyul 08:43
Ölkəmizdə gənc nəslin fiziki tərbiyəsi sahəsində davamlı addımlar atılır
29 İyul 21:21
Aİ-nin xüsusi nümayəndəsi sərhəddəki gərginliklə bağlı narahatlığını ifadə edib
29 İyul 20:44
İsrailli iş adamları Azərbaycanda müxtəlif layihələrin həyata keçirilməsində maraqlıdır
29 İyul 20:28
İstanbulda “Türk Şurası sosial media tədris proqramı” mövzusunda təlim proqramı keçirilir
29 İyul 20:27
Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın üçüncü tərkibinin fəaliyyətinə dair hesabat iclası keçirilib
29 İyul 20:22
ABŞ-ın Oklahoma ştatının qubernatoru Zəngilanda “Ağıllı kənd” layihəsi çərçivəsində görülən işlərlə tanış olub
29 İyul 20:13
Azərbaycan ilə Asiya İnkişaf Bankı arasında əməkdaşlıq müzakirə edilib
29 İyul 20:04
Əsəd Qeysər: Pakistan azad edilmiş ərazilərdə turizmin inkişafına dəstək verməyə hazırdır
29 İyul 17:47
Akademik Rəfael Hüseynov: Nizami Gəncəviyə həsr olunana Bursa konfransı insanların bəşəri dəyərlər ətrafında birləşməsinə böyük töhfədir
29 İyul 17:32
Azərbaycan, Türkiyə və Pakistan parlamentlərinin sədrləri və nümayəndə heyətlərinin üzvləri Füzuli rayonunda olublar
29 İyul 17:30
İyulun 29-da Azərbaycanda 84 mindən çox vətəndaşa COVID-19 əleyhinə peyvənd vurdurulub
29 İyul 17:20
Azərbaycanda yeni növ koronavirus infeksiyasına 615 yeni yoluxma faktı qeydə alınıb
29 İyul 17:05
Səkkiz ayda “Onlayn psixoloji dəstək xidməti”nə 1590 zəng daxil olub
29 İyul 16:59
Xocalı rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31
HAVA HAQQINDA