/ / Prezident İlham Əliyevin Şuşanı Azərbaycan mədəniyyətinin paytaxtı elan etməsi tarixi əhəmiyyət kəsb edir
Prezident İlham Əliyevin Şuşanı Azərbaycan mədəniyyətinin paytaxtı elan etməsi tarixi əhəmiyyət kəsb edir
08.01.2021 [09:13]
Nizami Cəfərov: Düşünürəm ki, 2021-ci ilin ölkəmizdə “Nizami Gəncəvi İli” elan olunması dahi Nizami Gəncəvinin irsinin daha dərindən öyrənilməsi və dünyada təbliğ olunması baxımından mühüm addım olacaq
Müsahibimiz Azərbaycanda Atatürk Mərkəzinin direktoru, Milli Məclisin deputatı, akademik Nizami Cəfərovdur:
- Nizami müəllim, bildiyimiz kimi Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən, 2021-ci il Azərbaycanda “Nizami Gəncəvi İli” elan olunub. Bu ilin ölkəmizdə “Nizami Gəncəvi İli” elan olunmasının əhəmiyyəti nədən ibarətdir?
- Ümumiyyətlə, hesab edirəm ki, Nizami Gəncəvi kimi dahi şair və mütəfəkkir təkcə Azərbaycanda deyil, bütün dünyada dərindən öyrənilməlidir. Çünki o, ümumbəşəri şairdir. Bilirsiniz ki, Ümummilli Liderimiz Heydər Əliyev hələ sovetlər dövründə Azərbaycana rəhbərlik edərkən Nizami yaradıcılığına böyük diqqətlə yanaşıb, dahi şairimizin yaradıcılığının dərindən öyrənilməsi, təbliği, onun yubileylərinin qeyd olunması istiqamətində vacib addımlar atıb. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1979-cu ildə qəbul olunmuş “Azərbaycanın böyük şairi və mütəfəkkiri Nizami Gəncəvinin irsinin öyrənilməsini, nəşrini və təbliğini daha da yaxşılaşdırmaq tədbirləri haqqında” qərar Nizami yaradıcılığının tədqiqi və təbliği üçün yeni perspektivlər açdı. Böyük mütəfəkkirin 1981-ci ildə Ulu Öndərin bilavasitə təşəbbüsü və iştirakı ilə keçirilən 840 illik yubiley mərasimləri ölkənin mədəni həyatının əlamətdar hadisəsinə çevrilmişdi.
Eyni zamanda, müstəqillik illərimizdə də dahi şairin yaradıcılığına xüsusi diqqətlə yanaşılıb və 2011-ci ildə Nizami Gəncəvinin 870 illiyi dövlət səviyyəsində silsilə tədbirlərlə geniş qeyd edilib. Hesab edirəm ki, dövlətimizin başçısının bu Sərəncamı Nizami Gəncəvinin həyat və yaradıcılığını bütün istiqamətlər üzrə yeni düşüncə əsasında tədqiq və təhlil etməyə geniş imkan yaradan tarixi sənəd kimi mühüm əhəmiyyətə malikdir. Fikrimcə, Nizami yaradıcılığı Türk dünyasında da geniş təbliğ olunmalıdır. Nizaminin bəzi ideyaları var ki, ondan bir-iki əsr əvvəl yaşamış türk filosoflarına istinad edir. Bu baxımdan, Nizami Gəncəvinin yaradıcılığı azərbaycanlı, yəni türkmənşəli şair kimi Türk dünyası tərəfindən də dərindən öyrənilməlidir. Onu da qeyd edim ki, bu istiqamətlərdə işlər gedir. Bilirsiniz ki, “Nizami Gəncəvi” Beynəlxalq Mərkəzi var və bu mərkəzdə dünyanın nüfuzlu şəxsləri təmsil olunur. Eləcə də Böyük Britaniyanın Oksford Universitetində Nizami Gəncəvi Mərkəzi fəaliyyət göstərir. Bu mərkəzə akademik Nərgiz Paşayeva rəhbərlik edir. Mərkəzin böyük uğurları var. Burada yalnız Nizami yaradıcılığı öyrənilmir, eyni zamanda, Azərbaycanın, həm də Qafqazın mədəniyyəti öyrənilir. Düşünürəm ki, 2021-ci ilin ölkəmizdə “Nizami Gəncəvi İli” elan olunması dahi Nizami Gəncəvinin irsinin daha dərindən öyrənilməsi və dünyada təbliğ olunması baxımından mühüm addım olacaq.
- Nizami müəllim, məlum olduğu kimi, dövlətimizin başçısı bu günlərdə Şuşa şəhərini Azərbaycan mədəniyyətinin paytaxtı elan edib...
- Şuşa, həqiqətən, qədim mədəniyyət beşiyi, Qarabağın incisidir. Şuşa Qarabağ xanlığının mərkəzi kimi yaradılandan sonra regionun mərkəzinə çevrilib. Şuşa şəhəri XVIII əsrin ortalarından bəri Azərbaycan mədəniyyətinin incisi kimi məşhurlaşmağa başlayıb. Memarlıqdan başlamış mədəniyyətə, incəsənətə, musiqiyə, elmə qədər bu torpaq böyük şəxsiyyətlər yetişdirib. Qarabağnamələrin yaranmasında da Şuşa mərkəz olaraq iştirak edib.
Prezident İlham Əliyevin Şuşanı Azərbaycan mədəniyyətinin paytaxtı elan etməsi tarixi əhəmiyyət kəsb edir. Eyni zamanda, dövlətimizin başçısı vurğulayıb ki, Şuşa regionumuzun mədəniyyət paytaxtına çevrilməlidir. Hesab edirəm ki, Şuşanın yenidən dirçəldilməsi istiqamətində atılan addımlar bizi bu hədəfimizə də çatdıracaq. Bildiyimə görə, TÜRKSOY da Şuşanı Türk dünyasının mədəniyyət paytaxtı elan etmək niyyətini ifadə edib. Əlbəttə, bu çox yaxşı təşəbbüsdür. Yəqin ki, Şuşa yenidən dirçələndən sonra bu niyyət gerçəkləşəcək. Bilirsiniz ki, ermənilər həmişə Şuşaya göz dikiblər, onu mənimsəmək istəyiblər. Müəyyən müddətdə işğal altında saxlasalar da, öz məqsədlərinə çata bilmədilər. Şuşanın mədəniyyəti, dili, düşüncəsi, mənəviyyatı Azərbaycan xalqına məxsusdur.
Şuşanı bundan sonra elə dirçəltməliyik ki, bütün dünya ermənilərin iddialarının əsassız olduğunu bir daha görsün. Şuşa Azərbaycan-Türk mədəniyyətinin nəhəng hadisəsidir. Onu dəyişmək mümkün deyil və bunu erməni ağlı ilə etmək heç mümkün deyil. Düşünürəm ki, Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə Şuşa şəhəri yüksək səviyyədə bərpa olunacaq və dünyanın ən gözəl məkanlarından birinə çevriləcək.
- Bəs dövlət başçısının əvəllər Şuşa şəhərində ənənəvi olaraq keçirilmiş Vaqif poeziya günlərinin və “Xarı bülbül” Festivalının bu ildən etibarən bərpa olunmasına dair müvafiq tapşırığını necə dəyərləndirirsiniz?
- Əlbəttə ki, bütün bunlar çox vacib məsələlərdir. Nəzərə alsaq ki, Şuşa mədəniyyətimizin beşiyidir, orada həmişə ədəbi günlər, yaradıcılıq gecələri, çoxsaylı mədəni tədbirlər keçirilib. Bu baxımdan Vaqif poeziya günlərinin və “Xarı bülbül” Festivalının bərpa olunması çox böyük məna kəsb edir. Ümumiyyətlə, Molla Pənah Vaqif Azərbaycan poeziyasının klassiklərindən biridir. Ədəbiyyat tariximizdə miqyası baxımından dahi şairimiz Füzulidən sonra onun adı çəkilir. Azərbaycan dilinin xəlqiləşməsi, xalq dilinin klassik ədəbiyyata gətirilməsi Vaqif yaradıcılığının nəticəsidir. Əlbəttə, belə bir nəhəng mədəniyyət təbliğ olunmalı, davam etdirilməlidir. Sovet hakimiyyəti zamanı Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Vaqifin məqbərəsinin tikilməsi və onun təntənəli açılışının keçirilməsi Vaqif yaradıcılığına verilən böyük qiymətdir.
Hesab edirəm ki, bu ildən etibarən Şuşada Vaqif poeziya günlərinin və “Xarı bülbül” Festivalının keçirilməsi bizim üçün çox böyük tarixi-mənəvi və mədəni hadisələr olacaq. Eyni zamanda, fikrimcə, gələcəkdə Şuşada universitetlər, Yazıçılar Birliyinin filialı da açılacaq. Bütün bunlar Qarabağda yeni yaradıcılıq imkanları açacaq.
- Nizami müəllim, sadaladığınız məsələlər Prezident İlham Əliyevin Azərbaycan mədəniyyətinin hamisi olduğunu, elm, mədəniyyət və incəsənətimizə xüsusi diqqət və qayğı ilə yanaşdığını bir daha təsdiqləyir. Bəs bütün bunların fonunda yeni dönəmdə elm, mədəniyyət, incəsənət xadimlərimizin üzərinə hansı vəzifələr düşür?
- Düşünürəm ki, yeni mərhələdə bizim elm, mədəniyyət, incəsənət xadimlərimiz öz fəaliyyətlərini daha da gücləndirəcəklər. Cənab Prezident elm, mədəniyyət və incəsənət sahəsinin inkişafı ilə bağlı proqram xarakterli çıxışlar edib, müvafiq tapşırıqlar verib. Bu çıxışlar və tapşırıqlar hər birimizin üzərinə müəyyən vəzifələr qoyur. Fikrimcə, elm, mədəniyyət və incəsənət xadimlərimiz yeni dönəmdə qarşıya qoyulan vəzifələri layiqincə yerinə yetirmək üçün səfərbər olunacaq və görülən işlərə öz töhfələrini verəcəklər.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05

