Azərbaycan Ermənistan üzərində hərbi üstünlüyünü döyüş meydanında növbəti dəfə təsdiq etdi
14.07.2020 [08:52]
Milli Məclisin deputatı, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov www.yap.org.az saytına müsahibə verib:
- Bəxtiyar müəllim, iyulun 12-də və 13-ə keçən gecə Ermənistan ordusu dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizə hücum etməyə cəhd göstərib. Bu hadisə ilə bağlı nə deyə bilərsiz?
- Bu hadisə ilk növbədə Ermənistanın işğalçı siyasət yürüdən dövlət olduğunu bir daha sübut etdi. Bilirsiniz, Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ətraf rayonları işğal edən Ermənistan həmişə iddia edib ki, guya müharibəni “Dağlıq Qarabağ respublikası” aparır. Paşinyanın baş nazir vəzifəsinə gəlməsindən sonra danışıqlar formatının dəyişdirilməsi ilə bağlı iddiaları da bundan qaynaqlanırdı. Sanki müharibə Ermənistanla Azərbaycan arasında deyil, separatçılarla Azərbaycan arasında gedir.
Əlbəttə, Azərbaycanın uğurlu diplomatiyası nəticəsində hazırki formatda Ermənistan faktiki olaraq münaqişə tərəfi kimi tanınır. Bu baxımdan Tovuzda dövlət sərhədi istiqamətində Ermənistanın Azərbaycan hərbçilərinin mövqelərini ələ keçirmək üçün hücum cəhdi bu ölkənin işğalçı siyasətinin əyani təsdiqi oldu. Məlumdur ki, 1994-cü ildə atəşkəs razılaşmasının imzalanmasından sonra tərəflər arasında baş vermiş hərbi toqquşmalar əsasən cəbhənin Dağlıq Qarabağ istiqamətini və işğal olunmuş rayonlarımızı əhatə edib. Bu dəfə isə Ermənistan ordusu birbaşa dövlət sərhədimizi pozaraq Tovuz rayonuna hücuma keçib. Bununla da Azərbaycanın istər danışıqlar prosesində, istər Ermənistanın beynəlxalq səviyyədə ifşası istiqamətində daim vurğuladığı əsas məqam - Ermənistanın işğalçı dövlət olması faktı tam aydınlığı ilə öz təsdiqini tapdı. Azərbaycanın dövlət sərhədi pozulub, Ermənistan hücum edib və döyüş əməliyyatları bizim ərazilərimizdə gedib. Ermənistanın işğalçılıq siyasətini başqa nə cür sübut etməliyik?
Ümumiyyətlə, Ermənistan tərəfinin işğal olunmuş Dağlıq Qarabağda həyata keçirdiyi qanunsuz tədbirlər, qondarma seçkilər, hərbi təlimlər, Ermənistanın baş nazirinin və prezidentinin bu əraziyə səfərləri göstərir ki, erməni tərəfi sülh danışıqlarının dalana dirənməsində və işğalçı siyasətini davam etdirməkdə maraqlıdır. Çünki bütün bunlar sülh prosesinə adekvat olmamaqla, aparılan danışıqları da mənasız edir. Məsələnin təəssüf doğuran tərəfi isə odur ki, Ermənistan bu əməllərini beynəlxalq təşkilatların gözü qarşısında etsə də, onların heç biri buna reaksiya verməyib.
Belə bir şəraitdə özünü tamam rahat hiss edən Ermənistan hakimiyyətinin öz ictimaiyyətinin diqqətini daxili ziddiyətlərdən yayındırmaq üçün cəbhə xəttində yeni təxribatlar törətməsi qaçılmaz idi. Çünki bu gün Ermənistan ciddi siyasi-iqtisadi təlatümlər içindədir. Sürətlə yayılan koronvirusun qarşısının alınması üçün erməni dövlətinin etdiyi bütün cəhdlərin boşa çıxması və sosial-iqtisadi böhranın dərinləşməsi nəticəsində indiki hakimiyyət öz nüfuzunu tam itirib. Belə bir vaxtda Paşiynanın diktatura rejimi yaratmaq cəhdi ölkədə siyasi qarşıdurmanı daha da dərinləşdirib və Ermənistan hakimiyyəti diqqəti daxili problemlərdən yayındırmaq üçün əvvəlki hakimiyyətlərin avantüralarını davam etdirir. Dövlət sərhədindəki son təxribat da bunun növbəti nümunəsidir.
- Ali Baş Komandanın Sədrliyi ilə keçirilən Təhlükəsizlik Şurasında bu təxribat cəhdləri tam ifşa olundu...
- Qeyd edim ki, düşmənin hücum cəhdinin qarşısının uğurla alınması bir daha Azərbaycanının hərbi baxımdan Ermənistandan üstünlüyünün təsdiqi oldu. Ağır silahları, artilleriyanı işə salaraq hücum edən düşmən Azərbaycan Ordusunun sarsıdıcı zərbələri ilə anında geri oturduldu və layiqli dərsini aldı.
Ermənistan ordusunun hücumunun qarşısının alınması zamanı hərbi qulluqçularımız şəhid oldular. Mən onlara Allahdan rəhmət, yaxınlarına səbir diləyirəm. Şəhidlərimizin ruhu rahatdır, çünki qanları yerdə qalmadı. Təhlükəsizlik Şurasının son iclasında Prezident İlham Əliyev Ermənistanın təxribatının qarşısının qətiyyətlə alındığını dedi.
Baş verənlər bir daha Azərbaycanın hərbi qüdrətini, silahlı qüvvələrimizin yüksək döyüş qabiliyyətini, ordumuzun şəxsi heyətinin mübarizliyini nümayiş etdirdi.
Ümumiyyətlə, Azərbaycanın yüksəlişi bütün sahələrdə olduğu kimi ordu quruculuğunda da möhtəşəm uğurlarla əlamətdardır. Təhlükəsizlik Şurasının iclasında dövlət başçısı bu barədə geniş məlumat verdi. Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi düşünülmüş siyasət nəticəsində bu gün Azərbaycan Cənubi Qafqazın ən güclü iqtisadiyyatına və modern ordusuna sahibdir. Bütün bunlar hər birimizdə dərin qürur hissi doğurur. Cənab İlham Əliyev sistemli şəkildə təmas xəttində, səngərlərdə olur, əsgərlərlə görüşür, onları təltif edir, durumları ilə maraqlanır, onlarla birgə əsgər yeməyi yeyir. Bunlar ordumuzda və cəmiyyətimizdə böyük ruh yüksəkliyi yaradır.
Bu yerdə mən 4 il əvvəl baş vermiş aprel hadisələrini, 2018-ci ilin Günnüt zəfərini qeyd etmək istəyirəm. Bu hadisələr atəşkəs rejimindən sonra Azərbaycan Ordusunun gücünün praktik təsdiqi oldu. Həmin vaxt həyata keçirilən hərbi əməliyyatarda Azərbaycan Ordusunun nəyə qadir olduğunu göstərdi. Gördük ki, ordumuz çox qısa müddətdə qarşısına qoyulan vəzifələri yüksək səviyyədə həyata keçirmək iqtidarındadır. Lələtəpə və Talış əməliyyatları təsdiqlədi ki, erməni silahlı birləşmələrinin mövqelərinin məhvi Azərbaycan əsgəri üçün asan hədəfdir!
Təbii ki, bu hadisədən sonra Ermənistanın işğalçılıq siyasətinin beynəlxalq səviyyədə ifşası prosesi daha da sürətlənəcək. Ümid edirik ki, beynəlxalq təşkilatlar da bu hadisədən sonra fəallaşacaq, Ermənistanın işğalçılıq siyasətinə qarşı qətiyyətli mövqe ortaya qoyacaqlar. Çünki belə olmayacağı təqdirdə hərbi əməliyyatların yenidən başlaması qaçılmazdır.
Bir neçə gün əvvəl Prezident İlham Əliyev müsahibəsində “Heç kimin Aprel döyüşləri yadından çıxmasın!” sözlərini təsadüfən deməmişdi. Çünki müharibə yenidən alovlansa, Ermənistanı Azərbaycanın caynağından heç bir qüvvə qopara bilməyəcək! Təhlükəsizlik Şurasının son iclasında Ali Baş Komandanın sərt bəyanatı bir daha sübut etdi ki, düşmən hər an layiqli cavabını alacaqdır.
Xəbər lenti
Hamısına baxSosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50

