Hazırkı vəziyyət inzibati tədbirlərin daha da gücləndirilməsini zəruri edir
26.06.2020 [09:17]
Müsahibimiz Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini, YAP Nəsimi rayon təşkilatının sədri Məlahət İbrahimqızıdır:
- Məlahət xanım, Azərbaycan dövlətinin koronavirus pandemiyası ilə mübarizədə həyata keçirdiyi tədbirləri necə qiymətləndirirsiniz?
- Məlum olduğu kimi, Azərbaycan dövləti yeni növ koronavirus (COVİD-19) infeksiyasının geniş yayılmasına qarşı mübarizədə digər dünya ölkələrinə örnək olacaq addımlar atır. Bu addımlar bir neçə istiqaməti əhatə edir. Bilirsiniz ki, COVID-19 infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə Azərbaycan Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən bu ilin əvvəlindən zəruri qabaqlayıcı tədbirlərin görülməsinə başlanıb. İlk növbədə, Nazirlər Kabineti yanında Operativ Qərargahın yaradılması və güc strukturlarının bu işə cəlb edilməsi istiqamətində adminstrativ tədbirlərin həyata kecirilməsi çox düzgün qərardır.
Səhiyyə sisteminin restruktizasiyası, tibbi sənayenin inkişafı fonunda COVID-19 virusunun diaqnostikası, habelə bu xəstəliyin müalicəsi üçün zəruri olan Avropa istehsalı olan laborator testlər, tibb avadanlığı və ləvazimatlar, qoruyucu vasitələr Azərbaycana gətirilib, paytaxt və regionlarda xüsusi rejimli xəstəxanalar, karantin zonaları yaradılıb, eləcə də modul tipli xəstəxanalar qurulub.
Eyni zamanda, virusla mübarizə sahəsində ölkədəki tələbatı qarşılamaq məqsədilə qoruyucu maska və digər zəruri tibbi ləvazimatların istehsalına başlanılıb, xüsusi rejimli xəstəxanalar müvafiq dərman və qoruyucu vasitələrlə təmin olunub. Həmcinin, xaricdə təhsil almış həkimlərin bu mübarizəyə cəlb edilməsi də təqdirəlayiq haldır. Onu da qeyd etmək lazımdır ki, əhalinin maarifləndirilməsi, tibb işcilərinin səfərbər edilməsi istiqamətində Ümumdünya Səhiyyə Təşkilatı ilə koordinasiyalı fəaliyyət də effektiv vasitələrdən biridir.
- Məlum olduğu kimi, iyunun 24-də Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Gəncə Şəhər Xəstəxanasının modul tipli infeksion xəstəliklər korpusunun açılışında iştirak ediblər. Açılış zamanı bir qrup tibb işçisi ilə görüşündə dövlətimizin başçısı çıxış edərək Azərbaycanda koronovirus pandemiyası ilə mübarizə çərçivəsində görülən işlər barədə fikirlərini bildirdi, eləcə də cəmiyyətə ciddi mesajlar verdi. Bu barədə nə deyə bilərsiniz?
- Həqiqətən də, dövlətimizin başçısı çıxışında çox vacib məqamlara toxundu. Bütövlükdə, koronavirus pandemiyası ilə mübarizə tədbirləri Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəxsi nəzarətindədir. Pandemiyanın Azərbaycanda təsirləri hiss olunan dövrdən başlayaraq bu istiqamətdə görülən işlərə dövlətin münasibəti dəyişməzdir. Münasibət isə ondan ibarətdir ki, bütün iqtisadi və digər itkilərə baxmayaraq əsas ölkə vətəndaşlarımızın sağlamlığı qorunsun və təmin olunsun. Eyni zamanda, dövlət başçısı Gəncədəki çıxışında koronavirusla bağlı ölkədə yaranmış vəziyyətə aydınlıq gətirdi və həkimlərimizin fədakarlığını xüsusi vurğuladı. Cənab Prezident qeyd etdi ki, sərtləşdirilmiş tədbirlərin əsas məqsədi yoluxmanın sürətini azaltmaqdır. Çünki biz bu xəstəliklə yaşamağa məcburuq və artıq kütləvi surətdə yeni davranış qaydaları tətbiq edilməlidir. Dövlətimizin başçısı söylədi ki, yoluxanların sayı artır, beləliklə, təhlükə də artır. Belə olan situasiyada isə hər bir insanımızın, hər bir vətəndaşımızın üzərinə tam bir məsuliyyət düşür və onun reallaşdırılması üçün həmrəylik faktoru ən ümdə amil olaraq qiymətləndirilməlidir. Əlbəttə ki, bizlər bütün tələblərə və şərtlərtə əməl etməliyik, tibbi maskalardan istifadə etməli, sosial məsafəni gözləməliyik. Ən əsası hər bir məsələdə bizlərə nümunə və örnək olan dövlət başçımızdan və birinci xanımdan nümunə götürməliyik. Koronavirusla mübarizədə bizim başlıca şüarımız “Biz birlikdə güclüyük” ifadəsidir. Şübhəsiz ki, biz birikdə, Prezident İlham Əliyevin ətrafında sıx birləşməklə, milli həmrəyliyimizlə koronavirus pandemiyasına qalib gəlmək əzmindəyik. Bunun üçün isə, ilk növbədə məsuliyyətli olmalıyıq. Bu istiqamətdə qaydalara əməl etməyənlərə isə həm ictimai qınaq olmalı, həm də ictimaiyyət dövlətə güclü dəstək verməlidir. Bu, bizim vətəndaşlıq borcumuzdur.
- Ölkəmizdə xüsus karantin rejimi yumşaldıqdan sonra, təəssüf ki, bir çox vətəndaşlar Operativ Qərargahın tövsiyələrinə əməl etmədilər. Bu səbəbdən də son vaxtlar infeksiyaya yoluxma halları artmağa başlayıb. Bundan sonra hökumət yenidən müəyyən qərarlar verməyə məcbur oldu. Eləcə də Milli Məclis tərəfindən bu məsələ ilə bağlı cərimələrin tətbiq olunması ilə əlaqədar İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edildi. Lakin insanların məsələyə etinasız yanaşması qaydaların daha da sərtləşdirilməsini zərurətə çevirir...
- İnfeksiya ilə bağlı ilkin hallar üzə çıxdığı andan etibarən ölkəmizdə atılan addımlar, reallaşdırılan sosial izolyasiya tədbirləri nəticəsində xüsusi karantin rejimi dövründə yoluxma hallarının sayının minimuma endirildiyi, ölkəmizdə ölüm hallarının çox aşağı səviyyədə olduğu, xüsusi rejimli xəstəxanalarda müalicə olunaraq sağalanların sayının isə yeni yoluxma hallarının sayını kəskin üstələdiyi hər kəsə məlumdur. Lakin qeyd etdiyiniz catışmazlıqlar sonrakı məhdudiyyətlərin tətbiqini vacib etdi. Təəssüflə qeyd etməliyik ki, xüsusi karantin rejiminin yumşaldılmasının ardından ölkəmizdə bu infeksiyaya yoluxma halları yenidən artıb. Bunun başlıca səbəbi isə vətəndaşların məsələyə, necə deyərlər, qeyri-ciddi yanaşmasındadır. Daha doğrusu, hazırkı dövrdə pandemiya ilə səmərəli mübarizə bilavasitə vətəndaşların davranışı və məsələyə məsuliyyətlə yanaşmasından birbaşa asılıdır. Rəsmi qurumların da açıqladığı kimi, fiziki məsafənin gözlənilməməsi, tibbi maskalardan istifadə olunmaması, növbələrin gözlənilməməsi, bütün bunlar son günlərdə ölkədə koronavirusun sürətli yayılmasının əsas səbəbidir. Yoluxma sayının artması yenidən bəzi qadağaların tətbiqi məsələsini gündəmə gətirdi və hökümət bu istiqamətdə müəyyən qərarlar qəbul etməyə məcbur oldu.
Bəli, qeyd etdiyiniz kimi, təxminən bir ay əvvəl Operativ Qərargah müvafiq yerlərdə, qapalı məkanlarda tibbi maskadan istifadənin məcburiliyi və s. haqda qərar qəbul etdi. Bu qaydalara əməl etməyənlərə gəlincə, Milli Məclis tərəfindən İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edildi və cərimələr tətbiq olundu. Təəssüf ki, vətəndaşlarımızın bir çoxu öz məsuliyyətini dərk etməyərək intizamsızlıq göstərir, bu qərara əməl etmirlər. bəzi insanlar var ki, virusun daşıyıcılarıdırlar. Kimsə bu virusun daşıyıcısı kimi özü həmin virusdan əziyyət çəkməsə də, yüzlərlə insanı yoluxdurmaq iqtidarındadır. Bu da xeyli sayda insanın həyatının təhlükə qarşısında qalması deməkdir. Ona görə də, hər kəs məsuliyyətli olmalı, Operativ Qərargahın qərarlarına, sosial izolyasiya qaydalarına əməl etməlidirlər. Görünən odur ki, hazırkı vəziyyət inzibati tədbirlərin daha da gücləndirilməsini tələb edir. Qeyd etdiyim kimi, cərimələrin tətbiq olunmasından təxminən bir ay keçməsinə baxmayaraq, bir çox insanlar hələ də qaydalara əməl etmir. Yəqin, bu da cərimələrin məbəğinin az olmasından irəli gəlir. Düşünürəm ki, mövcud vəziyyət cərimələrin daha da artırılmasını zəruri edir.
Bilirsiniz ki, dünya ölkələrində koronavirusla mübarizədə qaydaları pozanlar üçün cərimələr tətbiq olunur. Bu cərimələr Azərbaycanla müqayisədə xeyli yüksəkdir. Məsələn, Azərbaycanda fiziki şəxslər üçün cərimələr 50 manatdırsa, Türkiyədə bu göstərici 70 dollara bərabərdir. Avropa ölkələrində isə cərimələr daha yüksəkdir. Ona görə də, düşünürəm ki, ölkəmizdə də cərimələr artırılmalıdır. Bunun məqsədi insanları cəzalandırmaq deyil, onları məsuliyyətli olmağa sövq etməkdir. Çünki insanların məsuliyyətsizliyi, sosial izolyasiya qaydalarına əməl etməmələri virusa yoluxma hallarını xeyli dərəcədə artırır. Bu səbəbdən də inzibati tədbirlər daha da gücləndirilməlidir.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına bax
YAP xəbərləri
20 Sentyabr 17:28

Xəbər lenti
20 Sentyabr 17:12

YAP xəbərləri
20 Sentyabr 16:36

YAP xəbərləri
20 Sentyabr 15:29

Gündəm
20 Sentyabr 15:25

YAP xəbərləri
20 Sentyabr 14:41

YAP xəbərləri
20 Sentyabr 14:28

YAP xəbərləri
20 Sentyabr 13:54

Gündəm
20 Sentyabr 13:39

YAP xəbərləri
20 Sentyabr 13:22

Gündəm
20 Sentyabr 13:08

Gündəm
20 Sentyabr 12:56

YAP xəbərləri
20 Sentyabr 12:51

YAP xəbərləri
20 Sentyabr 12:38

Gündəm
20 Sentyabr 12:35

Gündəm
20 Sentyabr 12:16

Gündəm
20 Sentyabr 11:58

MEDİA
20 Sentyabr 11:35
YAP xəbərləri
20 Sentyabr 11:24

Sosial
20 Sentyabr 11:19

YAP xəbərləri
20 Sentyabr 11:06

Analitik
20 Sentyabr 10:53

Analitik
20 Sentyabr 10:34

Analitik
20 Sentyabr 10:15

YAP xəbərləri
20 Sentyabr 09:54

Analitik
20 Sentyabr 09:29

Analitik
20 Sentyabr 09:12

Sosial
20 Sentyabr 08:56

Ədəbiyyat
20 Sentyabr 08:32

Gündəm
20 Sentyabr 00:34

YAP xəbərləri
19 Sentyabr 23:19

Siyasət
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:00

YAP xəbərləri
19 Sentyabr 21:14

YAP xəbərləri
19 Sentyabr 20:42

YAP xəbərləri
19 Sentyabr 20:10

YAP xəbərləri
19 Sentyabr 19:07

Xəbər lenti
19 Sentyabr 18:49

Dünya
19 Sentyabr 18:25

YAP xəbərləri
19 Sentyabr 18:01

YAP xəbərləri
19 Sentyabr 18:00

Xəbər lenti
19 Sentyabr 17:54

Dünya
19 Sentyabr 17:19

Elm
19 Sentyabr 17:09

YAP xəbərləri
19 Sentyabr 17:06

YAP xəbərləri
19 Sentyabr 17:05

YAP xəbərləri
19 Sentyabr 17:03

Dünya
19 Sentyabr 16:51

Dünya
19 Sentyabr 16:22

YAP xəbərləri
19 Sentyabr 16:11

YAP xəbərləri
19 Sentyabr 16:04

Dünya
19 Sentyabr 15:33

Dünya
19 Sentyabr 15:12

YAP xəbərləri
19 Sentyabr 15:02

YAP xəbərləri
19 Sentyabr 15:01

YAP xəbərləri
19 Sentyabr 15:00

Dünya
19 Sentyabr 14:48

Formula 1
19 Sentyabr 14:47

Xəbər lenti
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:43

YAP xəbərləri
19 Sentyabr 14:41

YAP xəbərləri
19 Sentyabr 14:40
YAP xəbərləri
19 Sentyabr 14:39

YAP xəbərləri
19 Sentyabr 14:38

YAP xəbərləri
19 Sentyabr 14:37

Dünya
19 Sentyabr 14:32

YAP xəbərləri
19 Sentyabr 14:21

YAP xəbərləri
19 Sentyabr 14:18
