/ / Azərbaycan dövləti dialoq prosesində heç bir siyasi qüvvənin kənarda qalmaması üçün ciddi iradə ortaya qoyub
Azərbaycan dövləti dialoq prosesində heç bir siyasi qüvvənin kənarda qalmaması üçün ciddi iradə ortaya qoyub
14.05.2020 [11:03]
Bədrəddin Quliyev: Cəmiyyətin bütün sağlam siyasi qüvvələri dialoqa hazır olmalı, prosesin daha da inkişaf etdirilməsinə öz töhfələrini verməlidirlər
Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dərin islahatlar kursu ölkəmizin hərtərəfli inkişafına xidmət edir. Bu islahatlar müasir dövrdə ölkəmizdə iqtisadi inkişafın, siyasi plüralizmin daha yüksək səviyyəyə çatmasında vacib rol oynayır. Bu mənada, yeni siyasi münasibətlərin, hakimiyyətlə müxalifət partiyaları arasında siyasi dialoqun qurulması da ölkəmizin siyasi sistemində yeni keyfiyyət dəyişikliyi yaratmaqdadır. O cümlədən Ədliyyə Nazirliyi tərəfindən son vaxtlar ərzində 4 siyasi partiyanın qeydiyyata alınması da ölkəmizdə mövcud olan yeni siyasi dialoq mühitinin yüksək səviyyəyə çatdırılması baxımından mühüm əhəmiyyətə malikdir.
Bir neçə gün öncə qeydiyyata alınmış Cümhuriyyət Xalq Partiyasının sədri Bədrəddin Quliyevlə müsahibəmizdə də bu məqamlara toxunduq:
- Bədrəddin müəllim, son dövrlərdə ölkəmizdə mühüm siyasi islahatlar həyata keçirilməkdədir. Bu islahatlar, eyni zamanda, yeni siyasi konfiqurasiyanın ortaya çıxmasını şərtləndirib. İlk olaraq bununla bağlı fikirlərinizi öyrənmək istərdik...
- 2018-ci ildə keçirilmiş prezident seçkilərindən sonra ölkəmizdə bir sıra istiqamətlərdə reallaşdırılan islahatlar, həmçinin bu islahatlar fonunda yeni parlament seçkilərinin keçirilməsi Azərbaycanın siyasi həyatında yeni bir mərhələ sayıla bilər. Məhz bu islahatların fonunda bu gün müasir dövlət quruculuğu prosesində mühüm yeniliklər, çağırışlar ortaya çıxır. Bunlar isə öz növbəsindəmili maraqlarımızın qorunması üçün bütün siyasi qüvvələrin əməkdaşlığını vacib şərtə çevirir.
- Ölkəmizdə siyasi baxışlarından olmayaraq bütün partiyalarla görüşlərin, siyasi dialoqun aparılmasını necə dəyərləndirirsiniz?
- Kimsəyə sirr deyil ki, Azərbaycanın inkişafını istəməyən bəzi məkrli xarici dairələr var. Həmin dairələr ölkə daxilindəki siyasi qüvvələrin parçalanmasını, onlar arasında ziddiyyətlərin daha da dərinləşməsini arzulayır və bunun üçün bütün vasitələrdən istifadə etməyə çalışırlar.İstər bu cür məkrli, antiazərbaycançı dairələrin qaranlıq planlarının baş tutmaması, istərsə də gələcək inkişafımız üçün ölkə daxilində siyasi dialoqun gücləndirilməsi, ölkənin taleyüklü məsələlərinə dair bütün sağlam qüvvələrin iştirakı ilə fikir mübadiləsinin aparılması vacib şərtdir. Çünki siyası dialoq ölkədə milli həmrəyliyi, milli qüvvələrin öz dövləti və xalqı ilə bir yerdə olmasını təmin edir. Buna görə də cəmiyyətin bütün sağlam siyasi qüvvələri dialoqa hazır olmalı, prosesin daha da inkişaf etdirilməsinə öz töhfələrini verməlidirlər. Bütün bunların fonunda hesab edirəm ki, qarşıdakı dövrdə islahatlar davam etməlidir və bu istiqamətdə partiya olaraq üzərimizə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməyə hazırıq. Bizim yeganə məqsədimiz Azərbaycanımızın daha da güclü olması, daha yüksək səviyyədə inkişaf etməsidir. Cümhuriyyət Xalq Partiyası olaraq irəli sürdüyümüz təkliflərdə və layihələrdə də yeganə məqsəd milli maraqların qorunmasına töhfə verməkdir.
- Sədri olduğunuz Cümhuriyyət Xalq Partiyası bu yaxınlarda Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alındı. Ümumiyyətlə, son dövrlərdə artıq 4 siyasi partiya qeydiyyata alınıb. Bu, siyasi dialoqun genişləndirilməsinin yeni bir təzahürü sayıla bilərmi?
- Yeni siyasi sistemin formalaşması, yeni konfiqurasiyanın ortaya çıxması siyasi partiyaların qeydiyyatı məsələsində də özünü göstərdi. Mənim fikrimcə, bu, Azərbaycan dövlətinin dialoq prosesində heç bir siyasi qüvvənin kənarda qalmaması üçün ciddi iradə ortaya qoyduğunu bir daha təsdiqlədi. Biz gələcək fəaliyyətimizdə təşkilatlanmaya daha çox diqqət göstərəcəyik, xalqımızın və dövlətimizin daha güclü olması üçün çalışacayıq. Əsas hədəfimiz inkişaf və ərazi bütövlüyümüzün təmin edilməsidir. Dövlətimizin, cəmiyyətimizin güclü olması üçün biz hər zaman əməkdaşlığa hazırıq və milli həmrəyliyin tərəfdarıyıq.
- Artıq bir neçə aydır ki, bütün dünya yeni koronavirus infeksiyası (COVİD-19) ilə mübarizəyə səfərbər olunub. Azərbaycan dövləti də pandemiya dövründə əhalinin sosial müdafiəsinin gücləndirilməsi və sağlamlığının qorunması istiqamətində mühüm addımlar atıb. Lakin bəzi radikal müxalifət nümayəndələri bu çətin günlərdə görülən işlərin, həyata keçirilən ardıcıl və məqsədyönlıü tədbirlərin üzərinə kölgə salmağa cəhd edirlər. Bu barədə nə deyə bilərsiniz?
- Pandemiya dövründə Azərbaycan dövlətinin atdığı addımlar, görülən tədbirlər təqdirəlayiqdir. Əhalinin sağlamlığının qorunması, ortaya çıxan sosial-iqtisadi məsələlərin həlli istiqamətində vacib addımlar atıldı. Bu proses bir daha göstərdi ki, əgər Azərbaycan dövlətinin iqtisadi potensialı olmasaydı, bu ağırlığın altından çıxa bilməzdik. Azərbaycanın pandemiya ilə mübarizəyə verdiyi töhfələr, həmçinin koronavirus pandemiyası ilə mübarizədə qlobal həmrəylik təşəbbüsü ilə çıxış etməsi, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının və Qoşulmama Hərəkatının sədri kimi ölkəmizin təşəbbüsü ilə apreldə və mayda iki videokonfrans formatında Zirvə görüşünün keçirilməsi beynəlxalq müstəvidə yüksək dəyərləndirildi, ölkəmizin nüfuzunun daha da artmasında əsaslı rol oynadı. Təbii ki, dövlətimizin apardığı bu siyasət hər kəs tərəfindən dəstəklənməlidir.Ümumiyyətlə, mənim fikrimcə, bu cür fors-major, demək olar ki, fövqəladə vəziyyət rejimlərində siyasi partiyalar aktiv siyasi fəaliyyətlərini dayandırmalıdırlar. Belə günlərdə hər şey dövlət üçün, Vətən üçün, xalq üçün olmalıdır və bir daha təkrar edirəm ki, dövlətin atdığı addımlar hər kəs tərəfindən dəstəklənməlidir. Kim nə qədər bacarırsa, kömək etməli, kömək edə bilməyən isə sakit şəkildə durmalıdır. Çətin vəziyyətlərdən, fors-major situasiyalardan öz siyasi maraqları üçün istifadə cəhdləri isə yolverilməzdir və bu cür addımlar heç kimə başucalığı gətirməyib.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxElanlar
29 Aprel 07:50
Hadisə
29 Aprel 07:49
Sosial
29 Aprel 07:45
Dünya
28 Aprel 23:25
Dünya
28 Aprel 23:10
Sosial
28 Aprel 22:41
Dünya
28 Aprel 22:19
İqtisadiyyat
28 Aprel 22:10
Dünya
28 Aprel 21:50
Sosial
28 Aprel 21:24
Dünya
28 Aprel 21:09
Elm
28 Aprel 20:43
YAP xəbərləri
28 Aprel 20:31
Dünya
28 Aprel 20:17
YAP xəbərləri
28 Aprel 19:59
Dünya
28 Aprel 19:55
YAP xəbərləri
28 Aprel 19:32
Diaspor
28 Aprel 19:21
YAP xəbərləri
28 Aprel 18:59
YAP xəbərləri
28 Aprel 18:30
Dünya
28 Aprel 18:12
Sosial
28 Aprel 17:20
Mədəniyyət
28 Aprel 17:20
Müsahibə
28 Aprel 17:19
Sosial
28 Aprel 17:18
Elanlar
28 Aprel 17:17
Dünya
28 Aprel 17:06
Xəbər lenti
28 Aprel 17:05
YAP xəbərləri
28 Aprel 16:19
Xəbər lenti
28 Aprel 16:14
Elm
28 Aprel 16:12
İqtisadiyyat
28 Aprel 16:11
Dünya
28 Aprel 15:40
Gündəm
28 Aprel 14:31
Sosial
28 Aprel 14:29
YAP xəbərləri
28 Aprel 14:14
Siyasət
28 Aprel 14:08
Sosial
28 Aprel 14:07
Gündəm
28 Aprel 14:06
Elm
28 Aprel 13:41
Elm
28 Aprel 13:09
Sosial
28 Aprel 12:45
Sosial
28 Aprel 12:43
Sosial
28 Aprel 12:40
Sosial
28 Aprel 12:37
Gündəm
28 Aprel 12:35
Sosial
28 Aprel 12:34
Hadisə
28 Aprel 12:33
İqtisadiyyat
28 Aprel 12:26
YAP xəbərləri
28 Aprel 12:11
Gündəm
28 Aprel 11:59
Elm
28 Aprel 11:57
İdman
28 Aprel 11:57
Sosial
28 Aprel 11:56
Gündəm
28 Aprel 11:30
Siyasət
28 Aprel 11:17
Gündəm
28 Aprel 10:55
Siyasət
28 Aprel 10:39
YAP xəbərləri
28 Aprel 10:29
YAP xəbərləri
28 Aprel 10:22
Siyasət
28 Aprel 10:21
Gündəm
28 Aprel 10:14
Siyasət
28 Aprel 09:58
Ədəbiyyat
28 Aprel 09:30
Analitik
28 Aprel 09:14
Sosial
28 Aprel 08:51
Siyasət
28 Aprel 08:35
Sosial
28 Aprel 08:18
Dünya
27 Aprel 23:35
Elm
27 Aprel 23:11

