Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / Azərbaycanda dərin siyasi və hüquqi islahatların reallaşdırılması təqdirəlayiqdir

Azərbaycanda dərin siyasi və hüquqi islahatların reallaşdırılması təqdirəlayiqdir

02.05.2020 [10:57]

Sübut Əsədov: Siyasi partiya nümayəndələrinin qanunvericilik hakimiyyəti və yerli özünüidarəetmə orqanlarındatəmsil olunmaları, ölkənin ictimai-siyasi həyatında yaxından iştirak etmələri müsbət haldır

Məlum olduğu kimi, Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dərin islahatlar kursu ölkəmizin hərtərəfli inkişafına xidmət edir. Bu islahatlar müasir dövrdə ölkəmizdə iqtisadi inkişafın, siyasi plüralizmin daha yüksək səviyyəyə çatmasında vacib rol oynayır. Bu mənada, yeni siyasi münasibətlərin, hakimiyyətlə müxalifət partiyaları arasında siyasi dialoqun qurulması da ölkəmizin siyasi sistemində yeni keyfiyyət dəyişikliyi yaratmaqdadır.

Bu yaxınlarda Ali Məhkəmənin Plenumunda Real Partiyasının sədri İlqar Məmmədov və partiyanın idarə heyətinin üzvü Rəsul Cəfərov barəsində cinayət işinə bəraətverici əsaslarla xitam verilməsi də siyasi partiya sədrləri tərəfindən hüquqi və siyasi islahatların nümunəsi kimi dəyərləndirilir.

Müsahibimiz Azərbaycan Respublikaçılar Partiyasının sədri Sübut Əsədovilə söhbətimizin mövzusu da yuxarıda qeyd edilən məsələlər barədədir.

Azərbaycanda həyata keçirilən islahatlar xalqımız və siyasi qüvvələrin mütləq əksəriyyəti tərəfindən dəstəklənir

 

– Sübut müəllim, bildiyiniz kimi, ölkəmizdə həyata keçirilən genişmiqyaslı islahatlar siyasi və hüquqi müstəvidə də davam etdirilir. Bu islahatların əhəmiyyəti barədə nə deyə bilərsiniz?

 

Dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə müxtəlif sahələri əhatə edən çoxşaxəli islahatlar həyata keçirilir. Ötən il Nazirlər Kabinetində və Prezident Administrasiyasında reallaşdırılan struktur islahatlarından sonra siyasi islahatların tərkib hissəsi kimi ölkəmizdə yeni parlament seçkilərinin keçirilməsi, VI çağırış Milli Məclisin Sədr müavini vəzifəsinə müxalifət nümayəndəsinin, həmçinin Milli Məclisdə komitə sədri və müavini vəzifələrinə müxalifət təmsilçilərinin seçilməsi ölkəmizin hazırda yeni inkişaf mərhələsinə qədəm qoyduğunu göstərir. Belə ki, siyasi sistemin təkmilləşdirilməsinə, siyasi münasibətlərin sağlam zəmində qurulmasına xidmət edən yeni konfiqurasiyanın formalaşdırılması siyasi islahatların sürətlə davam edəcəyindən xəbər verir. Ona görə də birmənalı şəkildə demək olar ki, Azərbaycanda həyata keçirilən islahatlar xalqımız və siyasi qüvvələrin mütləq əksəriyyəti tərəfindən dəstəklənir. Ölkəmizdə dərin siyasi və hüquqi islahatların reallaşdırılması təqdirəlayiqdir.

 

– Məlum olduğu kimi, aprelin 23-də Ali Məhkəmənin Plenumunda Real Partiyasının sədri İlqar Məmmədov və partiyanın idarə heyətinin üzvü Rəsul Cəfərov barədə cinayət işinə bəraətverici əsaslarla xitam verilib. Bu hadisəni siyasi münasibətlərin inkişafı və milli birliyin gücləndirilməsi kontekstində necə qiymətləndirirsiniz?

 

– Ali Məhkəmənin Plenumunun qərarı ilə Real Partiyasının sədri İlqar Məmmədov və partiyanın idarə heyətinin üzvüRəsul Cəfərov barədə məlum cinayət işinə bəraətverici əsaslarla xitam verilməsi növbəti mühüm hadisədir. Şübhəsiz ki, bu qərar dövlət başçısının qətiyyətli siyasi iradəsi sayəsində məhkəmə-hüquq sistemində aparılan islahatların dərinləşdirilməsinin məntiqi nəticəsi kimi dəyərləndirilməlidir. Biz də Respublikaçılar Partiyası olaraq bu qərarı yüksək qiymətləndirir və bunu milli birliyin gücləndirilməsi istiqamətində atılmış növbəti addım hesab edirik.

 

Sübut müəllim, yuxarıda sadalanalarla yanaşı, bu yaxınlarda bir neçə siyasi partiyanın Ədliyyə Nazirliyində qeydiyyata alınmasına münasibətiniz necədir?

 

– Hesab edirəm ki, ölkədəki siyasi qüvvələrlə dialoqun aparılması, hakimiyyətlə siyasi partiya rəhbərləri arasında səmərəli müzakirələrin keçirilməsi, habelə ölkədə çoxpartiyalı sistemin təkmilləşdirilməsi məqsədi daşıyan bir sıra tədbirlərin görülməsi siyasi islahatların tam sürətlə davam etdiyini göstərir. Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan demokratik, hüquqi dövlətin və vətəndaş cəmiyyətinin əsaslarından olan çoxpartiyalılığın inkişafı istiqamətində atılan bu addımlar mühüm əhəmiyyət kəsb edir. Ölkədə fəaliyyət göstərən 50-dən çox siyasi partiyanın cənab İlham Əliyevin siyasi dialoq çağırışına müsbət yanaşması, bu təşəbbüsü dəstəkləməsi aparılan siyasətin uğurlu olmasının bariz göstəricisidir.  Onu da qeyd edim ki, hazırda respublikamızda müxtəlif siyasi partiya nümayəndələrinin qanunvericilik hakimiyyəti və yerli özünüidarəetmə orqanlarında təmsil olunmaları, ölkənin ictimai-siyasi həyatında yaxından iştirak etmələri də müsbət haldır.

Respublikaçılar Partiyası olaraq ümid edirik ki, bundan sonra da ölkədə siyasi partiyaların səmərəli fəaliyyətlərinə əlverişli şərait yaradılacaq. Bu yaxınlarda iki partiyanın dövlət qeydiyyatına alınması da bu inamın əbəs yerə olmadığının parlaq nümunəsidir.

– Bildiyiniz kimi, müxalifəti təmsil edən Azadlıq Partiyasının sədri Əhməd Orucun ailəsi Prezident İlham Əliyevə təşəkkür məktubu göndərib. Məktubda Ə.Orucun səhhətindəki problemlər səbəbindən, siyasi baxışlara fərq qoyulmadan onun ailəsinə göstərilən dəstək və qayğıya görə minnətdarlıq ifadə olunur. Dövlət başçısının bu addımını necə dəyərləndirirsiniz?

 

Cənab Prezident İlham Əliyev hər zaman siyasi mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlara həssas və səmimi münasibət bəsləyib. Bu yaxınlarda Azadlıq Partiyasının sədri Əhməd Orucun ailəsi adından Azərbaycan Prezidentinə ünvanlanan minnətdarlıq məktubundan məlum olur ki, partiya sədri Ə.Orucun səhhətindəki problemlər ucbatından düşdüyü çıxılmaz vəziyyətdə dövlət başçısı tərəfindən partiya sədrinə dəstək və qayğı göstərilib.

Əhməd Orucun ailəsi adından ünvanlanan məktubda da qeyd edildiyi kimi, indiki gərgin şəraitdə müxtəlif siyasi baxışlara məhəl qoymadan dövlət başçısının atdığı nəcib addım Onun ən yüksək insani keyfiyyətlərə malik lider olduğunu bir daha təcəssüm etdirir. Fikrimizcə, dövlət başçısı tərəfindən atılan bu addım Onun ölkənin hər bir vətəndaşının Prezidenti olduğunu bir daha nümayiş etdirməsi baxımından mühüm önəm kəsb edir.

 

Vətəndaşların haqqını qəsb edən məmurlar hüquqi məsuliyyətə cəlb olunaraq layiqli cəzalarını alırlar

 

- Ölkəmizdə korrupsiya və rüşvətxorluq hallarına qarşı cəza tədbirləri davam etdirilir. Vəzifə səlahiyyətlərindən sui-istifadə edərək qanunazidd hallara yol verən məmurlar cəzalandırılırlar. Bu barədə fikirləriniz nədən ibarətdir?

 

- Prezident İlham Əliyev dəfələrlə qeyd edib ki, məmurlar xalqın xidmətçiləridir. Yəni onlar dövlətin mənafeyini əsas götürməli, xalqa xidmət göstərməlidirlər. Lakin təəssüflər olsun ki, bəzi vəzifəli şəxslər öz səlahiyyətlərindən sui-istifadə edərək qanunsuz əməllərə yol verirlər. Təqdirəlayiq haldır ki, dövlətimizin başçısının siyasi iradəsi və qətiyyətli mövqeyi nəticəsində bu cür hallara qarşı ciddi mübarizə aparılır, mənimsəmə hallarına yol verən, öz şəxsi maraqlarını təmin etmək məqsədilə vətəndaşların haqqını qəsb edən məmurlar hüquqi məsuliyyətə cəlb olunaraq layiqli cəzalarını alırlar.

Ümumiyyətlə, dövlətimizin başçısı dəfələrlə qeyd edib ki, cəmiyyətdə korrupsiya və rüşvətxorluq hallarına qarşı heç kim toxunulmaz deyil. Bu kimi hallara qarşı cəza tədbirləri davam etdirilir və etdiriləcək. Son əməliyyatlar və həbslər də bu reallığı bir daha sübuta yetirir. Nəticə etibarilə, bütün bu addımlar müstəqil dövlətimizin daha da güclənməsinə, Azərbaycanın hüquqi və demokratik dövlət kimi inkişaf yolunda irəliləməsinə xidmət edir.

Qaşqay ZİYƏDDİNOĞLU

 
Paylaş:
Baxılıb: 582 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Biz bir olmalıyıq

20 Sentyabr 19:09

YAP xəbərləri

Gündəm

MEDİA

Sosial

4 şəhərin 1 günü

20 Sentyabr 11:19  

Analitik

Sosial

Ədəbiyyat

Şənbə üçün nəzm

20 Sentyabr 08:32  

YAP xəbərləri

YAP xəbərləri

Separatizmə son

19 Sentyabr 22:00

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30