/ / Şərqi Avropa Ölkələrinin Parlament Assambleyasının ilk iclasının mart ayında keçirilməsi gözlənilir
Şərqi Avropa Ölkələrinin Parlament Assambleyasının ilk iclasının mart ayında keçirilməsi gözlənilir
22.01.2010 [13:43]
Məlum olduğu kimi, bu günlərdə Şərqi Avropa ölkələrinin Parlament Assambleyasının yaradılması üzrə işçi qrupun Brüsseldə iclası keçirilib. Həmin iclasda Milli Məclisin deputatı Asəf Hacıyev iştirak edib. Bizimlə söhbətində A.Hacıyev bu barədə ətraflı məlumat verib:
- Bildiyiniz kimi, Avropa Birliyinin “Şərq tərəfdaşlığı” proqramı çərçivəsində belə bir qərar qəbul olunub ki, Şərqi Avropa ölkələrinin Parlament Assambleyası yaradılsın. Parlament Assambleyasına “Şərq tərəfdaşlığı”na daxil olan altı ölkədən - Ukrayna, Belarus, Moldova, Azərbaycan, Gürcüstan və Ermənistan olan, hər birindən 10 deputat daxil olacaq. Qarşı tərəf isə Avropa Parlamentidir. 60 deputat da Avropa Parlamentindən bu assambleyaya qatılacaq və 120 nəfərlik bir qurum olacaq. Sadəcə, orada Belarusla bağlı müəyyən problem var.
- Belarusla əlaqədar hansı problem mövcuddur?
- Bildiyiniz kimi, Belarusdakı seçkiləri Avropa Birliyi, Avropa Parlamenti və Avropa Şurası tanımayıb. Ona görə də, bu ölkədən deputatları dəvət etmək çətin olacaq. Ancaq ilkin qərar ondan ibarətdir ki, hələlik oradan 5 müxalifət partiyasının üzvləri dəvət edilsin. Qeyd edim ki, bu yöndə müzakirələr gedir və bu barədə hələlik dəqiq qərar qəbul olunmayıb. Onu da nəzərinizə çatdırım ki, mart ayında assambleyanın ilk iclasının keçirilməsi gözlənilir. Ola bilər ki, bu qurumda iki həmsədr olacaq. çox güman ki, bunlardan biri Avropa Parlamentinin, biri isə assambleyaya üzv olan 6 ölkədən birinin nümayəndəsi olacaq. Bununla yanaşı, assambleyanın 5 vitse-prezidenti də seçiləcək. Qeyd edim ki, bu günlərdə assambleyanın işçi qrupunun Belçikanın paytaxtı Brüssel şəhərində iclası keçirilib və orada “Şərq tərəfdaşlığı” proqramına uyğun olaraq 4 məsələ qoyulub. Birincisi, demokratiya və dövlət idarəçiliyinin gücləndirilməsi, ikincisi, enerji təhlükəsizliyi, üçüncüsü, iqtisadi əməkdaşlıq və Avropaya yaxınlıq, dördüncüsü, xalqların bir araya gəlməsi, xalqlar arasında münasibətlərin yaxşılaşdırılması məsələsi. Bu məsələlərlə də bağlı mən çıxışım zamanı Azərbaycan tərəfinin mövqeyini çatdırmışam. Xüsusilə, iqtisadi əməkdaşlıq məsələsi ilə bağlı qeyd etmişəm ki, hər bir ölkə ilə əməkdaşlığa hazırıq, yalnız Ermənistandan başqa. Yəni, nə qədər ki, Azərbaycan torpaqları işğal altındadır, Ermənistanla əməkdaşlıq ola bilməz. Bu, dövlətimizin dəyişməz mövqeyidir. Ona görə də, bir daha onların nəzərinə çatdıraraq bildirmişəm ki, gələcəkdə belə bir problemlə rastlaşıla bilər...
- Qeyd etdiniz ki, yeni yaradılan təşkilatda Azərbaycan Ermənistanla əməkdaşlıq etməyəcək. Bəs, bu amil qurumun gələcək taleyini sual altına almırmı?
- Bilirsiniz, bu gün Avropa Şurası Parlament Assambleyasında, Qara Dəniz ölkələri İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasında, ATƏT-in Parlament Assambleyasında, NATO-nun Parlament Assambleyasında, ümumiyyətlə, bir çox beynəlxalq və regional təşkilatların parlament assambleyalarında da həm Azərbaycan, həm də Ermənistan parlamentariləri təmsil olunur. Lakin bu o demək deyil ki, Azərbaycan Ermənistanla birbaşa əməkdaşlıq edir. Ona görə bu məsələdə heç bir ziddiyyət, problem yoxdur. Söhbət burada Parlament Assambleyasından getmir. Hətta deyərdim ki, bu assambleya çərçivəsində nə vaxtsa Qarabağ problemi də müzakirə oluna bilər. Bu, bir tribunadır, Azərbaycan da öz sözünü demək üçün hər bir tribunadan istifadə etməli və mövqeyini dünyaya çatdırmalıdır. Demək istəyirəm ki, söhbət yalnız və yalnız iqtisadi əməkdaşlıqdan gedir ki, bu da indiki şərtlər və reallıqlar daxilində real görünmür. Məsələn, ermənilər tərəfindən Bakı-Gümrü-Qars dəmir yolu layihəsi ortaya atılır. Bu, heç cür mümkün deyil. çünki biz müharibə başa çatmadığı, torpaqlar işğaldan azad olunmadığı üçün Ermənistanla əməkdaşlıq etmək istəmirik. Bu, bizim qəti mövqeyimizdir...
- Bəs assambleyanın qərargahı 6 üzv ölkədən hansında yerləşəcək?
- Assambleyanın rəsmi yığıncağı keçirilmədiyi üçün bu məsələ də tam bəlli deyil. öncə assambleyanın nizamnaməsi hazırlanmalı və qəbul edilməlidir. Bundan başqa, ola bilər ki, bu qurumun beynəlxalq katibliyi olsun, ola bilər ki, olmasın. Bunlar hamısı müzakirələr mərhələsindədir və bu müzakirələr başa çatdıqdan, birinci iclas keçirildikdən sonra bu və digər məsələlərin hamısına tam aydınlıq gətiriləcək.
- Həmin qurumda təmsil olunmaq üçün Azərbaycan nümayəndə heyətinin tərkibi müəyyənləşdirilibmi?
- Xeyr, hələlik müəyyənləşdirilməyib. Ancaq onu qeyd edə bilərəm ki, hər üzv dövlətdən, o cümlədən, Azərbaycandan bu assambleyada 10 nəfər təmsil olunacaq.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
01 Sentyabr 13:24
Sosial
01 Sentyabr 13:19
Siyasət
01 Sentyabr 12:43
Sosial
01 Sentyabr 11:54
Gündəm
01 Sentyabr 11:48
İqtisadiyyat
01 Sentyabr 11:20
Siyasət
01 Sentyabr 11:17
Gündəm
01 Sentyabr 10:58
Gündəm
01 Sentyabr 10:56
Analitik
01 Sentyabr 10:22
Gündəm
01 Sentyabr 10:06
Siyasət
01 Sentyabr 09:45
Analitik
01 Sentyabr 09:41
Ədəbiyyat
01 Sentyabr 09:17
Ədəbiyyat
01 Sentyabr 08:50
Elm
01 Sentyabr 08:36
Sosial
01 Sentyabr 07:38
Elm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Gündəm
31 Avqust 20:32
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23
Elm
31 Avqust 15:21
Siyasət
31 Avqust 15:19
Siyasət
31 Avqust 15:18
Gündəm
31 Avqust 14:58
YAP xəbərləri
31 Avqust 14:35
Dünya
31 Avqust 14:23
Elanlar
31 Avqust 14:10
İqtisadiyyat
31 Avqust 14:02
İdman
31 Avqust 13:58
Sosial
31 Avqust 13:56
Dünya
31 Avqust 13:19
İdman
31 Avqust 12:51
Dünya
31 Avqust 12:26
Gündəm
31 Avqust 11:45
Dünya
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:29
Siyasət
31 Avqust 11:26
Sosial
31 Avqust 11:25
Dünya
31 Avqust 11:14
Gündəm
31 Avqust 11:09
Gündəm
31 Avqust 10:58
Dünya
31 Avqust 10:53
Dünya
31 Avqust 10:25
Dünya
31 Avqust 09:49
İdman
31 Avqust 09:41
Gündəm
31 Avqust 09:32
Dünya
31 Avqust 09:16
Hadisə
31 Avqust 08:48
Dünya
31 Avqust 08:22
Dünya
31 Avqust 07:50
Dünya
31 Avqust 07:36
Dünya
30 Avqust 23:20
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | 5 | ||
| 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
| 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
| 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
| 27 | 28 | 29 | 30 |

