Bələdiyyə seçkiləri demokratik standartlara uyğun keçirilib
29.12.2009 [10:19]
Dekabrın 23-də keçirilmiş bələdiyyə seçkiləri ilə bağlı ictimai müzakirələr davam etməkdədir. Mərkəzi Seçki Komissiyası seçki ilə bağlı hələ yekun qərar qəbul etməsə də, ilkin nəticələr bələdiyyə seçkilərinin azad və demokratik keçirildiyini təsdiqləyir. Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasında nümayəndə heyətinin üzvü Gültəkin Hacıbəyli də seçkilərin demokratik standartlara uyğun keçirildiyini söylədi:
- Azərbaycanda bələdiyyə seçkiləri normal keçirildi. Bu seçkiləri həm yerli, həm də beynəlxalq müşahidəçilər izlədilər. Mən təbliğat kampaniyasında da iştirak etdim. Kampaniya zamanı yalnız deputat seçildiyim Naftalan-Goranboy ərazisində yox, Saatlı, Sabirabad, Beyləqan, Füzuli və digər rayonlarda oldum. Müşahidələrim belə idi ki, insanlar bələdiyyə seçkilərinə hazırlıqlı gedirdilər. Əhali öz yerlərinin qayğısına qalan insanlara səs verirdilər. Bu seçki seçiciyə daha yaxın olan seçki idi. Bu baxımdan, bələdiyyə üzvləri seçicilərə millət vəkillərindən də yaxındırlar. Cəmiyyətin bu məsələyə dair mövqeyi məlumdur. Mən səsvermə günü Sumqayıtda 4 seçki dairəsi üzrə 42 məntəqədə müşahidələr apardım. Bu məntəqələrin heç birində qanun pozuntusu qeydə almadıq. Eyni zamanda, məntəqələrdə müxtəlif partiyaları, təşkilatları təmsil edən müşahidəçilərdən vəziyyətlə bağlı məlumatlar aldıq. Onlar da seçkidə hər hansı qanun pozuntusunun olmadığını bildirdilər. Doğrudur, prezident və parlament seçkiləri ilə müqayisədə bələdiyyə seçkilərində seçici fəallığı az oldu. Amma bunun da müəyyən səbəbləri var. İlk növbədə, bələdiyyələr bu günədək arzuolunan səviyyədə cəmiyyətdə özlərini təsdiq edə bilməmişdi. Buna görə də, yeni formalaşan bələdiyyələr bu məqama diqqət yetirməlidirlər. Onlar elə etməlidirlər ki, vətəndaşların bələdiyyə seçkilərinə diqqəti daha da artsın. Bu da ilk növbədə, yerli özünüidarəetmə orqanlarının əhali üçün faydalı işləməsindən asılıdır.
Bir sözlə, hesab edirəm ki, bələdiyyə seçkiləri demokratik standartlara uyğun keçirilib. Bu seçkilərdə hər hansı qanun pozuntusuna, insidentə rast gəlinməyib. Seçkilərdə qələbə qazanan şəxsləri təbrik edirəm və onlara məhsuldar fəaliyyət arzulayıram. Onlar elə fəaliyyət göstərməlidirlər ki, növbəti bələdiyyə seçkilərində əhali daha mütəşəkkil şəkildə iştirak etsin.
- Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin müşahidə missiyasının ilkin rəyində seçki ilə bağlı bir sıra tənqidlər olub. Bu tənqidlərə münasibətiniz necədir?
- Mən təşkilatın ilkin rəyi ilə yaxından tanış deyiləm. Amma bu tənqidlər məni təəccübləndirir. Bələdiyyə seçkiləri çox sakit keçdi. Belə olan halda tənqidlərin olması mənim üçün anlaşılmazdı. Əgər hansısa məntəqədə problem olubsa, yəqin ki, Mərkəzi Seçki Komissiyası müvafiq tədbir görəcək.
- Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) qış sessiyasında Azərbaycandakı bələdiyyə seçkiləri müzakirə oluna bilərmi?
- Düşünmürəm ki, belə vəziyyət baş versin. AŞ PA qanunverici orqanların üzvlərindən ibarət olan qurumdur. Bələdiyyələrin fəaliyyəti ilə Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresi məşğul olur. Bildiyiniz kimi, seçkiləri də məhz bu konqresin müşahidə missiyası izləyib. Bələdiyyə seçkilərinə də yekun rəyi bu qurum verəcək. Digər tərəfdən, ölkəmizdə normal, Avropa standartlarına uyğun seçkilər keçirilib. Hesab edirəm ki, bu seçkilərə dair AŞ PA-nın ciddi iradı olmamalıdır.
- Gültəkin xanım, növbəti il ölkədə parlament seçkiləri keçiriləcək. Artıq bəzi müxalifət partiyaları bu seçkilərdə heç də məqbul olmayan xarici ölkələrin təcrübələrindən istifadə etməyə cəhd göstərəcəklərini iddia edirlər. Bu iddialara münasibətiniz necədir?
- Dünyanın heç bir ölkəsi belə müdaxilələrdən sığortalanmayıb. Azərbaycanın yerləşdiyi coğrafiya elə həssas ərazidir ki, belə cəhdlər ola bilər. Eyni zamanda, Azərbaycana qonşu olan bəzi dövlətlərdə nə qədər ki, demokratiya, insan haqları tam bərqərar olmayıb, hansısa təhdidlərin olması mümkündür. Əsas məsələ Azərbaycanın bu təhdidlərə nə dərəcədə müqavimət göstərməsidir. Bilirsiniz ki, bir sıra xarici qüvvələrin Azərbaycanda maraqları var. Azərbaycan dünya geosiyasətinin episentrində yerləşən ölkələrdən biridir. Bu baxımdan, Azərbaycanın inkişaf perspektivləri Cənubi Qafqazın inkişaf perspektivlərini təyin edir. Ona görə də, hər hansı təhdidlərin qarşısını almaq üçün millətimiz monolit, dövlətimiz güclü olmalıdır. Şükürlər olsun ki, bu monolitlik var. Xalqımız Prezident İlham Əliyevin ətrafında sıx birləşib və Onun həyata keçirdiyi siyasəti tam dəstəkləyir. Hesab edirəm ki, bu amilin qarşısında hər hansı təhdid puç olmağa məhkumdur.
- ümumiyyətlə, sizcə, 2009-cu ilin yekunları Azərbaycan üçün uğurlu oldumu?
- Bu il ərzində Azərbaycanda ümumxalq səsverməsi və bələdiyyə seçkiləri keçirildi. Hesab edirəm ki, 2009-cu il bu iki siyasi hadisələrlə əlamətdardır. Eyni zamanda, dünya iqtisadi böhranı şəraitində ölkə iqtisadiyyatında artımın baş verməsi də mühüm hadisədir. Yəni dünya dövlətlərində baş verən bir çox çətinliklər Azərbaycanda yaşanmadı. Təbii ki, bu fakt Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsini bir daha təsdiq edir. Hazırkı vəziyyəti obrazlı şəkildə qiymətləndirsək, fırtınalar dənizində Azərbaycan gəmisi uğurla üzür. Bir sözlə, böhran şəraitində Azərbaycan iqtisadiyyatında artım varsa, bu böyük nailiyyətdir. Hesab edirəm ki, 2010-cu ildə də uğurlar silsiləsi davam edəcək.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
01 İyun 21:09
Dünya
01 İyun 20:45
Müsahibə
01 İyun 20:30
YAP xəbərləri
01 İyun 20:25
Dünya
01 İyun 20:18
Dünya
01 İyun 19:53
YAP xəbərləri
01 İyun 19:21
İqtisadiyyat
01 İyun 19:20
YAP xəbərləri
01 İyun 19:10
İdman
01 İyun 19:10
YAP xəbərləri
01 İyun 18:17
YAP xəbərləri
01 İyun 18:09
Siyasət
01 İyun 17:56
Siyasət
01 İyun 17:31
Siyasət
01 İyun 17:30
Elanlar
01 İyun 17:24
YAP xəbərləri
01 İyun 17:16
Sosial
01 İyun 17:13
YAP xəbərləri
01 İyun 16:56
Elanlar
01 İyun 16:35
Dünya
01 İyun 16:30
Sosial
01 İyun 16:22
Siyasət
01 İyun 16:17
Sosial
01 İyun 16:12
Gündəm
01 İyun 16:09
YAP xəbərləri
01 İyun 16:04
Gündəm
01 İyun 16:00
YAP xəbərləri
01 İyun 15:51
İqtisadiyyat
01 İyun 15:32
Hadisə
01 İyun 15:30
Sosial
01 İyun 15:29
Sosial
01 İyun 15:28
Sosial
01 İyun 15:28
Sosial
01 İyun 15:23
Siyasət
01 İyun 15:20
YAP xəbərləri
01 İyun 15:15
Müsahibə
01 İyun 15:13
YAP xəbərləri
01 İyun 15:05
YAP xəbərləri
01 İyun 15:02
Sosial
01 İyun 15:00
YAP xəbərləri
01 İyun 14:58
YAP xəbərləri
01 İyun 14:57
İqtisadiyyat
01 İyun 14:36
Gündəm
01 İyun 14:35
YAP xəbərləri
01 İyun 14:33
Dünya
01 İyun 14:19
YAP xəbərləri
01 İyun 14:14
Elm
01 İyun 14:09
İqtisadiyyat
01 İyun 13:54
Siyasət
01 İyun 13:52
Sosial
01 İyun 13:50
Dünya
01 İyun 13:27
Hərbi
01 İyun 12:29
YAP xəbərləri
01 İyun 12:26
İdman
01 İyun 12:23
Siyasət
01 İyun 12:13
Siyasət
01 İyun 12:13
Elanlar
01 İyun 12:00
Dünya
01 İyun 11:35
Siyasət
01 İyun 11:29
Dünya
01 İyun 11:19
YAP xəbərləri
01 İyun 11:04
YAP xəbərləri
01 İyun 10:56
Dünya
01 İyun 10:55
Elm
01 İyun 10:40
Elm
01 İyun 10:39
Siyasət
01 İyun 10:37
Siyasət
01 İyun 10:32
İqtisadiyyat
01 İyun 10:31
Siyasət
01 İyun 10:28
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | 5 | 6 | |
| 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 |
| 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 |
| 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 |
| 28 | 29 | 30 |

