1991-ci il oktyabrın 18-i müasir Azərbaycan dövlətçiliyi tarixində mühüm səhifələrdən biridir
19.10.2019 [09:50]
Milli Məclisin deputatı, tarix elmləri doktoru Musa Qasımlı www.yap.org.az saytına müsahibə verib:
- Musa müəllim, məlum olduğu kimi, 18 oktyabr tarixi Azərbaycanda Müstəqillik Günü kimi qeyd olunur. 18 Oktyabr - Azərbaycan Respublikasının Müstəqillik Gününün tariximizdə yeri və rolu haqqında nə deyə bilərsiniz?
- 1991-ci il oktyabrın 18-i müasir Azərbaycan dövlətçiliyi tarixində mühüm səhifələrdən biridir. Hələ SSRİ-nin mövcud olmasına baxmayaraq, xalqımız dövlət müstəqilliyini bərpa etdi. Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi oldu. Buna qədər isə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin rəhbərliyi altında Naxçıvanda muxtar respublikanın adında “sovet”, “sosialist” ifadələrindən imtina edilmiş, Cümhuriyyət bayrağı dövlət bayrağı olaraq qəbul edilmiş və Bakıya tövsiyə edilmişdi ki, Xalq Cümhuriyyətinin dövlət atributları qəbul edilsin. Bununla da, Naxçıvan müasir müstəqil dövlətimizin təməllərinin atıldığı yer oldu.
- Müstəqilliyimizin ilk illərində Azərbaycan parçalanmaq təhlükəsi ilə üz-üzə qalmışdı. Belə bir şəraitdə Azərbaycanda hakimiyyətə qayıdan Ümummilli Liderimiz Heydər Əliyevin müstəqilliyimizin qorunması istiqamətindəki xidmətləri ilə bağlı fikirlərinizi bilmək istərdik...
- Dövlət müstəqilliyinin ilk illərində - 1991-1993-cü illərdə Azərbaycanda ümumi böhran hökm sürürdü. Daxildə xalq və hakimiyyət, hakimiyyətin qanadları arasında uçurum yaranmışdı. İctimai-siyasi, iqtisadi, mənəvi-psixoloji böhran mövcud idi. Eyni zamanda, ölkəmiz xaricdən dəstəklənən separatçılıqla üz-üzə qalmışdı. Xarici siyasət də böhran içində idi. Ermənistanın hərbi təcavüzü davam edir, torpaqlarımız işğal edilirdi. Xalqın sabaha ümidi yox idi. Ölkəni böhrandan çıxara bilməyən hakimiyyət xalqın istəyi qarşısında geri çəkilərək Ulu Öndər Heydər Əliyevi Naxçıvandan Bakıya dəvət etdi. Beləliklə, Heydər Əliyev Azərbaycanı dağılmaqdan xilas etdi, separatçılığın kökünü kəsdi, müasir Azərbaycan dövlətinin qurucusu oldu.
Ulu Öndərin misilsiz xidmətləri tariximizə qızıl hərflərlə yazılıb. Çünki Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyinin əbədi və dönməzliyini təmin edib.
- Bu gün artıq Azərbaycan güclü bir dövlətdir. Azərbaycanın müasir inkişafı ilə bağlı düşüncələriniz nədən ibarətdir?
- Bu gün cənab Prezidentimiz İlham Əliyevin liderliyi ilə Azərbaycan Respublikası dünyanın ləyaqətli, sözü və işi bir olan, gözəl perspektivləri olan dövlətidir. Gücünü millətdən alan bu siyasətin alternativi yoxdur.
- Musa müəllim, yeri gəlmişkən, bir məsələyə də münasibətinizi bilmək istərdik. Bu günlərdə Bakı şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşü keçirildi. Bu görüşün əhəmiyyəti nədən ibarətdir?
- Türk dünyasının müstəqil dövlətlərinin bir araya gəlməsi dövlətlərimizin gücünə güc qatır, beynəlxalq mövqelərimizi möhkəmləndirir. Bu birliyin böyük potensialı və yaxşı gələcəyi vardır.
Xəbər lenti
Hamısına baxDünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04

