/ / Yeni Azərbaycan Partiyasının gəncləri ölkəmizdə həyata keçirilən uğurlu siyasətin təbliğatında fəal iştirak edirlər
Yeni Azərbaycan Partiyasının gəncləri ölkəmizdə həyata keçirilən uğurlu siyasətin təbliğatında fəal iştirak edirlər
02.05.2019 [09:37]
YAP Gənclər Birliyinin sədr müavini, YAP Siyasi Şurasının üzvü Ramin Məmmədov www.yap.org.az saytına müsahibə verib:
- Ramin müəllim, Yeni Azərbaycan Partiyasının fəaliyyətində gənclərlə iş sahəsinə böyük əhəmiyyət verilir. Partiyamızın bu siyasətinin gənclərin ictimai-siyasi fəallığı və perspektiv inkişafı baxımından əhəmiyyəti nədən ibarətdir?
- Bilirsiniz ki, YAP-ın sıralarında gənclər böyük üstünlük təşkil edirlər və partiya sıralarına yeni qoşulanların mütləq əksəriyyəti də gənclərdən ibarətdir. Partiyamızın 730 mindən artıq üzvü var ki, onların da 40 faizini gənclər təşkil edirlər. Ümumiyyətlə, YAP hər zaman fəaliyyətində gənclərə geniş imkanların yaradılmasına, onlarda milli şüurun, vətənpərvərlik ruhunun formalaşdırılmasına xüsusi diqqət yetirib.
Bilirsiniz ki, Ulu Öndər Heydər Əliyev Azərbaycan gəncliyinə hər zaman qayğı ilə yanaşırdı. Öz növbəsində, Azərbaycan gəncliyi də Heydər Əliyev ideyalarına daim sadiqlik nümayiş etdirir. Bu gün Ulu Öndərin müəyyən etdiyi siyasi kursu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin və Onun rəhbərliyi ilə YAP-ın fəaliyyətinin prioritet istiqamətlərindən biri kimi, bu gün də Azərbaycan gənclərinin hərtərəfli inkişafı, ölkənin ictimai-siyasi, sosial-mədəni həyatındakı rolunun artması, idarəçilik strukturlarında geniş təmsil olunması xüsusi diqqət mərkəzindədir. Görülən effektiv tədbirlərin nəticəsidir ki, hazırda dövlət orqanlarında, bələdiyyə qurumlarında çalışan gənc kadrların sayı hiss olunacaq dərəcədə artır. Gənclərin daim irəli çəkilməsi onların dövlət idarəçiliyinə fəal cəlb olunması deməkdir.
YAP Gənclər Birliyi də bu gün istedadlı, cəmiyyətə və dövlətə xidmət etmək istəyən gəncləri öz ətrafında birləşdirməklə yanaşı, yeni nəslin hərtərəfli inkişafı, vətənpərvərlik ruhunun yüksəldilməsi, gənclərin aktiv ictimai fəaliyyətə cəlb olunması və digər istiqamətlərdə işlər görür. Partiyanın rəhbər tutduğu azərbaycançılıq ideologiyasının prinsipləri əsasında Azərbaycan gəncləri arasında vətənə sevgi, ölkə sərhədlərindən kənarda Azərbaycanı layiqincə təmsil etmək, milli-mənəvi dəyərlərimizi qorumaq təbliğ olunur.
Təşkilatımızın həyata keçirdiyi çoxsaylı layihələr də gənclərin bilik səviyyəsinin yüksəldilməsinə, liderlik keyfiyyətlərinin formalaşdırılmasına xidmət edir. YAP həm də gənclərin seçkilərdə və digər ölkə əhəmiyyətli proseslərdə fəal iştirakını təmin etmək üçün seçkiqabağı dövrlərdə çoxsaylı tədbirlər keçirir. Eyni zamanda, təşkilatın bir sıra nüfuzlu dövlətlərin hakim partiyalarının gənclər təşkilatları ilə sıx əməkdaşlıq etməsi Azərbaycan gənclərinin beynəlxalq aləmə inteqrasiyası baxımından çox önəmli faktordur. Bütün bunlar isə perspektiv baxımından böyük uğurlar vəd edir. Bu gün gənclər layiqli vətəndaşlar kimi yetişirlər və bu da gələcəyə nikbinliklə baxmağa tam əsas verir.
- YAP Gənclər Birliyinin V hesabat-seçki konfransına hazırlıq işləri gedir. Bu məqsədlə partiyanın yerli strukturlarında da gənclər birliklərinin hesabat-seçki yığıncaqları keçirilir. Sizcə, yerli təşkilatların gənclər birlikləri hesabat dövründə vəzifələrini hansı səviyyədə yerinə yetiriblər?
- Bildiyiniz kimi, bu yaxınlarda Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin V hesabat-seçki konfransı nəzərdə tutulur. Artıq bütün respublika üzrə regionlarda və paytaxtımızın rayonlarının əksəriyyətində yerli hesabat-seçki konfransları keçirilir.
Konfranslarda gənclər birliklərinin ötən müddət ərzində həyata keçirdiyi tədbirlər haqqında hesabatlar təqdim olunur. Bu konfranslar nəticəsində bir daha şahidi oluruq ki, ölkəmizdə yüksək intellektli gənclər formalaşıb, onlar Heydər Əliyev ideyalarına sadiqdirlər və Prezident İlham Əliyevin siyasətini dəstəkləyirlər. Gənclər üzərlərinə düşən vəzifələri yerinə yetirmək üçün bütün imkanlarını səfərbər ediblər. Bu mənada, konfranslarda verilən hesabatlarla bağlı qənaətimiz müsbətdir.
Konfranslarda gənclər birliklərinin yeni heyəti seçilir. Seçim zamanı gənclərin ictimai-siyasi fəallığı, bilik və bacarığı, intellekti və s. vacib amillər əsas götürülür. Deyə bilərəm ki, YAP Gənclər Birliyinin V konfransına hazırlıq işləri başa çatmaq üzrədir.
Bütövlükdə, Yeni Azərbaycan Partiyasının gəncləri ölkəmizdə həyata keçirilən uğurlu siyasətin təbliğatında fəal iştirak edirlər. Çünki müəyyən dairələr ictimai rəyi çaşdırmağa çalışırlar. Ona görə də Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin uğurlarının fəal, düzgün və əsaslandırılmış formada geniş ictimaiyyət arasında təbliğ olunması vacib məsələdir. Bu baxımdan, gənclərimiz üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışırlar.
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10

