Azərbaycanla dostluq ABŞ üçün çox mühüm əhəmiyyət kəsb edir
25.11.2009 [10:09]
Azərbaycan əsilli ABŞ vətəndaşı Nəimi Əmirəlin dünyanın demokratiya beşiyi sayılan Birləşmiş Ştatlarla tanışlığı onun tələbəlik illərinə təsadüf edib. Təhsilinin əsas hissəsini ABŞ ali məktəblərində alan həmyerlimiz Nyu-York Universitetində iqtisadiyyat və kommunikasiya texnologiyaları sahəsində iki magistr dərəcəsi alıb. 2001-ci ilin 11 sentyabr terror hadisələrindən sonra könüllü olaraq ABŞ Hərbi Dəniz Qüvvələrində hərbi xidmətə qoşulub. ABŞ hərbi dəniz qüvvələrində 3 il matros kimi xidmət keçib, ABŞ-ın o zamankı prezidenti Corc Buşun Sərəncamı ilə 2005-ci ildə zabit rütbəsi alıb. Zabit kimi 4 il xidmət edən N.Əmirəl 2009-cu ilin əvvəllərində ehtiyata buraxılıb. Hərbi xidməti başa vurduqdan sonra həmyerlimiz ABŞ-da aktiv siyasətlə məşğul olmaq qərarına gəlib. 2004-cu ildən üzvü olduğu ABŞ Respublikaçılar Partiyası həmyerlimizə etimad göstərərək ona Virciniya (Virginiya) ştatı Parlamentinin aşağı palatasına partiyanın namizədi olmağı təklif edib. Beləliklə də, bu il Virciniya ştatında keçirilmiş parlament seçkilərində ştatın 87-ci seçki dairəsindən Respublikaçılar Partiyası tərəfindən namizədliyi irəli sürülüb ki, bu da türk dünyası üçün ilk belə faktdır. Noyabrda baş tutan seçkilərdə 43,3 faiz səs toplamasına baxmayaraq, Nəimi Əmirəl Demokrat Partiyasını təmsil edən namizədə uduzub. Amma Nəimi Əmirəl bu seçkilərin onun üçün bir təcrübə olduğunu söyləyərək 2 ildən sonra keçiriləcək seçkilərdə (əgər namizədliyi irəli sürülərsə) rəqibinə qalib gələcəyinə əmindir.
Evlidir, 1 övladı var.
ABŞ-da keçirilən parlament seçkilərində Respublikaçılar Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Azərbaycan əsilli ABŞ siyasətçisi Nəimi Əmirəlin “Yeni Azərbaycan” qəzetinə müsahibəsi:
- Nəimi müəllim, istərdik söhbətimizə elə seçkilərdən başlayaq.
- Bildiyiniz kimi, Virciniya ABŞ-ın ilk ştatıdır. Bu ştatın əhalisi 8 milyondur, iqtisadi dövriyyəsi isə 400 milyard dollardan artıqdır. Virciniya Parlamenti 2 palatadan ibarətdir. Aşağı palatada 100, yuxarı palatada isə 40 senator təmsil olunur. Mənim 87-ci dairədən aşağı palataya namizədliyim irəli sürülmüşdü. Bu dairədə 77 minə yaxın insan yaşayır. Seçkilərə start verilən ilk andan kampaniyamızı yüksək səviyyədə həyata keçirdik. Hətta seçkilərə bir neçə gün qalmış keçirilmiş sonuncu rəy sorğusunda mənim üstünlüyüm var idi. Amma sonda məğlub olduq. Sevinirəm ki, mənim uduzmağıma baxmayaraq, seçkilərdə təmsil etdiyim partiya Virciniyada Gubernator seçkilərini qazandı. Qubernator, lütenant qubernator, baş prokuror “respublikaçılar”dan seçildi, həmçinin, parlamentdə də çoxluq bizim partiyamızın tərəfindədir. Təkcə parlamentin yuxarı palatasında “demokratlar”ın cüzi üstünlüyü var.
- Kampaniyanızı yüksək səviyyədə qurduğunuzu bildirirsiniz. Bəs necə oldu ki, qalib gələ bilmədiniz?
- Bunun bir sıra səbəbləri var. Adətən, birinci dəfə namizədliyini irəli sürmüş şəxslər üçün qalib gəlmək çox çətin olur. çünki səni çox az adam tanıyır. Bilirsiniz, ABŞ seçki proseslərində bəzən ən xırda detallar belə seçkilərin nəticələrinə əhəmiyyətli dərəcədə təsir edə bilir. Həm də rəqibimin maliyyə imkanları daha geniş idi. Amma artıq bu nöqsanların bir çoxunun aradan qalxdığını düşünürəm və əgər növbəti dəfə namizədliyim partiya tərəfindən irəli sürülərsə, qalib gəlmək şansım daha çox olacaq.
- ABŞ-da yaşayan azərbaycanlılar bu prosesi necə qarşıladı? Sizin namizədliyinizə münasibət necə idi?
- Şübhəsiz ki, bu hadisə ilk dəfə olduğu üçün, azərbaycanlı-amerikalıları cox həvəsləndirib. Yəqin ki, növbəti illərdə ABŞ-da Azərbaycan əsilli siyasətçilərə daha çox rast gələcəyik. Konkret mənə münasibətə gəlincə, qeyd etməliyəm ki, çox razı qaldım. Bir neçə dəfə görüşlərimiz oldu, onlar məni dəstəklədiklərini söylədilər. Xəbər tutanlar, tanıyanlar mənə dəstək verirdilər, onların sevinclərinin, qürur hissi keçirdiklərinin təbii olduğu tam hiss olunurdu.
- ABŞ-dakı Azərbaycan diasporunun ümumi durumu haqqında nə deyə bilərsiniz? Onların aktivliyini qənaətbəxş hesab etmək olarmı?
- Açığı bu sahədə mütəxəssis olmadığımdan çox da geniş məlumatlı deyiləm. Amma onu deyə bilərəm ki, hazırda ABŞ-ın bir çox ştatında azərbaycanlılar yaşayır. Onlar Birləşmiş Ştatların mədəni, iqtisadi həyatına inteqrasiya olunmağa başlayıblar. Əminəm ki, gələcəkdə ABŞ-ın azərbaycanlı vətəndaşları da bu ölkədə mövcud olan demokratik mühitdən, imkanlardan daha çox bəhrələnəcəklər və ölkənin inkişafı üçün daha çox çalışacaqlar.
Azərbaycanın dünyada nüfuzu artmaqdadır
- Nəimi müəllim, ABŞ-da Azərbaycanı yetərincə tanıyırlarmı?
- Təbii ki, Azərbaycanın dövlət müstəqilliyinin yaşı elə də çox deyil və Azərbaycanın gənc bir dövlət olduğunu söyləyə bilərik. Ona görə də, təbii olaraq, sadə amerikalılar Azərbaycan haqqında o qədər də məlumatlı deyillər. Amma dünyagörüşü daha zəngin olan insanlar, mütəxəssislər, siyasətçilər Azərbaycan haqqında kifayət qədər məlumatlıdırlar.
Mənim seçki marafonuna qoşulmağımdan sonra hesab edirəm ki, Virciniyada bu mənada daha çox dəyişiklik nəzərə çarpır. Mənim namizədliyim haqqında “Vaşinqton Post” qəzetində də məqalə dərc olunmuş, seçkilərə Azərbaycan əsilli Amerika vətəndaşı kimi qatılmağım haqqında məlumatlar oxuculara təqdim edilmişdi. Bu da hesab edirəm ki, kiçik də olsa, ümumi işə müəyyən müsbət təsir göstərir.
ümumən isə, hazırda Azərbaycanın dünyada nüfuzunun artmaqda olduğunu söyləyə bilərik. Mən inanıram ki, bir neçə ildən sonra dünya xalqları Azərbaycan haqqında daha çox informasiyaya sahib olacaq.
- Azərbaycan-ABŞ münasibətləri haqqında nə deyə bilərsiniz? Vaşinqtonun xarici siyasətində ölkəmizin yerini necə qiymətləndirirsiniz?
- Azərbaycan Cənubi Qafqazın lider dövləti və çox mühüm geostrateji mövqeyə malik bir ölkə kimi ABŞ üçün önəmli tərəfdaşlardan biridir. Azərbaycanın apardığı xarici siyasəti ABŞ-da layiqincə qiymətləndirirlər. Eyni zamanda, biz bilirik ki, Azərbaycan yüksək iqtisadi inkişaf tempinə malik bir dövlətdir. Həmçinin, qeyd etməliyəm ki, bu iki dövlətin həyata keçirdiyi xarici siyasət kursunda əsas götürdüyü prioritetlər əksərən üst-üstə düşür, tərəflərin maraqları bir-birinə uyğun gəlir. Bilirsiniz ki, Azərbaycanla ABŞ arasında enerji sahəsində yüksək əməkdaşlıq mövcuddur, demokratiyanın inkişaf etdirilməsi istiqamətində qarşılıqlı münasibətlər formalaşıb. Həmçinin, beynəlxalq qlobal terrorizmə qarşı mübarizədə Azərbaycan ABŞ üçün sadiq müttəfiqlərdən biridir. Bu faktorlar ABŞ-Azərbaycan münasibətlərinin inkişafına yaxşı mənada təsir göstərir. Azərbaycanla dostluq ABŞ üçün çox mühüm əhəmiyyət kəsb edir. Lakin ABŞ-da Azərbaycanla əlaqələrin inkişafına mane olmaq istəyən, bu yöndə fəaliyyət göstərən qüvvələr də var.
Hazırda erməni diasporunun təsiri altında fəaliyyət göstərən xeyli sayda amerikalı siyasətçi var
- Amerika xalqının Dağlıq Qarabağ münaqişəsinə münasibəti nədən ibarətdir?
- ABŞ-da Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunması faktını demək olar ki, bütün siyasətçilər bilirlər. Mən özüm də ailəmin torpaqları işğal olunmuş bir ölkədə yaşadığını və bunun nə qədər acınacaqlı olduğunu görürəm. Mən inanıram ki, dünyada ədalətə tərəfdar olan insanlar gec-tez Azərbaycana öz torpaqlarını işğaldan azad etməsi üçün kömək göstərəcəklər. Yalnız bundan sonra Azərbaycanla Ermənistan arasında əlaqələr bərpa oluna bilər və bütün regionda sülh yarana bilər. Amma bunun üçün ilk olaraq işğal faktına son qoyulmalıdır. ABŞ-ın münaqişənin həllinə münasibətinə gəlincə, bu, heç kəsə sirr deyil. ABŞ münaqişənin beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində, sülh yolu ilə həllinə tərəfdardır.
- Vaşinqton münaqişənin beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində həllinin vacibliyini vurğulayır, digər tərəfdən də ədalətin bərpa olunması üçün faktiki olaraq heç bir qəti addım atmır. Baxmayaraq ki, onun bunu etməyə yetərincə imkanı və qüdrəti var. Sizcə, bu ikibaşlı siyasət, ədalətsizlik deyilmi?
- Bir şeyi hökmən nəzərə almaq lazımdır ki, ABŞ demokratik bir ölkədir. Demokratik ölkələrdə isə xarici siyasət müəyyənləşdirilərkən, oradakı müxtəlif yerli qüvvələr bu proseslərə təsir göstərməyə çalışırlar. ABŞ-da da çoxlu etnik ermənilər yaşayır. Bu etnik ermənilər bütün qüvvələri ilə ABŞ-Azərbaycan münasibətlərinin yüksək səviyyədə olmaması üçün fəaliyyət göstərir. Dağlıq Qarabağ məsələsində də onlar hökumətə ciddi təsir göstərirlər. Həmçinin, onu da bildirməliyəm ki, hazırda erməni diasporunun təsiri altında fəaliyyət göstərən xeyli sayda amerikalı siyasətçi var. Onların bir qismi də Konqresə seçilmiş üzvlərdir. Həmin siyasətçilər Amerika xalqının maraqlarını bir kənara qoyaraq öz siyasi maraqlarını təmin etməyə çalışırlar. Erməni lobbisi bəzi hallarda bu cür siyasətçiləri maddi baxımdan da dəstəklədiyi üçün həmin Konqres üzvləri Azərbaycanın əleyhinə fəaliyyət göstərir. Konqresin ABŞ-ın xarici siyasətini həyata keçirən strukturlardan biri olduğunu nəzərə alsaq, erməni dairələrinin dəstəklədiyi konqresmenlərin ABŞ Administrasiyasına təsir imkanlarının nə dərəcədə olduğunu müəyyənləşdirə bilərik. Bütün bunların nəticəsində azərbaycanlılar burdan baxanda haqsızlıq, ikibaşlı siyasət görürlər. Amma bütün bunları amerikalıların ədalətsizliyi kimi dəyərləndirmək düzgün deyil, əksinə, Amerika xalqı dünyanın ən ədalətli xalqlarından biridir və elə bu səbəbdən mən Amerika xalqını çox sevirəm və özümə doğma hesab edirəm.
ABŞ bu müharibəyə başlayarkən qarşısına çox gözəl məqsədlər qoymuşdu...
- Nəimi müəllim, ABŞ-ın ədalətindən danışırsınız, amma bu gün ABŞ-ın İraqda apardığı müharibəyə qarşı çıxanlar heç də sizin kimi düşünmür. Əksinə, onlar amerikalıların ədalətindən şübhə duyurlar.
- İraqda baş verən hadisələri dəyərləndirərkən mütləq burada müharibədən öncəki vəziyyəti nəzərə almaq lazımdır. ümid edirəm ki, Səddam Hüseynin diktatura rejimi tərəfindən insanların başlarına nə oyunlar açıldığı, hansı qəddar hərəkətlərə yol verildiyi hələ unudulmayıb. Eyni zamanda, Səddam Hüseyn rejimi kütləvi qırğın silahlarına sahib olmağa çalışırdı. Düzdür, işğaldan sonra məlum oldu ki, onlar hələ bu istəklərini reallaşdıra bilməmişdilər, amma bu proses gedirdi. Əlbəttə ki, o cür diktatorun elə silahlara yiyələnməsi təkcə ABŞ üçün deyil, bütün dünya üçün bir təhlükə ola və çox acı nəticələrə gətirib çıxara bilərdi. ABŞ isə doğrudan çox düzgün strateji qərar qəbul edərək bu təhlükənin qarşısını almağa çalışdı. Bəli, insanlar öldü, tələfatlar, dağıntılar oldu. Amma nəzərə almaq lazımdır ki, ABŞ bu müharibəyə başlayarkən qarşısına çox gözəl məqsədlər qoymuşdu, dünyanı perspektiv təhlükələrdən xilas etmək üçün böyük mübarizə apardı. Şübhəsiz ki, məqsədə çatmaq üçün bəzən istəməyərək səhvlər də oldu, müəyyən yerli rəhbərlərin məsuliyyətsizliyi və ya da başqa səhvlər ucbatından günahsız insanlar da qətlə yetirildi. Bunlar olub, heç kəs də inkar etmir. Mən də, çoxları kimi, müharibələrin əleyhinəyəm, amma bu halda başqa çıxış yolu da yox idi. İraq insanlarını ağ günə çıxarmaq üçün, dünyanı gözləyən təhlükələrdən xilas etmək üçün ABŞ itkiləri gözə aldı və məncə, xoşbəxt, daha təhlükəsiz bir gələcək üçün buna dəyərdi. Və bu gün tam məsuliyyətlə deyə bilərik ki, İraqda mövcud olan vəziyyət müharibədən öncəki durumdan qat-qat yaxşıdır.
Mən Rusiyanı başqa qütb hesab etmirəm
- SSRİ-nin dağılmasından sonra yaranmış birqütblü dünya modeli artıq yenidən korrektələrə məruz qalır. Artıq bir sıra mərkəzlər formalaşmağa başlayır və ABŞ-ın rəqibləri artmaqdadır. Bunlar arasında keçmiş prezident, indiki Baş nazir Vladimir Putinin hakimiyyətə gəlməsindən sonra özünü yenidən bərpa edən və xeyli dərəcədə qüdrətlənən Rusiya da var. Siz, yeni dünya modelində ABŞ-Rusiya münasibətlərini necə proqnozlaşdırırsınız?
- ABŞ tam demokratik bir ölkə olduğundan, fikrimcə, istər birqütblü, istərsə də çoxqütblü bir dünyada çox mühüm rol oynayan dövlət olmağa davam edəcəkdir. Konkret Rusiya ilə münasibətlərin gələcək perspektivlərinə gəlincə, mən hesab edirəm ki, bu iki dövlətin də müəyyən maraqları üst-üstə düşür və bu maraqların təmin olunması naminə əməkdaşlıqlar genişləndirilməlidir. Digər tərəfdən, mən Rusiyanı başqa qütb hesab etmirəm. Əksinə, Rusiyanı da ABŞ başda olmaqla, Qərb dünyasının bir tərkibi kimi görürəm.
- Nəimi müəllim, sonda maraqlı müsahibəyə görə sizə təşəkkür edir və bir daha bildirmək istəyirik ki, Birləşmiş Ştatlar kimi nəhəng bir ölkədə xalqımızı belə layiqincə təmsil etməyiniz hər bir azərbaycanlı kimi bizi də çox sevindirir, əldə etdiyiniz nailiyyətlər qürurvericidir. Eyni zamanda, sizə böyük ümidlər bəslədiyimizi bildirir, gənc azərbaycanlı ABŞ siyasətçisi kimi bundan sonrakı fəaliyyətinizdə uğurlar və növbəti seçkilərdə tam qələbə arzulayırıq.
- çox sağ olun!.
Aqşin ŞAHİNOÄžLU
Xəbər lenti
Hamısına bax
YAP xəbərləri
20 Sentyabr 21:14

Dünya
20 Sentyabr 20:18

YAP xəbərləri
20 Sentyabr 20:04

Xəbər lenti
20 Sentyabr 19:23

YAP xəbərləri
20 Sentyabr 19:15

YAP xəbərləri
20 Sentyabr 19:13

YAP xəbərləri
20 Sentyabr 19:09

YAP xəbərləri
20 Sentyabr 19:03

YAP xəbərləri
20 Sentyabr 18:58

İdman
20 Sentyabr 18:36

YAP xəbərləri
20 Sentyabr 17:28

Xəbər lenti
20 Sentyabr 17:12

YAP xəbərləri
20 Sentyabr 16:36

YAP xəbərləri
20 Sentyabr 15:29

Gündəm
20 Sentyabr 15:25

YAP xəbərləri
20 Sentyabr 14:41

YAP xəbərləri
20 Sentyabr 14:28

YAP xəbərləri
20 Sentyabr 13:54

Gündəm
20 Sentyabr 13:39

YAP xəbərləri
20 Sentyabr 13:22

Gündəm
20 Sentyabr 13:08

Gündəm
20 Sentyabr 12:56

YAP xəbərləri
20 Sentyabr 12:51

YAP xəbərləri
20 Sentyabr 12:38

Gündəm
20 Sentyabr 12:35

Gündəm
20 Sentyabr 12:16

Gündəm
20 Sentyabr 11:58

MEDİA
20 Sentyabr 11:35
YAP xəbərləri
20 Sentyabr 11:24

Sosial
20 Sentyabr 11:19

YAP xəbərləri
20 Sentyabr 11:06

Analitik
20 Sentyabr 10:53

Analitik
20 Sentyabr 10:34

Analitik
20 Sentyabr 10:15

YAP xəbərləri
20 Sentyabr 09:54

Analitik
20 Sentyabr 09:29

Analitik
20 Sentyabr 09:12

Sosial
20 Sentyabr 08:56

Ədəbiyyat
20 Sentyabr 08:32

Gündəm
20 Sentyabr 00:34

YAP xəbərləri
19 Sentyabr 23:19

Siyasət
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:00

YAP xəbərləri
19 Sentyabr 21:14

YAP xəbərləri
19 Sentyabr 20:42

YAP xəbərləri
19 Sentyabr 20:10

YAP xəbərləri
19 Sentyabr 19:07

Xəbər lenti
19 Sentyabr 18:49

Dünya
19 Sentyabr 18:25

YAP xəbərləri
19 Sentyabr 18:01

YAP xəbərləri
19 Sentyabr 18:00

Xəbər lenti
19 Sentyabr 17:54

Dünya
19 Sentyabr 17:19

Elm
19 Sentyabr 17:09

YAP xəbərləri
19 Sentyabr 17:06

YAP xəbərləri
19 Sentyabr 17:05

YAP xəbərləri
19 Sentyabr 17:03

Dünya
19 Sentyabr 16:51

Dünya
19 Sentyabr 16:22

YAP xəbərləri
19 Sentyabr 16:11

YAP xəbərləri
19 Sentyabr 16:04

Dünya
19 Sentyabr 15:33

Dünya
19 Sentyabr 15:12

YAP xəbərləri
19 Sentyabr 15:02

YAP xəbərləri
19 Sentyabr 15:01

YAP xəbərləri
19 Sentyabr 15:00

Dünya
19 Sentyabr 14:48

Formula 1
19 Sentyabr 14:47

Xəbər lenti
19 Sentyabr 14:46
