Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / "Səs" qəzeti YAP-ın daşıdığı ideyaların təbliğatçısı olaraq bu gün də öz kursuna sadiqdir

"Səs" qəzeti YAP-ın daşıdığı ideyaların təbliğatçısı olaraq bu gün də öz kursuna sadiqdir

19.11.2009 [09:33]

Bəhruz Quliyev: Təsadüfi deyil ki, həmin dövrdə xalqımız və dövlətçiliyimiz qarşısında öz tarixi məsuliyyətini dərk edən qəzetimizin qurucuları belə bir məsuliyyətli və dövlətçiliyimiz üçün həlledici mərhələdə Heydər Əliyev ideyalarını ictimai rəyə çatdırmaq kimi şərəfli bir missiyanı öz üzərinə götürdülər
“Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev www.yap.gov.az saytına müsahibə verib:
- “Səs” qəzeti Yeni Azərbaycan Partiyasının (YAP) fəaliyyətinin cəmiyyətə çatdırılmasında mühüm rolu olan bir qəzetdir. ümumiyyətlə, YAP-ın yaranmasından üzü bəri qəzetin ictimai-siyasi proseslərdə rolunu necə dəyərləndirirsiniz?
- “Səs” qəzeti həmişə Yeni Azərbaycan Partiyasının ideoloji təbliğat vasitəsi olub və təqdirəlayiqdir ki, qəzetimiz cəmiyyətdə məhz bu cür tanınır. Qəzetimiz fəaliyyətə başladığı 1991-ci ildən etibarən daim Ulu öndərimiz Heydər Əliyevin ideyalarına və dövlətçilik xəttinə sədaqətlə xidmət edib. Bu gün də həmin şərəfli missiyanı davam etdirir. “Səs” qəzeti dövlətçiliyimiz üçün çətin sınaqların başladığı bir dövrdə ərsəyə gəldi. Qəzetimiz həmin dövrdə mövcud olan hakimiyyətə qarşı müxalif mövqedə idi və haqlı olaraq bu mətbu orqanın qurucuları bütün Azərbaycan vətəndaşları kimi xalqımızın gələcək taleyini böyük tarixi şəxsiyyət Heydər Əliyevlə birgə görürdülər. O dövrdə respublikada ictimai-siyasi vəziyyət olduqca gərgin idi, hakimiyyət uğrunda amansız mübarizələr gedirdi, ölkəmiz Ermənistanın işğalçılıq siyasətinə məruz qalmışdı, yüzminlərlə qaçqın və məcburi köçkün öz doğma torpaqlarından didərgin düşmüşdü. ölkədə ağır sosial-iqtisadi vəziyyət hökm sürürdü. Etiraf edək ki, belə bir çətin dövrdə müstəqil qəzetin fəaliyyətə başlaması inanılmaz bir iş idi. Bu, həm də böyük cəsarət və risk tələb edirdi. Digər tərəfdən, fəaliyyətə başladığı ilk gündən qəzet konkret ideologiyaya əsaslandı. Sırf ideoloji bir qəzet kimi fəaliyyətə başlamağın çətinlikləri isə daha çox idi.
Təsadüfi deyil ki, həmin dövrdə xalqımız və dövlətçiliyimiz qarşısında öz tarixi məsuliyyətini dərk edən qəzetimizin qurucuları belə bir məsuliyyətli və dövlətçiliyimiz üçün həlledici mərhələdə Heydər Əliyev ideyalarını ictimai rəyə çatdırmaq kimi şərəfli bir missiyanı öz üzərinə götürdülər. ölkədə olduqca çətin və mürəkkəb situasiya yaranmışdı. Xatırlayırsınızsa, həmin dövrdə hakimiyyətdə olan qaragüruh qüvvələrin siyasi sifarişi əsasında respublikanın bir sıra mətbu orqanlarında Heydər Əliyevə qarşı iftira və qarayaxma kampaniyası aparılırdı. O dövrdə Ulu öndər Heydər Əliyevə rəğbətin ifadə edilməsi olduqca təhlükəli idi. Xalqın inam və arzusunu çəkinmədən ifadə edərək Heydər Əliyev dühasına üz tutan insanlar, xüsusi ilə cəmiyyətin ziyalı təbəqəsi ağır təqib və təzyiqlərə məruz qalırdılar. Buna baxmayaraq, qəzet çox böyük fədakarlıqla Heydər Əliyev ilə bağlı xalqın arzu və istəyini dilə gətirirdi.
Təsadüfi deyildi ki, 1992-ci ilin oktyabrında ölkə ziyalıları xalqın iradəsini ifadə edərək, ümummilli lider Heydər Əliyevə “Səs” qəzeti vasitəsilə müraciət etdilər. Ulu öndərimiz, əslində, xalqın çağırışı olan bu müraciətə biganə qalmadı, öz cavab məktubunda Azərbaycan dövlətinin xilas yolunu, müstəqilliyinin qorunub-saxlanılması strategiyasını açıqladı. Bizim qəzetin tarixinin ən şərəfli anlarından biri də məhz odur ki, bu böyük və unudulmaz şəxsiyyətin Azərbaycan ziyalılarına cavab məktubu da məhz “Səs” qəzetində dərc olundu. Bu cavab, əslində, Azərbaycan dövlətinin xilas strategiyası idi və bizim üçün şərəflidir ki, bu cavab məhz “Səs” qəzetində dərc olunmuşdur. Xatırlayırsınızsa, ziyalılar öz məktubunda Heydər Əliyevin rəhbərliyi altında yeni bir partiyanın yaradılmasının vacibliyini bildirir və Ulu öndərdən bu təşəbbüsə dəstək verilməsini xahiş edirdilər. Həmin illərdə respublikada mövcud olan sərt senzura şəraitində “Səs” qəzetinin fəaliyyəti üçün olduqca dözülməz şərait yaradılmışdı. Təsadüfi deyil ki, redaksiya binası və qəzetin əməkdaşları dəfələrlə həmin dövrdəki hakimiyyətin sifarişini yerinə yetirən qoçu dəstələrinin hücumlarına məruz qalırdılar. 1993-cü il martın 31-də isə “Səs” qəzetinə hücum oldu, 5 nəfər silahlı şəxs redaksiyaya basqın edərək qəzetin əməkdaşlarına qarşı fiziki güc tətbiq etdilər.
Ulu öndər hakimiyyətə gəldikdən sonra bütün kütləvi informasiya vasitələri kimi “Səs” qəzeti də öz fəaliyyətini normal şəkildə davam etdirib və həm Ulu öndərin, həm də YAP-ın fəaliyyəti haqda cəmiyyəti məlumatlandırmaq missiyasını yerinə yetirib. Bundan başqa, qəzet ölkədə və dünyada baş verən hadisələri, insanların fikirlərini, əldə olunan uğurları və problemləri də öz səhifələrində işıqlandırır. Məhz buna görə, Ulu öndər Heydər Əliyev YAP-ın 10 illik yubileyindəkı çıxışında “Səs” qəzeti haqda xoş sözlər demişdi. Ulu öndər “Səs”-i Azərbaycanın tarixinə düşmüş bir qəzet kimi xarakterizə etmiş və demişdi: “Səs” qəzeti mənim üçün çox əziz qəzetdir. Mən bu qəzetin xidmətlərini xüsusi qiymətləndirirəm. O zaman ki, mən Naxçıvanda işləyirdim və Bakıda bəzi dairələrdə Naxçıvana qarşı ədalətsiz hərəkətlər olurdu. “Səs” qəzeti cəsarətlə çox ağıllı şəkildə məqalələr yazır, öz fikirlərini deyirdi. İctimaiyyətdə düzgün fikir formalaşmasına səy göstərirdi. “Səs” qəzeti tarixə düşmüş bir qəzetdir”.
- İndiki dövrdə “Səs” qəzeti öz fəaliyyət prinsiplərini hansı istiqamətlərdə həyata keçirir?
- Biz dövlətçilik və Heydər Əliyevin ideyaları qarşısında daim öz məsuliyyətimizi dərk edirik. Xalqın sosial sifarişini düzgün olaraq qiymətləndirməyə çalışırıq. Bilirik ki, Azərbaycan xalqı həmişə Ulu öndərimiz Heydər Əliyevin yanında olub və bu gün də Onun ideyalarını uğurla həyata keçirən möhtərəm Prezidentimiz cənab İlham Əliyevlə birlikdədir.
“Səs” qəzeti yarandığı vaxtdan dövlətçilik mövqeyində dayanıb, dövlətçilik naminə çalışıb. Qəzetimiz partiyanın daşıdığı ideyaların təbliğatçısı olaraq bu gün də öz kursuna sadiqdir. Yeni Azərbaycan Partiyasının Sədri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi, “Azərbaycan dövlətçiliyini ən uca tutan partiya” olaraq Yeni Azərbaycan Partiyası tarixi sınaqlardan şərəflə çıxıb və həmişə Azərbaycan naminə, xalq naminə, ölkənin inkişafı naminə ardıcıl və məqsədyönlü fəaliyyət göstərib. Biz bu gün də partiyamızın siyasi kursuna, daşıdığı dəyərlərə sadiqik və daim bu amal uğrunda çalışırıq.
Eyni zamanda, qəzetimiz dövlətimizin həyata keçirdiyi siyasətin ictimai rəyə təqdim olunması, obyektiv olaraq bu siyasətin xalqa çatdırılmasında fəal iştirak edir. Biz də bu sahədə öz məsuliyyətimizi dərk edərək hesab edirik ki, bu gün Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət Azərbaycanın regiondakı mövqeyini daha da möhkəmləndirib, respublikamız iqtisadi inkişafa görə lider ölkəyə çevrilib. Kütləvi informasiya vasitəsi olaraq bu siyasəti dəstəkləməyi bizdən xalqın Prezidentə olan inam və etibarı tələb edir.
- Bəhruz müəllim, son vaxtlar cəmiyyətdə müzakirə olunan məsələlərdən biri də medianın fəaliyyəti ilə bağlıdır. Azərbaycanda medianın inkişaf meyillərini və mövcud durumunu necə qiymətləndirirsiniz?
- Azərbaycan mediası öz tarixinin bütün dövrlərində inkişafa meyilli, optimist əhval-ruhiyyədə və cəmiyyətdə avanqard rolu oynayan bir qüvvə olub. Həsən bəy Zərdabinin banisi olduğu “Əkinçi” qəzetindən üzü bəri mətbuatımız şərəfli və çətin yol keçib. Müstəqilliyimizi bərpa etdikdən sonra isə, mətbuatımız yeni prinsiplərlə işləməyə başladı. Lakin keçid dövrünün problemləri bütün sahələrdə olduğu kimi, mətbuat sahəsində də problemlər yaratmışdı. Ulu öndər Heydər Əliyev hakimiyyətə gəldikdən sonra Azərbaycan mətbuatının inkişafına dövlət dəstəyi gücləndi.
Həqiqətən də, ümummilli lider Heydər Əliyevin Azərbaycanda azad sözün, mətbuatın inkişafında böyük xidmətləri olub. Tam məsuliyyətlə demək olar ki, Ulu öndərin ikinci dəfə hakimiyyətə gəlişi ilə Azərbaycan mətbuatı həqiqi azadlığa nail oldu. Ulu öndərin hakimiyyətə gəlişindən sonra məhz Onun diqqət və qayğısı nəticəsində mətbuata qoyulan qadağalar aradan qaldırıldı, müstəqil, azad mətbuatın əsası qoyuldu. Nəticə ortadadır, Azərbaycan mətbuatında nə senzura, nə də kiminsə yazdığına müdaxilə var. Bu gün ölkədə 3500-ə yaxın qəzet, jurnal, çoxlu sayda internet mediası var və onlar istədiklərini yazırlar. çox təəssüflər ki, bəzən müxalifət liderləri beynəlxalq təşkilatlara qərəzli hesabatlar verir və azad sözün boğulması haqda yalan fikirlər söyləyirlər. Amma hər şey göz qabağındadır. ümumiyyətlə, ölkədə belə bir hal yoxdur. Qəzetlər istədikləri məmuru tənqid, hətta bəzən təhqir də edirlər. Ulu öndər dəfələrlə dövlət məmurlarına mətbuata, qəzetlərə güzəştlər etməyin vacib olduğunu bildirmişdi. ümummilli lider Heydər Əliyev başqa sahələrdə çalışanlarla yanaşı, jurnalistlərin fəaliyyətini də stimullaşdırmaq məqsədilə dəfələrlə müxtəlif tapşırıq və tövsiyələr verib. Azad sözün inkişafı naminə müxtəlif sərəncamlar imzalayıb və mətbuatın inkişafı üçün münbit şərait yaradıb. Neçə-neçə yaşlı jurnalist Prezident təqaüdünə təqdim olunub, qəzetlərin nəşriyyata olan borcları dondurulub, həmkarlarımız təltif olunublar. Məhz bunun nəticəsidir ki, ümummilli lider Heydər Əliyev “Mətbuatın dostu” adına layiq görülüb.
Ulu öndər Heydər Əliyev mətbuata tolerant yanaşan, azad fikirli, demokrat bir insan idi. Onun siyasi kursu bu gün cənab Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Qeyd edim ki, Prezident İlham Əliyev bu gün mətbuatın inkişafı üçün lazımı addımlar atır, tapşırıqlar və sərəncamlar verir.
Xatırladım ki, cənab Prezident İlham Əliyev Ulu öndərin yolunu davam etdirərək, mətbuatın inkişafı naminə qəzetlərin “Azərbaycan” nəşriyyatına olan borcunu birdəfəlik ləğv edib və layiqli jurnalistlərə mükafatlar verib. İnkişaf olan yerdə, sözsüz ki, problemlər də var. Lakin milli mətbuatımız inkişaf etmiş Avropa ölkələrindən, demokratik ənənələri yüz illərlə ölçülən ölkələrin mediasından heç də geri qalmır.

Paylaş:
Baxılıb: 1227 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

MEDİA

Sosial

4 şəhərin 1 günü

20 Sentyabr 11:19  

Analitik

Sosial

Ədəbiyyat

Şənbə üçün nəzm

20 Sentyabr 08:32  

YAP xəbərləri

YAP xəbərləri

Separatizmə son

19 Sentyabr 22:00

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30