Ulu öndər Heydər Əliyev Yeni Azərbaycan Partiyasını xalqımızın partiyası kimi yaradıb
18.11.2009 [01:16]
Yeni Azərbaycan Partiyasının (YAP) Qadınlar Şurasının sədri, Dövlət Pedaqoji Kollecinin direktoru Nurlana Əliyeva www.yap.org.az saytına müsahibə verib:
- Nurlana xanım, bir müddətdir ki, Yeni Azərbaycan Partiyasının Qadınlar Şurası bölgələrdə müşavirələr keçirir. Bu müşavirələr haqqında məlumat verməyinizi xahiş edirik.
- YAP Qadınlar Şurası Azərbaycanın bütün bölgələrində partiyamızın üzvü olan qadınlarla görüşlər keçirməyi nəzərdə tutur. Artıq bir sıra bölgələrdə, o cümlədən, Quba, Qusar, Lənkəran, Salyan, Saatlı, Sabirabad, Şirvan, Balakən, Oğuz, Zaqatala və digər şəhər və rayonlarda bu görüşləri reallaşdırmışıq. Hazırda bu tədbirlərimiz davam edir. Görüşlərin keçirilməsində məqsədimiz bələdiyyə seçkiləri ilə əlaqədar partiyanı təmsil edən qadınlarla görüşüb müzakirələr aparmaqdır. Eyni zamanda, Qadınlar Şurasının, ümumilikdə, gələcək fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi, qarşıda duran vəzifələr ətrafında geniş fikir mübadiləsi aparılır. Qeyd etmək istəyirəm ki, görüşlər çox səmərəli keçir. Bizi sevindirən cəhət odur ki, hətta ən ucqar rayonların qadınları ölkədəki ictimai prosesləri diqqətlə izləyir və öz mövqelərini ortaya qoyur. Bu gün Azərbaycan qadını ictimai-siyasi hadisələrdə fəal iştirak edir, eləcə də, dövlət idarəçiliyində onların təmsilçiliyi yüksəkdir. Bu gün qadınlarımızın bələdiyyələrdə də təmsilçiliyi günün tələbidir.
- YAP bələdiyyələrdə qadınların təmsilçiliyinin artırılması ilə bağlı təşəbbüs irəli sürüb. Partiyanın bu təşəbbüsü bölgələrdə necə qiymətləndirilir?
- Əlbəttə, bələdiyyələr daha çox əhalinin sosial məsələləri ilə məşğul olan qurumdur. Və qadınların yerli özünüidarəetmə orqanlarında təmsilçiliyi ana şəfqəti, ana diqqəti, ana ədalətinin bu quruma gətirilməsi deməkdir. İnsanların sosial problemlərini qadınlarımız hamıdan yaxşı duyur və dərk edir. övladlarımızın gələcəyi, cəmiyyətimizin tərəqqisi, gəncliyimizin tərəqqisi qadınların fəallığından çox asılıdır. Ona görə də, hesab edirəm ki, qadınların bələdiyyələrdə təmsilçiliyinin artması ümumi işin xeyrinə olacaq. Bunu nəzərə alsaq, partiyamızın bu qərarının nə dərəcədə mühüm əhəmiyyət kəsb etdiyini görərik və bu addım yüksək qiymətləndirilməlidir. Yeri gəlmişkən, qeyd edim ki, partiyamızın bu istiqamətdə apardığı təbliğat işi artıq öz bəhrəsini verməkdədir. Bu gün mən tam məsuliyyətimlə deyə bilərəm ki, bu seçkilərdə Azərbaycan qadınları ötən seçkilərə nisbətən daha çox təmsil olunurlar. Bu özünü statistik rəqəmlərlə də ifadə edir. Məsələn, ötən bələdiyyə seçkilərində qadınların bu prosesdə iştirakı 3 - 4 faizlə ifadə olunurdusa, amma artıq bu seçkilərdə YAP-ın irəli sürdüyü namizədlər sırasında qadınlar təxminən 30 faiz təşkil edir. Məlumat üçün deyim ki, YAP-ı təmsil edən qadınların, demək olar ki, hamısının bələdiyyə üzvlüyünə namizədliyi qeydə alınıb. Artıq təşviqat kampaniyasına ciddi hazırlıq işləri gedir və inanıram ki, bu mərhələni də uğurla həyata keçirəcəyik.
- YAP Qadınlar Şurasının sədri, həm də bir ziyalı Azərbaycan qadını kimi bütövlükdə ölkəmizdə qadınlarla bağlı siyasəti necə dəyərləndirirsiniz?
- Ulu öndər Heydər Əliyev Azərbaycan qadınını, onun mərdliyini, əməyini, vətəninə, ailəsinə sadiqliyini daim yüksək qiymətləndirirdi. Dahi rəhbərin ölkəmizə başçılıq etdiyi dövr ərzində qadınlarımızın ictimai-siyasi həyata transformasiyası, onların dövlət idarəçiliyində təmsilçiliyi, xanımlarımızın bütün sahələrdə kişilərlə bərabər hüquqlara malik olması dövlət idarəçiliyi kursunun prioritet istiqamətlərindən birinə çevrilib. Müstəqil Azərbaycan dövləti BMT-nin “Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğv olunması” haqqında Konvensiyaya qoşulub. Ulu öndər Heydər Əliyevin Fərmanı ilə Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradılıb. Bu gün respublikamızın Prezidenti İlham Əliyev bütün digər sahələrdə olduğu kimi, bu istiqamətdə də Ulu öndərimizin siyasi kursunu uğurla davam etdirir. Onu da qeyd etmək istəyirəm ki, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın fəaliyyəti nəticəsində ölkədə xeyriyyəçilik bir hərəkata çevrilib: uşaq evləri, məktəblər cəmiyyətin diqqət mərkəzinə keçib. “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi hər bir vətəndaşın arzusunun reallaşmasının ifadəsidir. Azərbaycanın zəngin mədəniyyətinin incisi sayılan muğamın geniş təbliği, milli- mədəni dəyərlərimizin qorunub saxlanması istiqamətində atdığı addımlar, təhsilin, səhiyyənin inkişafına verdiyi əvəzsiz töhfələr Mehriban xanım Əliyevanın Azərbaycan qadınlarını layiqli şəkildə təmsil etdiyininin bir örnəyidir. Bu gün hər bir Azərbaycan qadını fəaliyyətində, dövlətimiz, xalqımız üçün gördüyü işlərdə Mehriban xanım Əliyevadan örnək götürməlidir. çünki Mehriban xanım Əliyeva miqyası və mahiyyəti etibarı ilə böyük işlərin təşəbbüskarıdır.
- Noyabrın 21-də Yeni Azərbaycan Partiyasının yaradılmasının 17-ci ildönümü tamam olur. Bu tarixi hadisə haqqında nə deyə bilərsiniz?
- Yeni Azərbaycan Partiyasının təsis olunması Azərbaycan tarixinin mühüm səhifələrindən, məqamlarından biridir. ötən əsrin 90-cı illərinin əvvəllərində ölkədə mövcud durum həqiqətən çox mürəkkəb idi və bu barədə hamımız çox geniş bilgiyə sahibik. Mən bu barədə çox danışmaq istəmirəm, sadəcə onu demək istəyirəm ki, Azərbaycan dövləti süqutun astanasında idi, müstəqilliyi şübhə altına düşmüşdü. Belə bir məqamda, YAP-ın təsis olunması Azərbaycanın xilasına doğru atılmış ilk addım oldu. Ona görə də, hesab edirəm ki, YAP-ın təsis olunması və Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında ölkəmizin böyük ziyalılarının bir araya gəlməsi çox mürəkkəb durumda olan dövlətimizin gələcəyi baxımından da mühüm hadisə idi. Ulu öndər Heydər Əliyev YAP-ı xalqımız üçün və xalqımızın partiyası kimi yaradıb. Ona görə də, mən partiyamızın yaradılmasını Ulu öndər Heydər Əliyevin siyasi qüdrətinə inanan geniş xalq kütlələrinin, ziyalı hərəkatının mübarizəsinin yekunu, Azərbaycanın həqiqi müstəqilliyinin isə təməlinin atılması kimi qiymətləndirərdim. çünki məhz bu hadisədən sonra cəmiyyətin təşkilatlanması işində böyük nailiyyətlər əldə olundu. YAP-ın əsas tarixi xidmətlərindən biri də xalqın mənəvi gücünü səfərbər etmək oldu. Əsl müstəqil dövlət də bunun nəticəsində quruldu. Partiyamızın yaranmasından sonra xalqımız Ulu öndər Heydər Əliyevin müdafiəsinə daha fəal qoşuldu və 1993-cü ildə dahi şəxsiyyət xalqın tələbi ilə ikinci dəfə hakimiyyətə gəldi. Bundan sonra partiyamızın təşkilatlanması daha geniş vüsət aldı və yerlərdə sosial dayaqları daha da güclənməyə başladı. Azərbaycanın hər yerində partiyamızın yerli təşkilatları yaradıldı. Prezident İlham Əliyevin partiyamızın Sədri seçilməsi ilə YAP-ın inkişafında yeni mərhələ başladı. Cənab Prezidentin atdığı addımlar, gördüyü işlər, Onun siyasi fəaliyyəti nəticəsində Yeni Azərbaycan Partiyası daha da inkişaf edib. Bu gün səmimi olaraq deyə bilərik ki, 500 min nəfər üzvü olan YAP nəinki Azərbaycanın, bütövlükdə regionun ən böyük və güclü siyasi təşkilatıdır. Bu günə qədər keçirilmiş 4 prezident, 3 parlament və 1 bələdiyyə seçkilərində YAP öz gücünü göstərib. Yeri gəlmişkən, onu da qeyd edim ki, YAP Qadınlar Şurası da 1995-ci ildə məhz Ulu öndərimizin təşəbbüsü ilə yaradıldı. O zaman cəmiyyətin bütün fəal qadınları partiyamızın sıralarına qoşuldu. Bu gün də bu proses davam etməkdədir.
Xəbər lenti
Hamısına bax
Analitik
20 Sentyabr 10:34

Analitik
20 Sentyabr 10:15

YAP xəbərləri
20 Sentyabr 09:54

Analitik
20 Sentyabr 09:29

Analitik
20 Sentyabr 09:12

Sosial
20 Sentyabr 08:56

Ədəbiyyat
20 Sentyabr 08:32

YAP xəbərləri
19 Sentyabr 23:19

Siyasət
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:00

YAP xəbərləri
19 Sentyabr 21:14

YAP xəbərləri
19 Sentyabr 20:42

YAP xəbərləri
19 Sentyabr 20:10

YAP xəbərləri
19 Sentyabr 19:07

Xəbər lenti
19 Sentyabr 18:49

Dünya
19 Sentyabr 18:25

YAP xəbərləri
19 Sentyabr 18:01

YAP xəbərləri
19 Sentyabr 18:00

Xəbər lenti
19 Sentyabr 17:54

Dünya
19 Sentyabr 17:19

Elm
19 Sentyabr 17:09

YAP xəbərləri
19 Sentyabr 17:06

YAP xəbərləri
19 Sentyabr 17:05

YAP xəbərləri
19 Sentyabr 17:03

Dünya
19 Sentyabr 16:51

Dünya
19 Sentyabr 16:22

YAP xəbərləri
19 Sentyabr 16:11

YAP xəbərləri
19 Sentyabr 16:04

Dünya
19 Sentyabr 15:33

Dünya
19 Sentyabr 15:12

YAP xəbərləri
19 Sentyabr 15:02

YAP xəbərləri
19 Sentyabr 15:01

YAP xəbərləri
19 Sentyabr 15:00

Dünya
19 Sentyabr 14:48

Formula 1
19 Sentyabr 14:47

Xəbər lenti
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:43

YAP xəbərləri
19 Sentyabr 14:41

YAP xəbərləri
19 Sentyabr 14:40
YAP xəbərləri
19 Sentyabr 14:39

YAP xəbərləri
19 Sentyabr 14:38

YAP xəbərləri
19 Sentyabr 14:37

Dünya
19 Sentyabr 14:32

YAP xəbərləri
19 Sentyabr 14:21

YAP xəbərləri
19 Sentyabr 14:18

YAP xəbərləri
19 Sentyabr 14:16

Dünya
19 Sentyabr 14:15

Dünya
19 Sentyabr 13:59

YAP xəbərləri
19 Sentyabr 13:27

Dünya
19 Sentyabr 13:10

YAP xəbərləri
19 Sentyabr 13:07

YAP xəbərləri
19 Sentyabr 13:00

YAP xəbərləri
19 Sentyabr 12:58

Dünya
19 Sentyabr 12:27

Gündəm
19 Sentyabr 12:25

Gündəm
19 Sentyabr 12:23

YAP xəbərləri
19 Sentyabr 12:17

YAP xəbərləri
19 Sentyabr 12:17

YAP xəbərləri
19 Sentyabr 12:10

Dünya
19 Sentyabr 12:08

Dünya
19 Sentyabr 11:53

YAP xəbərləri
19 Sentyabr 11:37

YAP xəbərləri
19 Sentyabr 11:17

YAP xəbərləri
19 Sentyabr 11:06

YAP xəbərləri
19 Sentyabr 11:00
YAP xəbərləri
19 Sentyabr 10:58

Gündəm
19 Sentyabr 10:58

YAP xəbərləri
19 Sentyabr 10:53
