Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / Azərbaycanın ərazi bütövlüyü təmin olunmalıdır

Azərbaycanın ərazi bütövlüyü təmin olunmalıdır

10.10.2009 [09:34]

Bayram Səfərov: Dağlıq Qarabağın azərbaycanlı icması olaraq yeganə məqsədimiz doğma torpaqlarımıza qayıtmaqdır
Məlum olduğu kimi, bir neçə gün öncə ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycanda səfərdə oldular. Səfər zamanı həmsədrlər “Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” İctimai Birliyinin üzvləri ilə də görüş keçirdilər. Görüş haqqında məlumat verən İctimai Birliyin sədri Bayram Səfərov həmsədrlərə Dağlıq Qarabağın azərbaycanlı icmasının mövqeyinin çatdırıldığını dedi:
- Dağlıq Qarabağın azərbaycanlı icması olaraq yeganə məqsədimiz doğma torpaqlarımıza qayıtmaqdır. ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşümüzdə bu məsələlər haqqında müzakirələr apardıq. Görüşdə İctimai Birliyin İdarə Heyətinin 12 üzvü iştirak etdi və bizi narahat edən problemlərlə bağlı qarşı tərəfə suallar verdik. Bilirsiniz, bəzi məsələlərin həlli üçün  zaman tələb olunur. Söhbətimizdən belə aydın oldu ki, indidən həmsədrlər bizə hansısa vəd verə bilmirlər. Onu da vasitəçilərin diqqətinə çatdırdıq ki, Dağlıq Qarabağa status azərbaycanlı icması qayıtdıqdan sonra verilə bilər. Bizim icma Azərbaycanın 60 rayonuna səpələndiyi bir şəraitdə ermənilər necə status istəyə bilər? Bütövlükdə bu bölgədə insanların təhlükəsizliyi təmin olunmalı, birgə yaşayışda heç bir problem yaradılmamalıdır. Bundan sonra isə bölgəyə status verilməlidir. Həmsədrlər ermənilərlə necə birgə yaşaya biləcəyimiz haqqında sual verdilər. Biz əvvəllər birgə yaşamışıq. İşğal dövründə bölgəyə köçürülənlər istisna olmaqla Dağlıq Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır. Azərbaycan tolerant ölkədir. Məlumdur ki, Azərbaycanda xeyli azsaylı xalqlar yaşayır. Onlar bu gün ölkəmizdə normal şəraitdə yaşayırlar. Yəni, milliyətindən asılı olmayaraq, Azərbaycan pasportunu daşıyan şəxs bu ölkənin bərabərhüquqlu vətəndaşıdır. Cənab İlham Əliyev dəfələrlə hər bir Azərbaycan vətəndaşının Prezidenti olduğunu bəyan edib. Hətta mən deyərdim ki, Dağlıq Qarabağdakı ermənilərin bizimlə yaşamaqdan ötrü ürəkləri gedir, onlar bunu çoxdan gözləyirlər. Sadəcə, birgə yaşayışa separatçı rejim, cinayətkarlar imkan vermirlər. Elə qüvvələr var ki, bizim birgə yaşayışımızı istəmirlər.
- İcma nümayəndələrinin qaldırdığı məsələlərə həmsədrlərin münasibəti necə oldu?
- Yenə qeyd edirəm ki, biz onlara mövqeyimizi çatdırdıq. Həmsədrlərə təhlükəsizliyə zəmanət verilməsi ilə bağlı sual verəndə düşünməyin lazım olduğunu dedilər. Amma biz tezliklə qayıtmaq istəyirik. Uzun-uzadı düşünmək lazım deyil. İnsanlar öz ata-baba yurdlarında yaşamaq istəyirlər. Ermənilər istəyirlərsə, onlar da bu torpaqlarda Azərbaycan qanunları əsasında yaşaya bilərlər. ATƏT-in Minsk qrupunun həmsədrlərinə münaqişənin həlli ilə bağlı vasitəçilik missiyası həvalə olunubsa, bu vəzifələrinin öhdəsindən layiqincə gəlməlidirlər. Onlar təcavüzkarla təcavüzə məruz qalana eyni gözlə baxmamalıdırlar. Təcavüzkara qarşı beynəlxalq müstəvidə ciddi təpki olmasa, təbii ki, işğalçılıq siyasətindən asanlıqla əl çəkməyəcək. Buna görə də, işğalçıya qarşı beynəlxalq hüquq çərçivəsində ciddi tədbirlər görülməlidir. İlk növbədə, Azərbaycanın ərazi bütövlüyü təmin olunmalıdır. Bir daha demək istəyirəm ki, dinc əhali ilə birgə yaşamaqda heç bir problem görmürük. Amma separatçı rejimin fəaliyyətinə son qoyulmalı və onlar bölgədən çıxarılmalıdır.
- Danışıqlar prosesində Laçın dəhlizindən istifadə məsələsi də əsas müzakirə mövzularından biridir. Hətta bu yaxınlarda  ATƏT-in ekspertləri tərəfindən Laçın dəhlizində müəyyən ölçmə işləri də aparılırdı. Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri kimi bu dəhlizdən istifadə qaydalarını necə görürsünüz?
- Dünyada müxtəlif xalqlar arasında çoxsaylı müharibələr olub ki, indi həmin xalqlar mehriban şəraitdə yaşayırlar. Biz də birgə yaşayışı seçiriksə, onda Laçın dəhlizindən də istifadə etməliyik. Sülh əldə edildikdən sonra qarşılıqlı gediş-gəliş də olacaq. Bu məsələdə Azərbaycanın maraqlarına toxunmayan addımların atılmasının tərəfdarıyıq. Əlbəttə, ermənilər bu dəhlizdən tək istifadə edə bilməz. Yəqin ki, burada təhlükəsizlik məntəqələri də nəzərə alınacaq.
- Hazırda Dağlıq Qarabağın azərbaycanlı icmasının sayı ilə bağlı fərqli məlumatlar səslənməkdədir. Siz, bir müddət öncə mətbuatda bildirmişdiniz ki, icma üzvlərinin sayına dair yenidən hesablamalar aparılacaq. Bu istiqamətdə vəziyyət necədir?
- İctimai Birliyin qurultayından öncə biz yerlərdə olan vətəndaşlarımızla bağlı müəyyən araşdırmalar aparmışıq. Hazırda bu rəqəm 65 min nəfərdən çoxdur. İcmanın qarşısında duran məsələlərdən biri də məhz elə bu istiqamətdədir. Biz Dağlıq Qarabağın azərbaycanlı icmasının dəqiq siyahısının yenidən işlənməsinə, əhalinin sayının dəqiqləşdirilməsinə çalışırıq. Təbii ki, bu da kifayət qədər mürəkkəb prosesdir. Məsələn, təkcə Şuşa rayonunun əhalisi respublikamızın 59 rayonunun 220 yaşayış məntəqəsində məskunlaşıb. Eynilə, digər rayonların sakinlərinin siyahıyaalınması da çox çətin olacaq. Bununla belə, çalışacağıq ki, bu vəzifənin öhdəsindən layiqincə gələk.
- Bəs erməni icmasının sayı nə qədər olar? Bununla bağlı məlumat varmı?
- Mən inanmıram ki, erməni icmasının sayı azərbaycanlılardan xeyli çox olsun. Bilirsiniz ki, bir müddət əvvəl bir qrup ziyalı Dağlıq Qarabağa səfər etmişdi. Orada müxtəlif görüşlər keçirildi, həm də müşahidələr aparıldı. ümumi fikrim bundan ibarətdir ki, hazırda erməni mənbələrinin Dağlıq Qarabağdakı erməni icmasının sayı ilə bağlı məlumatları həqiqətdən tamamilə uzaqdır. Adi bir rəqəm deyim. Şuşada məskunlaşan ermənilərin sayı maksimum 1000 nəfərdir. Münaqişə başlayandan sonra Qarabağdan ermənilərin əksəriyyəti çıxıb gediblər. Sonradan bu ərazilərə köçürülənləri nəzərə almasaq, Dağlıq Qarabağda yaşayan ermənilərin sayı o qədər də çox deyil. çünki orada həyat səviyyəsi çox aşağıdır. Ermənistan rəhbərliyi bu insanlar üçün də böyük bəla olub. Ermənistanın apardığı siyasət bu insanları dolanışıq üçün xarici ölkələrə köç etməsinə məcbur edib. Bu mənada deyə bilərəm ki, hazırda Qarabağda yaşayan ermənilərin sayı xeyli azalıb.
Sonradan köçürülənlərin isə özləri çıxıb gedəcəklər. çünki bilirlər ki, torpaq onların deyil. Gələcəkdə, bütün məsələlər qanunvericiliklə təmin ediləcək.
- Hazırda Azərbaycan və Ermənistan prezidentləri arasında görüşlərdə intensivlik müşahidə olunmaqdadır. Artıq Kişinyovda da dövlət başçılarının növbəti görüşü oldu. Siz bu görüşlərdən nə gözləyirsiniz?
- Biz icma olaraq Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasəti dəstəkləyirik və inanırıq ki, torpaqlarımız işğaldan azad ediləcək. Dağlıq Qarabağın azərbaycanlı icmasının bir arzusu, bir amalı var: Ermənistanın işğalı altında olan torpaqlarımız geri qaytarılsın. Bilirsiniz ki, bizim icmamızın əsas işi də qayıdışla bağlıdır. Qayıdışdan sonra quruculuq, abadlıq işləri aparılacaq. Danışıqların intensivləşməsinə gəlincə, hazırda görüşlərin əvvəlki illərə nisbətən daha mütəmadi olaraq baş tutması sirr deyil. Hələ ki, danışıqların bir nəticə verməməsinə səbəb isə bütün dünyanın da artıq etiraf etdiyi kimi, Ermənistan rəhbərlərinin qeyri-konstruktiv mövqeyidir. Amma artıq onlar da başa düşürlər ki, danışıqlar sonsuzluğa qədər davam edə bilməz. Bu proses nə vaxtsa başa çatmalıdır. Gec-tez Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır. Bu, təkcə Azərbaycanın haqlı mövqeyi deyil. Beynəlxalq hüququn tələbləri də bunu özündə ehtiva edir. İşğal siyasətinin sonu yoxdur. Ermənistanda dərk etməlidirlər ki, bu dövlətin inkişafı Azərbaycanla münasibətlərdən asılıdır. Azərbaycanın razılığı olmadan, bu dövlət öz inkişafını təmin edəcək layihələrdə yer ala bilməyəcək. Qısacası, zaman Ermənistanın əleyhinə işləyir. Ona görə də, torpaqlarımızı nə qədər tez boşaltmağa razılıq versələr, bu onların xeyrinə olar.
- Belə bir ərəfədə Türkiyə ilə Ermənistan arasında diplomatik əlaqələrin qurulmasına dair protokolun imzalanacağı deyilir. Dağlıq Qarabağın azərbaycanlı icmasının bu prosesə münasibəti necədir?
- Bu məsələdə hər şey türk qardaşlarımızdan asılıdır. Bir neçə ay bundan əvvəl Türkiyənin baş naziri Rəcəb Təyyib Ərdoğan Milli Məclisdəki çıxışı zamanı bunu bəyan etmişdi ki, Azərbaycan torpaqları işğaldan azad olunduqdan sonra sərhədlər açıla bilər. Anoloji bəyanatı Türkiyənin prezidenti də verib. Amma bu sərhədlər nə vaxtsa açılacaq. Lakin bir şərtlə. Türkiyə həmin sərhədləri Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi faktına etiraz olaraq, bağlayıb. İndi işğal faktının davam etdiyi bir vaxtda geriyə addım atması, sərhədləri açması məqbul deyil.
Nardar BAYRAMLI
Paylaş:
Baxılıb: 1163 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Biz bir olmalıyıq

20 Sentyabr 19:09

YAP xəbərləri

Gündəm

MEDİA

Sosial

4 şəhərin 1 günü

20 Sentyabr 11:19  

Analitik

Sosial

Ədəbiyyat

Şənbə üçün nəzm

20 Sentyabr 08:32  

YAP xəbərləri

YAP xəbərləri

Separatizmə son

19 Sentyabr 22:00

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30