Naxçıvanda keçirilən görüş perspektivdə atılacaq addımlara böyük stimul verəcək
08.10.2009 [09:36]
Naxçıvan Dövlət Universitetinin rektoru, Milli Məclisin deputatı, akademik İsa Həbibbəylinin www.yap.org.az saytına müsahibəsi:
- İsa müəllim, məlum olduğu kimi, bu günlərdə Azərbaycanın gözəl guşəsi olan Naxçıvan şəhərində Türkdilli ölkələrin dövlət başçılarının IX zirvə görüşü keçirildi. İstərdik ki, zirvə görüşünün əhəmiyyəti haqqında fikirlərinizi bildirəsiniz.
- Əvvəla, onu qeyd etmək lazımdır ki, uzun illərdən bəri türkdilli dövlətlərin zirvə görüşü keçirilmirdi. Naxçıvan tədbiri bu sahədəki mövcud sükut buzunu sındırdı. Bu mənada Türkdilli ölkələrin dövlət başçılarının IX zirvə görüşü bu formatda təşkil edilən yüksək tədbirlərin yeni şəraitdə gerçəkləşdirilməsinin mümkünlüyünü ortaya qoydu. Zirvə görüşünün Azərbaycanda keçirilməsi ölkəmizin beynəlxalq aləmdə, o cümlədən, türkdilli dövlətlər arasındakı yüksək nüfuzu, sürətli inkişaf səviyyəsi ilə bağlıdır.
Türkdilli ölkələrin dövlət başçılarının IX zirvə görüşü bu ölkələr arasında yaxınlaşmanın, inteqrasiyanın bundan sonra daha da inkişaf etməsinə ciddi təkan verdi. O cümlədən, ölkəmizin türkdilli dövlətlərlə çoxcəhətli əlaqələrinin inkişafı istiqamətində növbəti addım atıldı. Tədbirdə çıxış edən dövlət başçıları məsələnin bu cəhətinə xüsusi diqqət yetirdilər. IX zirvə görüşündə təmsil olunan ölkələrin başçıları iqtisadi, elmi-mədəni və idman sahələrində əməkdaşlığın böyük perspektivə malik olduğunu bəyan etdilər. Bu mənada IX zirvə görüşü tanışlıq, məsləhətləşmələr, vədləri ilə deyil, konstruktiv qərarları ilə tarixə daxil oldu. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə keçirilən Naxçıvan zirvə görüşündə ölkəmizin təklifi ilə xüsusi Naxçıvan Bəyannaməsinin imzalanması, konkret qərarların qəbul edilməsi türkdilli dövlətlərin inteqrasiyasının genişləndirilməsi baxımından irəliyə doğru atılmış mühüm addım oldu. Həmçinin, Prezidentimiz tərəfindən türkdilli ölkələrin qarşılıqlı əlaqəsini təmin etmək, ortaq layihələri həyata keçirmək üçün xüsusi fondun yaradılması haqqındakı təklif də iştirakçılar tərəfindən razılıqla qarşılandı. Beləliklə, IX zirvə görüşü konkret əməli qərarların qəbul edilməsi ilə tarixi əhəmiyyət kəsb etdi.
- Sizcə, zirvə görüşünün məhz Naxçıvanda keçirilməsinin önəmi nədən ibarətdir?
- Türkdilli ölkələrin dövlət başçılarının IX zirvə görüşünün Naxçıvanda keçirilməsi də düşündürücü və əhəmiyyətli hadisədir. Əvvəla, ilk dəfədir ki, belə tədbir paytaxtda deyil, regionda keçirilir. Eyni zamanda görüşün keçirilməsi üçün Naxçıvan şəhərinin seçilməsi bir neçə cəhətdən səciyyəvidir. Birincisi, məlum olduğu kimi, Naxçıvanın çoxəsrlik dövlətçilik təcrübəsi var: Atabəylər, Naxçıvan çuxur Sədd Bəylərbəyliyi, Naxçıvan xanlığı, Araz Türk Respublikası, nəhayət, Naxçıvan Muxtar Respublikası. İkincisi, bir sıra ümumdövlət əhəmiyyətli qərarların, məsələn, Ulu öndərimiz Heydər Əliyevin təklifi ilə üçrəngli dövlət bayrağının qəbul edilməsi, Naxçıvanın SSRİ-nin tərkibindən çıxması, keçmiş SSRİ-nin saxlanması haqqında keçirilən referendumda iştirakdan imtina edilməsi və sair kimi böyük siyasi əhəmiyyətə malik olan təşəbbüslərin Naxçıvanda baş tutması IX zirvə görüşünün də burada keçirilməsinə zəmin hazırlayıb. üçüncüsü, son 15 il ərzində Naxçıvan MR Ali Məclisinin Sədri Vasif Talıbovun rəhbərliyi ilə Naxçıvan şəhərində və ümumən Muxtar Respublikada quruculuq və müasirləşmə baxımından böyük infrastruktur layihələrinin həyata keçirilməsi tədbirin burada keçirilməsinə əsas verib. Bundan başqa, Türkdilli ölkələrin dövlət başçılarının IX zirvə görüşünün Naxçıvanda keçirilməsi məntiqi mənada qədim oğuz yurdu olan bu diyarın həmişə Azərbaycan torpağı, qədim türk yurdu olduğunu da bir daha nəzərə çarpdırmağa xidmət edir. Nəhayət, bu mühüm əhəmiyyətə malik olan zirvə görüşünün Naxçıvanda keçirilməsi torpaqlarımıza göz dikən, müxtəlif cür xülyalar irəli sürərək dünya xalqlarını çaşdıran Ermənistana da ciddi bir mesaj, düşünülmüş bir cavabdır. Heç şübhəsiz, zirvə görüşü Azərbaycanın tərkibində Muxtar Respublikanın da Orta Asiya respublikaları və Türkiyə ilə əlaqələrinin genişlənməsinə özünün layiqli töhfəsini verəcək.
Zirvə görüşünün keçirildiyi günlərdə Naxçıvan şəhərindəki Heydər Əliyev mədəniyyət sarayında dövlət başçıları üçün təşkil edilən konsert Naxçıvanda mədəniyyət və incəsənətin də böyük potensiala malik olduğunu nümayiş etdirdi. Eyni zamanda, repertuar baxımından Azərbaycanla yanaşı, Türkiyənin və Orta Asiya xalqlarının mahnı və rəqslərini də əhatə edən bu möhtəşəm konsert səslənən siyasi düşüncələri və qərarları parlaq şəkildə ümumiləşdirdi.
- Qeyd etdiyiniz kimi, zirvə görüşü yüksək səviyyədə keçirildi və bütün dünya bunun şahidi oldu. Sizcə, Türkdilli ölkələrin Əməkdaşlıq Şurasının yaradılması haqqında sazişin imzalanması türkdilli ölkələrin gələcək əməkdaşlığının güclənməsinə nə dərəcədə təsir göstərəcək?
- Bir az əvvəl dediyim kimi, Türkdilli ölkələrin dövlət başçılarının bu vaxtaqədərki toplantıları yaxınlaşma, ünsiyyət qurmaq, qarşılıqlı tanınma kimi məqsədlərin həyata keçirilməsinə hesablanmışdı. Bu qurumun təşkilində birinci dəfə idi ki, Naxçıvan görüşündə qarşılıqlı və çoxaspektli əlaqələrin tənzimlənməsi üçün təşkilatlanma baxımından irəliyə doğru addım atıldı. Zirvə görüşündə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması haqqında Naxçıvan sazişinin imzalanması tədbirin rolunu və əhəmiyyətini artıran əsas faktora çevrildi. İndiyədək pərakəndə halda, bir çox hallarda şəxsi təşəbbüslərlə həyata keçirilən iqtisadi-mədəni tədbirlər bundan sonra planlı şəkildə gerçəkləşdiriləcək və əlaqələndiriləcək. Məsələnin bu cəhəti türkdilli dövlətlərin inteqrasiyası üçün böyük perspektivlər vəd edir. Düşünürəm ki, ümumi razılaşma əsasında 2010-cu ilin avqust ayında Bişkekdə keçiriləcək zirvə görüşündə artıq Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının rəhbəri və icra orqanları da müəyyən edilə bilər.
- Məlumdur ki, uzun illərdir Naxçıvan Ermənistan tərəfindən blokadaya alınıb. Məhz bu həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması baxımından bu tədbirin əhəmiyyəti nədən ibarətdir?
- Qeyd etdiyim kimi, Türkdilli ölkələrin dövlət başçılarının IX zirvə görüşünün Naxçıvanda keçirilməsi bədxah Ermənistanın haqsız iddialarına tutarlı cavabın qabarıq ifadəsidir. Məsələ burasındadır ki, Orta Asiya respublikalarında Naxçıvanın coğrafiyası, blokadaya salınması, yersiz torpaq iddiaları ilə üzləşməsi ilə bağlı tam obyektiv məlumat yoxdur. IX zirvə görüşü Naxçıvan həqiqətlərini əyani surətdə meydana qoydu. Tədbirdə iştirak edən Türkiyə Cümhuriyyətinin, Qazaxıstanın və Qırğızıstanın dövlət rəhbərləri Naxçıvan haqqında geniş və real məlumatlar ala bildilər. Bu baxımdan Azərbaycan memarlığının şah əsəri olan Möminə xatun məqbərəsinə, Nuh türbəsinə ziyarətlər, Naxçıvan şəhəri ilə, Duzdağ mağaraları ilə əyani tanışlıqlar, bu fonda qonaqlara verilən informasiyalar onların Azərbaycanın bu qədim və həmişəcavan torpağı ilə əsaslı şəkildə məlumatlandırılmasını təmin etdi. Zirvə görüşündə, eyni zamanda, ərazi bütövlüyü kimi məsələlərdə türkdilli ölkələrin rəhbərlərinin vahid mövqedən çıxış etməsinə dair müddəaların səslənməsi, Naxçıvan Bəyannaməsində bu tip motivlərin öz əksini tapması Dağlıq Qarabağ və Naxçıvana dair Ermənistanın iddialarının əsassız olduğu barədə əyani təsəvvürün yaranmasına imkan verdi. Bütün bunlar bu ətrafda təbliğatın genişlənməsini şərtləndirir.
- Son olaraq Naxçıvanda həyata keçirilən quruculuq işləri haqqında nə deyə bilərsiniz?
- Möhtərəm Prezidentimiz İlham Əliyevin imzaladığı Azərbaycan regionlarının sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı əsasında Naxçıvan Muxtar Respublikası da böyük sürətlə inkişaf edir. Muxtar Respublikada tarixi koloriti qoruyub saxlamaqla müasirləşdirmə prosesləri üzvi əlaqədə, vəhdətdə aparılır. Muxtar Respublikanın paytaxtı Naxçıvan şəhəri, özünün imkanları ilə artıq inkişaf etmiş Avropa şəhərləri ilə səsləşir. Paytaxtla yanaşı, Muxtar Respublikanın rayonları da məqsədyönlü şəkildə inkişaf etdirilir. Artıq Şərur, Ordubad, Culfa, Babək və Şahbuzda da şəhər mədəniyyəti, şəhər infrastrukturu formalaşıb. Hətta Muxtar Respublikanın ən ucqar kəndlərində müasirtipli məktəblər, rabitə qovşaqları, səhiyyə məntəqələri fəaliyyət göstərir. Abad yollar, yaraşıqlı və dayanıqlı körpülər, yolüstü bulaq-abidələr Naxçıvan diyarının görkəmini tamamilə dəyişib. Son illərdə Naxçıvanda ciddi surətdə sənayeləşmə prosesi gedir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun quruculuq sahəsindəki xüsusi təcrübəsi və yüksək təşkilatçılıq bacarığı sayəsində əslində qısa müddətdə yeni bir Naxçıvan yaradılıb. Hazırda regionda aparılan genişmiqyaslı və məqsədyönlü tədbirlər Naxçıvanda istənilən səviyyədə mötəbər qonaqları qarşılamağa, beynəlxalq səviyyədə görüşlərin, toplantıların, simpoziumların keçirilməsinə tam əsas verir. Türkdilli ölkələrin dövlət başçılarının IX zirvə görüşünün uğurla keçirilməsi bu gerçəkliyi bir daha təsdiqlədi.
Xəbər lenti
Hamısına bax
YAP xəbərləri
20 Sentyabr 13:54

Gündəm
20 Sentyabr 13:39

YAP xəbərləri
20 Sentyabr 13:22

Gündəm
20 Sentyabr 13:08

Gündəm
20 Sentyabr 12:56

YAP xəbərləri
20 Sentyabr 12:51

YAP xəbərləri
20 Sentyabr 12:38

Gündəm
20 Sentyabr 12:35

Gündəm
20 Sentyabr 12:16

Gündəm
20 Sentyabr 11:58

MEDİA
20 Sentyabr 11:35
YAP xəbərləri
20 Sentyabr 11:24

Sosial
20 Sentyabr 11:19

YAP xəbərləri
20 Sentyabr 11:06

Analitik
20 Sentyabr 10:53

Analitik
20 Sentyabr 10:34

Analitik
20 Sentyabr 10:15

YAP xəbərləri
20 Sentyabr 09:54

Analitik
20 Sentyabr 09:29

Analitik
20 Sentyabr 09:12

Sosial
20 Sentyabr 08:56

Ədəbiyyat
20 Sentyabr 08:32

Gündəm
20 Sentyabr 00:34

YAP xəbərləri
19 Sentyabr 23:19

Siyasət
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:00

YAP xəbərləri
19 Sentyabr 21:14

YAP xəbərləri
19 Sentyabr 20:42

YAP xəbərləri
19 Sentyabr 20:10

YAP xəbərləri
19 Sentyabr 19:07

Xəbər lenti
19 Sentyabr 18:49

Dünya
19 Sentyabr 18:25

YAP xəbərləri
19 Sentyabr 18:01

YAP xəbərləri
19 Sentyabr 18:00

Xəbər lenti
19 Sentyabr 17:54

Dünya
19 Sentyabr 17:19

Elm
19 Sentyabr 17:09

YAP xəbərləri
19 Sentyabr 17:06

YAP xəbərləri
19 Sentyabr 17:05

YAP xəbərləri
19 Sentyabr 17:03

Dünya
19 Sentyabr 16:51

Dünya
19 Sentyabr 16:22

YAP xəbərləri
19 Sentyabr 16:11

YAP xəbərləri
19 Sentyabr 16:04

Dünya
19 Sentyabr 15:33

Dünya
19 Sentyabr 15:12

YAP xəbərləri
19 Sentyabr 15:02

YAP xəbərləri
19 Sentyabr 15:01

YAP xəbərləri
19 Sentyabr 15:00

Dünya
19 Sentyabr 14:48

Formula 1
19 Sentyabr 14:47

Xəbər lenti
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:43

YAP xəbərləri
19 Sentyabr 14:41

YAP xəbərləri
19 Sentyabr 14:40
YAP xəbərləri
19 Sentyabr 14:39

YAP xəbərləri
19 Sentyabr 14:38

YAP xəbərləri
19 Sentyabr 14:37

Dünya
19 Sentyabr 14:32

YAP xəbərləri
19 Sentyabr 14:21

YAP xəbərləri
19 Sentyabr 14:18

YAP xəbərləri
19 Sentyabr 14:16

Dünya
19 Sentyabr 14:15

Dünya
19 Sentyabr 13:59

YAP xəbərləri
19 Sentyabr 13:27

Dünya
19 Sentyabr 13:10

YAP xəbərləri
19 Sentyabr 13:07

YAP xəbərləri
19 Sentyabr 13:00
