"İkiqat Olimpiya Çempionu olmaq üçün səylə çalışacam"
30.09.2009 [15:41]
Danimarkada keçirilən Dünya çempionatında komanda hesabında 3-cü olan yunan-Roma güləşi üzrə yığmamız Vətənə dönüb. 19 pəhləvan ilə çempionatda iştirak edən Azərbaycan yığma komandası ümumilikdə 10 medal - 3 qızıl, 4 gümüş, 3 bürünc qazanıb. Yarışın qəhrəmanı, ikiqat dünya çempionu Fərid Mansurov olub. O, çempion olmaqla ölkəmiz müstəqillik əldə etdikdən sonra ikiqat dünya çempionu tituluna yiyələnən güləşçi adını qazanıb. Qeyd edək ki, Fərid çempionatın son günü xalça üzərinə çıxaraq finala qədər irəliləyib. Bu yolda o, ardıcıl olaraq ispan Sançez Navarro və yapon Tsutomu Fucimuranı məğlub edib, 1/8 final mərhələsində erməni güləşçisi Sasun Qambaryan üzərində möhtəşəm qələbə (4:0, 2:1) qazanıb. 1/4 finalda iranlı Afşin Byabanqard ilə gərgin görüşdən (3:0, 0:2, 1:0) qalib ayrılan Fərid, yarımfinalda Kuba güləşçisi Pedro İsak Muleni (0:2, 1:0, 1:0) də məğlub edib. Finalda isə gürcü rəqibi Manuçar Tsxadaya üzərində təmiz qələbə qazanan F.Mansurov dünya çempionu olub. Bununla da Fərid Mansurov ikiqat dünya çempionu adını qazandı. çempionumuzun qəzetimizə müsahibəsini təqdim edirik:
- Fərid, təbrik edirik. Əvvəlcə Dünya çempionatı haqda fikirlərini bilmək istərdik.
- Təbrikə görə çox sağ olun. Yarışa gəlincə, çox gərgin və maraqlı oldu. Son yarışlarda ürəyimcə çıxış etməsəm də, əvvəlcədən çempion olacağıma inanırdım və açıqlamamda da bu haqda fikir bildirmişdim. çox şadam ki, Dünya çempionatında ikinci dəfə qızıl medal qazandım. Milli komandanın digər üzvlərindən Rövşənlə Vitali bürünc mükafat qazansa da, çempionluğa layiq güləşdilər. Ancaq kiçik ehtiyatsızlıq, bəxtsizlik ucbatından onlar qızıl medal qazana bilmədilər. Komanda hesabında böyük uğur qazandıq. Azərbaycanın güləş tarixində ilk dəfə dünyanın 3 ən güclü yığması sırasına düşdük.
- Final görüşü barədə nə düşünürsən?
- Milli komandanın üzvlərindən finala yalnız mən çıxmışdım. Qızıl medal qazanmaq şansını qaçıra bilməzdim. Allaha şükür ki, başımızı uca etdi, bizi utandırmadı.
- Həlledici görüşdə məğlub etdiyin gürcü güləşçisi bununla heç cürə barışa və göz yaşlarını saxlaya bilmirdi. Rəqib sanki hakimdən narazı görünürdü.
- Avropa çempionatında bu idmançıya uduzmuşdum. İlk hissədə qələbə qazandım. İkinci hissədə isə mübahisəli vəziyyət yarandı. Parterdə rəqib qaydalar çərçivəsində hərəkət etmədi, bir qədər ayaqları ilə maneçilik törətdi. Buna görə də, hakimlərin qərarı ilə qələbə mənə verildi.
- çempionluğu kimə həsr edirsən?
- Başda Prezidentimiz olmaqla xalqımıza. Qeyd edim ki, bu gün qardaşımla qardaşım oğlunun ad günüdür və onlar məndən yalnız qızıl medal gözləyirdilər. çox şadam ki, əliboş qayıtmadım, hədiyyə ilə gəldim. Son dəfə 2007-ci ildə Bakıdakı Dünya çempionatında uğur qazanmışdım. Bundan sonra Pekin Olimpiadasında yaxşı çıxış edə bilmədim. Buna səhhətimdə yaranan problem, xəstəlik imkan vermədi. Həmçinin, Avropa çempionatında ürəyimcə çıxış edə bilmədim. Bu uğursuzluqları unutdurmaq üçün Dünya çempionatında qələbə vacib idi. Başda Prezidentimiz olmaqla Azərbaycan Güləş Federasiyasının rəhbərliyinə, məşqçilərimiz və jurnalistlərə dərin təşəkkürümü bildirirəm.
- Dünya çempionatından sonra karyeranı başa vuracağını bəyan etmişdin.
- Ciddi zədəli olduğumdan belə fikrə düşmüşdüm. Ancaq yaxşı hazırlıq keçdik və yenə də uğur qazandığım üçün çox sevincliyəm.
- İlk dünya çempionluğu daha şirin idi, yoxsa budəfəki?
- Bilirsiniz ki, ilk dəfə iki il əvvəl Bakıda dünya çempionu olmuşdum. Bu, Dünya çempionatında ilk uğur olduğundan öz yeri vardı. ümumiyyətlə, çempionluqların hər ikisi mənə şirindir, hər hansı fərq görmürəm.
- İkiqat dünya çempionu oldun. İndi hamı səndən ikiqat Olimpiya çempionluğunu gözləyir...
- Bu məqsədə də nail olmaq çox çətin olacaq. Əvvəlcədən konkret nəsə demək olmur. İlk növbədə cansağlığı vacibdir. Digər tərəfdən, qarşıda vaxt var və ciddi hazırlaşmaq lazımdır. Məşqçilərin verdiyi tapşırıqları lazımınca yerinə yetirməliyik. Səylə çalışacağam ki, ikiqat Olimpiya çempionu olum.
ANAR
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48

