Yeni Azərbaycan Partiyasının bələdiyyə seçkilərinə hazırlığı uğurla davam etdirilir
26.09.2009 [20:42]
YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov www.yap.org.az saytına müsahibə verib:
- Siyavuş müəllim, bu günlərdə Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin iclası və partiyanın rayon və şəhər təşkilatlarının sədrlərinin müşavirəsi keçirildi. Bu tədbirlərdə qarşıdan gələn bələdiyyə seçkiləri ilə bağlı məsələlər müzakirə olundu. İlk olaraq istərdik bununla bağlı məlumat verəsiniz. Partiyanın bələdiyyə seçkilərinə hazırlığı hansı səviyyədədir?
- ümumiyyətlə, hər seçki ilində YAP İdarə Heyəti seçki məsələsinə xüsusi diqqət yetirir və ildə bir neçə dəfə öz iclasını keçirir. Belə ki, İdarə Heyəti kampaniyaya rəsmi start verilməmişdən xeyli öncə seçkilərə hazırlıqla bağlı tədbirlər planını təsdiq edir. Bu plana əsasən, görüləcək işlər müəyyənləşdirilir və seçkidən öncə, seçki ərəfəsində və seçkidən sonra - 3 mərhələli sistem əsasında həyata keçirilir. Görülən işlər haqqında da mütəmadi olaraq İdarə Heyətinə məlumat verilir və növbəti mərhələ üçün müvafiq qərarlar qəbul olunur. Yeni Azərbaycan Partiyasının İdarə Heyəti bu ilin may ayında bələdiyyə seçkilərinə hazırlıqla bağlı tədbirlər planını təsdiq edib. Bu tədbirlər planında seçkilərə hazırlığın əsas istiqamətləri müəyyən olunub. Bu istiqamətlərə uyğun olaraq, həm yerli seçki qərargahlarının, həm də Mərkəzi Seçki Qərargahının fəaliyyət proqramı hazırlanıb və təsdiq olunub. Buna müvafiq olaraq, işlər ardıcıl şəkildə və qəbul olunmuş qrafikə uyğun həyata keçirilir. ötən həftə keçirilən İdarə Heyətinin iclasında indiyə qədər görülmüş işlər barəsində məlumat verildi və qarşıda duran vəzifələr, növbəti addımlar müəyyənləşdirildi. O cümlədən, iclasdan bir gün sonra rayon, şəhər təşkilatlarının sədrlərinin və aparat rəhbərlərinin birgə müşavirəsi keçirildi. Həmin iclasda da yerlərdə bu işlərin gedişatı ilə bağlı hansı addımların atılacağı haqqında geniş müzakirələr aparıldı. Qeyd edim ki, YAP böyük seçki təcrübəsinə malik olduğundan bu seçkilərdə də öz işini çox əhatəli şəkildə qurur, dünya təcrübəsindən istifadə edərək seçkilərin keçirilməsi, seçkilərə hazırlıq, təbliğat - təşviqat kampaniyasının aparılması, imzatoplama kampaniyasının təşkili və digər məsələləri yüksək səviyyədə həll etmək iqtidarındadır. Bilirsiniz ki, bizim rayon-şəhər təşkilatlarında da artıq seçki qərargahları yaradılıb. Hər bir rayon-şəhər təşkilatlarında Mərkəzi Qərargahın yerli strukturu fəaliyyət göstərir. Burada təmsil olunan qərargah üzvləri isə seçkiyə hazırlıqla bağlı işlərin yüksək səviyyədə yerinə yetirilməsi üçün müvafiq tədbirlər görürlər. Bundan əlavə, proqrama uyğun olaraq, YAP tərəfindən zona müşavirələri keçirilib və ümumiyyətlə, bələdiyyələrlə bağlı, onların fəaliyyəti haqqında, bələdiyyələrdə təmsil olunan partiya üzvlərinin fəaliyyəti ilə bağlı geniş müzakirələr aparılıb, növbəti bələdiyyə seçkilərinə hazırlıq, namizədlərin seçilməsi məsələləri gündəlikdə olub.
Qarşıda duran məsələlərdən biri təbliğat və təşviqat qruplarına seminarların keçirilməsidir. O cümlədən, qərargah üzvləri üçün treninqlər keçirilib. Bu proses davam edir. Hal-hazırda rayon və şəhər təşkilatları ərazinin öyrənilməsi, yerlərdə mövcud olan problemlərin araşdırılması, əhalinin müəyyən məsələlərə münasibətinin öyrənilməsi üçün müxtəlif sorğuların keçirilməsi istiqamətində də işlərini ardıcıl şəkildə davam etdirir. Bu işlərlə əlaqədar hazırlanan hesabatlar mərkəzi qərargaha təqdim olunur. Seçki rəsmi şəkildə elan olunan kimi, növbəti mərhələ namizədlərin irəli sürülməsi olacaq.
- Seçki ərəfəsində partiyanın Mərkəzi Nəzarət Təftiş Komissiyası tərəfindən bir sıra rayon və şəhər təşkilatlarında yoxlamalar aparılıb. Yoxlamaların nəticələrini qənaətbəxş hesab edirsinizmi?
- Partiyanın Mərkəzi Nəzarət Təftiş Komissiyası və o cümlədən, yerli nəzarət təftiş qrupları tərəfindən rayon-şəhər təşkilatlarının fəaliyyəti ilə bağlı müvafiq yoxlamalar keçirilir. Rayon və şəhər təşkilatlarında sənədləşmə, maliyyə məsələləri, ictimai-siyasi işin qurulması və s. istiqamətində görülmüş işlər komissiya tərəfindən yoxlanılır. Mərkəzi Nəzarət Təftiş Komissiyası İdarə Heyətinin qərarına əsasən 9 rayonda yoxlama aparıb və bu yoxlamaların nəticələri həm İdarə Heyətinin iclasında, həm də rayon və şəhər təşkilatları sədrlərinin müşavirəsində müzakirə olunub. Xeyli irəliləyişlərin, nailiyyətlərin olduğu qeyd edilib. O cümlədən, ortaya çıxan bir sıra nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün müvafiq tapşırıqlar verilib. Qeyd edim ki, bu yoxlamaların aparılmasında əsas məqsəd yerli təşkilatların fəaliyyətinə köməklik göstərmək və ümumi fəaliyyətdə qarşıya çıxan nöqsanların aradan qaldırılmasına nail olmaqdır. Bu baxımdan da proses növbəti mərhələlərdə də davamlı olacaq.
- YAP-ın bələdiyyələrdə təmsil olunan üzvlərinin fəaliyyəti ilə bağlı hansısa araşdırmalar olubmu? Maraqlıdır, hazırda bələdiyyələrdə təmsil olunan YAP üzvlərinin növbəti dəfə də namizədliyi irəli sürüləcək, yoxsa partiya yeni namizədlər üzərində duracaq?
- Azərbaycanda bələdiyyələr 10 ildir ki, fəaliyyət göstərir. Birinci beşillikdə demək olar ki, bələdiyyələr tam yeni bir struktur idi, qanunvericilik bazası yeni-yeni yaradılırdı. Ona görə də, tam yetkin şəkildə öz fəaliyyətlərini qurması istiqamətində bir sıra problemlər yaşanırdı və hesab edirəm ki, bunu elə də ciddi qüsur kimi xarakterizə etmək düzgün olmazdı. Lakin ötən dövr ərzində bələdiyyələrlə bağlı 20-dən artıq qanun qəbul olunub və bu qanunlara uyğun olaraq bələdiyyələr fəaliyyət göstərirlər. Bu baxımdan da deyə bilərəm ki, ikinci beşillikdə bələdiyyələr müəyyən təcrübələr əldə ediblər və artıq sosial işin qurulması, əhali ilə əlaqələrin yaradılması, yerli problemlərin həll olunması ilə bağlı müvafiq addımlar atılıb. Onu da qeyd edim ki, 2004-2009-cu illər müddətinə seçilmiş bələdiyyə üzvlərinin 60 faizdən çoxu YAP üzvləridir. Biz zona müşavirələrində bələdiyyələrdə təmsil olunan partiya üzvlərinin fəaliyyətinin təhlilini də apardıq. Təbii ki, bütün üzvlərin çox yüksək səviyyədə fəaliyyət göstərdiyini vurğulamaq olmaz. Amma ümumən işi qənaətbəxş hesab etmək olar. Ona görə də, bu dövrlər ərzində öz işində müsbət mənada fərqlənmiş, partiyanın, əhalinin onlara göstərdiyi etimadı doğrultmuş, qanunauyğun şəkildə fəaliyyət göstərmiş bələdiyyə üzvlərinin namizədliyi yenidən irəli sürüləcək və onlara dəstək veriləcək. Kimlər ki, bu dövrlər ərzində öz işində dönüş yaratmayıb, bələdiyyə üzvlüyünə tamam başqa nöqteyi-nəzərdən yanaşıb, onların yeniləri ilə əvəz olunması məsələsi zona müşavirələrində müzakirə olunub. Bununla bağlı, rayon-şəhər təşkilatları yerlərdə təhlillər aparır, bizə də müvafiq məlumatlar verirlər. Bilirsiniz ki, bələdiyyə seçkiləri digər seçkilərdən daha çətin və mürəkkəb prosesdir. Burada həddindən artıq namizədlər və bələdiyyə üzvləri var. Bələdiyyələrin birləşməsindən sonra Azərbaycanda 1700-dən artıq bələdiyyə mövcuddur və 16 000-ə yaxın bələdiyyə üzvü seçiləcək.
- Bu seçkilərdə YAP-ın daha çox qadınların və gənclərin namizədliyinə üstünlük verəcəyi bildirilir. Sizcə, onlar bu etimadı doğrulda biləcəklərmi?
- Təbii ki, YAP-ın sıralarında qadınların və gənclərin faizi kifayət qədərdir. Partiyanın 500 min nəfərə yaxın üzvü var və onun 40 faizə qədərini gənclər, 50 faizə yaxınını isə qadınlar təşkil edir. Biz hər bələdiyyə seçkisində çalışırıq ki, bələdiyyə üzvləri arasında qadınların və gənclərin sayı artsın. O cümlədən, parlament seçkilərində də biz mütəmadi olaraq bu məsələyə diqqət yetiririk. Qeyd edim ki, qadınlar və gənclər doğrudan da seçki prosesinin aktiv iştirakçılarıdırlar. Bundan əvvəl keçirilmiş seçkilərdə və referendumda biz bunun şahidi olmuşuq. Seçki qərargahlarında təmsil olunan qadınlar və gənclər seçki prosesində əsas işlərin aparılmasında yaxından iştirak ediblər. Biz hesab edirik ki, onlar artıq kifayət qədər formalaşmış və ciddi təcrübəyə malik olan insanlardır və onların da bələdiyyə seçkilərində potensialından istifadə olunması məqsədəuyğundur.
- Müxalifətin bələdiyyə seçkilərinə hazırlığını necə qiymətləndirirsiniz? Opponentlərinizin bu seçkilərdə şansını necə dəyərləndirirsiniz?
- Xatirinizdədirsə, ötən bələdiyyə seçkilərində bir sıra beynəlxalq təşkilatlar bizdən xahiş etmişdi ki, YAP bələdiyyə seçkilərində partiya şəklində iştirak etməsin. Bunun səbəblərini soruşduqda isə cavab verirdilər ki, müxalifətin partiya şəklində iştirak etməyə imkanı yoxdur. Buna baxmayaraq, biz ötən seçkilərdə 20 minə yaxın namizəd irəli sürmüşdük. Təbii ki, sosial baza, elektorat olmasa, seçkilərdə iştirak etməyin də bir anlamı yoxdur. İkinci bir tərəfdən, ötən dövrlərdə müxtəlif bəhanələrlə seçkilərdə iştirakdan imtina etməklə müxalifət olan - qalan elektoratını da itirib. Ona görə də, bu gün müxalifət partiyalarının hansısa bəhanələr irəli sürməsi, blok yaratması, blokdan ayrılması və s. kimi addımların hamısı qarşı tərəfin sosial bazasının olmaması ilə bağlıdır. Təsəvvür edin ki, bələdiyyə üzvlüyünə 16 min nəfərin namizədliyi irəli sürülməlidir. Yaxud da, 1700-dən artıq bələdiyyə var ki, bunların hər birinə heç olmasa bir nəfərin namizədliyi irəli sürülməlidir. Bura təbliğat və təşviqat kampaniyasında, ümumiyyətlə, seçki prosesində işə cəlb olunmuş partiya üzvlərinin sayını da əlavə etsək, müxalifət partiyalarının bu yükün altına girməyə gücünün çatmayacağı aşkar görünür. Müxalifət partiyalarının 3-5 nəfər üzvü var ki, onlar da ancaq qəzet səhifələrində görünür.
- Yeri gəlmişkən, bir sıra müxalifət partiyaları Seçki Məcəlləsinə dəyişiklik edilməsi təklifi ilə çıxış edirlər. Sizcə, Məcəllənin dəyişdirilməsinə ehtiyac varmı?
- Seçki Məcəlləsi ilə bağlı əsas fundamental məsələlər öz həllini tapıb və hesab edirəm ki, onların dəyişdirilməsinə ehtiyac yoxdur. Bu Seçki Məcəlləsi ilə Azərbaycanda azad, ədalətli, demokratik seçkilər keçirmək mümkündür və bu günə qədər ölkədə baş tutmuş seçkilər də bir daha bu həqiqəti sübuta yetirir. Müxalifətin ortaya atdığı iddiaların heç biri reallığa əsaslanmır və cəmiyyət tərəfindən də dəstəklənmir. Bu tip təkliflər nə seçki praktikasına, nə seçki nəzəriyyəsinə, nə seçki standartlarına uyğundur. Bütün beynəlaxlq təşkilatlar dəfələrlə bəyan edib ki, mövcud Seçki Məcəlləsi ilə Azərbaycanda tam ədalətli, azad, demokratik seçkilər keçirmək mümkündür. Amma o da başqa məsələdir ki, cəmiyyət inkişaf etdikcə qanunlara müvafiq dəyişikliklər etmək zərurəti meydana çıxır. Seçki Məcəlləsinə də kiçik prosedur dəyişiklikləri etmək mümkündür. Tutaq ki, imzatoplama kampaniyası üçün hazırlanmış vəsiqələrin formasında hansısa dəyişiklik edilə bilər, müşahidəçilik missiyası ilə bağlı hansısa dəyişiklik edilməsi də mümkündür. ümumən isə Məcəllədə fundamental dəyişikliklər edilməsinə ehtiyac yoxdur.
Xəbər lenti
Hamısına bax
Analitik
20 Sentyabr 10:34

Analitik
20 Sentyabr 10:15

YAP xəbərləri
20 Sentyabr 09:54

Analitik
20 Sentyabr 09:29

Analitik
20 Sentyabr 09:12

Sosial
20 Sentyabr 08:56

Ədəbiyyat
20 Sentyabr 08:32

YAP xəbərləri
19 Sentyabr 23:19

Siyasət
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:00

YAP xəbərləri
19 Sentyabr 21:14

YAP xəbərləri
19 Sentyabr 20:42

YAP xəbərləri
19 Sentyabr 20:10

YAP xəbərləri
19 Sentyabr 19:07

Xəbər lenti
19 Sentyabr 18:49

Dünya
19 Sentyabr 18:25

YAP xəbərləri
19 Sentyabr 18:01

YAP xəbərləri
19 Sentyabr 18:00

Xəbər lenti
19 Sentyabr 17:54

Dünya
19 Sentyabr 17:19

Elm
19 Sentyabr 17:09

YAP xəbərləri
19 Sentyabr 17:06

YAP xəbərləri
19 Sentyabr 17:05

YAP xəbərləri
19 Sentyabr 17:03

Dünya
19 Sentyabr 16:51

Dünya
19 Sentyabr 16:22

YAP xəbərləri
19 Sentyabr 16:11

YAP xəbərləri
19 Sentyabr 16:04

Dünya
19 Sentyabr 15:33

Dünya
19 Sentyabr 15:12

YAP xəbərləri
19 Sentyabr 15:02

YAP xəbərləri
19 Sentyabr 15:01

YAP xəbərləri
19 Sentyabr 15:00

Dünya
19 Sentyabr 14:48

Formula 1
19 Sentyabr 14:47

Xəbər lenti
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:43

YAP xəbərləri
19 Sentyabr 14:41

YAP xəbərləri
19 Sentyabr 14:40
YAP xəbərləri
19 Sentyabr 14:39

YAP xəbərləri
19 Sentyabr 14:38

YAP xəbərləri
19 Sentyabr 14:37

Dünya
19 Sentyabr 14:32

YAP xəbərləri
19 Sentyabr 14:21

YAP xəbərləri
19 Sentyabr 14:18

YAP xəbərləri
19 Sentyabr 14:16

Dünya
19 Sentyabr 14:15

Dünya
19 Sentyabr 13:59

YAP xəbərləri
19 Sentyabr 13:27

Dünya
19 Sentyabr 13:10

YAP xəbərləri
19 Sentyabr 13:07

YAP xəbərləri
19 Sentyabr 13:00

YAP xəbərləri
19 Sentyabr 12:58

Dünya
19 Sentyabr 12:27

Gündəm
19 Sentyabr 12:25

Gündəm
19 Sentyabr 12:23

YAP xəbərləri
19 Sentyabr 12:17

YAP xəbərləri
19 Sentyabr 12:17

YAP xəbərləri
19 Sentyabr 12:10

Dünya
19 Sentyabr 12:08

Dünya
19 Sentyabr 11:53

YAP xəbərləri
19 Sentyabr 11:37

YAP xəbərləri
19 Sentyabr 11:17

YAP xəbərləri
19 Sentyabr 11:06

YAP xəbərləri
19 Sentyabr 11:00
YAP xəbərləri
19 Sentyabr 10:58

Gündəm
19 Sentyabr 10:58

YAP xəbərləri
19 Sentyabr 10:53
