Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / Ulu öndər Heydər Əliyevin həyata keçirdiyi islahatlar nəticəsində ən kasıb kəndlilər belə varlanmışdı

Ulu öndər Heydər Əliyevin həyata keçirdiyi islahatlar nəticəsində ən kasıb kəndlilər belə varlanmışdı

15.09.2009 [14:45]

Əjdər Əsədov: Heydər Əliyev dövlət üçün işləmiş insanların əməyini düzgün qiymətləndirirdi...
1969-82-ci illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi olaraq ölkəmizə rəhbərlik etmiş Ulu öndər Heydər Əliyev bu dövrlər ərzində Azərbaycanda bütün sahələrin böyük sıçrayışla inkişafını təmin etmiş, qəbul etdiyi qərarlar və atdığı addımlarla ölkəmizi keçmiş SSRİ-nin ən qabaqcıl inkişaf edən respublikalarından birinə çevirmişdi...
“Yeni Azərbaycan” qəzeti 1969-2003-cü illər ərzində Ulu öndərimizin xalqımız, dövlətimiz üçün gördüyü işləri, Azərbaycan dövlətçiliyi qarşısındakı misilsiz xidmətlərini geniş auditoriyaya daha ətraflı çatdırmaq, dahi şəxsiyyətin zəngin irsini təbliğ etmək məqsədilə ümummilli liderimizlə birgə çalışmış, Onun dövlət quruculuğu işlərinin canlı şahidi olmuş ölkəmizin görkəmli ictimai-siyasi xadimləri ilə müsahibələri, söhbətləri dərc etdirir. Rubrikamızın növbəti qonağı isə Prezident təqaüdçüsü Əjdər Əsədovdur:
- Əjdər müəllim, ümummilli lider Heydər Əliyevlə ilk tanışlığınız barədə bilmək bizə maraqlı olardı...
- Ulu öndər Heydər Əliyevlə ilk tanışlığım 1971-ci ildə olub. O zaman tədbir çərçivəsində Heydər Əliyev mənə arıçılıqla bağlı bəzi suallar vermişdi. Amma əsas görüşümüz 1973-cü ilə təsadüf edir. Mən Balakən rayonu Kənd Təsərrüfatı İdarəsinin rəisi vəzifəsinə təyin edilərkən həmin vaxt Ulu öndər məni qəbul etmişdi. Bu sahə ilə bağlı bəzi məsələləri izah etdikdən sonra məni təbrik etdi. Heydər Əliyev daha sonra məni İcraiyyə Komitəsinin sədri təyin olunarkən də qəbul etmişdi.
Onu da deyim ki, Heydər Əliyevin qəbuluna düşməzdən əvvəl çox həyəcanlı idim. Bu vəziyyət Onun otağına daxil olarkən də özünü büruzə verirdi. Belə ki, otaqda olarkən mən Heydər Əliyevin zəhimli baxışlarının böyük təsirinə dözməyərək çıxmaq istədim. Amma Heydər Əliyev bunu hiss edərək mənə “əyləşin” dedi. Müxtəlif məsələlərdən danışan Ulu öndər sual verdi ki, “sən aspiranturanı harada oxumusan?”. Cavab verdim ki, Xarkovda. Dedi ki, bəs nə üçün rus dilində pis danışırsan? Söylədim ki, cənab Heydər Əliyev mən həyəcanlanıram, bir az da qorxuram.
Bundan sonra, Ulu öndər ünsiyyət atmosferini dəyişdi və nə üçün Xarkovda oxuduğumu soruşdu. Dedim ki, mənim müdafiəm mikrobiologiya üzrə olduğu üçün Xarkovda elmi rəhbər tapıldı və oraya getməli oldum. Daha sonra, Heydər Əliyev yenidən arıçılıqla bağlı suallar verdi. Hansı arının daha çox bal verdiyini soruşdu. Qabaqtəpə, Qafqaz, boz Qafqaz sortlarının daha çox bal verdiyini dedim.
Bu zaman Heydər Əliyev “ən çox bal verən arı Başqırdıstan sortudur” - dedi. O dəqiqə yadıma düşdü ki, həqiqətən də Başqırdıstan sortu ən çox bal verən arıdır.
Onu da qeyd edim ki, Ulu öndər tabeliyində işləyənlərə qarşı olduqca diqqətcil idi və ümummilli lider Heydər Əliyevin həmin diqqətindən mənə də pay düşmüşdü. Belə ki, Balakəndə işlədiyim müddətdə gedib Zaqatalada qalırdım. çünki evim orada idi. Bu faktı Heydər Əliyev bilirdi və həmin görüşdə soruşdu ki, “nə üçün sən hər gün Zaqatalaya gedirsən?”. Balakəndə işləsəm də, evimin Zaqatalada olduğunu dedim.
Bunu eşitcək, “bu gündən sən Zaqatalaya getməyəcəksən” - dedi və bununla da mənim Balakəndə evim oldu.
- Ulu öndərimizin kənd təsərrüfatı sahəsinə və kəndlilərə göstərdiyi münasibət öz bəhrəsini yüksək səviyyədə verirdi. Həmin dövrdə kəndlərin və kəndlilərin vəziyyəti necə idi?
- Ulu öndər Heydər Əliyevin həyata keçirdiyi islahatlar nəticəsində ən kasıb kəndlilər belə varlanmışdı. Kəndlərdə artıq böyük və yaraşıqlı evlər tikilməyə başlamışdı. Kəndlilərin hətta maşınları belə var idi. Bu isə ondan irəli gəlirdi ki, Ulu öndər Heydər Əliyevin kəndliyə olan münasibəti çox səmimi idi. O, rayonlara səfəri zamanı onların problemləri ilə maraqlanar, kəndliləri diqqətlə dinləyər və problemlərin tez bir zamanda həll olunmasına göstəriş verərdi...
Ulu öndərlə bağlı bir xatirəni də yada salmaq istəyirəm. O zaman Balakəndə baramaçılıq çox inkişaf etmişdi. Amma qiymət barama saxlayanları qane etmədiyindən hər zaman narazılıqlar olurdu. Bir dəfə müşavirədə qeyd etdim ki, bəs, Gürcüstanda barama 13 manatdır, Azərbaycanda 5 manat. Bu səbəbdən də, bu sahədə müəyyən azalmalar var. Bunu bilən Heydər Əliyevin göstərişilə baramanın qiyməti 3 dəfə artırılaraq 15 manata çatdırıldı. Bundan sonra, bu sahədə ciddi irəliləyişlər oldu...
Bir məqamı da qeyd etmək istəyirəm. O vaxt kənd təsərrüfatı sahəsində inkişaf sanki yarışma fonunda gedirdi. Hər bir rayon müəyyən sahə üzrə təşəbbüslər qaldırırdı.
Mən Kənd Təsərrüfatı İdarəsinin rəisi vəzifəsində çalışarkən qarğıdalının əkininə böyük diqqət verirdim. Bir dəfə Heydər Əliyevin köməkçisi Arif Mustafayev məni çağıraraq qarğıdalı ilə bağlı hansı işləri həyata keçirə biləcəyimizi soruşdu. Mən isə cavabımda qarğıdalının bütün növlərini saymaqla bu əkin sahəsində hər şeyi edə biləcəyimizi söylədim. Keçirilmiş müşavirədən sonra “hər hektardan 75 sentner qarğıdalı” təşəbbüsü qaldırdıq...
Heydər Əliyev, həmçinin, insanların ən xırda problemlərilə də maraqlanardı. Xatırlayıram, bir dəfə Ulu öndər eşitmişdi ki, mənim uşaqlarım məktəbi qızıl medalla bitirərək universitetə daxil olublar. Ancaq Bakıda uşaqlar kirayədə qalırdılar. Onları isə 2-3 aydan bir köçürürdülər. Bunu mən Heydər Əliyevə deyərkən, O, dərhal uşaqlara ev verilməsini tapşırdı...
Bir sözlə, Heydər Əliyev çox qayğıkeş insan idi. Alicənablıq, atalıq keyfiyyətləri Onda daim əməllərilə büruzə verirdi...
Hətta Heydər Əliyev müəyyən nöqsanlara görə işdən azad olunmuş şəxsləri yanına çağırardı. Deyərdi ki, “səni bu-bu nöqsanlara görə vəzifəndən uzaqlaşdırırıq. Hansı problemlərin var. Evin yoxdursa ev verək”... Heydər Əliyev evi olmayan həmin şəxslərə ev verərdi və müəyyən aşağı instansiyalı idarədə hər hansısa bir vəzifəyə təyin edərdi. Bu, bir daha onu göstərir ki, Heydər Əliyev dövlət üçün işləmiş insanların əməyini düzgün qiymətləndirirdi...
- Bildiyimizə görə, siz Şəmkir rayonunda da birinci katib vəzifəsində çalışmısınız. Amma bu dəfə sizin başqa məsələlərdən danışmağınızı istəyirik. Məlumdur ki, 1987-ci ildən sonra ermənilər Qarabağ bölgəsində fəallaşmağa başlamışdılar...
- Bəli, düzgün qeyd etdiniz. Heydər Əliyev Moskvaya gedəndə mən Şəmkirdə işləyirdim. Doğrusu, Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi müddət ərzində ermənilər bir dəfə də olsun torpaqlarımıza iddia ilə bağlı hər hansı məsələ irəli sürməmişdilər və bunu edə də bilməzdilər. Amma 1987-ci ildən sonra ermənilər artıq ideoloji təbliğat işinə, silahlanmaya start verdilər. Şəmkirdən ermənilərin Dağlıq Qarabağda apardığı separatçı əməlləri, silahlanmaları, vərəqələr yayması və s. aydın şəkildə görünürdü. Əlbəttə ki, mən bütün bunları görə-görə sakit dura bilməzdim və bütün məsələləri detalları ilə yuxarıya təqdim etdim. Amma onlar hər hansı bir iş görmədilər. Bunların nəticəsi olaraq 1988-ci ildən başlayaraq, ermənilər Azərbaycanın torpaqlarının işğal olunması prosesinə start verdilər...
- Əjdər müəllim, bu gün artıq Azərbaycan etibarlı əllərdədir... Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ölkəmiz inkişaf edir, çiçəklənir. Sizin, bu inkişaf tendensiyası ilə bağlı fikirlərinizi bilmək istərdik...
- ümummilli lider Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi hazırda ölkənin bütün sahələrində yüksək nailiyyətlərin əldə olunması ilə özünü büruzə verir. Prezident İlham Əliyevin həyata keçirdiyi iqtisadi-sosial siyasət Azərbaycan vətəndaşlarının sosial rifahının yüksəlməsinə, iqtisadi problemlərinin həll olunmasına, hər bir insanın yaxşı yaşamasına xidmət edir. Bu məqsədlə respublikada minimum əməkhaqqı, pensiyalar və müavinətlər mütəmadi olaraq artırılır...
Hazırda Azərbaycanın yeganə problemi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Ulu öndər Heydər Əliyevin siyasi varisi kimi Prezident İlham Əliyev Dağlıq Qarabağ problemini diplomatik yolla həll etmək istiqamətində məqsədyönlü siyasət aparır. Azərbaycan Prezidentinin beynəlxalq təşkilatların kürsülərindən cəsarətli və ədalətli çıxışları Azərbaycanın haqq səsini bütün dünyaya çatdırır. Prezident İlham Əliyevin prinsipial mövqeyi, xalqımızın vətənpərvərlik əhval-ruhiyyəsi, günbəgün artan hərbi potensialımız, silahlı qüvvələrimizin inkişafı bunu deməyə imkan verir ki, biz torpaqlarımızı tezliklə azad edəcəyik və məcburi köçkünlər öz yurd-yuvalarına qayıdacaqlar.
Ramil VƏLİBƏYOV

Paylaş:
Baxılıb: 1228 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Sosial

Ədəbiyyat

Şənbə üçün nəzm

20 Sentyabr 08:32  

YAP xəbərləri

YAP xəbərləri

Separatizmə son

19 Sentyabr 22:00

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30