Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / Ulu öndər Heydər Əliyev xalqın dəstəyinə arxalanaraq Azərbaycanı bəlalardan xilas etdi

Ulu öndər Heydər Əliyev xalqın dəstəyinə arxalanaraq Azərbaycanı bəlalardan xilas etdi

08.09.2009 [10:00]

Musa Musayev: 15 iyun 1993-cü ildə vaxtilə Ona qarşı çıxanlar, sərt fikirlər səsləndirənlər artıq Heydər Əliyevin xilaskar olduğunu anladılar, seçimlərini etdilər
1969-82-ci illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi olaraq ölkəmizə rəhbərlik etmiş Ulu öndər Heydər Əliyev bu dövrlər ərzində Azərbaycanda bütün sahələrin böyük sıçrayışla inkişafını təmin etmiş, qəbul etdiyi qərarlar və atdığı addımlarla ölkəmizi keçmiş SSRİ-nin ən qabaqcıl inkişaf edən respublikalarından birinə çevirmişdir...
“Yeni Azərbaycan” qəzeti 1969-2003-cü illər ərzində Ulu öndərimizin xalqımız, dövlətimiz üçün gördüyü işləri, Azərbaycan dövlətçiliyi qarşısındakı misilsiz xidmətlərini geniş auditoriyaya daha ətraflı çatdırmaq, dahi şəxsiyyətin zəngin irsini təbliğ etmək məqsədilə ümummilli liderimizlə birgə çalışmış, Onun dövlət quruculuğu işlərinin canlı şahidi olmuş ölkəmizin görkəmli ictimai-siyasi xadimləri ilə müsahibələri, söhbətləri dərc edir. Rubrikamızın növbəti qonağı isə YAP Siyasi Şurasının üzvü, Naftalan şəhər İcra Hakimiyyətinin başçısı Musa Musayevdir:
- Musa müəllim, sizin Ulu öndər Heydər Əliyevlə ilk tanışlığınız necə olub?
- ümummilli lider Heydər Əliyevi bir dahi rəhbər kimi çoxdan tanıyırdım. 1990-cı ilə qədər Ulu öndərimizlə şəxsi tanışlığımız olmasa da, Onun gördüyü işlər, imperiya daxilində apardığı milli siyasət hər kəsə bəlli idi və bütün azərbaycanlılar bunun nailiyyətlərini görürdülər. 1969-cu ildə Azərbaycana rəhbərliyə gələn Heydər Əliyev qısa zamanda ölkənin böyük problemlərini həll etdi, insanların güzəranını yaxşılaşdırdı. Kəndlərin siması tamamilə dəyişdi, kəndlilərin maddi durumunda irəliləyiş baş verdi. 14 illik rəhbərliyi dövründə Heydər Əliyev ucqar ərazilərə asfalt, dəmir yolları saldırdı, regionları keyfiyyətcə yeni inkişaf mərhələsinə çıxardı...
Amma Sovet imperiyası dağıldıqdan sonra müstəqillik əldə edən Azərbaycanımız səriştəsiz siyasətçilərin ümidinə qaldı. Şəxsi maraqlarını milli mənafelərdən üstün tutan antimilli qüvvələr dövlətçiliyimizi uçurum kənarına atdı. Hər şey, məhz həmin dövrdən başladı...
Mən 1987-ci ildə Nəbatat İnstitutunda elmi işçi vəzifəsində çalışırdım. Bu dövrdə Heydər Əliyevin siyasətdən kənarlaşdırılması ermənilərə və onların havadarlarına azad fəaliyyət göstərməyə imkan yaratdı. Ermənilər zorla azərbaycanlıları öz doğma torpaqlarından çıxarmağa, deportasiya etməyə başladılar. Burada incə məqam ondan ibarət idi ki, məhz, Heydər Əliyevin vəzifəsindən kənarlaşdırılması ermənilərə öz mənfur planlarını həyata keçirməyə şərait yaratmışdı. Heydər Əliyevin 1987-ci ilə qədər vəzifədə olması, Azərbaycanın maraqlarını müdafiə etməsi nə deportasiyaya, nə də işğala imkan vermirdi...
Bütün bunları nəzərə alaraq, 1990-cı illərin əvvəllərində cəmiyyətimizin ziyalı təbəqəsi artıq Azərbaycanın xilas olunmasının, nicat tapmasının tək yolunun Heydər Əliyevin Azərbaycana gəlməsindən asılı olduğunu başa düşürdü. Bu səbəbdən də, xalq təkidlə Heydər Əliyevin ölkəmizə rəhbər gəlməsini tələb etməyə başladı. Məhz, Ulu öndər Heydər Əliyevlə ilk tanışlığım da Onun hava limanında qarşılanması zamanı oldu...
- Musa müəllim, ümummilli lider Heydər Əliyevin parlamentə seçilməsinə qarşı yaş senzi maneələri düşünülmüşdü. Buna baxmayaraq, ədalət sonda öz yerini tapdı...
- Bəli, bu doğrudur. Həmin illərdə bütün xalq Heydər Əliyevin hakimiyyətə gəlməsini istəyirdi. çünki, bu dövrdə antimilli siyasət yürüdən və zor gücü ilə hakimiyyətə gələn AXC-Müsavat cütlüyü səriştəsiz idarəçilyi ilə Azərbaycanı parçalanma həddinə gətirmişdi. ölkənin cənubunda quldur dəstələri, şimalda sadvalçılar fəallaşaraq, separatçı əməllərinə start vermişdilər. İqtisadiyyat tamamilə çökmüşdü. Dövlətin gələcəyi şübhə altında idi. Beləliklə də, haqlı olaraq, cəmiyyət, ziyalılar Heydər Əliyevin yenidən hakimiyyətə gəlməsini təkidlə tələb etməyə başladı...
Artıq ziyalılar Heydər Əliyevə müraciət ünvanlamışdı. Amma hakimiyyətdə olan antimilli qüvvələr müxtəlif vasitələrdən istifadə edərək Heydər Əliyevin Bakıya gəlməsinə mane olurdular...
Həmin müddət ərzində Heydər Əliyevi müdafiə edən şəxslər kütləvi mitinqlər keçirməyə başlamışdılar. Mən də bu mitinqlərin fəal iştirakçısı olmuşam.
Qeyd etdiyiniz kimi, yaş senzinə etiraz olaraq təşkil olunmuş aksiyaların da iştirakçısı olmuşam. Aksiyanın  iştirakçısı kimi başa düşürdüm və deyirdim ki, Azərbaycanı bu bəlalardan yalnız Heydər Əliyev xilas edə bilər. Xatırladım ki, yaş senzinin ləğv edilməsi üçün Milli Məclisin qarşısında keçirilmiş aksiyada, Hacı Əbdül başda olmaqla, Ayaz Mütəllibovun silahlı quldur dəstəsi bizi zor gücünə həmin ərazidən uzaqlaşdırdı. Həmin gündən etibarən silahlı quldur dəstəsi Milli Məclisin qarşısında çadır qurdu. Amma bütün bu silahlı təqiblərə baxmayaraq, biz aksiyamızı Akademiyanın qarşısında keçirdik...
Sonralar isə AXC-Müsavat cütlüyünün səriştəsiz idarəçiliyi torpaqlarımızın işğalına yol açmaqla yanaşı, qardaş qırğınının törədilməsinə də şərait yaratdı. 1993-cü il iyunun 4-də Surət Hüseynovun başçılığı ilə Gəncə qiyamı baş verdi və qardaş qanı axıdıldı. Naxçıvandan Bakıya gələn Heydər Əliyev parlamentdə çıxış etdi və Gəncəyə getdi. Oradakı hadisələri gözü ilə görən Ulu öndərimiz yenidən Bakıya gələrək Milli Məclisdə hesabat verdi. Beləliklə, dövlətimizin, xalqımızın gələcəyini qarant altına alan ümummilli lider Heydər Əliyev 15 iyunda Milli Məclisin sədri seçildi. Milli Qurtuluş Günü kimi tarixə daxil olan gündə vaxtilə Ona qarşı çıxanlar, sərt fikirlər səsləndirənlər artıq Heydər Əliyevin xilaskar olduğunu anladılar, seçimlərini etdilər. Bir sözlə, həmin dövrdə Ulu öndər Heydər Əliyev xalqın dəstəyinə arxalanaraq Azərbaycanı bəlalardan xilas etdi...
Bir faktı da xatırladım ki, Yeni Azərbaycan Partiyasının bir üzvü kimi Bakının Nəsimi rayonunda YAP-ın rayon təşkilatını yaratdıq. Nəsimi rayonunun isə üzvlüyündə çoxsaylı gənclər var idi. Mən rayon təşkilatının hesabat konfrasında çıxış edərkən söyləmişdim ki, hələ 1993-cü ildə YAP Nəsimi rayon təşkilatının 1700-ə qədər üzvü var... Buradan da görünürdü ki, xalq Heydər Əliyevi, Onun yaratdığı partiyanı dəstəkləyir və Ona inanır.
Sonrakı proseslər haqqında isə cəmiyyət kifayət qədər məlumatlıdır...
- Söylədiyiniz kimi, Ulu öndər Heydər Əliyev xalqın dəstəyilə Azərbaycanı bütün bəlalardan xilas etdi. Sonrakı dövrlərdə baş vermiş dövlət çevrilişlərinin də qarşısı alındı. İstərdik ki, ümummilli lider Heydər Əliyevin ölkədə sabitliyin və inkişafın əsasını qoymasından və Onun banisi olduğu siyasi kursun bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən danışasınız...
- 1995-ci ildə Azərbaycanda Konstitusiyanın qəbul edilməsindən sonra ölkədə ictimai-siyasi sabitlik yarandı. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində atəşkəsin əldə edilməsi, 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi” çərçivəsində işlərin başlaması Azərbaycanı tez bir zamanda dünyaya neft ölkəsi kimi tanıtdı. Daha sonra müxtəlif istiqamətlərdə müqavilələrin imzalanması və onların reallaşdırılması Azərbaycana böyük dividentlər gətirdi. ölkəmiz böhrandan çıxaraq, inkişaf yoluna qədəm qoydu. Bunlar bir daha sübut etdi ki, millətilə, xalqı ilə yaşayan, nəfəs alan şəxslər böyük işlər həyata keçirə bilər. Heydər Əliyev də məhz belə Şəxsiyyət idi. O, Azərbaycanı inkişaf etdirdi, abadlaşdırdı. Amma bu dəfə yenidən Azərbaycanın 90-cı illərin bəlalarına qayıtması mümkün deyil. çünki, Azərbaycan etibarlı əllərdədir. ümummilli liderimizin layiqli davamçısı Prezident İlham Əliyev əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş siyasi kursu uğurla davam etdirir. Bunun nəticəsidir ki, hazırda Azərbaycan dünyanın bir nömrəli islahatçı ölkəsi kimi qəbul edilir.
Düşünürəm ki, ümummilli lider Heydər Əliyevin siyasətini davam etdirən Prezident İlham Əliyev Azərbaycanı uğurlu gələcəyə aparır. Tezliklə Prezident İlham Əliyevin rəhbərliyilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll ediləcək və regional güc kimi Azərbaycan böyük siyasət meydanında öz layiqli yerini daha da möhkəmləndirəcək.
Ramil VƏLİBƏYOV


Paylaş:
Baxılıb: 1223 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

MEDİA

Sosial

4 şəhərin 1 günü

20 Sentyabr 11:19  

Analitik

Sosial

Ədəbiyyat

Şənbə üçün nəzm

20 Sentyabr 08:32  

YAP xəbərləri

YAP xəbərləri

Separatizmə son

19 Sentyabr 22:00

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30