/ / Ukrayna Azərbaycana qüdrətli və hərtərəfli inkişaf etmiş bir dövlət, etibarlı tərəfdaş kimi baxır
Ukrayna Azərbaycana qüdrətli və hərtərəfli inkişaf etmiş bir dövlət, etibarlı tərəfdaş kimi baxır
08.09.2009 [09:58]
Dövlət müstəqilliyinə qovuşduqdan sonra, Azərbaycanla ilk diplomatik əlaqələr quran dövlətlərdən biri də Ukraynadır. Dostluq münasibətləri, uzun müddət SSRİ adlanan vahid bir dövlətin tərkibində yaşamaq, sovet mədəniyyəti və təhsilinə yiyələnmək xalqlarımızı bir-birinə daha da yaxınlaşdırdı. İttifaq dağıldıqdan və ölkələrimiz müstəqillik əldə etdikdən sonra isə Azərbaycanla Ukrayna arasında əməkdaşlığın səviyyəsi xeyli genişlənib, hər iki ölkənin dövlət başçıları qarşılıqlı surətdə Bakıda və Kiyevdə rəsmi səfərlərdə olub, ticarət dövriyyəsinin həcmi xeyli artıb. İndi Azərbaycanın xarici ticarət əlaqələrində Ukrayna ön sıralardan birini tutur. “Bizim qonaq” rubrikamızın növbəti qonağı Ukrayna Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Boris Klimçukdur.
- Cənab səfir, öncə icazə verin, kollektivimiz, eləcə də, qəzetimizin oxucuları adından Sizi Ukraynanın yenidən dövlət müstəqilliyinə qovuşmasının 18-ci ildönümü münasibəti ilə təbrik edək. Azərbaycanın müstəqilliyini ilk tanıyan dövlətlərdən biri də Ukrayna olmuşdur. Bunun nəzərə alaraq, bu gün ölkələrimiz arasındakı diplomatik əlaqələrin səviyyəsindən razısınızmı?
- 24 avqust - Ukraynanın dövlət müstəqillik günü münasibəti ilə təbrikləriniz üçün qəzetinizin kollektivinə, çoxminli oxucu ordusuna və ümumiyyətlə, bütün Azərbaycan xalqına öz dərin etiramımı bildirirəm. 1991-ci ilin 24 avqust tarixində xalqımız üçün XX əsrdə ən önəmli siyasi hadisələrdən biri baş verdi. Məhz həmin gün Ali Rada Ukraynanın dövlət müstəqilliyinə dair tarixi qərar qəbul etdi. Həmin ilin 1 dekabr tarixində keçirilən referendumda ölkə əhalisinin 90 faizi Ali Radanın qəbul etdiyi Müstəqillik Aktını dəstəklədi. Məhz bu tarix Ukraynanın tarixində dönüş nöqtəsinə çevrildi, ölkənin iqtisadi inkişafının əsasını qoydu, onu dünya birliyinin həqiqi üzvünə çevirdi. Doğrudur, üstündən 18 il ötsə də, Ukrayna ölkənin hərtərəfli inkişafına dair qarşısına qoyduğu məqsədlərə hələ də tam şəkildə nail olmayıb. Lakin buna baxmayaraq, xalqımızın birliyi, mədəniyyətimizin, dilimizin, tariximizin qorunması və inkişaf etdirilməsi istiqamətində ciddi addımlar atılmışdır. Son 5 ildə ölkədə həyata keçirilən islahatlar Ukraynanın demokratikləşməsi və Avropaya daha sıx inteqrasiyasına səbəb olmuşdur. Biz qürur hissi ilə qeyd edirik ki, indi Ukraynada demokratik qaydalar və sistemə söykənən siyasi hakimiyyət mövcuddur. Ukrayna beynəlxalq münasibətlərin subyekti kimi dünya ölkələri arasında öz mövqeyini möhkəmlətməkdədir. Baxmayaraq ki, ölkənin xarici siyasətinin əsas istiqamətlərini Avropa İttifaqı və NATO-ya üzvlük təşkil edir, Ukrayna, eyni zamanda, bərabərhüquqlu münasibətlər əsasında dost və tərəfdaş ölkələrlə əməkdaşlığın inkişafına da böyük önəm verir. Müstəqilliyə qovuşduqdan bəri, uzun müddətdir əməkdaşlıq etdiyimiz belə ölkələrdən biri də, məhz dost Azərbaycan Respublikasıdır. ölkələrimiz arasında diplomatik münasibətlərin əsası 1992-ci ilin fevralında qoyulub. 13 ildən artıqdır ki, Bakıda Ukrayna Respublikasının səfirliyi fəaliyyət göstərir. öz növbəsində Azərbaycan Respublikası da 1997-ci ildə Kiyev şəhərində diplomatik nümayəndəliyini açmışdır. 2000-ci ildə imzalanmış Ukrayna və Azərbaycan arasında dostluq, əməkdaşlıq və tərəfdaşlıq haqqında müqavilə ölkələrimiz arasında hüquqi bazanın əsasını qoydu. Ukrayna Azərbaycana qüdrətli və hərtərəfli inkişaf etmiş bir dövlət kimi, eyni zamanda, dünya arenasında etibarlı tərəfdaş ölkə kimi baxmaqdadır. Ukrayna Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində hər zaman Azərbaycanın tərəfində olub və münaqişənin tez bir zamanda, özü də Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə tərəfdar olduğunu bəyan edib. Əminliklə deyə bilərəm ki, ölkələrimiz arasında münasibətlər o qədər dərin şəkildə inkişaf edib ki, dünyada baş verən proseslər rəsmi Bakı ilə Kiyev arasındakı siyasi və iqtisadi əlaqələrə hər hansı bir şəkildə təsir etmək iqtidarında deyildir. Bir misal çəkim. ötən ilin mayında Azərbaycan Prezidenti İlham Əliyevin Kiyevə rəsmi səfəri zamanı Azərbaycan və Ukrayna Prezidentləri Şurası yaradılmış, onun Əsasnaməsi təsdiq edilmişdir. Bundan əlavə, dövlət başçıları Ukrayna və Azərbaycan respublikaları arasında dostluq və strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalamışlar ki, bu sənəddə, eyni zamanda, beynəlxalq təşkilatlar çərçivəsində ölkələrimizin bir-birini dəstəkləməsi də öz əksini tapmışdır.
Yeri gəlmişkən, qeyd edim ki, Ukrayna prezidenti Viktor Yuşşenko da ötən il iki dəfə - iyul ayında işgüzar, daha sonra isə, noyabrda Bakıda keçirilən 4-cü enerji sammitində iştirak etmək üçün Bakıda səfərdə olmuşdur. Bu ilin aprelində də Ukrayna prezidenti növbəti dəfə Azərbaycanda rəsmi səfərdə olmuşdur. Səfər çərçivəsində Bakıda Azərbaycan və Ukrayna Prezidentləri Şurasının ilk iclası keçirilmişdir. Bütün sadaladığım səfərlər, bu zaman müzakirə olunan məsələlər, iqtisadi, enerji, hərbi-texniki və digər sahələrdə əməkdaşlığa dair imzalanan sənədlər ölkələrimiz arasında əlaqələrin inkişafına əlavə təkan vermişdir. Xüsusi olaraq qeyd etmək istəyirəm ki, bir çox məsələlərdə ölkələrimizin mövqeyi üst-üstə düşür: hər iki tərəf dünyada və regionda təhlükəsizliyin möhkəmlənməsinə öz töhfələrini verməyə çalışırlar. ölkələrimiz BMT, ATƏT, MDB, GUAM, Avropa Şurası və Avropa Şurası Parlament Assambleyası kimi nüfuzlu beynəlxalq təşkilatlar çərçivəsində bir-birinin mövqeyini dəstəkləyir, eyni zamanda, parlamentlər və xarici siyasət idarələri arasındakı əməkdaşlığı genişləndirirlər. Əminəm ki, Ukrayna hər zaman Azərbaycan üçün mühüm tərəfdaş və etibarlı müttəfiq bir ölkə olacaqdır.
- Sadalananlardan da göründüyü kimi, ölkələrimiz arasında siyasi əlaqələr ən yüksək səviyyədə inkişaf etmişdir. Bəs, bunu iqtisadi əlaqələrimiz haqda söyləmək mümkündürmü?
- ölkələrimiz arasındakı mövcud hüquqi baza Ukrayna ilə Azərbaycan arasında iqtisadi əlaqələrin inkişafı üçün kifayət qədər möhkəm zəmin yaradıb. 2008-ci ilin yekununda biz ölkələrimiz arasındakı iqtisadi əlaqələrdə rekord göstəriciyə nail olduq-1 milyard ABŞ dolları həddini aşa bildik. Lakin dünyada baş verən iqtisadi böhran bir sıra ölkələrə təsir etdiyi kimi, iki ölkə arasındakı iqtisadi əlaqələrdən də yan keçmədi. Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına əsasən, birinci yarımillikdə iki ölkə arasında ticarət dövriyyəsinin həcmi ümumilikdə 256,4 milyon ABŞ dolları təşkil edib ki, bu da ötən illə müqayisədə 77 faiz deməkdir. O cümlədən, cari ilin ilk 6 ayında Ukraynadan Azərbaycana mal ixracının həcmi 231,9 milyon ABŞ dolları (ötən illə müqayisədə 113 faiz), Azərbaycandan isə idxalın həcmi cəmi 24,5 milyon ABŞ dolları (ötən illə müqayisədə 19 faiz) təşkil edib. Hazırda biz səfirlik olaraq, əsas diqqətimizi ölkələrimizin ixrac potensialının artırılması istiqamətində yeni yolların axtarılıb tapılmasına yönəltmişik. Bu zaman qarşılıqlı surətdə ixrac olunan malların çeşidlərinin artırılması, eləcə də, iki ölkənin prezidentlərinin ötən il Bakı görüşündə qarşımıza qoyduğu vəzifələrin yerinə yetirilməsi-regionlararası əlaqələrimizin genişləndirilməsi xüsusi önəm daşıyır. Əldə etdiyimiz təcrübə onu deməyə əsas verir ki, regionlarımız arasında iqtisadi əlaqələri genişləndirməklə, ölkələrimiz arasındakı ticarət dövriyyəsinin həcmini arzu olunan səviyyəyədək yüksəltmək mümkündür.
Bundan əlavə, hesab edirəm ki, iki ölkə arasında bir sıra sahələrdə, o cümlədən, İKT, nəqliyyat dəhlizlərinin inkişafı, maşınqayırma və tikinti, aerokosmik və hərbi-texniki sahədə əməkdaşlığı genişləndirmək üçün imkanlar mövcuddur. Həmçinin, Azərbaycan və Ukraynanın iştirakı ilə Xəzər dənizi hövzəsindən hasil olunan neftin Avropa bazarlarına nəqli imkanları bizim iqtisadi sahədə əməkdaşlığımızın daha da inkişaf etdirilməsi üçün böyük imkanlar açır.
- Yeri gəlmişkən, iki ölkə arasındakı enerji sahəsində əməkdaşlığın perspektivini necə görürsünüz?
- Enerji sahəsindəki əməkdaşlıq iki ölkə arasında imzalanmış strateji tərəfdaşlıq haqda müqavilənin əsas bəndlərindən birini təşkil edir. Hazırda bu məqsədlə, gələcək əməkdaşlığın perspektivlərini müəyyən etmək üçün, həm Azərbaycan, həm də Ukrayna tərəfdə xüsusi işçi qrupu fəaliyyət göstərir. Bundan əlavə, qeyd etmək lazımdır ki, hazırda Ukraynanın Qara dəniz sahillərində Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) iştirakı ilə yeni neft emalı zavodunun tikintisi, yaxud Ukraynanın mövcud neftayırma zavodlarında Xəzər hövzəsindən nəql olunacaq neftin müştərək emalı imkanları nəzərdən keçirilir. Eyni zamanda, Xəzər neftini Azərbaycan, Gürcüstan, Ukrayna və Polşa ərazisindən “Odessa-Brodı-Plotsk-Qdansk” boru kəməri vasitəsi ilə dünya bazarlarına nəql edəcək Avropa-Asiya neft nəqli dəhlizi layihəsinin reallaşması istiqamətində müəyyən addımlar atılır.
Xatırladım ki, Xəzər hövzəsində hasil olunan yüngül neftin Mərkəzi və Şimali Avropa ölkələrinə nəqlini nəzərdə tutan bu ideya çox ciddi bir addım idi və öz dövrünün reallıqlarını qabaqlayırdı. Layihənin reallaşması üçün 5 dövlətin milli neft şirkətinin iştirakı ilə “Sarmatiya” birgə müəssisəsi yaradıldı. Hazırda layihənin texniki -iqtisadi əsaslandırılmasının hazırlanması başa çatmaq üzrədir. Gələcəkdə “Sarmatiya” nın əməliyyat şirkətinə çevrilməsi nəzərdə tutulur. Beləliklə, demək olar ki, hazırda bu layihə iştirakçılarının qarşısında duran əsas məsələ dövlət başçılarının verdiyi siyasi qərarı layihənin reallaşması üçün praktiki fazaya keçirməkdir.
- Cənab səfir, Ukrayna, GUAM-ın gələcək inkişafını necə görür?
- Əvvəla onu qeyd edim ki, təmsil etdiyim ölkə, təsisçilərindən biri kimi, Gürcüstan, Ukrayna, Azərbaycan və Moldova-GUAM təşkilatı çərçivəsində əməkdaşlığa çox böyük önəm verir. Əbəs yerə deyil ki, təşkilatın işçi orqanı-Daimi Katiblik Kiyev şəhərində yerləşir. Digər tərəfdən isə, qeyd etmək istərdim ki, GUAM-a münasibətdə bizim ölkələrin mövqeləri üst-üstə düşür. Belə ki, Ukrayna və Azərbaycan GUAM-ın potensialından istifadə etməklə regiondakı mövcud münaqişələri həll etmək, irimiqyaslı enerji və nəqliyyat layihələrini həyata keçirmək, terrorizm, separatizmə və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə aparmağa çalışır. Hər iki ölkə, həmçinin, GUAM dövlətlərini digər beynəlxalq qurumlar daxilində sıx əməkdaşlığa dəvət etməklə, bu qurumlar çərçivəsində ölkə dövlətlərinin rifahına xidmət edən siyasi və iqtisadi qərarların qəbul olunmasına nail olmağa çalışır. Ukrayna GUAM-ın qarşılıqlı faydalı tərəfdaşlıq əsasında inkişaf etməsinə, onun yeni üzv ölkələr hesabına genişlənməsi ideyasının tərəfdarıdır.
Qeyd etmək lazımdır ki, tranzit yüklərin daşınmasında sənədlərinin sadələşdirilməsi, tranzit tariflərinin optimallaşdırılması Şərqdən qərb ölkələrinə yükdaşımalarda GUAM nəqliyyat dəhlizinin rolunu əhəmiyyətli dərəcədə artıra bilər. Odur ki, GUAM nəqliyyat dəhlizinin infrastrukturunun müasirləşdirilməsi layihəsi perspektiv baxımından çox səmərəlidir. Bu baxımdan Gürcüstan və Azərbaycanın əhatə olunduğu “Vikinq” multimodal konteyner yükdaşımalarının gələcəkdə Orta Asiya və Uzaq Şərqə qədər uzadılması, Avropadan gələn yüklərin Uşaq Şərqə, o cümlədən, çinədək maneəsiz daşınması, GUAM ölkələrinə böyük səmərə verə bilər və təşkilata üzv ölkələrin mənafelərinə xidmət etmiş olacaqdır.
- Bəs, iki ölkə arasında kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sahəsində nə kimi perspektiv planlar mövcuddur?
- Ukrayna dənli bitkilər, o cümlədən, taxıl məhsulunun istehsalı, eləcə də, kənd təsərrüfatı məhsullarının yetişdirilməsi üçün vacib olan münbit torpaq sahələrinin miqyasına görə Avropa ölkələri arasında lider mövqedədir. Qeyd etmək yerinə düşərdi ki, cari ildə Ukraynada təqribən 37 milyon ton buğda tədarük olunmuşdur. Bundan əlavə, kənd təsərrüfatı məhsullarının Azərbaycana idxalı ölkələrimiz arasındakı ümumi ticarət dövriyyəsinin yalnız 1/3 hissəsini təşkil edir. Bundan əlavə, Ukraynadan Azərbaycana müxtəlif kənd təsərrüfatı texnikası, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı üçün texnika, soyutma sistemləri və digər texniki avadanlıqlar da ixrac olunur. Azərbaycan istehlakçıları Ukraynada istehsal olunan məhsullar- “Sandorra”, “Roşen”, “Veres”, “AVK”, “Artem-duz” və s. sərinləşdirici içkilər və yeyinti məhsulları ilə çox yaxşı tanışdırlar. Lakin bizim əməkdaşlığımız sadalananlarla məhdudlaşmır və biz əməkdaşlığımızın perspektivinə çox nikbin baxırıq. Fərəhlə qeyd etmək istərdim ki, “Veysəloğlu” şirkətində “Ulduz” ticarət markası ilə istehsal olunan şirniyyat məhsullarının hazırlanmasında ukraynalı qənnadı ustalarının böyük köməyi vardır. Digər bir fakt, elə bu yaxınlarda Kənd Təsərrüfatı Nazirliyinə Ukraynada istehsal olunan kənd təsərrüfatı texnikalarının siyahısını təqdim etmişik. ümid edirik ki, bu sahədə əməkdaşlığımız Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalına öz müsbət təsirini göstərəcəkdir. Bundan əlavə, Ukrayna tərəfi Azərbaycanda böyük heyvandarlıq kompleksi və quşçuluq fabrikinin tikintisinə dair danışıqları davam etdirir. Hesab edirəm ki, bu layihələrin gerçəkləşməsi ölkələrimiz arasındakı ticarət dövriyyəsinin artmasına öz təsirini göstərəcəkdir.
- ölkələr arasında iqtisadi əlaqələrin gücləndirilməsində biznes-forumların keçirilməsi də mühüm əhəmiyyət daşıyır...
- Şübhəsiz. ölkələrimizin iş adamları bir-biriləri haqda nə qədər çox məlumatlı olsalar, iqtisadi əlaqələrimiz bir o qədər çox sürətlə inkişaf edər. Bu işdə hökumətlərarası iqtisadi əməkdaşlıq komissiyası və biznes-forumların keçirilməsi mühüm rola malikdir. Xatırladım ki, yaxın vaxtlarda Kiyev şəhərində Ukrayna-Azərbaycan hökumətlərarası iqtisadi əməkdaşlıq komissiyasının 8-ci iclası keçiriləcəkdir. Qeyd etmək istərdim ki, Ukrayna tərəfi komissiyanın iclasının keçirilməsinə çox böyük önəm verir və onun ən yaxın zamanda baş tutması üçün əlindən gələni əsirgəmir. Hazırda diplomatik kanallar vasitəsi ilə komissiyanın iclasının vaxtı dəqiqləşdirilir. İclas çərçivəsində, həmçinin, hər iki ölkədən olan iş adamlarının iştirakı ilə biznes-forumun da keçirilməsi planlaşdırılıb. Forumda iştirak etmək üçün Azərbaycandan olan iş adamlarından ibarət nümayəndə heyəti Ukraynaya səfər edəcək. Hesab edirəm ki, hökumətlərarası komissiyanın gündəliyinə daxil edilən məsələlər, eləcə də, iş adamlarının qarşılıqlı görüşləri ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafında öz töhfəsini vermiş olacaqdır.
Yeri gəlmişkən, xatırlatmaq istərdim ki, iqtisadi əlaqələrin inkişafında “Ticarət Evi”nin də mühüm rolu vardır. Bir neçə il öncə Bakıda açılmış “Ukrayna-Azərbaycan Dostluq Evi”nin nəzdində, həmçinin, “Ukrayna məhsullarının satış Evi” də fəaliyyət göstərirdi. çox təəssüflər olsun ki, iqtisadi rəqabətə dözə bilməməsi səbəbindən ticarət evimiz cəmi bir il fəaliyyət göstərə bildi. Lakin buna baxmayaraq, hazırda Bakıda “Azərbaycan-Ukrayna” iqtisadi əlaqələrinə dəstək İctimai Birliyi aktiv fəaliyyətə başlayıb. ümid edirəm ki, bu təşkilat Azərbaycanda Ukraynanın ticarət evi funksiyasını uğurla davam etdirə biləcək.
- ümumiyyətlə, Azərbaycan iqtisadiyyatı Ukrayna iş adamları üçün nə dərəcədə cəlbedicidir?
- ölkənin malik olduğu iqtisadi potensial, inkişaf tempi, respublikadakı siyasi sabitlik, tikinti-quruculuq işləri hər zaman ukraynalı iş adamlarının diqqət mərkəzində olmuşdur. Lakin çox təəssüf ki, dünyada baş verən maliyyə böhranı Ukrayna iqtisadiyyatına da öz mənfi təsirini göstərmişdir. ölkənin bank-maliyyə, eləcə də, tikinti sektoru nisbətən zəifləmişdir. Odur ki, yuxarıda qeyd etdiyim kimi ukraynalı iş adamları iqtisadiyyatın digər sahələrində, məsələn, birgə kosmik tədqiqatlar, gəmiqayırma, maşınqayırma, eləcə də, turizm sahəsində Azərbaycanla əməkdaşlığa hər zaman hazırdırlar. ümid edirəm ki, çox yaxın vaxtlarda biz bu sadalanan sahələr üzrə də əməkdaşlığımızı inkişaf etdirə biləcəyik.
- Cənab səfir, bəs ölkələrimiz arasında mədəni əlaqələrin səviyyəsini necə qiymətləndirirsiniz?
- Ukrayna ilə Azərbaycan arasında mədəni əlaqələr yüksək səviyyədə inkişaf etmişdir. Belə ki, Ukrayna prezidentinin ölkənizə hər səfəri zamanı Azərbaycanda bu sahədə müxtəlif layihələr həyata keçirilir. ötən il iki ölkənin prezidentlərinin iştirakı ilə Bakıda görkəmli Ukrayna şairi Taras Şevçenkonun heykəlinin açılışı oldu. Səfər çərçivəsində Ukraynadan gəlmiş musiqi kollektivləri geniş konsert proqramı ilə çıxış etdilər. Həmçinin, Bakıda “Ukraynanın mədəniyyət günləri”nin açılışı oldu. Mədəniyyət günləri təkcə paytaxtda deyil, regionlarda da çox böyük uğurla davam etdirildi.
Bu ilin aprelində Bakıda iki ölkənin dövlət başçılarının iştirakı ilə Ukraynanın Azərbaycanda ilk diplomatik missiyasının fəaliyyətə başlamasının şərəfinə xatirə lövhəsinin açılışı oldu. Qeyd etmək yerinə düşərdi ki, cari ilin may ayında Ukraynada “Azərbaycan mədəniyyət günləri” çox böyük uğurla keçirildi. Tədbirdə iştirak etmək üçün mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərlik etdiyi 80 nəfərlik nümayəndə heyəti Kiyevə səfər etdi. Mədəniyyət günləri çərçivəsində Ukrayna Rəssamlar İttifaqında Azərbaycan rəssamlarının əsərlərindən ibarət sərgi təşkil olundu. Bu sadaladıqlarım yalnız mədəni sahədə əməkdaşlığımızın ayrı-ayrı elementlərini təşkil edir. Bu gün Azərbaycan və Ukrayna təkcə iqtisadi sahədə deyil, eyni zamanda, mədəni, elmi, təhsil, səhiyyə, idman və turizm sahəsində böyük potensiala malik olan ölkələrdir və son zamanlar iki ölkə arasında bu istiqamətlərdə əməkdaşlıqda bir dinamizm hiss edilməkdədir.
Hesab edirəm ki, xalqlarımızın əsrlərdən bəri davam edən dostluq əlaqələrini, eləcə də, Ukrayna və Azərbaycan Prezidentlərinin bütün sahələrdə əməkdaşlığı inkişaf etdirmək istiqamətində səylərini nəzərə alaraq, tam əminliklə söyləmək olar ki, bu dostluq münasibətləri bundan sonra da uğurla davam etdiriləcək və xalqlarımızın rifahının yaxşılaşmasına xidmət edəcəkdir.
Səlim LOÄžMANOÄžLU
Xəbər lenti
Hamısına bax
Analitik
20 Sentyabr 10:34

Analitik
20 Sentyabr 10:15

YAP xəbərləri
20 Sentyabr 09:54

Analitik
20 Sentyabr 09:29

Analitik
20 Sentyabr 09:12

Sosial
20 Sentyabr 08:56

Ədəbiyyat
20 Sentyabr 08:32

YAP xəbərləri
19 Sentyabr 23:19

Siyasət
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:00

YAP xəbərləri
19 Sentyabr 21:14

YAP xəbərləri
19 Sentyabr 20:42

YAP xəbərləri
19 Sentyabr 20:10

YAP xəbərləri
19 Sentyabr 19:07

Xəbər lenti
19 Sentyabr 18:49

Dünya
19 Sentyabr 18:25

YAP xəbərləri
19 Sentyabr 18:01

YAP xəbərləri
19 Sentyabr 18:00

Xəbər lenti
19 Sentyabr 17:54

Dünya
19 Sentyabr 17:19

Elm
19 Sentyabr 17:09

YAP xəbərləri
19 Sentyabr 17:06

YAP xəbərləri
19 Sentyabr 17:05

YAP xəbərləri
19 Sentyabr 17:03

Dünya
19 Sentyabr 16:51

Dünya
19 Sentyabr 16:22

YAP xəbərləri
19 Sentyabr 16:11

YAP xəbərləri
19 Sentyabr 16:04

Dünya
19 Sentyabr 15:33

Dünya
19 Sentyabr 15:12

YAP xəbərləri
19 Sentyabr 15:02

YAP xəbərləri
19 Sentyabr 15:01

YAP xəbərləri
19 Sentyabr 15:00

Dünya
19 Sentyabr 14:48

Formula 1
19 Sentyabr 14:47

Xəbər lenti
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:43

YAP xəbərləri
19 Sentyabr 14:41

YAP xəbərləri
19 Sentyabr 14:40
YAP xəbərləri
19 Sentyabr 14:39

YAP xəbərləri
19 Sentyabr 14:38

YAP xəbərləri
19 Sentyabr 14:37

Dünya
19 Sentyabr 14:32

YAP xəbərləri
19 Sentyabr 14:21

YAP xəbərləri
19 Sentyabr 14:18

YAP xəbərləri
19 Sentyabr 14:16

Dünya
19 Sentyabr 14:15

Dünya
19 Sentyabr 13:59

YAP xəbərləri
19 Sentyabr 13:27

Dünya
19 Sentyabr 13:10

YAP xəbərləri
19 Sentyabr 13:07

YAP xəbərləri
19 Sentyabr 13:00

YAP xəbərləri
19 Sentyabr 12:58

Dünya
19 Sentyabr 12:27

Gündəm
19 Sentyabr 12:25

Gündəm
19 Sentyabr 12:23

YAP xəbərləri
19 Sentyabr 12:17

YAP xəbərləri
19 Sentyabr 12:17

YAP xəbərləri
19 Sentyabr 12:10

Dünya
19 Sentyabr 12:08

Dünya
19 Sentyabr 11:53

YAP xəbərləri
19 Sentyabr 11:37

YAP xəbərləri
19 Sentyabr 11:17

YAP xəbərləri
19 Sentyabr 11:06

YAP xəbərləri
19 Sentyabr 11:00
YAP xəbərləri
19 Sentyabr 10:58

Gündəm
19 Sentyabr 10:58

YAP xəbərləri
19 Sentyabr 10:53
