Özbəkistan hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib
03.09.2009 [01:27]
Dövlət müstəqilliyinə qovuşduqdan sonra Azərbaycanla ilk diplomatik əlaqələr quran dövlətlərdən biri də özbəkistan Respublikasıdır. Ortaq soy-kökə və mədəniyyətə malik olmaq, dostluq münasibətləri xalqlarımızı bir-birinə daha da yaxınlaşdırıb. Digər tərəfdən isə, ötən illər ərzində ölkələrimiz arasında əməkdaşlığın səviyyəsi xeyli genişlənib, hər iki ölkənin dövlət başçıları qarşılıqlı surətdə Bakıda və Daşkənddə rəsmi səfərlərdə olublar, ticarət dövriyyəsinin həcmi xeyli artıb. İndi Azərbaycanın xarici ticarət əlaqələrində özbəkistan ön cərgədə qərarlaşıb. “Bizim qonaq” rubrikamızın növbəti qonağı özbəkistan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İsmətulla İrqaşevdir:
- Cənab səfir, əvvəlcə icazə verin Sizi özbəkistanın milli bayramı-müstəqillik əldə etməsinin 18-ci ildönümü münasibəti ilə təbrik edək. Azərbaycanın dövlət müstəqilliyini tanıyan ilk dövlətlərdən biri də özbəkistan olub. ötən müddət ərzində iki ölkə arasındakı əlaqələrin inkişafından razısınızmı?
- Təbrik üçün təşəkkür edirəm. Məlum olduğu kimi, özbək və Azərbaycan xalqları arasında dostluq münasibətlərinin kökü əsrlərin dərinliklərinə gedib çatır. Lakin hər iki ölkə yenidən öz dövlət müstəqilliyinə qovuşduqdan sonra bu əlaqələrdə yeni səhifə açıldı, əməkdaşlıqda indiyədək görünməmiş imkanlar yarandı. Regionun vacib dövlətlərindən olan Azərbaycan və özbəkistan zəngin təbii ehtiyatlara, intellektual və elmi potensiala malik ölkələrdir. özbəkistan-Azərbaycan əlaqələrindən danışarkən, xüsusi olaraq qeyd etmək lazımdır ki, ölkələrimiz arasında əlaqələrin bünövrəsi özbəkistan prezidenti İslam Kərimov və onun dostu, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulub. Hazırda ölkələrimiz arasında əlaqələr ən yüksək səviyyədə inkişaf edib və strateji tərəfdaşlıq səviyyəsinədək yüksəlib. Bizim dövlətlərimiz bir sıra regional və beynəlxalq məsələlərin həllində eyni mövqe nümayiş etdirirlər. Buna misal olaraq, BMT, İslam Konfransı Təşkilatı və digər beynəlxalq təşkilatlar çərçivəsində sıx əməkdaşlığımızı göstərmək olar. Hazırda özbəkistanla Azərbaycan arasında əməkdaşlıq siyasi, iqtisadi-ticarət, elm və texnika, sosial və mədəni sahədə intensiv şəkildə inkişaf etməkdədir. Bundan əlavə, ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə inkişaf etməsində özbəkistan və Azərbaycanın dövlət başçıları İslam Kərimov və cənab İlham Əliyev arasındakı qarşılıqlı etimad və dostluq münasibətləri böyük rol oynamaqdadır.
- Yeri gəlmişkən, ötən ilin payızında özbəkistan prezidenti İslam Kərimov Azərbaycanda rəsmi səfərdə olub. Bu səfəri necə qiymətləndirirsiniz?
- özbəkistan prezidenti İslam Kərimovun ötən il sentyabrın 11-12-də Azərbaycana reallaşan səfəri ölkələrimiz arasında siyasi, iqtisadi, mədəni, humanitar və digər sahələrdə əməkdaşlığın inkişafına yeni impuls vermiş oldu. Səfər çərçivəsində özbəkistan-Azərbaycan əlaqələrini yeni, daha yüksək səviyyəyə qaldırmağa imkan verən bir sıra qarşılıqlı faydalı razılaşmalar əldə olundu. Tərəflər özbəkistan-Azərbaycan əlaqələrinin hazırkı vəziyyəti, perspektiv planlar, eləcə də, regional və beynəlxalq məsələlər ətrafında müzakirələr apardılar. İkitərəfli əlaqələrin inkişafında özbəkistan və Azərbaycanın məqsədləri birdir, siyasi məsələlərdə isə bizim ölkələrimiz tərəfdaşdırlar. ölkə prezidentlərinin görüşündə təhlükəsizlik məsələləri, beynəlxalq terrorizm və ekstremizm, narkotrafik, transmilli cinayətkarlığa qarşı mübarizə və digər məsələlər ətrafında müzakirələr aparıldı. Prezident İslam Kərimovun Azərbaycana səfəri Bakı ilə Daşkənd arasında siyasi dialoqu yeni pilləyə qaldırmaqla yanaşı, özbəkistanın ümummilli lider Heydər Əliyevin kursunu davam etdirən Azərbaycanın siyasi rəhbərliyini dəstəklədiyini bir daha nümayiş etdirdi. Tam əminliklə qeyd etmək istəyirəm ki, özbəkistan prezidentinin Azərbaycana səfəri ölkələrimiz arasındakı dostluq əlaqələrinin strateji tərəfdaşlığa çevrilməsində çox mühüm bir addım oldu. Eyni zamanda, bu səfər ölkələrimiz arasında bütün sahələrdə əməkdaşlığın genişləndirilməsinə öz töhfəsini vermiş oldu.
- Cənab səfir, ölkələrimiz arasında dostluq əlaqələrindən danışırsız. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində rəsmi Daşkəndin tutduğu mövqe ilə bağlı nə deyə bilərsiniz?
- özbəkistan həmişə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, eləcə də, BMT Təhlükəsizlik Şurası və ATƏT-in qəbul etdiyi qətnamələrə uyğun şəkildə həllinə tərəfdar olduğunu bəyan edib. Bu zaman, biz hesab edirik ki, Azərbaycanın dövlət sərhədlərinin toxunulmazlığı başlıca şərt olmalıdır. özbəkistan tərəfi belə hesab edir ki, Dağlıq Qarabağ probleminin həllinə dair Azərbaycan tərəfinin təklif etdiyi model, bütün cəhətlər baxımından, ən optimalıdır və qəbul oluna bilər.
- Bir qədər əvvəl qeyd etdiniz ki, ölkələrimiz arasında siyasi əlaqələr çox yüksək səviyyədə inkişaf etməkdədir. Bəs, bu fikri özbəkistan-Azərbaycan iqtisadi əlaqələri haqda söyləmək mümkündürmü?
- özbəkistanla Azərbaycan arasında ticarət-iqtisadi sahədə əməkdaşlıq, investisiyaların təşviqi və qorunması, ikiqat vergitutmadan azad olunması kimi mühüm müqavilələr imzalanıb ki, bunlar da ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafına öz müsbət təsirini göstərməkdədir. Bundan əlavə, özbəkistan və Azərbaycan arasında əlaqələrin inkişafı regionda təhlükəsizliyin təmin olunmasını, eləcə də, ölkələrimizin inkişafı və xalqlarımızın rifahının yüksəldilməsini təmin edir.
İki ölkə arasında sənaye və kənd təsərrüfatının müxtəlif sahələri üzrə azad ticarət rejimi mövcuddur.
Qeyd etmək istərdim ki, bu ilin birinci yarısında iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 23,5 milyon ABŞ dolları təşkil edib ki, bu da ölkələrimizin malik olduğu potensialla müqayisədə zəif göstəricidir. Bu gün özbəkistanın müəssisələri Azərbaycana müxtəlif çeşiddə məhsullar, o cümlədən, təyyarələr, minik və yük avtomobilləri, sərnişin avtobusları, kənd təsərrüfatı texnikası, elektrik avadanlığı, kimya, metallurgiya və tikinti sənayesi məhsulları göndərməyə hazırdır. Yeri gəlmişkən, qeyd edim ki, özbəkistanda Azərbaycanın 4 iri şirkətinin nümayəndəliyi fəaliyyət göstərir. Bundan əlavə, respublikada Azərbaycan investisiyası hesabına 30 müəssisə fəaliyyət göstərir. Onların əsas fəaliyyət istiqamətləri daxili ticarət, maşınqayırma və metal emalı, maliyyə və sığorta, daşınmaz əmlak əməliyyatları, energetika, elmi sahədə xidmətlər, zərgərlik məmulatlarının istehsalı və təmiri, yeyinti sənayesi, tikinti xidməti və yüngül sənaye sahələrini əhatə edir. Azərbaycanda isə özbək kapitalı əsasında yalnız bir müəssisə-”özbəkistan Ticarət evi” fəaliyyət göstərməkdədir.
- Sizcə iki ölkə arasında iqtisadi əlaqələrin daha da genişləndirilməsi üçün hansı zəruri addımlar atılmalıdır?
- Bunun üçün ilk növbədə özbəkistan və Azərbaycanın iş adamlarının əməkdaşlığını gücləndirmək, qarşılıqlı investisiyaların miqyasını genişləndirmək lazımdır. Burada əsas cəhətlərdən biri də özbəkistan-Azərbaycan hökumətlərarası iqtisadi əməkdaşlıq komissiyasının iclaslarının təşkili, qarşılıqlı biznes-forumların, özbəkistan və Azərbaycanın iqtisadi potensialını əks etdirən təqdimatların, sərgilər və digər analoji tədbirlərin həyata keçirilməsidir. Hökumətlərarası komissiyanın iclaslarının mütəmadi olaraq keçirilməsi əməkdaşlığa dair yeni imkanların axtarılıb tapılması, əməkdaşlığın miqyasının genişləndirilməsi, qarşılıqlı faydalı layihələrin hazırlanmasına kömək göstərmiş olar. İqtisadi forumlar isə yeni müqavilələrin imzalanması ilə yanaşı, iş adamlarına hər iki ölkənin potensial imkanları haqda məlumatların çatdırılmasında böyük dəstək ola bilər. Hazırda iqtisadi əlaqələrdə əməkdaşlıq üçün bir sıra istiqamətlər mövcuddur. Məsələn, özbəkistandan Azərbaycana iri həcmdə tikinti materialları, o cümlədən, sement gətirilməsi istiqamətində böyük potensial imkanlar var. Azərbaycanda müşahidə olunan tikinti bumu buna gözəl şərait yaradır. Eyni zamanda, hazırda Azərbaycanın kimya məhsullarının idxalına böyük ehtiyacı var. özbəkistanda isə mineral gübrələr istehsal olunur. Bunlardan bitkilərin mühafizəsində istifadə etmək olar. Qeyd edim ki, ölkəmizdə, həmçinin, kimyəvi ip və saplar, sintetik yuyucu vasitələr, lak-boya materialları, spirt, rezin məmulatlarının istehsalı geniş inkişaf edib.
İqtisadi əlaqələrimizin perspektiv istiqamətlərindən danışarkən Azərbaycana aviasiya texnikası, avtomobil sənayesi məhsulları, o cümlədən, yüngül avtomobil və aztutumlu avtobuslar ixrac etmək olar. Eyni zamanda, özbəkistanın TAPOç zavodunda istehsal olunan “İl-76” və “İl 114 T” təyyarələri, “GM Uzbekistan” zavodunda yığılan yüngül minik maşınları-Nexia, Lacetti, Damas, Matiz, eləcə də, Səmərqənd avtomobil zavodunda istehsal olunan orta tutumlu ISUZU markalı avtobuslar Azərbaycan tərəfinin diqqətini çəkə bilər. Hazırda bu avtobuslardan Azərbaycanda istifadə olunur və şəhərətrafı sərnişindaşınmada özünü müsbət keyfiyyətləri ilə göstərə bilib.
Yeri gəlmişkən, qeyd etmək istərdim ki, cari ilin 10 iyun tarixində “Uzavtosanoat” şirkəti ilə “MAN Nutzfahrzeuge AG” arasında “JV MAN Auto-Uzbekistan” birgə müəssisəsinin yaradılmasına dair imzalanmış müqaviləyə əsasən Səmərqənddə yüksək rahatlığı ilə seçilən şəhər avtobuslarının istehsalına başlanılacaq. Hesab edirəm ki, tezliklə Bakı kimi meqapolis şəhərdə özbəkistan istehsalı olan həmin avtobusları da görmək mümkün olacaq. Həmçinin, Daşkənd traktor zavodu ilə birlikdə Azərbaycanda kiçik ölçülü kənd təsərrüfatı texnikasının yığımını, eləcə də, respublikaya kənd təsərrüfatı texnikasının idxalını həyata keçirmək mümkündür. Bundan əlavə, hər iki tərəf nəqliyyat sahəsində əməkdaşlığı davam etdirmək baxımından Avropa və Aralıq dənizi limanlarına birbaşa çıxışı təmin edəcək “Bakı-Tbilisi-Qars” dəmiryolu şəbəkəsinin istifadəyə verilməsinə böyük maraq göstərirlər. Maraq doğuran digər sahə isə, nəqliyyat kommunikasiyasıdır. Yükdaşımalarla yanaşı, nəqliyyat xidmətlərindən də böyük gəlirlər əldə etmək mümkündür. özbəkistan və Azərbaycan öz nəqliyyat siyasətini koordinasiya etməklə, böyük iqtisadi effekt əldə edə bilərlər.
- ötən il Bakıda keçirilən hökumətlərarası iqtisadi komissiyanın qərarlarının icrası hansı mərhələdədir?
- ötən il, özbəkistan prezidenti İslam Kərimovun Azərbaycana rəsmi səfəri ərəfəsində Bakıda hökumətlərarası komissiyanın 8-ci iclası keçirildi. İclas çərçivəsində ikitərəfli əlaqələrin müxtəlif sahələrində əməkdaşlığı nəzərdə tutan bir sıra aktual məsələlər müzakirə olundu. O cümlədən, ikitərəfli ticarətin genişləndirilməsi, nəqliyyat kommunikasiyası və tranzit sahəsində əməkdaşlıq, müqavilə-hüquq bazasının genişləndirilməsi, elmi-texniki və humanitar sahədə qarşılıqlı əməkdaşlıq, heyvandarlıq və balıqçılıq sahəsində əməkdaşlıq və s. məsələlər ətrafında fikir mübadiləsi aparıldı. 8-ci iclasda qəbul olunan qərarlar, həmçinin, ikitərəfli iqtisadi əlaqələrin inkişafına, eləcə də, ölkələrimiz arasında ticarət-iqtisadi əlaqələrin möhkəmlənməsinə daha bir təkan verdi. Belə ki, birgə komissiya təkcə mövcud problemlərin həlli ilə öz işini məhdudlaşdırmır, eyni zamanda, əməkdaşlığa dair yeni imkanların aşkarlanması, əməkdaşlığın miqyasının genişləndirilməsi yollarının axtarılması, qarşılıqlı faydalı layihələrin işlənib hazırlanması ilə də məşğul olur. Bu baxımdan ikitərəfli iqtisadi əlaqələrin inkişafında hökumətlərarası komissiyanın mühüm rolu var. Hesab edirəm ki, iclasda qəbul olunan qərarların icrası ölkələrimiz arasındakı iqtisadi əməkdaşlığı daha da dərinləşdirəcək.
- Cənab səfir, Azərbaycanla özbəkistan arasındakı mədəni sahədə əməkdaşlığın hazırkı səviyyəsi qaneedicidirmi? Bu barədə fikirlərinizi bilmək də maraqlı olardı...
- İkitərəfli münasibətlərin inkişafında mədəni əlaqələrin rolu əvəzsizdir. Xalqlarımız arasında mədəni əlaqələrdən danışarkən ilk növbədə böyük şair və mütəfəkkir Maqsud Şeyxzadəni misal göstərə bilərəm. O, 100 il əvvəl Azərbaycanın Ağdaş rayonunda anadan olub, sonra özbəkistana köçüb. ömrünün böyük hissəsini özbək torpağında keçirməsinə baxmayaraq, o, heç zaman bağlı olduğu kökünü, öz tarixi vətənini, Azərbaycan dilini və musiqisini unutmayıb.
özbək xalqı M.Şeyxzadənin poeziyasının vurğunudur və onun milli ədəbiyyatımızın inkişafı üçün göstərdiyi xidmətləri heç zaman unutmayacaq. Eyni sözləri digər bir azərbaycanlı-Firudin Səfərov haqda da söyləmək olar. Opera rejissoru olan F.Səfərov, eyni zamanda, M.Əşrəfi adına özbəkistan dövlət konservatoriyasının professorudur, “Şöhrət” ordeninin sahibidir, özbəkistanın Dövlət mükafatı laureatıdır. O, da özbəkistanı ikinci doğma vətəni hesab edir. Əlbəttə, bu siyahını daha da genişləndirmək olar. Mədəni sahədə əlaqələrimizdən danışarkən, musiqi sahəsindəki əməkdaşlığımızı xüsusi ilə qeyd etmək lazımdır. Belə ki, Azərbaycan musiqisi özbəkistanda çox məşhurdur və demək olar ki, o ən ucqar kəndlərimizə qədər gedib çatıb. Hazırda özbək toylarını ürəkləri riqqətə gətirən Azərbaycan musiqisi olmadan təsəvvür etmək çətindir. Yeri gəlmişkən, qeyd edim ki, elə Azərbaycanda da özbək musiqisinə biganə deyillər. Bizim xalqlarımızın mənəvi yaxınlığından danışarkən, ötən ilin sentyabrında Bakının mərkəzi küçələrindən birində görkəmli özbək şairi, mütəfəkkiri, dövlət xadimi Əlişir Nəvainin heykəlinin qoyulması, eləcə də, paytaxt küçələrindən birinə məşhur özbək astronomu və maarifçisi Mirzə Uluqbəyin (Mirzo Uluqbek) adının verilməsini xüsusi ilə qeyd etmək istəyirəm.
Xatırladım ki, özbək xalqının Azərbaycan xalqına olan dərin etiramının nümunəsi olaraq, 2004-cü ildə Daşkənd Dövlət Pedaqoji Universitetinin qarşısında Azərbaycanın dahi şairi Nizami Gəncəvinin heykəli qoyulub. Bundan əlavə, Azərbaycanın incəsənət ustaları və musiqi kollektivləri hər il Səmərqənddə təşkil olunan “Şərq təranələri” beynəlxalq musiqi festivalında iştirak edirlər. Artıq bir neçə ildir ki, Azərbaycan musiqiçiləri həmin festivalın mükafatlarına layiq görülürlər. Sevindirici haldır ki, bu il Azərbaycandan 5 musiqi qrupu səfirliyə müraciət edərək Səmərqənd festivalında iştirak etmək niyyətlərini bildiriblər.
Milli mədəniyyətlərin təbliğindən danışarkən Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycanda Beynəlxalq Muğam müsabiqəsini xüsusi olaraq qeyd etmək istərdim. Bu festivalın keçirilməsi bir daha sübut etdi ki, Azərbaycan xalqı öz milli irsinə, musiqisinə nə dərəcədə sadiqdir, onu necə böyük həvəslə qoruyur. Yeri gəlmişkən, qeyd edim ki, həmin festivalda özbəkistanın nümayəndəsi Ulduz Turdıyeva birinci mükafata layiq görüldü.
Qeyd etmək istərdim ki, özbək və Azərbaycan xalqları bir sıra ümumi ənənələrlə bir-birinə sıx bağlıdır. Bizim dinimiz, adət-ənənələrimiz, musiqimiz, hətta mentalitetimiz belə eynidir. Xalqlarımız müqəddəs Ramazan ayını, qədim Novruz bayramı və digər milli bayramları böyük hörmət və ehtiramla qeyd edirlər. Bütün bunlar isə xalqlarımızın ta qədimdən bir-biri ilə necə sıx bağlı olmasından xəbər verir.
Xalqlarımızın əsrləri adlayıb gələn dostluq əlaqələrini, eləcə də, özbəkistan və Azərbaycan liderlərinin bütün sahələrdə əməkdaşlığı inkişaf etdirmək istiqamətində səylərini nəzərə alaraq əminliklə söyləmək olar ki, bu dostluq münasibətləri bundan sonra da inkişaf edəcək, xalqlarımızın rifahının yaxşılaşmasına xidmət edəcəkdir.
Səlim LOÄžMANOÄžLU
Xəbər lenti
Hamısına bax
Dünya
20 Sentyabr 20:18

YAP xəbərləri
20 Sentyabr 20:04

Xəbər lenti
20 Sentyabr 19:23

YAP xəbərləri
20 Sentyabr 19:15

YAP xəbərləri
20 Sentyabr 19:13

YAP xəbərləri
20 Sentyabr 19:09

YAP xəbərləri
20 Sentyabr 19:03

YAP xəbərləri
20 Sentyabr 18:58

İdman
20 Sentyabr 18:36

YAP xəbərləri
20 Sentyabr 17:28

Xəbər lenti
20 Sentyabr 17:12

YAP xəbərləri
20 Sentyabr 16:36

YAP xəbərləri
20 Sentyabr 15:29

Gündəm
20 Sentyabr 15:25

YAP xəbərləri
20 Sentyabr 14:41

YAP xəbərləri
20 Sentyabr 14:28

YAP xəbərləri
20 Sentyabr 13:54

Gündəm
20 Sentyabr 13:39

YAP xəbərləri
20 Sentyabr 13:22

Gündəm
20 Sentyabr 13:08

Gündəm
20 Sentyabr 12:56

YAP xəbərləri
20 Sentyabr 12:51

YAP xəbərləri
20 Sentyabr 12:38

Gündəm
20 Sentyabr 12:35

Gündəm
20 Sentyabr 12:16

Gündəm
20 Sentyabr 11:58

MEDİA
20 Sentyabr 11:35
YAP xəbərləri
20 Sentyabr 11:24

Sosial
20 Sentyabr 11:19

YAP xəbərləri
20 Sentyabr 11:06

Analitik
20 Sentyabr 10:53

Analitik
20 Sentyabr 10:34

Analitik
20 Sentyabr 10:15

YAP xəbərləri
20 Sentyabr 09:54

Analitik
20 Sentyabr 09:29

Analitik
20 Sentyabr 09:12

Sosial
20 Sentyabr 08:56

Ədəbiyyat
20 Sentyabr 08:32

Gündəm
20 Sentyabr 00:34

YAP xəbərləri
19 Sentyabr 23:19

Siyasət
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:00

YAP xəbərləri
19 Sentyabr 21:14

YAP xəbərləri
19 Sentyabr 20:42

YAP xəbərləri
19 Sentyabr 20:10

YAP xəbərləri
19 Sentyabr 19:07

Xəbər lenti
19 Sentyabr 18:49

Dünya
19 Sentyabr 18:25

YAP xəbərləri
19 Sentyabr 18:01

YAP xəbərləri
19 Sentyabr 18:00

Xəbər lenti
19 Sentyabr 17:54

Dünya
19 Sentyabr 17:19

Elm
19 Sentyabr 17:09

YAP xəbərləri
19 Sentyabr 17:06

YAP xəbərləri
19 Sentyabr 17:05

YAP xəbərləri
19 Sentyabr 17:03

Dünya
19 Sentyabr 16:51

Dünya
19 Sentyabr 16:22

YAP xəbərləri
19 Sentyabr 16:11

YAP xəbərləri
19 Sentyabr 16:04

Dünya
19 Sentyabr 15:33

Dünya
19 Sentyabr 15:12

YAP xəbərləri
19 Sentyabr 15:02

YAP xəbərləri
19 Sentyabr 15:01

YAP xəbərləri
19 Sentyabr 15:00

Dünya
19 Sentyabr 14:48

Formula 1
19 Sentyabr 14:47

Xəbər lenti
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:46
