Prezident İlham Əliyevin aqrar siyasəti ölkəmizdə ərzaq təhlükəsizliyinin qarantıdır
19.08.2009 [02:29]
- Qərib müəllim, Ulu öndərimiz Heydər Əliyevin əsasını qoyduğu torpaq islahatları bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və mahiyyət etibarilə yeni mərhələyə qədəm qoymuşdur. Heydər Əliyev torpaq islahatları kimi tarixə düşmüş bu islahatlar birmənalı olaraq ölkə əhalisi tərəfindən razılıqla qarşılanır. Sizcə, bunun səbəbi nədir?
- Məlumdur ki, torpaq ən qədim dövrlərdən bəri insanlığın yaşam amillərindən biri kimi müasir dövrümüzə qədər gəlib çatan, dünyanın əksər xalqlarının inanclarında mövcud olan dörd ilahi ünsürdən biridir. Torpaq amili heç bir zaman öz tarixi vacibliyini itirməmiş, əksinə onun insan həyatındakı rolu və qiyməti daha da artmışdır. Hətta ilkin baxışda torpaq amili ilə bilavasitə əlaqəsi olmayan sənaye istehsalı da bu və ya digər dərəcədə torpaqla bağlıdır.
Yuxarıda deyilənləri nəzərə aldıqda məlum olur ki, nəyə görə Ulu öndərimiz Heydər Əliyevin diqqət yetirdiyi vacib məsələlərdən biri də məhz torpaq islahatları olmuşdur. ümummilli liderimiz hələ sovetlər dönəmində respublikamıza rəhbərlik etdiyi 1969-cu ildən torpaq - əkinçi münasibətlərini daim diqqət mərkəzində saxlamış, atdığı addımlar və qəbul etdiyi qərarlarla bu istiqamətdə mövcud olan problemlərin aradan qaldırılmasını təmin etmişdir. Bu mənada 1970-ci ilin iyul ayında SSRİ Nazirlər Sovetində “Azərbaycan SSR-də kənd təsərrüfatı istehsalının daha da intensivləşdirilməsi tədbirləri haqqında” qərar qəbul edilməsi böyük əhəmiyyət kəsb edirdi. Təbii ki, həmin dövr üçün bu istək böyük cəsarət və əzmkarlıq tələb edirdi. Lakin 1982-ci ildə Azərbaycana rəhbərlikdən gedəndən sonra Heydər Əliyevin başladığı iş yarımçıq qalmış, bu da kənd təsərrüfatı sahəsinin inkişafında geriləmələrə səbəb olmuşdur. Sevindirici haldır ki, 1993-cü ildə xalqımızın təkidli tələbi ilə ikinci dəfə ölkəmizdə hakimiyyətə gələn Heydər Əliyev yenə də bu sahəyə ciddi diqqət göstərmiş, qəbul etdiyi qərarların biri də məhz bu sahəyə aid olmuşdur. Belə ki, Ulu öndər Azərbaycan tarixində ilk dəfə olaraq, ölkəmizdə torpaq payı almaq hüququna malik olan 873.618 ailədən 869.268-nə pulsuz olaraq torpaq payı vermişdir. Qısa zaman içərisində 3.442.778 subyektə verilən torpaq onlara mülkiyyət hüququnu təsdiq edən hüquqi sənəd, Dövlət aktları ilə rəsmiləşdirilmiş qaydada naturada sahiblərinə tanıdıldı. Şübhəsiz, bu addım da kənd təsərrüfatının inkişafı və əhalinin etibarlı ərzaq təminatı baxımından olduqca böyük əhəmiyyət kəsb edirdi.
O da xüsusi olaraq, vurğulanmalıdır ki, Ulu öndərin əsasını qoyduğu siyasi kurs, bütün sahələrdə həyata keçirilən islahatlar bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bütün sahələr üzrə davamlı inkişafı təmin etmək məqsədilə qəbul olunmuş çox mühüm proqramlar, fərman və sərəncamlar görülən və görüləcək tədbirlər üçün yetərli baza hesab oluna bilər. Bu proqramlardan biri də “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı (2004-2008-ci illər) Dövlət Proqramı”dır. Bu Dövlət Proqramı ölkəmizin sosial-iqtisadi inkişafında yeni mərhələnin təməlini təşkil edir. Bu proqramın qəbul olunması ilə regionların inkişafı iqtisadi siyasətin əsas istiqamətlərindən biri səviyyəsinə qaldırıldı, dövlət idarəetmə orqanlarında bu sahəyə münasibət əsaslı şəkildə dəyişdi. Nəticədə regionların kompleks inkişafı təmin edildi, kommunal xidmətlər yaxşılaşdırıldı, məktəblər tikildi, səhiyyə ocaqları açıldı, yeni yollar salındı, yeni iş yerləri açıldı. Sevindirici haldır ki, bütün bunlar Prezident İlham Əliyevin rəhbərliyi və nəzarəti altında uğurla yerinə yetirilir.
- ölkə prezidentinin 28 oktyabr 2008-ci il tarixdə “Bələdiyyə torpaqlarının torpaq hərracları və ya müsabiqələri vasitəsilə verilməsinin tənzimlənməsi məqsədilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” imzaladığı fərmanla Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və icarəyə verilməsi ilə bağlı torpaq müsabiqələrinin və hərraclarının keçirilməsində təşkilatçı səlahiyyət verilib. Sizcə, bu qərar hansı zərurətdən irəli gəlir?
- Əvvəla, fərmanda bələdiyyə torpaqlarının torpaq hərracları və ya müsabiqələri vasitəsilə verilməsindən sonra gələn “tənzimlənməsi” sözünə xüsusi fikir vermək lazımdır. Baxmayaraq ki, istər “Torpaq icarəsi haqqında” və istərsə də “Torpaq bazarı haqqında” Azərbaycan Respublikasının Qanunlarında torpaqların bilavasitə icarəyə və mülkiyyətə verilməsi ilə yanaşı, hərraclar və müsabiqələr vasitəsilə də ayrılması nəzərdə tutulmuşdur, yerli icra hakimiyyəti və bələdiyyələr indiyədək yalnız torpaqların bilavasitə ayrılmasına üstünlük vermişlər. Nəticədə bu kimi hallar torpaqların istər alqı-satqısı və istərsə də icarəyə verilməsi zamanı vətəndaşlar arasında bərabər hüquqi imkanların yaradılmasını tənzimləməmişdir. Amma dövlət başçısının bu Fərmanından sonra bu sahədə də mövcud olan çatışmazlıqlar aradan qaldırılacaq.
- Bəzi dairələr iddia edirlər ki, artıq bələdiyyələr torpaq mülkiyyətçisi kimi öz hüquqlarını itiriblər...
- Əksinə, həmişə olduğu kimi, bələdiyyələr, yenə də torpağın mülkiyyətçisidir. “Bələdiyyə torpaqlarının torpaq hərracları və ya müsabiqələri vasitəsilə verilməsinin tənzimlənməsi məqsədilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Fərmanın da əsas məqsədi Azərbaycan Respublikasında torpaqlardan istifadə və icarə hüquqlarının açıq hərrac və ya müsabiqə yolu ilə alqı-satqısını, torpaq bazarının inkişafı vasitəsilə torpaqların dövriyyəsinin səmərəliliyini yüksəltməklə yanaşı, hüquqi və fiziki şəxslər arasında sağlam rəqabəti təmin etməkdən ibarət olmuşdur. Qanunda göstərildiyi kimi bələdiyyələr mülkiyyətçi kimi hərrac və müsabiqələrdə iştirak edir və əldə edilən gəlirin nəzərdə tutulan hissəsi onun bank hesabına köçürülür. Beləliklə, həm bələdiyyələr müvafiq qaydada mənfəətlənir və həm də nəhayət ki, səmərəli şəkildə istifadə olunmayan torpaqlar onu həqiqətən səmərəli şəkildə və düzgün istifadə edə bilən sahibinə verilmiş olur.
- Yeni qanunda göstərilir ki, torpaq bazarının təşkilində təşkilatçı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsidir. Bilmək olarmı, təşkilatçı olaraq rəhbərlik etdiyiniz komitəyə hansı səlahiyyətlər verilmişdir?
- Torpaq bazarının təşkili sahəsində dövlət aqrar siyasətinin həyata keçirilməsi, torpaq hərraclarının və müsabiqələrinin təşkili qaydalarına dair normativ hüquqi sənədlərin işlənməsi və təsdiq edilməsi, torpaq üzərində mülkiyyət, istifadə və icarə hüquqları üzrə əqdlərin sənədləşdirilməsi üçün əsasnamələrin və nümunəvi müqavilələrin əhali arasında geniş formada təbliğ olunması Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin öhdəsinə düşən vəzifələrdəndir. Bundan başqa, torpaq bazarını səciyyələndirən rəsmi məlumatların müntəzəm toplanması, xüsusi bülletenlər və kütləvi informasiya vasitələrilə aşkarlanması torpaq bazarında bağlanmış əqdlərin və torpaq üzərində hüquqların dövlət qeydiyyatı və səmərələşdirilməsi, beləliklə, Azərbaycan Respublikasının torpaq və mülki qanunvericiliyi ilə müəyyən edilən digər təşkilatçı səlahiyyətlər də qurumun həll etməli olduğu məsələlərdir.
- Heç kimə sirr deyil ki, 2008-ci ildə dünyanı bürüyən iqtisadi böhran bütün dövlətlərdə ağır fəsadlar törətdi. Hətta bu gün inkişaf etmiş ölkələrdə iqtisadiyyatın tənəzzülə uğraması sayəsində işsizlik artır, böyük müəssisələr fəaliyyətini dayandırır, yoxsulluğun səviyyəsi artır. Buna baxmayaraq, Azərbaycanda həyata keçirilən antiböhran tədbirləri nəticəsində ölkəmiz dünya böhranından minimum itki ilə çıxmağı bacardı. Bunu nə ilə izah edərdiniz?
- Əsası Ulu öndərimiz tərəfindən qoyulmuş Azərbaycanın iqtisadi konsepsiyası davamlı, sabit inkişafı, qeyri-neft sektoru, kənd təsərrüfatı, sənayenin bərabər inkişafını özündə ehtiva edir. ölkə başçısı cənab İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi, onu keyfiyyətcə yeni mərhələdə həyata keçirməsi Azərbaycanı bu qlobal bəladan sığortaladı. Dövlət başçısının “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı (2004-2008-ci illər) Dövlət Proqramı”ndan sonra bir çox, o cümlədən, “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nı təsdiq edən 25 avqust 2008-ci il tarixli 3004 nömrəli Sərəncamı bir daha onu sübut etdi ki, cənab İlham Əliyev böyük uzaqgörənliklə dünyamızın gələcəkdə iqtisadi böhranla üzləşə biləcəyini ehtimal etmiş, vaxtında qabaqlayıcı tədbirlər görmüşdür.
Həmin Dövlət Proqramının 2015-ci il üçün əsas hədəfləri dənli bitkilərin əkin sahələrini 900 min hektara, məhsuldarlığı 32 s/ha-ya, ümumi məhsul istehsalını 2,8 milyon tona, ət istehsalını 340 min tona, süd və süd məhsullarının istehsalını 204 milyon tona, sənaye üsulu ilə illik quş əti istehsalını 80 min tona, yumurta istehsalını 1,3 milyard ədədə, kartof istehsalının həcmini 1,12 milyon tona çatırmaqdan ibarətdir. Bundan başqa, tərəvəz və bostan bitkiləri məhsulunun istehsalını 1,72 milyon tona, meyvə istehsalını 800 min tona, yağlı bitkilərin əkin sahələrini 135 min hektara, şəkər çuğundurunun əkin sahəsini 20 min hektara və yüksək keyfiyyətli, balanslaşdırılmış qarışıq yem istehsalını isə ildə 2 milyon tona çatdırmaq planlaşdırılır.
- Qərib müəllim, bildiyimiz kimi, bu günlərdə Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində bir sıra obyektlərin açılışında iştirak etdi. Dövlət başçısının bu səfəri və səfər zamanı səsləndirdiyi bəyanatlar istər cəmiyyətimizdə, istərsə də bir sıra beynəlxalq dairlərdə böyük maraq doğurdu. Sizin bu səfər haqqında düşüncələrinizi bilmək istərdik.
- Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfəri və illərdən bəri faşist xislətli xain qonşular olan ermənilərin respublikamıza təcavüzü nəticəsində blokada şəraitində yaşayan naxçıvanlılara böyük diqqət göstərməsi, Şahbuz rayonunda Mərkəzi xəstəxananın açılışında, Şərurda Olimpiya Kompleksinin, Naxçıvan-Sədərək avtomobil yolunun, Naxçıvan şəhərində “Badamlı” mineral sular zavodunun istifadəyə verilməsi və bu kimi ölkə əhəmiyyətli obyektlərin açılışında şəxsən iştirak etməsi bir daha sübut edir ki, dövlət başçısı imzaladığı hər bir qanunun, sərəncamın, verdiyi göstərişlərin layiqincə həyata keçirilməsinə şəxsən özü nəzarət edir və verdiyi hər bir sözə böyük məsuliyyətlə yanaşır. Biz Naxçıvanın timsalında gördük ki, bu gün Azərbaycanın bütün bölgələri inkişaf edir. Bütün bunlar Ulu öndərin siyasətinin davamıdır, İlham Əliyev tərəfindən güclü iqtisadiyyat, güclü sosial-iqtisadi siyasət və Azərbaycan xalqının xoşbəxt rifah halının gündən-günə yaxşılaşdırılması üçün atılan konkret addımlardır.
Bizim işimiz isə vətənimizin ildən-il
ə çiçəklənməsi, xalqımızın əbədi xoşbəxtliyinin təminatçısı olan cənab Prezident İlham Əliyevin hər bir göstərişinin, qanun və sərəncamlarının icrasını ləyaqətlə yerinə yetirməkdən ibarət olmalıdır.
Xəbər lenti
Hamısına bax
YAP xəbərləri
20 Sentyabr 21:14

Dünya
20 Sentyabr 20:18

YAP xəbərləri
20 Sentyabr 20:04

Xəbər lenti
20 Sentyabr 19:23

YAP xəbərləri
20 Sentyabr 19:15

YAP xəbərləri
20 Sentyabr 19:13

YAP xəbərləri
20 Sentyabr 19:09

YAP xəbərləri
20 Sentyabr 19:03

YAP xəbərləri
20 Sentyabr 18:58

İdman
20 Sentyabr 18:36

YAP xəbərləri
20 Sentyabr 17:28

Xəbər lenti
20 Sentyabr 17:12

YAP xəbərləri
20 Sentyabr 16:36

YAP xəbərləri
20 Sentyabr 15:29

Gündəm
20 Sentyabr 15:25

YAP xəbərləri
20 Sentyabr 14:41

YAP xəbərləri
20 Sentyabr 14:28

YAP xəbərləri
20 Sentyabr 13:54

Gündəm
20 Sentyabr 13:39

YAP xəbərləri
20 Sentyabr 13:22

Gündəm
20 Sentyabr 13:08

Gündəm
20 Sentyabr 12:56

YAP xəbərləri
20 Sentyabr 12:51

YAP xəbərləri
20 Sentyabr 12:38

Gündəm
20 Sentyabr 12:35

Gündəm
20 Sentyabr 12:16

Gündəm
20 Sentyabr 11:58

MEDİA
20 Sentyabr 11:35
YAP xəbərləri
20 Sentyabr 11:24

Sosial
20 Sentyabr 11:19

YAP xəbərləri
20 Sentyabr 11:06

Analitik
20 Sentyabr 10:53

Analitik
20 Sentyabr 10:34

Analitik
20 Sentyabr 10:15

YAP xəbərləri
20 Sentyabr 09:54

Analitik
20 Sentyabr 09:29

Analitik
20 Sentyabr 09:12

Sosial
20 Sentyabr 08:56

Ədəbiyyat
20 Sentyabr 08:32

Gündəm
20 Sentyabr 00:34

YAP xəbərləri
19 Sentyabr 23:19

Siyasət
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:00

YAP xəbərləri
19 Sentyabr 21:14

YAP xəbərləri
19 Sentyabr 20:42

YAP xəbərləri
19 Sentyabr 20:10

YAP xəbərləri
19 Sentyabr 19:07

Xəbər lenti
19 Sentyabr 18:49

Dünya
19 Sentyabr 18:25

YAP xəbərləri
19 Sentyabr 18:01

YAP xəbərləri
19 Sentyabr 18:00

Xəbər lenti
19 Sentyabr 17:54

Dünya
19 Sentyabr 17:19

Elm
19 Sentyabr 17:09

YAP xəbərləri
19 Sentyabr 17:06

YAP xəbərləri
19 Sentyabr 17:05

YAP xəbərləri
19 Sentyabr 17:03

Dünya
19 Sentyabr 16:51

Dünya
19 Sentyabr 16:22

YAP xəbərləri
19 Sentyabr 16:11

YAP xəbərləri
19 Sentyabr 16:04

Dünya
19 Sentyabr 15:33

Dünya
19 Sentyabr 15:12

YAP xəbərləri
19 Sentyabr 15:02

YAP xəbərləri
19 Sentyabr 15:01

YAP xəbərləri
19 Sentyabr 15:00

Dünya
19 Sentyabr 14:48

Formula 1
19 Sentyabr 14:47

Xəbər lenti
19 Sentyabr 14:46
