İKT sektoru hazırda Azərbaycan iqtisadiyyatında inkişaf sürətinə görə ikinci yeri tutur
17.07.2009 [10:30]
Azərbaycan Respublikasının rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov www.yap.org.az saytına müsahibə verib:
- Əli müəllim, informasiya kommunikasiya texnologiyaları sahəsi hazırda dünya iqtisadiyyatında ən çox inkişaf etmiş və gəlir gətirən sahələrdən biridir. Hətta bir sıra inkişaf etmiş ölkələrin büdcə gəlirlərinin böyük hissəsi bu sektordan əldə olunan vəsaitlərin hesabına formalaşır. Azərbaycanda bu sahədə vəziyyət necədir?
- İnkişaf və tərəqqi hər bir ölkənin qarşısına qoyduğu əsas məqsədlərdir. Bu məqsədlərə çatmağın bir çox üsul və vasitələri var. Mövcud kommunikasiya şəbəkələrinin təkmilləşməsi və son nailiyyətlərə uyğun olan yeni kommunikasiya şəbəkələrinin inkişafı bu prosesə əhəmiyyətli dərəcədə kömək edir. İnformasiya Kommunikasiya Texnologiyaları (İKT) davamlı iqtisadi inkişafa nail olmaq üçün son dərəcə mühüm vasitə hesab olunur. Diqqətlə işlənib hazırlanmış yanaşmanın nəticəsi olaraq Azərbaycan hökuməti həm İKT sektorunun inkişaf etdirilməsində, həm də iqtisadiyyatın bir çox sahələrində yeni və qabaqcıl texnologiyaların tətbiq edilməsində diqqətəlayiq nəticələr əldə etmişdir. Azərbaycan müvafiq olaraq özünün elektron hökumət hazırlığını inkişaf etdirib, habelə, qabaqcıl və yeni texnologiyaları tətbiq etməklə çox mühüm təcrübə əldə etmişdir. Bu da, eyni zamanda, Azərbaycanda ümumi həyat səviyyəsini nəzərəçarpacaq dərəcədə artırmışdır. İqtisadi və siyasi sabitlik ölkənin dinamik inkişafı üçün geniş imkanlar yaradır. Azərbaycanda iqtisadi və siyasi islahatların həyata keçirilməsi, habelə, iqtisadiyyatın beynəlxalq iqtisadi sistemə inteqrasiyası prosesi yüksək iqtisadi artım dərəcəsi və Azərbaycanda cəmiyyətin demokratikləşməsi ilə nəticələnmişdir. üDM-in artımına görə Azərbaycan son illərdə ən sürətlə inkişaf edən ölkə kimi qeydə alınmışdır. Bu müddət ərzində Azərbaycanın üDM artımı il ərzində orta hesabla 24 faiz olmuşdur. Dünya İqtisadi Forumu tərəfindən 2008-2009-cu illər üçün hazırlanmış “Qlobal İnformasiya Texnologiyaları üzrə Hesabat”a əsasən Azərbaycan 134 ölkə arasında 60-cı yeri tutmuş və MDB ölkələri arasında öz aparıcı mövqeyi ilə bir çox dövlətləri geridə qoymuşdur. Birləşmiş Millətlər Təşkilatının tərtib etdiyi 2008-ci il e-Hökumət təhlili Azərbaycanı Cənubi Qafqaz ölkələri arasında birinci, sorğu aparılmış 182 ölkə arasında isə 89-cu yerdə qeydə almışdır. İKT sektoru hazırda Azərbaycan milli iqtisadiyyatında inkişaf sürətinə görə energetika sektorundan sonra ikinci yeri tutur. Son illərdə İKT sektorunda gəlir artımı illik 30-35 faizə çatmışdır. Bu meylin davam edəcəyi gözlənilir. Bu isə o deməkdir ki, bir neçə il ərzində bu, enerji sektorundan əldə olunan gəlirə yaxınlaşacaq, 2018-2020-ci illər ərzində isə onu üstələyəcəyi proqnozlaşdırılır. Qeyri-neft sektorunda İKT sənayesi tikinti sənayesindən sonra vergi gəlirləri gətirən ikinci ən geniş sənaye sahəsidir. 2008-ci ildə telekommunikasiya və poçt rabitəsinə qoyulan investisiyalar 270.5 milyon dollara bərabər olmuşdur ki, bunun da müvafiq olaraq 52.2 milyon dolları dövlət müəssisələrinin, 218.3 milyon dolları isə özəl müəssisələrin payına düşür. Bununla da, ölkə yüksək texnologiya avadanlıqlarının istehsalı üçün uzunmüddətli imkanlar yaradır. Təkcə 2008-ci ildə İKT sektorunda göstərilən istehsal xidmətlərində 28.3 faiz artım qeydə alınmışdır.
- 2003-cü ildə “Azərbaycan Respublikasının İnkişafı naminə İnformasiya və Kommunikasiya Texnologiyaları Strategiyası”nın qəbul olunması ilə Azərbaycan informasiya cəmiyyətinə keçidi öz prioriteti elan etdi. Bu strategiyanı yerinə yetirmək üçün isə 2005-ci ildə “Rabitə və İnformasiya Texnologiyalarının inkişafı üzrə 2005-2008-ci illər üçün Dövlət Proqramı (E-Azərbaycan)” qəbul olundu. Bu proqram Azərbaycana nə verdi?
- Uğurla yerinə yetirilən bu dövlət proqramı struktur və iqtisadi islahatlar, infrastrukturun təkmilləşməsi, yeni tənzimləmə mühitinin yaradılması və ictimaiyyətin daha da məlumatlandırılması və İKT-dən istifadə kimi bir sıra məqsədləri özündə cəmləşdirdi. Artıq tərtib edilmiş yeni dövlət proqramı ilə hazırkı e-Azərbaycan proqramının 2009-2012-ci illər üçün uzadılması planlaşdırılır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2007-ci ildə İKT-nı iqtisadiyyatın prioritet sektoru elan etdi və iqtisadiyyatın bütün sahələrində onun istifadəsinin əhəmiyyətini vurğuladı. İKT-dən təhsil sahəsində də geniş istifadə olunur. 2008-ci ildə prezident tərəfindən “2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” təsdiq olunan zaman “Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı Proqramı (2005-2007-ci illər)” artıq uğurla yerinə yetirilmişdi. Bu Proqram üzrə həyata keçirilən işlər Azərbaycanda hər 29 məktəbliyə 1 kompüter olmaqla, məktəblərin 92 faizinin kifayət qədər kompüterlə təchiz olunması ilə nəticələndi. 2012-ci ildə Azərbaycanda bütün məktəblərin internetə çıxışı olacağı gözlənilir. Aşağıdakı nümunələrdən də göründüyü kimi, son bir neçə ildə ictimai sektorda İKT-nin istifadəsi artmışdır: 2008-ci il yanvar ayında Vergilər Nazirliyi tərəfindən hüquqi şəxslərin qeydiyyatı üçün “Bir pəncərə informasiya sistemi” irəli sürüldü və həyata keçirilməyə başlandı. Bu, nəinki yeni hüquqi şəxslərin qeydiyyatdan keçmə müddətini 3 günə qədər azaltdı, hökumət orqanlarının fəaliyyətinin səmərəliliyini və şəffaflığını artırdı, həmçinin, sahibkarlar üçün daha əlverişli şərait yaratmış oldu. Hökumətin bu sahədə fəaliyyəti Dünya Bankının 2009-cu il hesabatında öz əksini tapmışdır və Azərbaycan həmin hesabatda işgüzar fəaliyyətin yaradılması üzrə “İlin Aparıcı İslahatçı Dövləti” kimi qeyd olunmuşdur. Əldə olunan irəliləyişləri aşağıdakı nümunələrdən də görmək olar: Vergilər Nazirliyi vergi gəlirlərini elektron formada qəbul edir, telefonla və öz internet səhifəsi vasitəsilə elektron şəkildə vergi məsələləri üzrə məsləhətlər verir. Vergilər Nazirliyi, habelə, ictimai informasiya mərkəzləri yaratmışdır. 2008-ci ildə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası və Dövlət Qulluğu üzrə Komissiya abituriyentlərin onlayn sənəd qəbuluna başladı. Bundan əlavə, Dövlət Sosial Müdafiə Fondu özünün korporativ informasiya sistemini yaratmış, Ədliyyə Nazirliyi fəal şəkildə “Əhalinin qeydiyyata alınması Sistemi” üzərində işləyir və Səhiyyə Nazirliyi “ Elektron sağlamlıq kartı” təqdim etmişdir. Hal-hazırda Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) Açıq Açar İnfrastrukturu - e-imza layihəsi üzərində işləyir. Bu layihənin başa çatması ilə “e-hökumət”in tətbiq olunması üçün əlavə imkanlar yaranacaqdır.
- Əli müəllim, “e-hökumət”dən söz düşmüşkən, bu gün artıq bütün icra orqanlarında belə internetin, İKT-nın geniş imkanlarından istifadə olunur. Sizcə, İKT-nin bu cür geniş yayılması ölkəmiz üçün hansı perspektivlər vəd edir?
- Azərbaycanda elektron hökumət inkişaf prosesindədir və hökumət ən müasir İKT-dən geniş miqyasda istifadənin səmərəliliyini artırmaq, hökumət və ümumilikdə cəmiyyətin əlaqələrinin keyfiyyətini inkişaf etdirmək niyyətindədir. İnformasiya texnologiyaları dövlət orqanları və vətəndaşlar arasında qarşılıqlı əlaqə üçün əlavə imkanlar yaradır və hökumətin fəaliyyəti haqqında cəmiyyətin məlumatlılığını artırır, bu da öz növbəsində şəffaflığı daha da artırır. Hökumət demokratiyanı gücləndirmək üçün fəal şəkildə qabaqcıl texnologiyalardan istifadə edir (bu, xüsusilə seçkilər zamanı aydın görünür). 2000-ci ildə Azərbaycanda seçki kampaniyaları zamanı informasiyanın hazırlanması və yayılmasını tam avtomatlaşdırmaq üçün Seçkilər Məlumat Mərkəzi yaradıldı. Daha sonra, Seçkilər üzrə Dövlət Avtomatlaşdırılmış İnformasiya Sistemi parlament və prezident seçkiləri zamanı səmərəli şəkildə tətbiq olundu. Bu sistem demokratik seçkilərin tərkib hissəsinə, həmçinin, siyasi və ictimai proseslərin mühüm vasitəsinə çevrilmişdir. Azərbaycan Respublikası prezidentinin seçkiləri zamanı seçki məntəqəsində veb-kamera yerləşdirməklə Azərbaycan dünyada seçki məntəqələrində veb-kamera yerləşdirən birinci ölkə oldu. Bununla da, seçkilər prosesini internetdə yayımlamaq mümkün oldu. Veb-kameralardan belə istifadə beynəlxalq institutlar tərəfindən təqdir olundu.
- ölkəmizdə telekommunikasiya bazarı hansı səviyyədədir? Dəyişən, inkişaf edən cəmiyyət fonunda Azərbaycan telekommunikasiya bazarı bu inkişaf tempi ilə ayaqlaşa bilirmi?
- Son 5 il ərzində Azərbaycanda telekommunikasiya xidmətləri bazarı güclü inkişaf etmişdir. Yeni texnologiyalar yeni xidmətlər üçün əsas yaratmışdır. Artmaqda olan tələbi ödəmək və mövcud ümumi istifadəli telekommunikasiya şəbəkələrini (PSTN-nı) müasirləşdirmək üçün ümumi istifadəli telekommunikasiya şəbəkələrinin tutumu 50 faizə qədər artırılmışdır, bununla da orta hesabla hər 100 sakinə 16 sabit telefon xətti səviyyəsi əldə edilmişdir. Rəqəmsal kommutasiya artıq 85 faizə çatmışdır. MDB məkanında ilk dəfə olaraq Azərbaycanda 2008-ci ilin sonlarına qədər artıq bütün yaşayış yerləri telekommunikasiya xidmətləri ilə təchiz olunmuşdur. Hazırda hətta 2-3 ailənin yaşadığı kəndlər və qəsəbələrin də müasir telekommunikasiya xidmətlərindən istifadə etmək imkanı mövcuddur. Belə ki, bu müvəffəqiyyət “ Hər 100 ailəyə 100 telefon” milli layihəsinə gətirib çıxara bilər. Bunun uğurla reallaşması telefonlaşma səviyyəsini ikiqat artırmağa və genişzolaqlı kommunikasiya xidmətlərini daha da genişləndirməyə imkan verəcəkdir. Hazırda sabit telefon xətlərinin yayılması hər 100 ailə üzrə 65.8 telefona çatmışdır. Azərbaycanı MDB ölkələri arasında birinci edən başqa bir xüsusiyyət onun yüksək inkişaf sayıla bilən Gələcək Nəsil Şəbəkələri (NGN) platformasının quraşdırılmasına başlaması oldu. Azərbaycan mobil rabitə bazarı sürətlə inkişaf etmişdir və milli telekommunikasiya bazarının ən cəlbedici investisiya seqmentlərindən biri kimi qalmaqdadır. Son 5 il ərzində ölkənin 80 faiz ərazisində olan əhalinin 100 faizi mobil rabitə ilə təmin olunmuşdur. Azərbaycanın mobil rabitə bazarı inkişaf etməkdə olan ölkələrin çoxu ilə müqayisədə daha yaxşı inkişaf etmişdir. Hazırda hər 100 nəfərdən 75-i mobil rabitə istifadəçisidir və mobil rabitə bazarından gələn gəlirlər İKT sektorundan gələn ümumi gəlirlərin təxminən 65 faizini təşkil edir. Mobil rabitənin yayılması artdıqca GSM operatorları üçün mobil bazarların əhəmiyyəti də artır. Bu bazar artıq bütün sellülyar rabitənin təxminən 98 faizi hesab olunur (CDMA standartında olanlar daxil olmaqla).
- Hökumətin internetin kütləviləşməsi istiqamətində atdığı addımlar bu sahədə real canlanmanın meydana gəlməsini təmin edib. Tarif Şurasının sonuncu qərarı ilə internet qiymətlərinin aşağı salınması da bu tədbirlərdəndir...
- Son 5 ildə Azərbaycanda məlumat ötürmə bazarı 45 faiz illik artım tempi ilə 6,3 dəfə artmışdır. İnternetin qiymətlərinin 7 dəfə düşməsi internet istifadəçilərinin, xüsusilə də genişzolaqlı şəbəkə istifadəçilərinin sayını əhəmiyyətli dərəcədə artırmışdır. Hazırda əhalinin 37 faizi 10 Gb-lik beynəlxalq ötürmə zolağında internet xidmətləri ilə təmin olunmuşdur ki, bu da regionun hər hansı digər ölkəsində olan xidmətlərdən daha çoxdur.
- Qeyri-neft sektorunun inkişafı üçün son illərdə yerinə yetirilən dövlət proqramları və tədbirlər iqtisadiyyatı şaxələndirmək və yeni sənaye sahələrini inkişaf etdirmək üçün geniş imkanlar açıb. Hazırda bütün dünyada böyük gəlirləri təmin edən Kosmik sənaye də bunlardan biridir. Azərbaycanda da bu istiqamətdə perspektiv tədbirlər görülür. Umümiyyətlə, ölkəmizdə bu sahədə durum necədir?
- Azərbaycanın əlverişli coğrafi məkanda yerləşməsi iqtisadi və siyasi cəhətdən əhəmiyyətlidir və bütün bunların hamısı ölkənin Qərb və Şərq arasında informasiya mərkəzi kimi beynəlxalq rol oynamasına imkan verir. Bu, ölkənin iqtisadi potensialını artırır və həmçinin, kosmik texnologiyalar yaradılarkən tələb olunan informasiya təhlükəsizliyinin təmin edilməsi tələbatını yaradır. 2008-ci ilin noyabr ayında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev telekommunikasiya peyklərinin buraxılması daxil olmaqla kosmik sənayenin yaradılması barədə sərəncam imzaladı. Azərbaycan 2011-2012-ci illər ərzində Şərqi Avropa, Şimali Afrika, MDB, Mərkəzi Asiya və Şərqi Asiya ölkələrini əhatə edəcək iki telekommunikasiya peykini buraxmağı planlaşdırır. Beynəlxalq peyk bazarına daxil olmaqla Azərbaycan televiziya və radio yayımı, internet, məlumat ötürülməsi, beynəlxalq telefon trafik mübadiləsi və bir çox qabaqcıl peyk tətbiq olunmaları üçün xidmətləri yerinə yetirəcəkdir.
- Hazırda bir çox Avrasiya ölkələrinin əhalisi qlobal şəbəkəyə qoşulmada ümumi problemlərlə qarşılaşıb və “rəqəmsal uçurum”un bir hissəsinə çevriliblər. Bu uçurumun aradan qaldırılması üçün “Transmilli Avrasiya Super İnformasiya Magistralı” layihəsinin icrası təklifi irəli sürülüb. Bununla bağlı işlər nə yerdədir?
- Regionda genişzolaqlı şəbəkə yayımının aşağı səviyyədə olması ilə nəticələnən beynəlxalq qoşulmanın kifayət qədər təmin edilməməsi bu gün “rəqəmli dünya” dan “təcrid olunma” riskini ortaya çıxarır. Aydındır ki, beynəlxalq qoşulmanı təmin edən əlverişli infrastrukturun yaradılması region üçün vacib məsələdir. Azərbaycan Şərqi Asiya, MDB, Mərkəzi Asiya və həmçinin, Əfqanıstan və Pakistan ərazilərindən keçməklə Qərbi Avropa və Sakit okean ölkələrinin həddindən artıq inkişaf etmiş iki informasiya şəbəkəsi arasında əlaqə yaradacaq “Transmilli Avrasiya Super İnformasiya Magistralı” layihəsinin əsasını qoymuşdur. Bu layihənin reallaşdırılması iştirakçı ölkələr üçün bilik iqtisadiyyatının və ümumilikdə bütün regionun sosial-iqtisadi inkişafına böyük kömək edəcəkdir. Bu təşəbbüs 2008-ci ilin noyabrında Bakıda keçirilmiş Regional Nazirlər Toplantısında irəli sürülmüşdür. Bu görüşün nəticəsi olaraq “Transmilli Avrasiya Super İnformasiya Magistralı” üzrə Bakı Bəyannaməsi qəbul edilmişdir. Bu təşəbbüsün 2009-cu ilin sentyabr ayında BMT-nin Baş Assambleyasının gündəliyinə salınacağı gözlənilir. Dünya qlobal informasiya cəmiyyəti erasına qədəm qoymuşdur. Bu o deməkdir ki, bilik iqtisadiyyatının ümumi inkişafda əsas aparıcı qüvvəyə çevrilməsi sayəsində texnologiya sürətli inkişafın ilkin mənbəyi kimi çıxış edir. Ona görə də, Azərbaycan iqtisadiyyatın innovasiya sektorlarını uğurla inkişaf etdirməklə bu yeni qloballaşan dünyada öz yerini möhkəmləndirməkdə davam etməlidir.
Xəbər lenti
Hamısına bax
YAP xəbərləri
19 Sentyabr 23:19

Siyasət
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:00

YAP xəbərləri
19 Sentyabr 21:14

YAP xəbərləri
19 Sentyabr 20:42

YAP xəbərləri
19 Sentyabr 20:10

YAP xəbərləri
19 Sentyabr 19:07

Xəbər lenti
19 Sentyabr 18:49

Dünya
19 Sentyabr 18:25

YAP xəbərləri
19 Sentyabr 18:01

YAP xəbərləri
19 Sentyabr 18:00

Xəbər lenti
19 Sentyabr 17:54

Dünya
19 Sentyabr 17:19

Elm
19 Sentyabr 17:09

YAP xəbərləri
19 Sentyabr 17:06

YAP xəbərləri
19 Sentyabr 17:05

YAP xəbərləri
19 Sentyabr 17:03

Dünya
19 Sentyabr 16:51

Dünya
19 Sentyabr 16:22

YAP xəbərləri
19 Sentyabr 16:11

YAP xəbərləri
19 Sentyabr 16:04

Dünya
19 Sentyabr 15:33

Dünya
19 Sentyabr 15:12

YAP xəbərləri
19 Sentyabr 15:02

YAP xəbərləri
19 Sentyabr 15:01

YAP xəbərləri
19 Sentyabr 15:00

Dünya
19 Sentyabr 14:48

Formula 1
19 Sentyabr 14:47

Xəbər lenti
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:43

YAP xəbərləri
19 Sentyabr 14:41

YAP xəbərləri
19 Sentyabr 14:40
YAP xəbərləri
19 Sentyabr 14:39

YAP xəbərləri
19 Sentyabr 14:38

YAP xəbərləri
19 Sentyabr 14:37

Dünya
19 Sentyabr 14:32

YAP xəbərləri
19 Sentyabr 14:21

YAP xəbərləri
19 Sentyabr 14:18

YAP xəbərləri
19 Sentyabr 14:16

Dünya
19 Sentyabr 14:15

Dünya
19 Sentyabr 13:59

YAP xəbərləri
19 Sentyabr 13:27

Dünya
19 Sentyabr 13:10

YAP xəbərləri
19 Sentyabr 13:07

YAP xəbərləri
19 Sentyabr 13:00

YAP xəbərləri
19 Sentyabr 12:58

Dünya
19 Sentyabr 12:27

Gündəm
19 Sentyabr 12:25

Gündəm
19 Sentyabr 12:23

YAP xəbərləri
19 Sentyabr 12:17

YAP xəbərləri
19 Sentyabr 12:17

YAP xəbərləri
19 Sentyabr 12:10

Dünya
19 Sentyabr 12:08

Dünya
19 Sentyabr 11:53

YAP xəbərləri
19 Sentyabr 11:37

YAP xəbərləri
19 Sentyabr 11:17

YAP xəbərləri
19 Sentyabr 11:06

YAP xəbərləri
19 Sentyabr 11:00
YAP xəbərləri
19 Sentyabr 10:58

Gündəm
19 Sentyabr 10:58

YAP xəbərləri
19 Sentyabr 10:53
YAP xəbərləri
19 Sentyabr 10:52

YAP xəbərləri
19 Sentyabr 10:50

Analitik
19 Sentyabr 10:45

YAP xəbərləri
19 Sentyabr 10:41

YAP xəbərləri
19 Sentyabr 10:39

Siyasət
19 Sentyabr 10:37

Hadisə
19 Sentyabr 10:36
