Türkiyə ilə Azərbaycanın münasibətləri qardaşlıq prinsiplərinə əsaslanır
15.07.2009 [10:07]
Türkiyənin Ədalət və İnkişaf Partiyasının Gənclər Birliyi sədrinin birinci müavini İsmayıl Karaosmanoğlu www.yap.org.az saytına müsahibə verib:
- İsmayıl bəy, ilk olaraq, ölkəmizə səfərinizin məqsədlərindən danışmağınızı istərdik. Bu səfər nə ilə əlaqədar idi?
- Ədalət və İnkişaf Partiyası (AKP) və Yeni Azərbaycan Partiyasının gənclər birlikləri arasında əlaqələr uğurla davam etdirilir. Bu əlaqələr fonunda qarşılıqlı səfərlərimiz reallaşır. Biz əməkdaşlığımızı başqa dövlətlərin təmsilçiləri kimi yalnız siyasi müstəvidə görmürük. Ulu öndər Heydər Əliyevin dediyi kimi, “biz bir millət, iki dövlətik”. Ona görə də, Azərbaycana hər dəfə gələndə özümü yad yerdə yox, doğma vətənimdə hiss edirəm. Budəfəki səfərimizdə əsas məqsədimiz böyük siyasi lider, Azərbaycanı dünyaya tanıdan Heydər Əliyevin hakimiyyətə gəlişinin 40 illiyi münasibətilə keçirilən tədbirdə iştirak etmək idi. Bununla yanaşı, bir sıra görüşlər keçirdik, Azərbaycanın Qərb rayonlarına da səfər etdik.
- Türkiyə ilə Azərbaycan arasında mövcud olan dostluq və qardaşlıq münasibətlərinin tarixi çox-çox qədimdir. Bu iki dövlət tarixin bütün dövrlərində, ən çətin məqamlarda bir-birinin yanında olub, bir-birinə böyük dəstək veriblər. Qardaş ölkənin gənc siyasətçilərindən biri olaraq, sizin bu iki dövlət arasındakı tarixi əlaqələrə baxışınızı bilmək maraqlı olardı...
- Türkiyə-Azərbaycan əlaqələri yüz illəri əhatə edir, kökümüz eynidir. Yüz illər sürən qardaşlıq münasibətlərimiz var. Bu qardaşlığın bir neçə önəmli məqamları olub ki, bizi bir-birimizə daha da yaxınlaşdırıb. Səfərimiz zamanı Şəhidlər Xiyabanını və türk şəhidlərinin abidəsini ziyarət etdik, çox təsirləndik. 1915-ci ildə bütün Anadolu torpaqlarında Azadlıq uğrunda mübarizə apardıq və çanaqqala savaşı zamanı çoxlu şəhid verdik. Mən çanaqqala məzarlığını ziyarət edərkən Bakıdan, Gəncədən, bütövlükdə Azərbaycanın bir çox bölgələrindən Türkiyəyə gələrək döyüşmüş yüzlərlə, minlərlə şəhidlərin adına rast gəlmişəm. Onlar türkçülük uğrunda döyüşüb şəhid olub və orada dəfn olunublar. Azərbaycanlı şəhidlər arasında, hətta 15 yaşında olan yeniyetmələr də var. Eyni zamanda, 1918-ci ildə Azərbaycanın azadlıq mübarizəsində Nuru Paşanın öndərliyi ilə türklər vuruşublar, torpaqların işğaldan azad edilməsi üçün canlarını veriblər. Bütün bunları yaşayan iki toplum olaraq bir-birimizdən heç vaxt ayrı ola bilmərik.
- Amma təxminən 70 illik bir dövrü əhatə edən sovet imperiyası illərində aramızdakı məsafələr bir az uzanmışdı...
- Bu daha çox obyektiv səbəblərlə bağlı idi. Azərbaycanda sovet hakimiyyəti yarandıqdan sonra azərbaycanlıların kimliyini unutdurmaq istədilər. Uzun illər Azərbaycanda, hətta bir türk mahnısına həsrət qalanlar da olub. Türkiyədə də o zaman Azərbaycanı həsrətlə düşünüblər. 70 il sonra bu həsrət sona yetdi. Bu həsrətə Ulu öndər Heydər Əliyevlə Türkiyənin o zamankı Baş naziri Süleyman Dəmirəl son qoydu. 1992-ci ildə aramızda “ümid” körpüsü açıldı. Eyni zamanda, Azərbaycan müstəqilliyini elan edəndən bir neçə saat sonra Türkiyə onun müstəqilliyini tanıdı. 1992-ci ildə körpü açılanda türk insanları, ziyalıları, iş adamları, təhsil işçiləri bu torpağa gəldilər. Onları Azərbaycanda çox isti qarşıladılar və müxtəlif sahələrdə fəaliyyət göstərməyə başladılar. Bütün bunlar müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin himayəsində gerçəkləşdi. Eyni şəkildə bu gün Türkiyədə də azərbaycanlı iş adamları, müxtəlif təbəqələrin nümayəndələri fəaliyyət göstərirlər. ümumiyyətlə, Türkiyədə milyonlarla azərbaycanlı yaşayır. Biz heç bir zaman azərbaycanlılarla ayrı olduğumuzu düşünməmişik. çünki belə yetişdirildik. 1992-ci ildən bu günədək Türkiyə və Azərbaycan çox gözəl münasibətlər qurub. 1991-ci ildə Azərbaycan müstəqilliyini elan etdi. Amma müstəqilliyi təkbaşına tanıtmaq çətin idi. Bunun üçün siyasi-iqtisadi cəhətdən çox çalışmaq lazım idi. Azərbaycan özünün əhəmiyyətini dünyaya sübut etməli idi. Heydər Əliyevin fəaliyyəti ilə bütün bunlara nail olduq. Mən 2005-ci ildən Bakıya gəlib-gedirəm. Amma 1992-ci ildən gələnlər o vaxtkı Bakı ilə bugünkü Bakı arasında fərqin daha böyük olduğunu deyir və Bakının dünyanın böyük şəhərlərindən biri olduğunu vurğulayırlar.
- Azərbaycanla Türkiyə arasında mövcud olan yüksək münasibətlər bəzən üçüncü dövlətlər tərəfindən qısqanclıqla qarşılanır. Hətta iki dövlətin münasibətlərinin korlanmasına səy göstərənlər də olur...
- Bu gün siyasi və iqtisadi cəhətdən inkişaf edən, bütün dünya dövlətləri ilə sıx əməkdaşlıq münasibətləri quran və dünyada xüsusi çəkiyə malik, sözükeçən Azərbaycan dövləti ümummilli lider Heydər Əliyevin və Onun layiqli davamçısı Prezident İlham Əliyevin əsəridir. Türkiyə də beynəlxalq əlaqələrin inkişafına, qarşılıqlı münasibətlərin möhkəm sütunlar üzərində qurulmasına çalışan bir dövlətdir. Amma bizim Azərbaycanla olan münasibətlərimiz diplomatik əlaqələr xaricində bir qardaşlıq münasibətləridir. Zaman-zaman bu qardaşlıq münasibətlərini gözügötürməyənlər Türkiyə ilə Azərbaycanın birliyindən rahatsız olanlar olsa da, hətta bizi qarşı-qarşıya qoymaq istəyənlərə baxmayaraq, Azərbaycan-Türkiyə qardaşlığı çox möhkəm, sarsılmaz sütunlar üzərində qurulub. Bu əlaqələrə heç kəs xələl gətirə bilməz. Xatırlayırsınızsa, bir müddət öncə hər iki cəmiyyətdə bu cür sıxıntılarımız oldu. Amma bu sıxıntını bizim böyüklərimiz həll etdilər. Baş nazirimiz Rəcəb Tayyib Ərdoğanla Prezident İlham Əliyev Bakıda bir araya gəldilər. Azərbaycanla Türkiyə arasında heç zaman ayrılıq olmayacağını vurğuladılar. Böyük öndər Heydər Əliyev bizim dövlət adamları ilə birgə bu yüksək münasibətləri qurub. Bizim Sədrimiz Baş nazir seçiləndən sonra ilk səfərini Azərbaycana edib. Bu gün Ərdoğanla Prezident İlham Əliyev bir-birinə qardaş deyə müraciət edir. Biz böyüklərimizin göstərdiyi bu yolda birgə addımlayacağıq.
- Bu gün Azərbaycanla Türkiyəni bir-birinə sıx bağlayan başqa bir məqam isə iki dövlətin ortaq düşməninin olmasıdır. Ermənistan Azərbaycan torpaqlarının 20 faizini işğal edib və hələ də bu işğal faktı davam edir. Eyni zamanda, qardaş Türkiyə dövlətinə qarşı ərazi və uydurma “soyqırımı” iddialarından geri çəkilmir. Bu məsələ ilə bağlı düşüncəniz nədən ibarətdir?
- Mustafa Kamal Atatürkün 80 il öncə söylədiyi kimi, Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir. Bu mövqe ötən 80 ildə dəyişmədi və dəyişməyəcək. Bu gün Azərbaycan torpaqlarının 20 faizi işğal altındadırsa, əmin olun ki, bu problem türk toplumunun da məsələsidir. Ermənilər Xocalıda, Ağdamda, Füzulidə və digər Azərbaycan rayonlarında qırğınlar törədiblər. 1 milyon insan torpaqlarından qaçqın düşüb. Türkiyədə hamı bu problemi bilir və arzu edirlər ki, azəri qardaşlarımız bu çətinliklərdən qurtulsunlar. Aramıza sərhəd çəkən erməni işğalıdır. Əgər biz rahat şəkildə Azərbaycana keçə bilmiriksə, bunun səbəbi erməni işğalıdır. İnanıram ki, birlikdə bu problemi həll edəcəyik. ümid edirəm ki, növbəti toplantıların birini Şuşada təşkil edəcəyik.
Xəbər lenti
Hamısına bax
YAP xəbərləri
20 Sentyabr 13:54

Gündəm
20 Sentyabr 13:39

YAP xəbərləri
20 Sentyabr 13:22

Gündəm
20 Sentyabr 13:08

Gündəm
20 Sentyabr 12:56

YAP xəbərləri
20 Sentyabr 12:51

YAP xəbərləri
20 Sentyabr 12:38

Gündəm
20 Sentyabr 12:35

Gündəm
20 Sentyabr 12:16

Gündəm
20 Sentyabr 11:58

MEDİA
20 Sentyabr 11:35
YAP xəbərləri
20 Sentyabr 11:24

Sosial
20 Sentyabr 11:19

YAP xəbərləri
20 Sentyabr 11:06

Analitik
20 Sentyabr 10:53

Analitik
20 Sentyabr 10:34

Analitik
20 Sentyabr 10:15

YAP xəbərləri
20 Sentyabr 09:54

Analitik
20 Sentyabr 09:29

Analitik
20 Sentyabr 09:12

Sosial
20 Sentyabr 08:56

Ədəbiyyat
20 Sentyabr 08:32

Gündəm
20 Sentyabr 00:34

YAP xəbərləri
19 Sentyabr 23:19

Siyasət
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:00

YAP xəbərləri
19 Sentyabr 21:14

YAP xəbərləri
19 Sentyabr 20:42

YAP xəbərləri
19 Sentyabr 20:10

YAP xəbərləri
19 Sentyabr 19:07

Xəbər lenti
19 Sentyabr 18:49

Dünya
19 Sentyabr 18:25

YAP xəbərləri
19 Sentyabr 18:01

YAP xəbərləri
19 Sentyabr 18:00

Xəbər lenti
19 Sentyabr 17:54

Dünya
19 Sentyabr 17:19

Elm
19 Sentyabr 17:09

YAP xəbərləri
19 Sentyabr 17:06

YAP xəbərləri
19 Sentyabr 17:05

YAP xəbərləri
19 Sentyabr 17:03

Dünya
19 Sentyabr 16:51

Dünya
19 Sentyabr 16:22

YAP xəbərləri
19 Sentyabr 16:11

YAP xəbərləri
19 Sentyabr 16:04

Dünya
19 Sentyabr 15:33

Dünya
19 Sentyabr 15:12

YAP xəbərləri
19 Sentyabr 15:02

YAP xəbərləri
19 Sentyabr 15:01

YAP xəbərləri
19 Sentyabr 15:00

Dünya
19 Sentyabr 14:48

Formula 1
19 Sentyabr 14:47

Xəbər lenti
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:43

YAP xəbərləri
19 Sentyabr 14:41

YAP xəbərləri
19 Sentyabr 14:40
YAP xəbərləri
19 Sentyabr 14:39

YAP xəbərləri
19 Sentyabr 14:38

YAP xəbərləri
19 Sentyabr 14:37

Dünya
19 Sentyabr 14:32

YAP xəbərləri
19 Sentyabr 14:21

YAP xəbərləri
19 Sentyabr 14:18

YAP xəbərləri
19 Sentyabr 14:16

Dünya
19 Sentyabr 14:15

Dünya
19 Sentyabr 13:59

YAP xəbərləri
19 Sentyabr 13:27

Dünya
19 Sentyabr 13:10

YAP xəbərləri
19 Sentyabr 13:07

YAP xəbərləri
19 Sentyabr 13:00
