/ / Azərbaycan Ümummilli lider Heydər Əliyev ideyalarının uğurla həyata keçirilməsi nəticəsində inkişaf edir, çiçəklənir
Azərbaycan Ümummilli lider Heydər Əliyev ideyalarının uğurla həyata keçirilməsi nəticəsində inkişaf edir, çiçəklənir
09.07.2009 [10:34]
İyul ayının 14-də bütün ömrünü xalqına, dövlətinə həsr etmiş, müasir Azərbaycan dövlətinin banisi ümummilli lider Heydər Əliyevin ölkəmizdə ilk dəfə hakimiyyətə gəlişinin 40-cı ili tamam olur. 1969-82-ci illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi olaraq ölkəmizə rəhbərlik etmiş Ulu öndər Heydər Əliyev bu dövrlər ərzində Azərbaycanda bütün sahələrin böyük sıçrayışla inkişafını təmin etmiş, qəbul etdiyi qərarlar və atdığı addımlarla ölkəmizi keçmiş SSRİ-nin ən qabaqcıl inkişaf edən respublikalarından birinə çevirmişdir. “Yeni Azərbaycan” qəzeti Ulu öndərimizin xalqımız, dövlətimiz üçün gördüyü işləri, Azərbaycan dövlətçiliyi qarşısındakı misilsiz xidmətlərini geniş auditoriyaya daha ətraflı çatdırmaq, dahi şəxsiyyətin zəngin irsini təbliğ etmək məqsədilə ümummilli liderimizlə birgə çalışmış, Onun dövlət quruculuğu işlərinin canlı şahidi olmuş ölkəmizin görkəmli ictimai-siyasi xadimləri ilə müsahibələri, söhbətləri dərc edir. Rubrikamızın növbəti qonağı isə Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri, Milli Məclisin deputatı Hüseynbala Mirələmovdur:
- Zaman keçdikcə müstəqil Azərbaycanın hakimiyyət olimpinə çox dövlət başçıları, siyasi xadimlər gələcək. Onların hər biri Vətən və xalq qarşısındakı xidmətləri, həyata keçirdikləri siyasətləri, işləri və əməlləri ilə tariximizə düşəcək. Amma Heydər Əliyevin göstərdiyi xidmətlərin səviyyəsinə qalxmaq, Onun ucaldığı zirvəyə ucalmaq kimsəyə nəsib olmayacaq. Təkcə ona görə yox ki, ümummilli liderimiz Heydər Əliyevin adı XX əsrin siyasət nəhənglərinin pantionunda Şarl de Qoll, Uinston çörçill, Konrad Adenaur kimi dahilərlə yanaşı çəkilir. Həm də ona görə ki, XX əsrin dünya tarixini Onun titanik fəaliyyətinə nəzər salmadan qiymətləndirmək, çətin ki mümkün olsun.
Heydər Əliyev öz xalqı üçün Allahın göndərdiyi xilaskar idi. öz təyinatını və öz yolunu dərk edirmiş kimi, Allahın Ona verdiyi nadir keyfiyyətləri həyatda sınağa çəkir və cilalayırdı. O, yüksək ali dəyərləri öyrənib təfəkküründan keçirmiş, dünyanın və zamanın dərkinə səyini heç zaman əsirgəməmişdi.
Ulu öndər Heydər Əliyev bütün ali keyfiyyətlərini xalqının, Vətəninin azad və xoşbəxt gələcəyinə xidmət etməyə səfərbər etmişdi. Hələ erkən yaşlarından təhsilə, elmə, xüsusilə, tarixə nüfuz etməsi, sanki öhdəsinə düşən missiyanı yerinə yetirmək üçün heç nəyi əsirgəmədiyini göstərirdi...
Əslində, Heydər Əliyev elə sovet dönəmində, imperiyanın təzyiq və hədələrinə baxmayaraq, doğma xalqına, Azərbaycana misilsiz xidmətləri ilə adını tarixə yazmışdı. Lakin çoxlarının ağlına belə gəlmirdi ki, bu siyasət dahisinin tarixi missiyasının daha əzəmətli və daha şərəfli bir erası hələ qabaqdadır...
Ulu öndər Heydər Əliyevin nüfuzu, şübhəsiz, çox böyük təsir gücünə malik idi. Xüsusilə, öz xalqı arasında Ona son dərəcə böyük inam var idi. Bu, təkcə Onun xalqa sədaqətindən irəli gəlmirdi. İnsanlar, adətən, başqalarının açdığı yolla gedir və çalışırlar ki, hər hansı bir şəxsiyyətin simasında özlərinə lider seçib onun ardınca getsinlər. Heydər Əliyev məhz, bu lider idi. O, kütlələri birləşdirə və idarə edə bilirdi. Onun idrakının və şüurunun yüksək göstəricisi artıq Ona kütlələrin təbiətini yönəltmək imkanı vermişdi. Onu Allahın göndərdiyi xilaskara çevirən də bu idi...
- Hüseynbala müəllim, 1969-cu ilədək Azərbaycan ittifaq səviyyəsində geri qalmış aqrar ölkə kimi qiymətləndirilirdi. Amma Ulu öndər Heydər Əliyevin rəhbərliyə gəlməsindən sonra vəziyyət kəskin surətdə dəyişdi və respublikamız inkişafına görə birincilər sırasına çıxdı. Məhz, istərdik, həmin dövrü geniş şəkildə təhlil edəsiniz...
- Ulu öndər Heydər Əliyev çox maraqlı, mənalı bir ömür sürüb. Xalqa bağlı olan böyük İNSAN millətinə, dövlətinə əvəzsiz xidmətlər göstərib. Bu xidmət isə Onu ucaldaraq əbədilik zirvəsinə çatdırıb...
Heydər Əliyevin Təhlükəsizlik orqanlarında fəaliyyəti Onun həyatının çox maraqlı bir dövrünü əks etdirir. Ulu öndər Heydər Əliyevin Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinin rəhbərliyinə gəlişinə qədər bu orqan Azərbaycan xalqına qarşı repressiya aləti rolunu oynayırdı. Dövlət Təhlükəsizlik orqanlarında fəaliyyət göstərən əməkdaşların böyük əksəriyyəti rus və erməni mənşəli adamlar idi ki, onların da böyük qismi azərbaycanlılara qarşı düşmənçilik ruhunda köklənmişdirlər. Azda olsa, milli xüsusiyyətlərini büruzə vermək, yaxud azadfikirlilik ifadə etmək istəyində olan vətəndaşlar təqib olunur, əzilir, həbs olunur, məhv edilirdi. Azərbaycanın nə qədər görkəmli ziyalıları, elm adamları bu terror maşınının qurbanı olmuşlar. Ulu öndər Heydər Əliyevin Dövlət Təhlükəsizlik Komitəsinin rəhbərliyinə gətirilməsi ilə hər şey dəyişdi. Təhlükəsizlik Komitəsinə milli kadrlar cəlb olundu, cəza aparatı öz funksiyasını dəyişdi. İnsanlarda daxili vahimə hissi aradan qalxdı.
1969-cu ilədək respublikada da ümumi vəziyyət yaxşı deyildi. Azərbaycanda həllini gözləyən xeyli problemlər mövcud idi. Azərbaycan milli gəlirin inkişaf templərinə, sənaye və kənd təsərrüfatı istehsalının həcminə, elmi-texniki tərəqqinin nailiyyətlərinin mənimsənilməsinə görə, ictimai əməyin məhsuldarlığına görə ümumittifaq göstəricilərindən geri qalırdı. 1965-ci ildə 1940-cı ilə nisbətən respublikada məcmu ictimai məhsul yalnız 3.6 dəfə, sənaye məhsullarının həcmi 4 dəfə artmışdı, halbuki, ölkə üzrə bu göstəricilər müvafiq surətdə 5,7 və 7,9 dəfəyə çatırdı. Azərbaycan milli gəlirin həcminə görə ümumittifaq səviyyəsindən 2 dəfə, əsas fondlara görə 1,8 dəfə, kapital qoyuluşu üzrə 1,7 dəfə, əmək məhsuldarlığına görə 1,5 dəfə geri qalırdı. Kənd təsərrüfatında taxılın, pambığın, tərəvəzin, üzümün, çayın və başqa bitkilərin məhsuldarlığı aşağı düşmüşdü. İstehsal qüvvələrinin yerləşdirilməsi işində kobud yanlışlıqlara yol verildiyindən iri obyekt və müəssisələrin əksəriyyəti iri şəhərlərdə tikilirdi ki, bu da orta və kiçik şəhərlərin əmək ehtiyatlarından səmərəli istifadə olunması imkanlarını azaldır, ölkə əhalisinin paytaxta axınına səbəb olur və burada yaşayış evləri və sosial obyektlərlə əlaqədar artıq mövcud olan problemləri daha da mürəkkəbləşdirirdi. Beləliklə, iqtisadiyyatdakı çatışmazlıqlar sosial sahədə, əməkçilərin maddi rifah halının yaxşılaşdırılması işindəki problemlərin həllinə mənfi təsir göstərirdi.
Məhz, ölkə üçün belə çətin bir dövrdə ümummilli lider Heydər Əliyevin 1969-cu il iyulun 14-də respublika rəhbərliyinə gəlməsi tarixi bir hadisə oldu. Azərbaycan tarixinin 1969-cu il iyulun 14-dən sonrakı dövrünün əhatəli təhlili və qiymətləndirilməsi bir daha təsdiq edir ki, bu hadisə tənəzzül içərisində olan Azərbaycanın tərəqqiyə dönüşü, cəmiyyətin keyfiyyətcə irəliyə, milli özünüdərkə, milli özünəqayıdışına dönüşü mərhələsinin başlanğıcı olmuşdur.
Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışına qədər Azərbaycan geridə qalmış aqrar bir ölkə idi. Amma Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra yaradılmış çoxsaylı sənaye müəssisələri, həmin dövr üçün ən müasir texnologiyalara əsaslanan istehsal sahələri respublikanın iqtisadi infrastrukturunu köklü surətdə dəyişdirdi, onun aqraryönümlü respublikadan daha çox sənayeyönümlü respublikaya çevrilməsinə zəmin hazırladı. Respublikanın bütün şəhərlərində və rayon mərkəzlərində bir sıra sənaye istehsalı sahələri yarandı.
Nəzər salsaq, görərik ki, həmin illərdə analoqu olmayan istehsal sahələri inşa edilərək istifadəyə verildi. Bunlardan ölkənin iqtisadi həyatında mühüm rol oynayan Bakı kondisionerləri zavodu, “Ozon” Elmi İstehsalat Birliyi, Elektron hesablayıcı maşınlar zavodu, Dərin özüllər zavodu, Azərbaycan DRES-i, Sumqayıt Kompressor zavodu, üst trikotaj fabriki, Bakı Tikiş və ayaqqabı fabriki, Gəncə Əlvan metallar emalı zavodu, Naxçıvan Şüşə qablar zavodu, Əli-Bayramlı Məişət cihazları zavodu və s.istehsal müəssisəsinin adını çəkmək olar.
Bütün bunlar Heydər Əliyev iqtisadi siyasətinin əvəzsiz bəhrələridir. İri sənaye və kənd təsərrüfatı müəssisələrinin istifadəyə verilməsi, ilk növbədə, həm bu müəssisələrdə işləyənlərin, həm də respublikanın digər vətəndaşlarının maddi-rifah halının daha da yüksəlməsinə səbəb oldu. Bu həm də respublikada bolluğun bərqərar olunmasını, iqtisadi vəziyyətin güclənməsini təmin etdi.
ümummilli lider Heydər Əliyevin rəhbərliyi illərində, həmçinin, müasir texnologiya kənd təsərrüfatının ən geridə qalmış sahələrinə də müvəffəqiyyətlə tətbiq edilirdi. Azərbaycanın ənənəvi təsərrüfat sahələrinin - aqrar bölmənin sürətli inkişafı, respublikanın əlverişli üstünlüklərindən bacarıqla istifadə edilməsi 70-ci illərin iqtisadi strategiyasının mühüm tərkib hissələrindən biri oldu. Əsası 1969-cu ildə qoyulan strateji xətt çox qısa vaxtda öz bəhrəsini verməyə başladı. Azərbaycan keçmiş SSRİ - nin ən böyük üzümçülük respublikasına çevrildi. Pambıqçılıqda, bağçılıq-bostançılıqda, heyvandarlıq sahələrində böyük uğurlar qazanıldı. Respublikanın kənd təsərrüfatı məhsulları üzrə ixracatı və bu sahələrdən əldə edilən mənfəəti artdı. Bu illər ərzində milli gəlirin ümumi həcmi 2,5 dəfə artmışdı. Respublikada sənaye istehsalı, həmçinin, əmək məhsuldarlığı iki dəfə, xalq istehlakı mallarının istehsalı isə üç dəfə artmışdı. Həmin 14 ildə istehsal olunmuş sənaye məhsulları öz həcminə görə, əvvəlki 50 ildəkinə bərabər olmuşdu. Kənd təsərrüfatında məcmu məhsul 2,7 dəfə artmış, bu sahədə məhsuldarlıq, o cümlədən əmək məhsuldarlığı iki dəfədən artıq çoxalmışdı.
Həmin illərdə xalq təsərrüfatının inkişafına 21,3 milyard rubl vəsait cəlb olunmuşdu ki, bu da əvvəlki 50 illə müqayisədə 1,5 dəfədən də artıq idi. İki milyondan çox adam öz yaşayış şəraitini yaxşılaşdırmışdı.
1969 - 1982-ci illərdə Ulu öndər Heydər Əliyevin rəhbərliyi sayəsində həyatın bütün sahələrində əldə etdiyimiz nəhəng potensial qovuşduğumuz müstəqillik şəraitində respublikamız üçün çox gərəkli oldu.
Bir sözlə, ümummilli lider Heydər Əliyevin Azərbaycanda gördüyü nəhəng quruculuq işləri respublikanı ittifaqın qabaqcıl respublikasına çevirdi...
- Əlbəttə ki, ümummilli lider Heydər Əliyevin Azərbaycan üçün gördüyü işlərdən danışarkən, müstəqilliyimizin ilk illərində baş vermiş olaylardan kənar durmaq olmaz. çünki, həmin illərdə AXC-Müsavat hakimiyyəti zorla ələ keçirərək dövləti uçurum kənarına atmışdı...
- Bəli, çox haqlı olaraq tarixçi alimlər, politoloqlar Ulu öndər Heydər Əliyevin 1993-cü ilin iyununda hakimiyyətə qayıdışını Azərbaycan müstəqilliyinin yeni tarixində ikinci mərhələnin - qəti dönüş mərhələsinin başlanğıcı kimi səciyyələndirir. Bu günün xalq tərəfindən əziz bayram kimi - Milli Qurtuluş Günü kimi qeyd olunması da tarixin bu qısa zaman kəsiyinin xalqın taleyində, müstəqilliyin qorunub saxlanmasında necə müstəsna rol oynadığını aydın göstərir. Hər gün, hər zaman parçası tarixiləşib bayrama çevrilmir. Bayram gününə yetmək hər günün bəxtinə yazılmır. Bu elə bir tarixdir ki, onun barəsində nə qədər danışsan, nə qədər təhlillər aparsan, yenə azdır.
Həyatda elə anlar olur ki, ictimai-siyasi proseslər nə məntiq, nə də əxlaq qanunlarına uyğun gəlir. 1993-cü ilin məhz iyun hadisələrinə qədər Ulu öndər Heydər Əliyevi qısqanclıqla siyasətçi yox, sadəcə, “partiya funksioneri” adlandıran bədxahları belə, iyun olaylarından sonra bu mürəkkəb, ziddiyyətli, psixoloji cəhətdən son dərəcə gərgin hadisələri ustalıqla yerbəyer etdiyinə görə ona dünyanın ən usta və uzaqgörən siyasətçisi, ən müdrik dövlət xadimi kimi baxmağa məcbur oldular...
Heydər Əliyev dühası, əzəməti, Heydər Əliyev rəhbərliyinin qeyri-adiliyi onda idi ki, dağılmaq, parçalanmaq həddində olan Azərbaycanı, çökməkdə olan dövlətçiliyimizi qorudu, cilaladı, möhkəmləndirdi, əzəmətə gətirdi. O, ölkəni təhdid edən vətəndaş müharibəsinin, qardaş qırğınının qarşısını aldı. Xilas yolunu, ilk növbədə, qarşılıqlı ittihamlara, hakimiyyət uğrunda gedən çəkişmələrə, qruplararası ziddiyyətlərə son qoymaqda, ədavət hissinin unutmaqda və bununla da, xalqın milli birliyinə, vətəndaş həmrəyliyinə nail olmaqda görür və haqlı olaraq məhz, bu istiqamətdə uğurlu tədbirlər həyata keçirirdi. Bütün bu ağır məqamlarda Milli öndər xalqın gücünə arxalanır, millətin ona olan sonsuz inamına bel bağlayırdı...
ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti ölkə daxilində də nisbi sabitlik yaradırdı. Lakin köhnədən miras qalmış problemlər aradan qalxdıqca müxalifət qüvvələrinin yeni hakimiyyətə hücumları güclənir, qiyamçılıq, üsyançılıq meyilləri daha qabarıq şəkildə özünü göstərməyə başlayırdı. Aydın idi ki, hakimiyyət nəşəsi onu tərk edənlərin damağından belə tezliklə gedə bilməzdi. Odur ki, qiyamçı müxalifət qüvvələri ən çirkin üsullardan - terror və təxribatlardan, sui-qəsd və çevriliş cəhdlərindən belə istifadə etməkdən çəkinmirdilər. Lakin ümummilli lider Heydər Əliyevin qətiyyəti, cəsarəti, iti zəkası Azərbaycan dövlətçiliyini bu bəlalardan da şərəflə qorudu. ölkə daxilində dövlətçiliyin möhkəmləndirilməsi, onun qüdrət və əzəmətinin nümayişi Azərbaycan dövlətinə beynəlxalq aləmdə də hörmət və inamı artırdı. Bir sıra ölkələr yalnız bundan sonra ölkəmizlə iqtisadi-siyasi münasibətləri genişləndirməyə başladılar...
O, öz xalqının güclü dövlətə və hakimiyyətə olan ehtiyacını görürdü və bilirdi. Bu dövləti qurmaq üçün böyük enerji sərf etdi və buna nail oldu. Məhz, həmin “olum və ya ölüm” məqamında müstəqil Azərbaycanın xilasını və möhkəmlənməsini, ölkənin gələcək inkişafını Heydər Əliyev şəxsiyyətinin gücündə görən vətənpərvər, sağlam düşüncəli, ziyalı insanların böyük bir qrupu milli tələbata və tarixi zərurətə çevrilmiş siyasi partiya yaratmaq və sivil qaydalara rəğmən mübarizə aparmağa qərar verdilər. Əslində, bu sosial sifariş - yəni, xalqın böyük əksəriyyətinin istəyi idi...
- Hüseynbala müəllim, son olaraq sizdən bu gün əsası Ulu öndər Heydər Əliyevin qoyduğu və Prezident İlham Əliyev tərəfindən davam etdirilən modern inkişaf strategiyası və onun Azərbaycana gətirdiyi dividentlər barədə soruşmaq istəyirik...
- Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün Prezident İlham Əliyevin uğurla davam etdirdiyi inkişaf strategiyası öz bəhrələrini verməkdədir. Bu gün Azərbaycan dünyada bir nömrəli islahatçı ölkə hesab olunur, sabitliyinə və inkişafına görə, böhranlı vəziyyətdə belə xarici investorlar ölkəmizə sərmayə yatırırlar. ümumiyyətlə, bu inkişaf strategiyası hərtərəfli şəkildə Azərbaycanı tərəqqiyə aparır. Bir daha söyləyim ki, hazırda Azərbaycan Heydər Əliyev ideyalarının uğurla həyata keçirilməsi nəticəsində inkişaf edir, çiçəklənir.
Ramil VƏLİBƏYOV
Xəbər lenti
Hamısına bax
YAP xəbərləri
19 Sentyabr 23:19

Siyasət
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:00

YAP xəbərləri
19 Sentyabr 21:14

YAP xəbərləri
19 Sentyabr 20:42

YAP xəbərləri
19 Sentyabr 20:10

YAP xəbərləri
19 Sentyabr 19:07

Xəbər lenti
19 Sentyabr 18:49

Dünya
19 Sentyabr 18:25

YAP xəbərləri
19 Sentyabr 18:01

YAP xəbərləri
19 Sentyabr 18:00

Xəbər lenti
19 Sentyabr 17:54

Dünya
19 Sentyabr 17:19

Elm
19 Sentyabr 17:09

YAP xəbərləri
19 Sentyabr 17:06

YAP xəbərləri
19 Sentyabr 17:05

YAP xəbərləri
19 Sentyabr 17:03

Dünya
19 Sentyabr 16:51

Dünya
19 Sentyabr 16:22

YAP xəbərləri
19 Sentyabr 16:11

YAP xəbərləri
19 Sentyabr 16:04

Dünya
19 Sentyabr 15:33

Dünya
19 Sentyabr 15:12

YAP xəbərləri
19 Sentyabr 15:02

YAP xəbərləri
19 Sentyabr 15:01

YAP xəbərləri
19 Sentyabr 15:00

Dünya
19 Sentyabr 14:48

Formula 1
19 Sentyabr 14:47

Xəbər lenti
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:43

YAP xəbərləri
19 Sentyabr 14:41

YAP xəbərləri
19 Sentyabr 14:40
YAP xəbərləri
19 Sentyabr 14:39

YAP xəbərləri
19 Sentyabr 14:38

YAP xəbərləri
19 Sentyabr 14:37

Dünya
19 Sentyabr 14:32

YAP xəbərləri
19 Sentyabr 14:21

YAP xəbərləri
19 Sentyabr 14:18

YAP xəbərləri
19 Sentyabr 14:16

Dünya
19 Sentyabr 14:15

Dünya
19 Sentyabr 13:59

YAP xəbərləri
19 Sentyabr 13:27

Dünya
19 Sentyabr 13:10

YAP xəbərləri
19 Sentyabr 13:07

YAP xəbərləri
19 Sentyabr 13:00

YAP xəbərləri
19 Sentyabr 12:58

Dünya
19 Sentyabr 12:27

Gündəm
19 Sentyabr 12:25

Gündəm
19 Sentyabr 12:23

YAP xəbərləri
19 Sentyabr 12:17

YAP xəbərləri
19 Sentyabr 12:17

YAP xəbərləri
19 Sentyabr 12:10

Dünya
19 Sentyabr 12:08

Dünya
19 Sentyabr 11:53

YAP xəbərləri
19 Sentyabr 11:37

YAP xəbərləri
19 Sentyabr 11:17

YAP xəbərləri
19 Sentyabr 11:06

YAP xəbərləri
19 Sentyabr 11:00
YAP xəbərləri
19 Sentyabr 10:58

Gündəm
19 Sentyabr 10:58

YAP xəbərləri
19 Sentyabr 10:53
YAP xəbərləri
19 Sentyabr 10:52

YAP xəbərləri
19 Sentyabr 10:50

Analitik
19 Sentyabr 10:45

YAP xəbərləri
19 Sentyabr 10:41

YAP xəbərləri
19 Sentyabr 10:39

Siyasət
19 Sentyabr 10:37

Hadisə
19 Sentyabr 10:36
