Təhsilə diqqət Ümumrusiya Azərbaycan Konqresinin fəaliyyətində prioritet məsələdir
09.07.2009 [10:28]
Rusiyada yaşayan Azərbaycan vətəndaşlarının bu ölkənin ali təhsil müəssisələrinə qəbul imtahanları artıq geridə qalıb. İmtahanlar ümumrusiya Azərbaycan Konqresinin xətti ilə keçirilib. Bu il soydaşlarımız üçün Rusiyanın müxtəlif universitetlərində 128 yer ayrılıb. üAK-da keçirilmiş test nəticəsində 100-dək azərbaycanlı gənc Rusiyanın tanınmış ali məktəblərində təhsil almaq üçün Rusiya Federasiyası (RF) Təhsil Nazirliyinin yanındakı komissiyaya müraciət edib. Qeyd edək ki, həmin ali məktəblərin 40 faizi ölkənin ayrı-ayrı regionlarında yerləşir. İmtahanın təşkili, nəticələri, eləcə də qurumun təhsil sahəsində gələcək layihələri ilə bağlı ümumrusiya Azərbaycan Konqresi icraçı direktorunun birinci müavini İlqar Hacıyev qəzetimizə ətraflı məlumat verib:
-Təhsilə diqqət ümumrusiya Azərbaycan Konqresinin fəaliyyət istiqamətlərində prioritet yerlərdən birini tutur. Məhz bu məsələ miqrantların üz tutduqları ölkənin yeni şərtlərinə uğurlu adaptasiyasında, onların düşdükləri məkanın sosial və mədəni mühitinə tezliklə uyğunlaşmasında açar rolunu oynayır. 2003-cü ildə ümumrusiya Azərbaycan Konqresi belə bir təşəbbüslə çıxış etdi ki, hər il bu ölkədə yaşayan Azərbaycan vətəndaşlarının Rusiya ali məktəblərinə müsabiqədənkənar qəbulu məqsədilə RF Təhsil Nazirliyi üAK-a konkret kvota ayırsın. Bu təşəbbüsü Azərbaycan dövlətinin rəhbərliyi də dəstəklədi. Qeyd etmək istəyirəm ki, burada söhbət Rusiya üçün mövcud ümumi kvotadan bir hissə ayrılmasından gedirdi, Azərbaycan Respublikası üçün nəzərdə tutulan yerlərdən yox. Tezliklə təşəbbüsümüz gerçəyə çevrildi və cəmi 1 il sonra, 2004-cü ildə biz Moskvada Azərbaycan Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ilə razılaşdırılmış qaydada qəbul imtahanı təşkil etdik. Artıq bu gün əminliklə demək olar ki, təşəbbüsümüz özünü tam doğruldub. Əgər ilk mərhələdə Rusiya ali məktəblərinə 10-20 nəfər azərbaycanlı qəbul olunmuşdusa, 2007-ci ildə abituriyentlərin sayı 46 nəfərə çatdı. Bu il isə, bildiyiniz kimi, 100-dək gənc imtahan verib. RF universitetlərinə daxil olan soydaşlarımız, əsasən, sosiologiya, tarix, riyaziyyat, jurnalistika, hüquq sahəsi üzrə təhsil alacaqlar.
Biz hesab edirik ki, təhsilli insanın yeni çevrə içində, fərqli mühitdə “özü” olması, özünü tapması və təsdiqləməsi asandır. Statistikaya görə, gənclərin ali təhsil alması və sonradan ali təhsili davam etdirməsinə olan marağa görə həmyerlilərimiz adını çəkdiyim xalqların nümayəndələrindən xeyli irəlidədir.
üAK-ın əsas məqsədlərindən biri düzgün təhsil proqramı hesabına Rusiyadakı Azərbaycan diasporunun intellektual səviyyəsini yüksəltməkdir. Qarşımızda duran mühüm vəzifə buradakı azərbaycanlı gənclərin Rusiyanın istimai-siyasi, sosial, mədəni həyatına inteqrasiya etmələri və bu prosesdə onların azərbaycanlıya məxsus milli-mənəvi dəyərlərini itirməməsinə çalışmaqdır. Bu məqsədlə Moskvada 157 saylı və 1331 saylı etnomədəni Azərbaycan məktəbləri fəaliyyət göstərir. Lakin həm Moskvada, həm də Rusiyanın digər regionlarında belə məktəblərin sayını artırmağa real tələbat var.
- üAK-ın haqqında bəhs etdiyiniz layihələri həyata keçirilərkən hansı tendensiyalar müşahidə olunur? Məsələn, abituriyentlərin sosial mənşəyi ilə bağlı statistika varmı?
- Mütləq qeyd etmək lazımdır ki, haqqında danışdığımız abituriyentlərin, gənclərin demək olar ki, hamısı aztəminatlı ailələrdəndir. ümumrusiya Azərbaycan Konqresinə ayrılmış kvota üzrə Rusiya ali məktəblərinə qəbul olunmaq onlar üçün bu ölkədə pulsuz təhsil almağın yeganə yoludur. Nəticədə Azərbaycan dövləti bir neçə ildən sonra müxtəlif sahələrdə yüksək ixtisaslı mütəxəssislərə sahib olacaq. Əgər, hətta onlardan kimlərsə fəaliyyətini Rusiyada davam etdirmək istəyərsə, bizim fikrimizcə, bunun özü də Azərbaycana xeyirdir. çünki onlar dövlətimizin adını yüksəldən, başını ucaldan mütəxəssislər olacaqlar.
- ümumrusiya Azərbaycan Konqresinin bu sahədə gələcək planları nədən ibarətdir?
- Biz təhsil sahəsində irəliləməyə, daha böyük müvəffəqiyyətlər qazanmaga can atırıq. Bu il Heydər Əliyev Fondunun dəstəyi ilə ümumrusiya Azərbaycan Konqresi Moskvada Azərbaycan etnomədəni komponentlərindən ibarət 940 saylı ümumtəhsil linqvistik məktəb açacaq. Azərbaycan dili, ədəbiyyatı, tarixi və mədəniyyətinin də tədris olunacağı bu məktəbdə baza təhsilindən əlavə şagirdlərə ingilis, fransız, alman, ərəb, çin, yapon və türk dilləri də öyrədiləcək. Məqsəd tolerantlığı təbliğ etmək, uşaqlarda başqa xalqların dilinə, adətlərinə və mədəniyyətinə hörmət aşılamaq, onlara Azərbaycan və Rusiyanın zəngin dil mədəniyyətini təlqin etməkdir. Bu məktəbin bazasında mədəni-maarif mərkəzinin açılması da planlaşdırılır. Burada, həmçinin, günü uzadılmış qruplar, müxtəlif sahələrə aid dərnəklər fəaliyyət göstərəcək. 1000 şagirdin təhsil alacağı bu məktəbi gələcəyin parlaq mütəxəssislərinin ehtiyat mənbəyi də adlandırmaq olar.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxİdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17

