/ / Dünya azərbaycanlılarının qürurla Vətənim adlandırdığı müstəqil Azərbaycan dövlətini Ulu öndər Heydər Əliyev yaradıb
Dünya azərbaycanlılarının qürurla Vətənim adlandırdığı müstəqil Azərbaycan dövlətini Ulu öndər Heydər Əliyev yaradıb
04.07.2009 [12:02]
İyul ayının 14-də bütün ömrünü xalqına, dövlətinə həsr etmiş, müasir Azərbaycan dövlətinin banisi ümummilli lider Heydər Əliyevin ölkəmizdə ilk dəfə hakimiyyətə gəlişinin 40-cı ili tamam olur. 1969-82-ci illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi olaraq ölkəmizə rəhbərlik etmiş Ulu öndər Heydər Əliyev bu dövrlər ərzində Azərbaycanda bütün sahələrin böyük sıçrayışla inkişafını təmin etmiş, qəbul etdiyi qərarlar və atdığı addımlarla ölkəmizi keçmiş SSRİ-nin ən qabaqcıl inkişaf edən respublikalarından birinə çevirmişdir. “Yeni Azərbaycan” qəzeti Ulu öndərimizin xalqımız, dövlətimiz üçün gördüyü işləri, Azərbaycan dövlətçiliyi qarşısındakı misilsiz xidmətlərini geniş auditoriyaya daha ətraflı çatdırmaq, dahi şəxsiyyətin zəngin irsini təbliğ etmək məqsədilə ümummilli liderimizlə birgə çalışmış, Onun dövlət quruculuğu işlərinin canlı şahidi olmuş ölkəmizin görkəmli ictimai-siyasi xadimləri ilə müsahibələri, söhbətləri dərc etməyə başlayır. Rubrikamızın növbəti qonağı isə Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəblidir:
- Hər bir xalqın dünya miqyasında tanınmasının, şöhrət qazanmasının, əslində çox aydın və danılmaz şərtləri var. Həmin şərtləri tarixi reallıqlar da dönə-dönə təsdiq edib. Həqiqət ondan ibarətdir ki, bütün xalqların cəmiyyətdə mövcud olmasına, fəaliyyət göstərməsinə, ilk növbədə arxalandığı, sosial-iqtisadi inkişafı üçün vəsilə saydığı təbii və mənəvi şərtlər, maddi - mənəvi sərvətlər kifayət etmir. Dövlətin dövlət olması, dünya səhnəsinə çıxması, müasir sivilizasiyanın parametrlərinə cavab verə bilməsi dövlət idarəçiliyini yüksək bacarıq və təşkilatçılıq qabiliyyəti ilə tənzimləyən fenomen şəxsiyyətdən də çox asılıdır...
ötən əsrin ortalarında, yəni 1969-cu ilin 14 iyulunda Azərbaycanda siyasi hakimiyyətə başçılıq etmək qisməti Ulu öndərimiz Heydər Əliyevə nəsib oldu.
Mən siyasi fəaliyyətimin ilk dövrlərinə təsadüf edən rəsmi dövlət tədbirlərinin o vaxt respublikamızın həyatında necə əks-səda doğurduğunu yaxşı xatırlayıram. Azərbaycan əhalisi görür və hiss edirdi ki, Ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətdə başçı kimi yerini tutması, əslində təsadüfi deyildi. Dərin siyasi təfəkkürə malik Heydər Əliyevin hər bir addımı ölçülüb-biçilirdi. Həmin günlərdə insanların dilində tez-tez ədalətli rəhbər sözlərinin səslənməsinin də real əsasları var idi. İnsanları yüksək vəzifəyə təyin edərkən, adətən onların bilik və bacarığını, təşkilatçılıq qabiliyyətini nəzərə alırdılar. Şübhəsiz ki, bu keyfiyyətlər siyasət aləmində artıq potensial enerjiyə malik olan Ulu öndər Heydər Əliyevin şəxsində də cəmləşmişdi. O, bu məsul vəzifəyə gələndə artıq qətiyyətli başçı imicini qazanmış bir siyasi xadim idi.
Bununla bağlı bir haşiyə də çıxmaq istəyirəm: “Səfillər” əsərində Napoleonun sonuncu döyüşündən əvvəlki gecəni xatırlayarkən Viktor Hüqo yazırdı ki, əgər həmin gecə səhər döyüş keçiriləcək əraziyə yağış yağmasaydı, Avropanın taleyi indi tamam başqa cür olardı”.
Mənim bu sətirləri yada salmağım təsadüfi deyil. Biz də tez-tez öz-özümüzə belə bir sualla müraciət edirik ki, görəsən, Heydər Əliyevsiz Azərbaycanı nələr gözləyərdi? Kommunist epoxasına aid olan tarix xalqımızın həyatında möhtəşəm hadisələrlə zəngin olmuşdur. Heydər Əliyev fenomeninin siyasi hakimiyyətdə öz təsdiqini tapması, Azərbaycanda milli dövlətçiliyin görünməmiş dərəcədə çiçəklənməsi, dirçəliş zirvəsinə doğru iri həmlələrlə yüksəlməsi ilə əslində, Azərbaycanın intibahına yol açan tarixi mərhələnin başlanğıcı qoyuldu. Ona görə biz bu yerdə hansısa xoşbəxt təsadüfün qiymət və dəyərini düzgün başa düşür və “Heydər Əliyevi Azərbaycan xalqına bəxş edən rəhmli və mərhəmətli Allahdır!” - deyirik.
- 1969-cu ilin 14 iyul tarixində Ulu öndər Heydər Əliyev Azərbaycana rəhbərliyə gəldi. Məhz, bundan sonra ölkəmizdə hansı dəyişikliklər oldu? ümummilli lider Heydər Əliyev mövcud problemləri hansı vasitələrlə aradan qaldırdı?
- Ulu öndər Heydər Əliyev 1969-cu il
də siyasi hakimiyyətə “Qoy ədalət zəfər çalsın!” devizi ilə gəlmişdi. O, respublikaya rəhbər gəlişi ilə özülü qoyulan haqq-ədalət mübarizəsinin qüdrətli şəxsiyyətinə çevrilmək istəyir, SSRİ-nin Konstitusiyası çərçivəsində verilmiş imkanlardan Azərbaycan xalqının mənafeyi üçün tam şəkildə istifadə etməyə çalışır, ətrafındakı maneələri köklü şəkildə təmizləməyə səy göstərirdi. Yüksək əzmkarlıq və işgüzarlıq şövqünün səbəbi aydın idi. Böyük siyasətçi həmin günlərdə qarşıda çox məsul vəzifələrin durduğunu yaxşı bilirdi...
ümummilli liderimiz çətinliklərin haradan və nədən irəli gəldiyini müəyyənləşdirdi, ilk səylərini cəmiyyətdə özünü göstərən başlıca problemlərə - milli vəhdətə, hakimiyyətlə xalqın yekdilliyinə, onlar arasında birliyin təmin olunmasına yönəltdi. Ulu öndər Heydər Əliyev aydın görürdü ki, sovet dövründə hələ çarizmdən “miras qalmış” bir meyilin zərərli nəticələri özünü yenə də büruzə verməkdədir. O zaman hakimiyyətdə azərbaycanlıların təmsil olunmasına ciddi maneələrin olması, onların daha aşağı vəzifələrdə yerləşdirilməsi həmvətənlərimiz arasında birliyə maneçilik törədir, yorucu intriqalara gətirib çıxarırdı. Bacarıqlı rəhbər belə xoşagəlməz hallara son qoymaq üçün, möhkəm iradə, qətiyyət və prinsipiallıq nümayiş etdirməyə başladı. O xalqla görüşlərində, rəsmi dövlət tədbirlərində respublikada özünü göstərən mənfi cəhətləri açıq deməkdən, onları yerindəcə tənqid etməkdən çəkinmirdi.
Azərbaycan KP MK-nın tarixi 1969-cu il avqust plenumunda respublika başçısının dərin məzmunlu çıxışı, əslində hamını şoka saldı. Ulu öndər Heydər Əliyev həmin plenumda kadr siyasətinə yüksək məsuliyyətlə yanaşmağın Onun idealı olduğunu belə bəyan etdi: “Biz ayrı-ayrı vəzifəli şəxslərin davranışında özünü büruzə verən nalayiq hallara, pozğunluq təzahürlərinə göz yuma bilmərik. Mənəviyyat, əxlaq bütün işimizə nüfuz etməlidir. Kadrları açıq-aşkar, kütlələrin gözü qabağında seçmək, onlar haqqında kollektivin, adamların, iş yoldaşlarının rəyini nəzərə almaq lazımdır. Yalnız belə olduqda kadrların seçilməsi və yerləşdirilməsindəki bir çox səhvlərin qarşısını almaq, həmin sahədə işimizin səviyyəsini xeyli yüksəltmək olar”.
- Hadi müəllim, ümummilli lider Heydər Əliyev Azərbaycanı keçmiş stereotiplərdən azad etmək və respublikanı ayağa qaldırmaq üçün hansı konkret tədbirləri gördü?
- Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin avqust (1969-cu il) plenumu respublikanın sosial-iqtisadi inkişafı istiqamətində çox böyük və nəhəng işlər görmək, yeni, çox səmərəli islahatlar həyata keçirmək məqsədi daşıyan əlamətdar bir hadisəyə çevrildi. Bundan dərhal sonra respublikanın ictimai-siyasi həyatında bir canlanma hiss olunmağa başladı. Plenumda başlıca problem olan siyasi rəhbərliklə bağlı yekdilliyə səsləyən çağırışlar eşidildi. Bu məsələlər ətrafında işini qurmaq istəyən görkəmli partiya və dövlət xadimi hakimiyyət strukturunda azərbaycanlıların sayının az olması halına çox mənfi münasibətlə yanaşdı, xalqın çoxəsrlik milli-mənəvi dəyərlərini öz həmvətənlərinin şəxsində üzə çıxarmaq siyasəti ilə işə başladı. Ulu öndər cəsarətlə bacarıqlı yerli kadrları ətrafında yerləşdirmək və regionlara işi bacaran kadrları göndərməklə, respublikanı, sözün həqiqi mənasında, tərəqqi yoluna çıxardı. Belə bir fəaliyyət nəticəsində Azərbaycanın partiya, qanunvericilik, sosial, mədəni-məişət, məhkəmə orqanları arasında yekdil əlaqə zəncirləri yarandı.
Respublikada rüşvətxorluğa qarşı kütləvi mübarizə tədbirləri həyata keçirilirdi. Korrupsiya hallarının aradan qaldırılması istiqamətində respublikada aparılan işləri insanlar şüurlarında formalaşan ümummilli məsələ hesab edirdilər. Böyük əks-səda doğuran rəsmi dövlət tədbiri, məhz belə bir şəkildə respublikanın sosial-iqtisadi inkişaf konsepsiyasını müəyyənləşdirdi.
1969-cu ildən başlayaraq respublikada iqtisadi tənəzzülün qarşısının alınmasına, sənayedə, kənd təsərrüfatında yeni islahatların həyata keçirilməsinə dair müvafiq tədbirlər planı hazırlanmışdı.
Ulu öndər Heydər Əliyev bütün bunların müvəffəqiyyətlə həyata keçirilməsi prosesində, şübhəsiz, respublikanın iqtisadi cəhətdən inkişaf etdirilib möhkəmləndirilməsinə daha geniş və hərtərəfli parametrlərlə yanaşmaq məsələsinin çox vacib olduğunu yaxşı başa düşürdü. Odur ki, Ulu öndər respublika sənayesi ilə kənd təsərrüfatını yeni, daha mütərəqqi yollarla dirçəltməyi, xalqın maddi rifah halını yüksəltməyi, ana Vətəni ittifaq səviyyəsində birincilər sırasına çıxarmağı məqsədyönlü fəaliyyət proqramına çevirdi. Bir-birinin ardınca qəbul olunan qərarlar respublikamızda sənayenin inkişafına təkan verdi. Bakı Kondisioner zavodunun tikilib istismara verilməsi böyük rezonans doğurdu. Onun məhsullarına onlarla ölkənin tələbatı yarandı. 1980-ci ilin gostəricilərinə görə sənayenin əsas istehsal fondlarının dəyəri 1969-cu illə müqayisədə iki dəfə artaraq 8,4 milyard rubla çatdırıldı. 10 il ərzində respublikada 15 yeni iri maşınqayırma müəssisəsi istifadəyə verildi. Bunu, əlbəttə, sənayenin uğuru kimi yüksək qiymətləndirmək olardı. 12 müəssisədə istehsal gücü əvvəlki illərlə müqayisədə bir neçə dəfə artmışdı. Azərbaycanda sənaye istehsalı üç dəfə yüksəldi. Bütün bu göstəricilər əldə olunandan sonra sənaye istehsalının artım sürətinə görə, Azərbaycanın adı ittifaq səviyyəsində ön sıraya çıxdı.
ötən əsrin 70-ci illərində Azərbaycanda kənd təsərrüfatının inkişafı sahəsində də çox böyük irəliləyişlər nəzərə çarpmağa başladı. Bu sahədə mühüm nailiyyətlər əldə olundu. 1982-ci ildə kənd təsərrüfatı məhsulları istehsalının həcmi 1969-cu ildəkinə nisbətən təxminən beş-altı dəfə artmışdı. Bu sahədə yeni-yeni uğurlar qazanılırdı. Bu dövrdə Azərbaycanda yeni inkişaf və tərəqqi dövrünün əsası qoyuldu və ayrı-ayrı sahələrdə islahatlar aparılmasının istiqamətləri müəyyənləşdirildi. Məhz, Heydər Əliyevin təşəbbüsü ilə yeni istehsal sahələri işə düşdü, sənaye, kənd təsərrüfatı məhsullarının həcmi ildən-ilə yüksəldi. Onun 1979-cu ilin fevralında “Azərbaycan SSR-də üzümçülüyün və şərabçılığın inkişaf etdirilməsi haqqında” Qərarı qəbul etməsi respublikada iqtisadi potensialın reallaşması yolunda uğurlu bir addım oldu. Bu qərara əsasən 1985-ci ilədək Azərbaycanda üzüm istehsalı 3 milyon tona çatdırılmalı idi. Maraqlıdır ki, bu qərarda təsbitini tapan 23 bənddən yalnız 4-ü birbaşa üzümçülüyün və şərabçılığın inkişafı ilə bağlı idi. Qalan bəndlərdə məqsəd bu sahənin inkişafı hesabına respublikanın sosial-iqtisadi inkişafını təmin etmək idi.
ötən əsrin 70-ci illərində Azərbaycanda tikinti-abadlıq işləri də geniş vüsət almışdı. Hər yerdə, elə indiki günlərdə olduğu kimi, böyük sürətlə tikinti işləri aparılırdı. 1970-1985-ci illərdə ümumi sahəsi 22,2 milyon kv.m. olan mənzillər tikilmişdi. Bakıda yeni yaşayış massivləri meydana gəlirdi. çöl-biyabanı xatırladan ərazilərdə planlı şəkildə 5 və 9 mərtəbəli yaşayış evləri ucaldılır, mikrorayonlar salınırdı. Əhmədli, Yeni Günəşli, Yeni Yasamal yaşayış massivlərinə məhz həmin dövrdə rəvac verildi və yüzlərlə, minlərlə insan rahat, yaraşıqlı, hər cür kommunal şəraiti olan mənzillərdə məskunlaşdı.
Respublikada işsizlik bu illərdə, demək olar ki, büsbütün aradan qalxmışdı. İnsanlar iş yerləri axtarmırdılar, iş yerlərinin özü onları halal zəhmətləri ilə dolanmaq üçün dəzgah arxasına, məhsul becərilən tarlalara dəvət edirdi. 1985-ci ildə respublikada işləyənlərin sayı 2,4 milyon nəfərə çatırdı. 1970-ci ildə orta aylıq əməkhaqqının səviyyəsinə görə Azərbaycan SSRİ tərkibində olan 15 müttəfiq respublika arasında axırıncı yerdə getdiyi halda, 1980-ci ildə bu sahədə 4-cü yerdə idi.
Ulu öndər Heydər Əliyevin mədəni və ictimai sferalarda fəaliyyəti də diqqət çəkəndir. Qeyd edim ki, ana dili hər bir xalqın taleyində müstəsna rol oynayır. Ulu öndərin dediyi kimi, Azərbaycan xalqının çox zəngin, dərin tarixi köklərə malik dili var. Lakin azərbaycanlılar öz ana dilinin zənginliyindən uzun illər yetərincə istifadə edə bilmirdilər. Bu vəziyyət 70-ci illərə kimi davam etdi. 1978-ci ildə qəbul olunan Azərbaycan Sovet Respublikasının Konstitusiyasına Heydər Əliyevin ciddi cəhdi ilə “Azərbaycan dili Azərbaycan Sovet Respublikasının rəsmi dövlət dilidir” maddəsi daxil edildi. O zaman respublikanın ali və orta-ixtisas təhsili məktəbləri üçün görkəmli dilçi alimlərimizin dərin elmi axtarışlarının məhsulu olan “Müasir Azərbaycan dili” və “Azərbaycan dili” dərslikləri çapdan çıxdı.
Ulu öndər Heydər Əliyevin rəhbərliyi dövründə təhsillə bağlı geniş, həm də mükəmməl proqramların qəbul edilməsi milli xarakterə uyğun gəlirdi. Təhsillə bağlı yüksək vəzifələrə yerli kadrlar cəlb edilirdi. Heydər Əliyev ona qədər çoxunun şəxsi evlərdə yerləşdiyi məktəblərin yeni tikilən binalara köçürülməsinə xüsusi diqqət yetirirdi.
Belə ki, 1969-cu il sentyabrın 1-də respublikada 120 orta məktəbin açılması ötən illərlə müqayisədə çox yüksək bir rəqəm idi. İki il sonra isə respublikada 1905 natamam, 1303 orta və yüzlərlə ibtidai məktəb var idi. 1973-cü ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin bürosu Azərbaycan ərazisində yeni tipli məktəb binalarının tikilməsi barədə qərar qəbul etmişdi. Bu məktəblər 4 il ərzində tikilməli, 276 min şagirdi əhatə etməli idi...
- Göründüyü kimi, ümummilli liderimizin sovet dönəmində Azərbaycanda həyata keçirdiyi inkişaf siyasəti hərtərəfli xarakter daşıyıb. Müstəqillik əldə etdikdən sonra da Azərbaycanı Heydər Əliyev siyasəti təlatümlərdən xilas etdi... Bu gün isə Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasi kurs Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısı İlham Əliyev eyni zamanda bu inkişaf fəlsəfəsini genişləndirərək, dərinləşdirərək Azərbaycanı dünya birinciləri sırasına çıxarıb. Sizin, bu modern inkişaf siyasəti haqqında fikirlərinizi bilmək istərdik..
- Ulu öndər Heydər Əliyevin xalqı üçün miras qoyduğu müstəqil Azərbaycan dövlətində dinamik inkişaf və möhtəşəm quruculuq işləri proqramının həyata keçirilməsi yeni mərhələyə qədəm qoyub. Azərbaycan Prezidenti cənab İlham Əliyevin məramı isə aydındır. O, vəd edibdir ki, Heydər Əliyevin müstəqil dövlətimizə böyük uğurlar gətirən yeganə düzgün siyasətinin davamçısı olsun. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, əsas məsələ odur ki, xalq öz rəhbərinə inansın, rəhbər də özünü elə aparmalı, elə işlər görməlidir ki, xalq onu dəstəkləsin: “Azərbaycanda xalqla hökumət arasında bu birlik, vəhdət var və bu, bizim bugünkü və gələcək inkişafımızın ən əsas, ən başlıca amillərindən biridir. Mən xalqın mənə olan münasibətindən güc alıram. Prezident kimi əsas fəaliyyətimin mənbəyi də xalqın iradəsidir. Mən bu amalla yaşayıram və bundan sonra da belə yaşayacağam”.
Prezident İlham Əliyevin dövlət başçısı kimi ən yüksək məramı millətinə layiqincə xidmət etməkdir. Onun yeritdiyi modernləşmiş dinamik sosial-iqtisadi inkişaf proqramı Heydər Əliyev tərəfindən bünövrəsi qoyulan və bütün fəaliyyəti dövründə əsas istiqamət olaraq həyata keçirilən milli siyasətin davamıdır. Azərbaycan artıq bu davamlı tərəqqi və yüksəliş mərhələsinə qədəm qoyub. Prezident İlham Əliyev çalışır ki, xalqın inamını bundan sonra da doğrultsun, dinamik inkişaf və iqtisadi-siyasi modernləşmə modeli ilə Azərbaycanın dünyadakı mövqelərini möhkəmləndirsin, onu müasir, güclü, qüdrətli ölkəyə çevirsin.
Ramil VƏLİBƏYOV
Xəbər lenti
Hamısına bax
YAP xəbərləri
19 Sentyabr 23:19

Siyasət
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:00

YAP xəbərləri
19 Sentyabr 21:14

YAP xəbərləri
19 Sentyabr 20:42

YAP xəbərləri
19 Sentyabr 20:10

YAP xəbərləri
19 Sentyabr 19:07

Xəbər lenti
19 Sentyabr 18:49

Dünya
19 Sentyabr 18:25

YAP xəbərləri
19 Sentyabr 18:01

YAP xəbərləri
19 Sentyabr 18:00

Xəbər lenti
19 Sentyabr 17:54

Dünya
19 Sentyabr 17:19

Elm
19 Sentyabr 17:09

YAP xəbərləri
19 Sentyabr 17:06

YAP xəbərləri
19 Sentyabr 17:05

YAP xəbərləri
19 Sentyabr 17:03

Dünya
19 Sentyabr 16:51

Dünya
19 Sentyabr 16:22

YAP xəbərləri
19 Sentyabr 16:11

YAP xəbərləri
19 Sentyabr 16:04

Dünya
19 Sentyabr 15:33

Dünya
19 Sentyabr 15:12

YAP xəbərləri
19 Sentyabr 15:02

YAP xəbərləri
19 Sentyabr 15:01

YAP xəbərləri
19 Sentyabr 15:00

Dünya
19 Sentyabr 14:48

Formula 1
19 Sentyabr 14:47

Xəbər lenti
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:43

YAP xəbərləri
19 Sentyabr 14:41

YAP xəbərləri
19 Sentyabr 14:40
YAP xəbərləri
19 Sentyabr 14:39

YAP xəbərləri
19 Sentyabr 14:38

YAP xəbərləri
19 Sentyabr 14:37

Dünya
19 Sentyabr 14:32

YAP xəbərləri
19 Sentyabr 14:21

YAP xəbərləri
19 Sentyabr 14:18

YAP xəbərləri
19 Sentyabr 14:16

Dünya
19 Sentyabr 14:15

Dünya
19 Sentyabr 13:59

YAP xəbərləri
19 Sentyabr 13:27

Dünya
19 Sentyabr 13:10

YAP xəbərləri
19 Sentyabr 13:07

YAP xəbərləri
19 Sentyabr 13:00

YAP xəbərləri
19 Sentyabr 12:58

Dünya
19 Sentyabr 12:27

Gündəm
19 Sentyabr 12:25

Gündəm
19 Sentyabr 12:23

YAP xəbərləri
19 Sentyabr 12:17

YAP xəbərləri
19 Sentyabr 12:17

YAP xəbərləri
19 Sentyabr 12:10

Dünya
19 Sentyabr 12:08

Dünya
19 Sentyabr 11:53

YAP xəbərləri
19 Sentyabr 11:37

YAP xəbərləri
19 Sentyabr 11:17

YAP xəbərləri
19 Sentyabr 11:06

YAP xəbərləri
19 Sentyabr 11:00
YAP xəbərləri
19 Sentyabr 10:58

Gündəm
19 Sentyabr 10:58

YAP xəbərləri
19 Sentyabr 10:53
YAP xəbərləri
19 Sentyabr 10:52

YAP xəbərləri
19 Sentyabr 10:50

Analitik
19 Sentyabr 10:45

YAP xəbərləri
19 Sentyabr 10:41

YAP xəbərləri
19 Sentyabr 10:39

Siyasət
19 Sentyabr 10:37

Hadisə
19 Sentyabr 10:36
