"QHT-lər haqqında" Qanunun təkmilləşdirilməsi bu sektorun inkişafına xidmət edir
03.07.2009 [10:21]
Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev www.yap.org.az saytına müsahibə verib:
- Azay müəllim, son günlər qeyri-hökumət təşkilatları ilə bağlı məsələlər gündəmin əsas mövzularından birinə çevrilib. QHT-lərin fəaliyyətini tənzimləyən qanuna dəyişikliklərin edilməsi bu yöndə ictimai müzakirələri daha da artırıb. İlkin olaraq, Azərbaycanda QHT sektorundakı vəziyyəti necə dəyərləndirirsiniz?
- Son illər ərzində QHT sektorunda xeyli dəyişikliklər baş verib. QHT-lər vətəndaş cəmiyyətinin aparıcı atributuna çevrilib, onlarsız demokratiyanın inkişafını təsəvvür etmək mümkün deyil. QHT-lər artıq dövlətin tərəfdaşına çevrilib. Ən nəhayət, QHT-lərin inkişafı ilə bağlı dövlətin yeniləşmiş bir siyasəti formalaşıb. ölkə Prezidenti 2007-ci ilin iyul ayında QHT-lərə Dövlət Dəstəyi Konsepsiyasını imzaladı. Bu konsepsiya bütövlükdə dövlətin vətəndaş cəmiyyəti ilə bağlı həyata keçirmək istədiyi siyasətin toplusu idi. Eyni zamanda, sənəd dövlətin QHT sektoruna müxtəlif istiqamətlərdə vermək istədiyi dəstəyi açıq şəkildə əks etdirirdi.
Bu sənəd həm də ona görə mükəmməl idi ki, QHT-lər ilk dəfə hökumət üçün tərəfdaş kimi qəbul olunurdu. Konsepsiya QHT-lərin hökumətlə münasibətlərinin yeni müstəviyə keçdiyini nəzərdə tuturdu. Bir sözlə, konsepsiyanın təsdiq olunması ilə QHT sektorunda yeni mərhələnin başlanğıcı qoyuldu. QHT-lərin layihələrinin dövlət büdcəsi tərəfindən maliyyələşdirilməsi haqqında qərar qəbul olundu. Eləcə də, Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası yaradıldı. Bilirsiniz ki, şura QHT-lərlə bağlı dövlət siyasətinin həyata keçirilməsində ixtisaslaşmış orqan funksiyasını həyata keçirir. Heç də təsadüfi deyil ki, bu cür dövlət dəstəyi ilə təmin olunmuş QHT-lərlə bağlı qanunvericilikdəki boşluqların aradan qaldırılmasına ehtiyac var idi.
- “Qeyri-hökumət təşkilatları haqqında” Qanuna dəyişikliklərin edilməsi hansı zərurətdən yarandı?
- Bütövlükdə, QHT sektorunun fəaliyyətini tənzimləyən qanun 2000-ci ildə qəbul olunub. Dediyim kimi, ötən müddətdə QHT sektorunun inkişafı bu qanunun da təkmilləşdirilməsini zəruri edib. Dəyişikliklərin əsas məğzi və mahiyyəti ondan ibarətdir ki, Azərbaycanda qeyri-hökumət təşkilatları ilə bağlı qanunvericilik təkmilləşsin, QHT-lərin fəaliyyətini tənzimləyən ümumi normalar qanunvericilikdə öz əksini tapsın. Eləcə də, QHT sektorunun inkişafı ilə bağlı olan boşluqlar aradan qaldırılsın. Düşünürəm ki, 3 həftəyə yaxın apardığımız ictimai diskussiyalar qanun layihəsinin daha təkmil formada hazırlanmasına gətirib çıxardı. Bu, həm də vətəndaş cəmiyyətinin inkişafı ilə əlaqədar indiyə qədər həyata keçirilən dövlət siyasətinin davamı kimi qəbul edilə bilər. Müzakirələr zamanı parlamentdə ən müxtəlif fikirlər səsləndi. Təqdiredici haldır ki, Milli Məclis bu məsələ ilə bağlı açıq diskussiya apardı və QHT-lərin təkliflərini nəzərə aldı. Bu, həm də onun göstəricisidir ki, ölkədə həqiqətən tam demokratik mühit mövcuddur. Bunun nəticəsində qanun layihəsinin təkmilləşmiş variantı qəbul olundu.
Əlavə olunmuş dəyişiklikdə QHT-lərin üzərinə belə bir öhdəlik qoyulur ki, onlar Azərbaycanın dövlət orqanlarının adından istifadə etməsinlər. Eyni zamanda, tanınmış şəxslərin özlərinin və hüquqi varislərinin razılığı olmadan onların adlarından istifadə edilməsin. Elə QHT-lər var ki, Azərbaycanın dövlət atributlarından istifadə edirlər. Müxtəlif dövlət orqanlarının adından istifadəyə cəhd olunur. Amma qanunvericiliklə bütün bunlar yolverilməzdir.
- QHT-lərin filiallarının fəaliyyətinin tənzimlənməsi də ciddi məsələlərdəndir. Bu məsələ necə tənzimlənəcək?
- Bilirsiniz ki, mövcud qanunvericiliyə əsasən Azərbaycanda fəaliyyət göstərən QHT-lər istər ölkə daxilində, istərsə də xaricdə özünün filialını və nümayəndəliklərini yarada bilər. Amma indiki əlavədə bu məsələ daha da aydınlaşır. Qeyd olunur ki, bu QHT-ləri, filial və nümayəndəliklərini yaradarkən onların qeydiyyata alınması tələb edilmir. Yalnız bu haqda müvafiq orqanlara məlumat verilməlidir. Azərbaycanda daimi yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər QHT təsisçiləri ola bilərlər. Eyni zamanda, göstərilir ki, xarici QHT-lərin Azərbaycandakı nümayəndəliklərinin rəhbərlərinin müavinləri Azərbaycan vətəndaşı olmalıdır və məsələni də həmin təşkilatın özü həll etməlidir. Bu da, hesab edirəm ki, xarici QHT-lərin Azərbaycanda fəaliyyətinin daha düzgün tənzimlənməsində önəmli rola malik olacaq.
- Bəs, QHT-lərin maliyyə şəffaflığı necə təmin olunacaq?
- QHT-lərin maliyyələşməsi ilə bağlı hər hansı məhdudlaşdırıcı müddəalar yoxdur. Sadəcə, QHT-lər hər il aprelin 1-dək müvafiq icra hakimiyyəti orqanına maliyyə hesabatı verməlidirlər. Qeyd etmək istəyirəm ki, QHT-ləri narahat edən müddəalar layihədən çıxarılıb və Milli Məclisdə müzakirələr zamanı biz yeniləşdirilmiş təkliflərə hər hansı irad eşitmədik. çünki hamı etiraf edir ki, 2000-ci ildə qəbul edilmiş qanunun təkmilləşdirilməsinə ehtiyac var idi. QHT-lərin fəaliyyətinin məğzində bu dayanır ki, onun əldə etdiyi bütün vəsaitləri təsisçilər arasında bölə və kommersiya məqsədləri üçün istifadə edə bilməzlər. Onlar vəsaitləri nizamnamədə əks olunan məqsədlər üçün xərcləyə bilərlər. Bu gün Azərbaycanda QHT-lər üçün yaradılan şərait Şərqi Avropa ölkələri ilə müqayisə olunacaq səviyyədədir. Əminəm ki, yaxın illərdə QHT-hökumət münasibətlərində Azərbaycan modeli kimi təcrübə də müzakirələrin predmeti olacaq.
- ümumiyyətlə, ölkədə nə qədər QHT fəaliyyət göstərir?
- Azərbaycanda fəaliyyət göstərən QHT-lərin sayı 3200-ə bərabərdir. Onların 3000-i dövlət qeydiyyatından keçib, 200-ü isə Azərbaycan qanunvericiliyinə uyğun şəkildə qeydiyyatsız fəaliyyət göstərirlər. Mən həmişə QHT-lərin qeydiyyat prosedurunun sadələşdirilməsinin tərəfdarı olmuşam və yenə də bu fikirdəyəm. QHT-lərin qeydiyyatdan keçməsi özləri üçün faydalıdır. çünki onlar qeydiyyatdan keçəndə hüquqi şəxs olur və hüquqi şəxs kimi rekvizitlərə, bank hesablarına, digər imkanlara malik olurlar. Beləliklə də, onlar şəffaf fəaliyyət göstərirlər. Bütün maliyyə əməliyyatları bank vasitəsilə həyata keçirildiyi üçün şəffaflıq təmin edilir.
- Təəssüf ki, QHT-lər arasında milli maraqlarımıza zidd fəaliyyət göstərənlər də olub...
- Azərbaycanın milli maraqları, təhlükəsizliyi əsas məsələdir. Ona görə də, güclü dövlət, güclü vətəndaş cəmiyyəti qurmaq istəyiriksə, ilk növbədə onun təhlükəsizliyi təmin edilməlidir. Hər bir xarici QHT-nin Azərbaycanda fəaliyyəti şəffaf olmalıdır. Onların fəaliyyətindən Azərbaycan vətəndaşları faydalanmalıdır. Əgər onların fəaliyyətində Azərbaycanın təhlükəsizliyini təhdid edən məqamlar olarsa, xarici dövlətlərin marağı önə çıxarılırsa və bir qrup şəxs bundan faydalanırsa, belə halların qarşısı alınır. Belə olan halda, nəinki qanunvericilikdə, hətta praktikada əməli mübarizə aparılmalıdır. Hesab edirəm ki, müvafiq dövlət orqanları bu məsələyə nəzarət edir. Amma yaxşı olar ki, bütün vətəndaşlar belə hallara qarşı mübarizə aparsın.
Yenə də xatırlatmaq istəyirəm ki, məkrli niyyətlərlə fəaliyyət göstərən təşkilatlar olub və bu gün də var. Yəni, QHT-ləri özünə qalxan edib fəaliyyət göstərən qurumlar olub. Amma dövlət institutlarımız kifayət qədər güclüdür və onlar hər hansı təhdidə qarşı mübarizə aparmaq iqtidarındadır.
Xəbər lenti
Hamısına bax
YAP xəbərləri
19 Sentyabr 23:19

Siyasət
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:00

YAP xəbərləri
19 Sentyabr 21:14

YAP xəbərləri
19 Sentyabr 20:42

YAP xəbərləri
19 Sentyabr 20:10

YAP xəbərləri
19 Sentyabr 19:07

Xəbər lenti
19 Sentyabr 18:49

Dünya
19 Sentyabr 18:25

YAP xəbərləri
19 Sentyabr 18:01

YAP xəbərləri
19 Sentyabr 18:00

Xəbər lenti
19 Sentyabr 17:54

Dünya
19 Sentyabr 17:19

Elm
19 Sentyabr 17:09

YAP xəbərləri
19 Sentyabr 17:06

YAP xəbərləri
19 Sentyabr 17:05

YAP xəbərləri
19 Sentyabr 17:03

Dünya
19 Sentyabr 16:51

Dünya
19 Sentyabr 16:22

YAP xəbərləri
19 Sentyabr 16:11

YAP xəbərləri
19 Sentyabr 16:04

Dünya
19 Sentyabr 15:33

Dünya
19 Sentyabr 15:12

YAP xəbərləri
19 Sentyabr 15:02

YAP xəbərləri
19 Sentyabr 15:01

YAP xəbərləri
19 Sentyabr 15:00

Dünya
19 Sentyabr 14:48

Formula 1
19 Sentyabr 14:47

Xəbər lenti
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:43

YAP xəbərləri
19 Sentyabr 14:41

YAP xəbərləri
19 Sentyabr 14:40
YAP xəbərləri
19 Sentyabr 14:39

YAP xəbərləri
19 Sentyabr 14:38

YAP xəbərləri
19 Sentyabr 14:37

Dünya
19 Sentyabr 14:32

YAP xəbərləri
19 Sentyabr 14:21

YAP xəbərləri
19 Sentyabr 14:18

YAP xəbərləri
19 Sentyabr 14:16

Dünya
19 Sentyabr 14:15

Dünya
19 Sentyabr 13:59

YAP xəbərləri
19 Sentyabr 13:27

Dünya
19 Sentyabr 13:10

YAP xəbərləri
19 Sentyabr 13:07

YAP xəbərləri
19 Sentyabr 13:00

YAP xəbərləri
19 Sentyabr 12:58

Dünya
19 Sentyabr 12:27

Gündəm
19 Sentyabr 12:25

Gündəm
19 Sentyabr 12:23

YAP xəbərləri
19 Sentyabr 12:17

YAP xəbərləri
19 Sentyabr 12:17

YAP xəbərləri
19 Sentyabr 12:10

Dünya
19 Sentyabr 12:08

Dünya
19 Sentyabr 11:53

YAP xəbərləri
19 Sentyabr 11:37

YAP xəbərləri
19 Sentyabr 11:17

YAP xəbərləri
19 Sentyabr 11:06

YAP xəbərləri
19 Sentyabr 11:00
YAP xəbərləri
19 Sentyabr 10:58

Gündəm
19 Sentyabr 10:58

YAP xəbərləri
19 Sentyabr 10:53
YAP xəbərləri
19 Sentyabr 10:52

YAP xəbərləri
19 Sentyabr 10:50

Analitik
19 Sentyabr 10:45

YAP xəbərləri
19 Sentyabr 10:41

YAP xəbərləri
19 Sentyabr 10:39

Siyasət
19 Sentyabr 10:37

Hadisə
19 Sentyabr 10:36
