Yeni Azərbaycan Partiyası beynəlxalq əlaqələrini genişləndirir
20.05.2009 [09:51]
- Siyavuş müəllim, bugünlərdə Qazaxıstanın hakim “Nur Otan” Partiyasının qurultayında iştirak etmisiniz. Bu ölkəyə səfərinizin nəticələri haqqında məlumat verməyinizi xahiş edirik.
- Qazaxıstanın iqtidar partiyası olan “Nur Otan” Partiyası ilə YAP arasında çox sıx əlaqələr mövcuddur. Partiyalarımız arasında münasibətlər yüksək səviyyədədir. Qazaxıstanın hakim partiyasının nümayəndələri də ikitərəfli əməkdaşlıq müstəvisində vaxtaşırı olaraq ölkəmizə səfərlər edir. Qazaxıstana son səfərimizin məqsədi “Nur Otan” Partiyasının XII qurultayı, həmçinin, bu partiyanın 10 illik yubileyi ilə bağlı idi. YAP-ın nümayəndə heyəti olaraq mən və Milli Məclisin deputatı Ərəstun Cavadov bu partiyanın qurultayında iştirak etdik. Ayın 13-dən 17-dək Almatıda və Astana şəhərlərində olduq. öncə mayın 14-də “Nur Otan” Partiyasının təşkilatçılığı ilə ayrı-ayrı dövlətlərdən olan 14 siyasi partiyanın nümayəndələrinin qatıldığı Dəyirmi Masa keçirildi. Dəyirma Masanın mövzusu dünyada baş verən iqtisadi böhranın aradan qaldırılmasında siyasi partiyaların roluna həsr olunmuşdu. çin, Rusiya, Malayziya, İndoneziya, Hindistan, Qırğızıstan, Monqolustan, Fransa, İtaliya, İspaniya və s. ölkələrdən olan nümayəndələr bu mövzuda fikir mübadiləsi apardılar. ümumilikdə belə rəy oldu ki, böhranın aradan qaldırılması prosesində siyasi partiyaların qarşılıqlı əlaqələri öz töhfəsini verə bilər. Asiya ölkələrinin Siyasi Partiyalarının Forumunun növbəti toplantısı sentyabr ayında olacaq. Belə bir tövsiyə oldu ki, 50-dən çox ölkə və 200-dən artıq siyasi partiyanın iştirakı ilə Forumda bu məsələ gündəliyə salınsın və geniş müzakirələr aparılsın.
Mayın 15-də isə “Nur Otan” Partiyasının qurultayı öz işinə başladı. Qurultayda həm partiyanın, həm də Qazaxıstanın həyatı üçün vacib olan qərarlar qəbul olundu. Partiyanın sədri, Qazaxıstan prezidenti Nursultan Nazarbayev görülən işlər və qarşıda duran vəzifələr haqqında çıxış etdi. Nümayəndə heyəti olaraq biz YAP adından təbriklərimizi çatdırdıq.
- Səfər çərçivəsində digər ölkələrin partiya nümayəndələri ilə ikitərəfli görüşləriniz oldumu?
- Bəli, bir sıra partiyaların nümayəndələri ilə görüşdük. Qırğızıstanın “Ağ Yol” Partiyası, Rusiyanın “Yedinaya Rossiya” Partiyası, Türkiyənin “Ədalət və İnkişaf” Partiyası, Monqolustan, Malayziyadan olan partiyaların nümayəndələri ilə ikitərəfli görüşlərimiz oldu. Görüşlər zamanı əlaqələrimizin daha da genişləndirilməsi haqqında ətraflı fikir mübadiləsi apardıq.
- YAP dünyanın bir çox nüfuzlu siyasi partiyaları ilə sıx əməkdaşlıq edir. Bu mənada beynəlxalq əlaqələr haqqında nə deyə bilərsiniz və bu istiqamətdə daha hansı layihələr həyata keçiriləcək?
- Partiyamızın çox geniş beynəlxalq əlaqələri mövcuddur. Həm Asiya ölkələri ilə, həm Avropa ölkələrinin siyasi partiyaları ilə əməkdaşlıq edirik. Bir il öncə Bakıda YAP-ın təşəbbüsü ilə “Sivilizasiyaların dialoqu: siyasi partiyaların rolu” mövzusunda beynəlxalq konfrans keçirildi. Həmin konfransda dünyanın aparıcı dövlətlərini təmsil edən 30-dan artıq siyasi partiyanın nümayəndələri iştirak edirdi. Bütövlükdə həmin partiyaların hər biri ilə çox sıx əlaqələrimiz var.
- Hakim partiyanın uğurlarının əsasında duran amillərdən biri də dünyanın müasir seçki texnologiyalarından səmərəli istifadə etməsidir. Son seçkiləri böyük qələbələrlə başa vuran YAP-ı qarşıda bələdiyyə seçkiləri də gözləyir. Partiyanın bələdiyyə seçkilərinə hazırlığı barədə nə deyə bilərsiniz?
- Referendumun nəticələrini dairə və məntəqələr üzrə müzakirə etdik və təhlillərimizi apardıq. Bizim hər bir məntəqədə müşahidəçilərimiz var idi ki, seçkinin gedişi haqqında mütəmadi olaraq məlumat verirdilər. Seçkidən sonra isə onlara blanklar vermişdik ki, oraya öz fikir və rəylərini bildirməklə, hər məntəqə üzrə fikirlərini çatdırsınlar. Biz bütün bunların geniş təhlilini apardıq. Partiyamızda bələdiyyə seçkiləri ilə bağlı ciddi hazırlıq işləri gedir. Artıq bu ayın sonundan bələdiyyə seçkilərinə hazırlıqla əlaqədar zona müşavirələrinin keçirilməsinə başlanacaq. Rayon və şəhər təşkilatları üçün həm qanunvericiliyin tam öyrənilməsi və tətbiqi, həm də namizədlərin seçilməsi, onların müəyyənləşdirilməsi məsələləri gündəmdə durur. Bu barədə seçki planımıza uyğun olaraq seçkilərə hazırlıq məqsədi ilə rayon və şəhər təşkilatlarında tədbirlər keçiriləcək. Onların iş planı təsdiq olunacaq və buna uyğun fəaliyyət göstərəcəklər. Prezident seçkilərində və referendumda fəal iştirak edən gənclərin və qadınların potensialından istifadə etməyi düşünürük. çünki son seçkilərin hazırlanmasında, təbliğat-təşviqat işlərində gənclərin və qadınların potensialından səmərəli istifadə etdik.
- Bələdiyyə seçkiləri ilə əlaqədar Seçki Məcəlləsinə dəyişikliklərin edilməsi təklifinə münasibətiniz necədir?
- Yeni Azərbaycan Partiyası tərəfindən Seçki Məcəlləsinə bələdiyyələrlə əlaqədar müəyyən təkliflər irəli sürülüb. ölkədə iki dəfə bələdiyyə seçkiləri keçirilib və həyat göstərdi ki, respublikamızda bələdiyyələrimizin sayı həddindən artıq çoxdur. Bələdiyyələrin sayının azaldılması məsələsi aktual mövzudur. Bu, bizim təklifimizdir. Bu gün böyük rayonlarda elə yerlər var ki, orada 19 nəfər, 17 nəfər, 15 nəfər və 3 nəfərə qədər bələdiyyə üzvü mövcuddur. Bu da həddindən artıq çoxdur. Biz bu sayın kifayət qədər azaldılmasının tərəfdarıyıq. Bu amil bələdiyyələrin işinin keyfiyyətli olmasına, idarəçilik sisteminin təkmilləşməsinə böyük kömək göstərə bilər.
- 2004-cü ildə bələdiyyə seçkilərini boykot edən müxalifət partiyaları bu dəfə seçkilərdə iştirak etmək istəklərini bəyan ediblər. Amma bunun üçün bəzi şərtlər irəli sürməkdədirlər...
- YAP həmişə cəmiyyətdə dialoqun tərəfdarı kimi çıxış edib. Amma bu, seçkidir. Kim istəsə iştirak edə və ya etməyə bilər. Sadəcə olaraq, müxalifətin bütün yerlər üzrə namizəd irəli sürməsi üçün potensialı yoxdur. Söhbət bundan gedir. Eyni zamanda, potensialla yanaşı, elə namizəd olmalıdır ki, onun seçilmə imkanları mümkün olsun. Parlament seçkilərindən fərqli olaraq bələdiyyə seçkiləri daha mürəkkəbdir. Yerlərdə namizədləri daha yaxşı tanıdıqları üçün mübarizə də daha gərgin gedir. Biz namizəd irəli sürərkən məhz bu amili əsas götürürük və nəzərə alırıq ki, həmin namizəd insanlar arasında daha yaxşı tanınır. Siyasi partiyaların rəhbərlərinə tövsiyə edirəm ki, öz namizədliklərini versinlər, görsünlər ki, heç olmasa bələdiyyə üzvü seçiləcəklər ya yox. çünki onlar böyük iddialarla yaşayırlar. Ona görə də ilk növbədə güclərini bələdiyyə seçkilərində sınamalıdırlar.
- Siyavuş müəllim, Konstitusiyaya olunan dəyişikliklərdə bələdiyyələrlə də bağlı müəyyən müddəalar var. Bu baxımdan bələdiyyələr haqqında qanunlara hansı yeniliklərin edilməsi zəruridir?
- Təbii ki, müəyyən dəyişikliklər ediləcək. Bələdiyyələrlə bağlı Azərbaycanda 20-yə yaxın qanun var. Bu qanunların hamısı Avropa standartlarına cavab verir. Lakin Konstitusiya dəyişiklikləri ilə əlaqədar bələdiyyələrlə bağlı bir neçə müddəa ortaya çıxıb ki, bunlar qanunla tənzimlənməlidir. Məsələn, bələdiyyələrin parlamentdə hesabatı məsələsi. Bütün bunlar qanunvericiliklə tənzimlənəcək.
- Siz Milli Məclisin deputatı olaraq NATO Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüsünüz. Qurumun bu yaxında keçiriləcək yaz sessiyası haqqında nə deyə bilərsiniz?
- NATO-Azərbaycan münasibətləri yüksələn xətlə inkişaf edir. Bilirsiniz ki, hərbçilərimiz bu yaxınlarda Gürcüstanda keçirilən hərbi təlimlərdə iştirak etdi. Baxmayaraq ki, NATO üzvü olan və NATO ilə əməkdaşlıq edən ölkələrin bəziləri bu təlimlərdə iştirakdan imtina etmişdilər.
Mayın 22-27-də NATO Parlament Assambleyasının yaz sessiyası keçiriləcək. Nümayəndə heyəti sessiyanın gündəliyində duran məsələlər haqqında öz fikirlərini bildirəcəklər. Həm enerji təhlükəsizliyi, həm Cənubi Qafqazda baş verən hadisələrlə bağlı və digər məsələlərlə əlaqədar mövqeyimizi ifadə edəcəyik.
- Son olaraq bir məsələyə də münasibətinizi bilmək istərdik. Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri nəinki ölkəmizdə, hətta dünyada da geniş müzakirə mövzusudur. Siz bu səfərin əhəmiyyətini necə qiymətləndirirsiniz?
- Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq əlaqələri mövcuddur. Narahatlıq doğuran məsələlərə gəlincə, Türkiyənin Baş nazirinin ölkəmizə səfəri zamanı bu məqamlara aydınlıq gətirildi. Görüşlər zamanı Azərbaycan Prezidenti İlham Əliyev qeyd etdi ki, narahatlıq doğuran məqamlar artıq keçmişdə qaldı. Türkiyənin Baş naziri ölkəsinin mövqeyini açıq şəkildə bəyan etdi. Bizim aramızda dostluq və qardaşlıq münasibətləri var. Bu münasibətlərə heç kəs kölgə salmamalıdır. Hesab edirəm ki, münasibətlərimiz bundan sonra da yüksələn xətlə inkişaf edəcək. ümummilli liderimiz Heydər Əliyevin dediyi kimi, Azərbaycanla Türkiyə “bir millət, iki dövlət”dir.
NARDAR
Xəbər lenti
Hamısına bax
Analitik
20 Sentyabr 10:15

YAP xəbərləri
20 Sentyabr 09:54

Analitik
20 Sentyabr 09:29

Analitik
20 Sentyabr 09:12

Sosial
20 Sentyabr 08:56

Ədəbiyyat
20 Sentyabr 08:32

YAP xəbərləri
19 Sentyabr 23:19

Siyasət
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:00

YAP xəbərləri
19 Sentyabr 21:14

YAP xəbərləri
19 Sentyabr 20:42

YAP xəbərləri
19 Sentyabr 20:10

YAP xəbərləri
19 Sentyabr 19:07

Xəbər lenti
19 Sentyabr 18:49

Dünya
19 Sentyabr 18:25

YAP xəbərləri
19 Sentyabr 18:01

YAP xəbərləri
19 Sentyabr 18:00

Xəbər lenti
19 Sentyabr 17:54

Dünya
19 Sentyabr 17:19

Elm
19 Sentyabr 17:09

YAP xəbərləri
19 Sentyabr 17:06

YAP xəbərləri
19 Sentyabr 17:05

YAP xəbərləri
19 Sentyabr 17:03

Dünya
19 Sentyabr 16:51

Dünya
19 Sentyabr 16:22

YAP xəbərləri
19 Sentyabr 16:11

YAP xəbərləri
19 Sentyabr 16:04

Dünya
19 Sentyabr 15:33

Dünya
19 Sentyabr 15:12

YAP xəbərləri
19 Sentyabr 15:02

YAP xəbərləri
19 Sentyabr 15:01

YAP xəbərləri
19 Sentyabr 15:00

Dünya
19 Sentyabr 14:48

Formula 1
19 Sentyabr 14:47

Xəbər lenti
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:43

YAP xəbərləri
19 Sentyabr 14:41

YAP xəbərləri
19 Sentyabr 14:40
YAP xəbərləri
19 Sentyabr 14:39

YAP xəbərləri
19 Sentyabr 14:38

YAP xəbərləri
19 Sentyabr 14:37

Dünya
19 Sentyabr 14:32

YAP xəbərləri
19 Sentyabr 14:21

YAP xəbərləri
19 Sentyabr 14:18

YAP xəbərləri
19 Sentyabr 14:16

Dünya
19 Sentyabr 14:15

Dünya
19 Sentyabr 13:59

YAP xəbərləri
19 Sentyabr 13:27

Dünya
19 Sentyabr 13:10

YAP xəbərləri
19 Sentyabr 13:07

YAP xəbərləri
19 Sentyabr 13:00

YAP xəbərləri
19 Sentyabr 12:58

Dünya
19 Sentyabr 12:27

Gündəm
19 Sentyabr 12:25

Gündəm
19 Sentyabr 12:23

YAP xəbərləri
19 Sentyabr 12:17

YAP xəbərləri
19 Sentyabr 12:17

YAP xəbərləri
19 Sentyabr 12:10

Dünya
19 Sentyabr 12:08

Dünya
19 Sentyabr 11:53

YAP xəbərləri
19 Sentyabr 11:37

YAP xəbərləri
19 Sentyabr 11:17

YAP xəbərləri
19 Sentyabr 11:06

YAP xəbərləri
19 Sentyabr 11:00
YAP xəbərləri
19 Sentyabr 10:58

Gündəm
19 Sentyabr 10:58

YAP xəbərləri
19 Sentyabr 10:53
YAP xəbərləri
19 Sentyabr 10:52
