/ / Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət Azərbaycanın firəvan gələcəyinin təminatıdır
Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət Azərbaycanın firəvan gələcəyinin təminatıdır
09.05.2009 [22:40]
- Yaqub müəllim, hazırda respublikamızın bütün guşələrində ümummilli Liderimiz Heydər Əliyevin anadan olmasının 86-cı ildönümü təntənəli şəkildə qeyd olunmaqdadır. Siz xalqımızın və dövlətimizin inkişafı naminə misilsiz xidmətlər göstərmiş Heydər Əliyevin rəhbərliyi altında çalışan şəxs kimi Ulu öndərimizi necə xatırlayırsınız? Onun Azərbaycan tarixində rolu barədə fikirlərinizi bilmək istərdik...
- Ulu öndər Heydər Əliyev dahi şəxsiyyət idi. Ulu öndərimiz hələ sovetlər dönəmində fəaliyyətə başlayandan Azərbaycanın inkişafı üçün çalışıb. Heydər Əliyev ilk azərbaycalı idi ki, təhlükəsizlik orqanlarında general rütbəsi aldı. Həmin dövrdən Onun böyükmiqyaslı fəaliyyətində azərbaycançılıq və gələcək Azərbaycanın konturları görünürdü. Bilirsiniz ki, həmin zamanlar təhlükəsizlik orqanlarına digər millətlərin nümayəndələri rəhbərlik edirdi. Heydər Əliyev ilk azərbaycanlı idi ki, SSRİ rəhbərliyi ona etimad göstərmişdi. çünki rəhbərlik hesab edirdi və görürdü ki, Heydər Əliyev böyük masştablı bir insandır. Heydər Əliyev hansı işdə çalışırsa-çalışsın, öz bacarığı, qabiliyyəti və fitri istedadı qabarıq şəkildə görünürdü. Məhz bu səbəbdən də iki il DTK-nın sədri olandan sonra SSRİ rəhbərliyi tərəfindən Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin rəhbəri vəzifəsinə tövsiyə edildi və Azərbaycan Kommunist Partiyasının plenumunda I katib seçildi. Bu hadisənin baş verdiyi 1969-cu ildə mən tələbə idim. Heydər Əliyev Azərbaycanda rəhbərliyə gəldikdən sonra bütün sahələrdə inkişaf özünü gösərdi. O vaxta qədər mövcud olan nöqsanların aradan qaldırılması istiqamətində qətiyyətli addımlar atdı. Təsəvvür edin, o zaman hər yerdə yeni rəhbərin bu fəaliyyəti müzakirə olunurdu və əhali tərəfindən yüksək qiymətləndirilirdi. 1971-ci ildə Azərbaycan Ali Sovetinə seçkilər keçirilirdi. Azərbaycanın gələcəyinin gənclərdə görən Heydər Əliyev o zamankı sovet ənənəsini pozdu və Ali Sovetdə bir tələbə gəncin yer alması təşəbbüsü ilə çıxış etdi. Hansı ki, SSRİ-nin tərkibində olan digər respublikalarda belə hadisə baş verməmişdi. Açığını deyək ki, sovet dövründə seçkilər indiki kimi keçirilmirdi. İndi istənilən şəxs parlament seçkilərində namizədliyini irəli sürə bilər. Amma o vaxt belə idi ki, bütün vəzifəli şəxslər - MK-nın katibləri, şöbə müdirləri, rayonların I katibləri deputat idilər. Eyni zamanda belə normativ var idi ki, məsələn, 5 sağıcı, 5 fəhlə, digər xalqların nümayəndələri Ali Sovetdə təmsil olunmalı idi. Belə bir şəraitdə Ulu öndər Heydər Əliyev Ali Sovetdə bir tələbə gəncin də təmsil olunması təşəbbüsü ilə çıxış etdi. Heydər Əliyev 1969-cu ilin iyul ayında Azərbaycana rəhbər seçiləndə mən tələbə-inşaat dəstəsinin tərkibində Polşada idim və Bakıya qayıtdıqdan sonra respublikaya yeni rəhbərin seçilməsi haqqında eşitdim. Yəni bizim heç bir tanışlığımız yox idi. Bütün şəhər danışırdı ki, yeni rəhbər nöqsanların aradan qaldırılması üçün ciddi tədbirlər görür və hamıdan düzgün işləməyi tələb edirdi. Bir sözlə, Heydər Əliyev Ali Sovetdə təmsil olunmaq istəyən tələbə üçün 5 şərt irəli sürmüşdü. 1-si əlaçı, 2-si ictimaiyyətçi, 3-sü komsomolçu, 4-sü fəhlə ailəsindən olmalıydı, 5-si isə hərbi xidmət keçməli idi. Bu fakt onu göstərir ki, Ulu öndər Heydər Əliyev öz fəaliyyətində daim ədalət prinsipini uca tuturdu və hamıya da bunu tövsiyyə edirdi. Əlbəttə, O, istəsəydi özünün tanıdığı yaxınlarından birini deputatlığa məsləhət görərdi. Amma həm DTK-da, həm də Mərkəzi Komitədə işləyəndə ədalət, qayğı, düzgünlük, hamıya eyni gözlə baxmaq, ulu öndərin fəaliyyət prinsipi idi. Təbii ki, Heydər Əliyevin bu təşəbbüsündən sonra bütün ali məktəblərdən yuxardakı tələblərə cavab verən təxminən 184 namizəd irəli sürüldü ki, onlardan biri də indiki İnşaat və Memarlıq Universitetinin tələbəsi olaraq mən idim. Bu sayda namizədlər arasında ulu öndər Heydər Əliyev mənim namizədliyim üzərində dayanmışdı və məni Mərkəzi Komitəyə dəvət etdi. O zaman Heydər Əliyev məhz bu binada və bu kabinetdə çalışırdı. Mən bu kabineti hətta təmir etdirməmişəm və tarixi bir otaq kimi Heydər Əliyevin fəaliyyəti dövründə necə idisə, elə də qalır. O dedi ki, Mərkəzi Komitəyə dəvət etməkdə məqsəd mənimlə yaxından tanış olmaq və gənclərin Azərbaycanın gələcəyinə baxışlarını öyrənməkdir. Beləliklə, 1971-ci il seçkilər zamanı mənim deputatlığa namizədliyim irəli sürüldü və seçkilərdə qələbə qazandım. Bununla da, mənim həyatım və fəaliyyətim bu dahi şəxsiyyətlə bağlı oldu. ümumiyyətlə Heydər Əliyev hələ sovetlər dövründə fəaliyyəti ilə sübut etdi ki, ən böyük azərbaycanlıdır. “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” deyən Ulu öndərimiz daim Azərbaycanın inkişafı və tərəqqisi üçün çalışıb.
- Ulu öndərimizin SSRİ rəhbərliyində fəaliyyəti də zəngin siyasi məktəbdir...
- Uğurlu fəaliyyəti nəticəsində Ulu öndərimiz Moskvada yüksək dövlət vəzifəsinə irəli çəkildi. Heydər Əliyev Azərbaycanın rəhbəri olmayana qədər, hətta Moskvada bizi tanımırdılar. Bizə gürcü, hətta erməni də deyənlər var idi. Heydər Əliyev böyük azərbaycanlı olaraq respublikamıza rəhbərlik edəndən sonra Azərbaycanı bütün dünya tanıdı. Bütün bunlar isə Onun işinə, qabiliyyətinə və dahiliyinə görə qazanılırdı. Bu siyasət Azərbaycanın gələcəyinə, müstəqilliyinə, vətəndaşların yaxşı yaşamasına, respublikamızın dünyada layiqli yer tutmasına xidmət edirdi. O zaman SSRİ-nin digər republikalarına nisbətən Azərbaycan dəfələrlə keçici qırmızı bayraqlar aldı və hər sahədə birinci oldu. çünki Heydər Əliyev imkan verməzdi ki, Azərbaycan ikinci olsun. Beləliklə, digər respublikalardan hamı Heydər Əliyevin işini öyrənmək, Onun təcrübəsi ilə yaxından tanış olmaq üçün Azərbaycana gəlirdi. O dövrdə bütün sahələr - kənd təsərrüfatı, sənaye və digər sahələr sürətlə inkişaf etdi, eyni sayda müəssələr yarandı. Təbii ki, böyük müəssisələri yaratmaq üçün Moskvanın icazəsini almaq lazım idi. Məhz Heydər Əliyevin qətiyyətinə, mövqeyinə və Ona olan hörmətə görə SSRİ rəhbərliyi buna gedirdi. Azərbaycan keçici bayraqlar alırdı, müxtəlif sahələrdə fərqlənən insanlara dövlətin ali mükafatları təqdim olunurdu. Bütün bunlar Ulu öndər Heydər Əliyevin sayəsində baş verirdi.
Bir sözlə Heydər Əliyev Azərbaycanı yenidən yaratdı və Azərbaycançılığın təməlini qoydu. Biz hər zaman Heydər Əliyevlə qürur duyurduq. Heydər Əliyev SSRİ-nin Nazirlər Sovetinin sədrinin I müavini işləyəndə də fəaliyyəti hamı üçün nümunə oldu. Mən deyərdim ki, Ulu öndərimiz SSRİ-nin rəhbəri olmağa da layiq idi. Amma Onun paxıllığını çəkənlər çox idi və Qorbaçov Heydər Əliyevi siyasətdən uzaqlaşdırmağa çalışırdı, müvəqqəti də olsa buna nail oldu.
Əgər Heydər Əliyev hakimiyyətdə olsaydı, heç vaxt Dağlıq Qarabağ problemi yaranmazdı və bu qədər torpaqlarımız işğal olunmazdı. Yəni heç kimin cürəti çatmazdı ki, belə bir istəkdə olsun. Qorbaçovdan əvvəlki SSRİ rəhbərlərinin hamısı Heydər Əliyevə inanır və Onunla hesablaşırdılar. Ona görə yox ki, Heydər Əliyev vəzifədə idi, sadəcə onlar Heydər Əliyevin ağlına, biliyinə, işgüzarlığına, etibarlığına və dostluğuna inanırdılar.
Təsəvvür edin, Heydər Əliyev istefaya gedəndən sonra, Onun yaxınlarını da vəzifələrdən kənarlaşdırırdılar. Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası yarandıqdan sonra, mən də işlədiyim indiki Memarlıq və İnşaat Universitetində partiyanın ilk təşkilatını yaratdım. Buna görə də məni prorektor vəzifəsindən çıxartdılar. Amma Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra öz inandığı, etibar etdiyi və ona sadiq insanları ətrafına topladı. Amma təəssüf ki, Heydər Əliyev çörəyini yemiş, Onun sayəsində irəli çəkilmiş şəxslər də oldu ki, çətin zamanlarda Ulu öndərimizə xəyanət etdilər. Bütün bunlara baxmayaraq, Azərbaycan yenidən Heydər Əliyevin rəhbərliyi ilə inkişaf və tərəqqi yoluna çıxdı. Azərbaycan xalqı fəxr edir ki, onun Heydər Əliyev kimi dahi rəhbəri, böyük lideri olub. Mən Ulu öndər Heydər Əliyevin doğum günü münasibətilə xalqımızı təbrik edirəm. Heydər Əliyev daim bizimlədir və bundan sonra da bizimlə olacaq.
- Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət uğurla davam etdirilir...
- Bəli, Ulu öndər Heydər Əliyev özündən sonra da dahi şəxsiyyət yetişdirdi ki, Onun işini davam etdirsin. Biz Heydər Əliyev hakimiyyəti dövründə olduğu kimi indi də arxayınıq ki, Prezident İlham Əliyev Ulu öndər Heydər Əliyevin arzularını uğurla həyata keçirəcək. Hazırda Prezident İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasət, xalqa olan məhəbbəti hər birimizdə qürur hissi oyadıb. Xalqımız qürur duyur ki, onun İlham Əiyev kimi Prezidenti var.
- Ulu öndər Heydər Əliyev Azərbaycanın inkişaf strategiyasını müəyyənləşdirib və ölkəmiz məhz bu strategiyaya uyğun olaraq inkişaf etməkdədir. Ulu öndərimizin müəllifi olduğu neft strategiyası da bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Siz neft strategiyasını Azərbaycan, eləcə də Avropanın enerji təhlükəsizliyi baxımından necə dəyərləndirirsiniz?
- Təbii ki, uğurlu neft strategiyası Azərbaycanın inkişafının əsasını təşkil edir. Hər bir vətəndaşımız Ulu öndərimizin müəllifi olduğu bu strategiyanın əhəmiyyətini dərindən dərk edərək, ölkəmizin inkişafı üçün nə qədər əhəmiyyətli olduğunu dəyərləndirir. Onu da deyim ki, neft strategiyasının hazırlanıb, həyata keçirilməsi çox çətin proses idi. Bilirsiniz ki, Azərbaycanın müstəqilliyini istəməyən xarici qüvvələr hər vəchlə neft müqavilələrinin imzalanmasına imkan vermək istəmirdilər. Amma Heydər Əliyevin qətiyyəti öz sözünü dedi. Doğrusu, mən inanmıram ki, Heydər Əliyevdən başqa kimsə o zamanlar neft strategiyasını reallışdıra bilərdi. Bu gün isə Prezident İlham Əliyev Ulu öndərimizin müəyyənləşdirdiyi siyasəti eyni dərəcədə qətiyyətlə davam etdirir. Bu gün bu siyasət Azərbaycanı regionun lider dövlətinə çevirib, öləkəmizin dünyada nüfuzu artmaqdadır. Təbii ki, bütün dünyada Azərbaycanda həyata keçirilən işlərə daim diqqət yetirirlər, prosesləri izləyirlər və ölkəmizlə hesablaşırlar. Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və bu siyasət Azərbaycanın firəvan gələcəyinin təminatıdır.
- Yaqub müəllim, dünya iqtisadi böhranı şəraitində Azərbaycanın uğurlu inkişafı davam etməkdədir. Dövlət başçısı İlham Əliyev böhranın ölkəmizə daha az təsir etməsi üçün öz tapşırıqlarını, tövsiyələrini verib. Bilmək istərdik ki, hökumət bu yöndə hansı tədbirləri həyata keçirir?
- Prezident İlham Əliyev böyük dövlət və siyasi xadim kimi Azərbaycanın gələcək inkişafının perspektivlərini müəyyənləşdirib. Məhz Azərbaycanın dünya böhranından kənarda qalması Prezidentimizin uzaqgörən və məqsədyönlü siyasətinin nəticəsində baş verib. Təbii ki, dövlətmizin başçısı bütün məsələlərlə əlaqədar öz tövsiyələrini, tapşırıqlarını verir və Nazirlər Kabineti bu tapşırıqları icra edir. Yəni dövlət başçısının həyata keçirdiyi düzgün siyasət Azərbaycanı qeyd etdiyiniz problemdən sığortalayır. Hökumət rəsmisi olaraq tez-tez xarici səfərlərdə oluram. Əcnəbilər dünya böhranı şəraitində Azərbaycanın iqtisadi sabitliyinə təəccüblənirlər. çünki Azərbaycan dünyada neft ölkəsi kimi tanınırdı. Diqqət yetirin, neftin qiyməti 3 dəfə aşağı düşsə də, Azərbaycan iqtisadiyyatının artım tempi ağaşı düşmür. ölkəmiz ümumidaxili məhsulun istehsalının həcminə görə dünyada birinci yerdə olaraq qalır. Bu ilin I rübündə isə Azərbaycanın iqtisadiyyatının artım tempi 4 faizdən çoxdur. Amma qeyri-neft sektorunda artım tempi 14 faizdir. Göründüyü kimi, artıq Azərbaycan neftdən asılı deyil və neftin qiymətinin aşağı düşməsi iqtisadiyyatımıza mənfi təsir göstərmir.
- ümumiyyətlə, enerji siyasətinin tərkib hissəsi olaraq ölkədə nə qədər yanacaq və elektrik enerjisinin istehsal olunması gözlənilir?
- Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, biz nəinki özümüzü, digər qonşu dövlətləri də elektrik enerjisi və neft məhsulları ilə təmin edə bilərik. Bu gün uğurlu siyasət nəticəsində iki dəfədən artıq elektrik enerjisinin istehsalı üçün müəssisələr yaratmışıq. Hazırda imkanımız var ki, bu sayda nəinki özümüzü, qonşu dövlətləri də təmin edək. Azərbaycan isə özünün enerji təhlükəsizliyini tam təmin edib.
- “Şahdəniz” layihəsi çərçivəsində daha hansı ölkələrə təbii qaz ixrac olunacaq?
- “Şahdəniz” yatağının ikinci fazası istismara verildikdən sonra Azərbaycan hər bir layihəyə qoşulmağa hazırdır. ölkəmiz özünün enerji siyasətini hər hansı dövlətə qarşı aparmır. Həyata keçirilən siyasət dövlətin iqtisadi maraqlarına və iqtisadi səmərəliyinə əsaslanır. Əlbəttə təbii qazı ixrac etmək üçün istiqamətlər çoxdur, ancaq biz qeyd etdiyim kimi prioritet olaraq dövlətimizin iqtisadi maraqlarını əsas götürürük.
- Bəs xaricə nəql olunan təbii qazın qiymətinin artımı gözlənilirmi?
- Azərbaycan bu yöndə müqavilələr imzalayarkən, qazın qiyməti ucuz idi. Xatırladım ki, “Əsrin müqaviləsi” imzalanarkən neftin bir barrelinin qiyməti 20 dollar idi. Sonradan bahalaşma baş verdi.Yəni qiymətlər imzalanmış müqavilələr əsasında müəyyənləşib. Qeyd etmək istəyirəm ki, qazla bağlı imzalanmış müqavilələr müzakirə olunur və hesab edirəm ki, yaxın dövrdə bu yöndə razılıq əldə olunacaq.
- Azərbaycan xarici dövlətlərlə iqtisadi əlaqələrini genişləndirməkdədir. Bu yöndə hökumətlərarası komissiyalar fəaliyyət göstərir ki, bu komissyaların bəzilərinə siz rəhbərlik edirsiniz. Bu baxımdan bilmək istərdik, yaxın vaxtlarda daha hansı hökumətlərarası komissiyaların iclasları keçiriləcək, hansı ölkələrlə sazişlər imzalanacaq?
- Azərbaycan bütün ölkələrlə normal münasibət qurmağa maraqlıdır. Təbii ki, bu müstəvidə ticarət və iqtisadi əlaqələr mühüm yer tutur. Bir çox ölkələrlə hökumətlərarası komissiyalar fəaliyyət göstərir. ümumiyyətlə bu fəaliyyət əməkdaşlığın genişlənməsinə, birgə müəssələrin yaradılmasına və bunun nəticəsində yeni iş yerlərinin açılmasına geniş imkanlar yaradır. Məlumat üçün deyim ki, bu günlərdə Belarusda səfərdə oldum. Bu dövlət ilə sıx iqtisadi münasibətlərimiz mövcuddur. Belarus Minsk Avtomobil zavodunun məhsullarının Gəncə Avtomobil zavodunda yığılmasını təmin etmişik, eləcə də Belarus traktorları Gəncədə yığılır və onun satışını təşkil etmişik. Səfər çərçivəsində bu zavodlar arasında saziş bağlandı. Saziş nəticəsində birgə müəssələr yaradılacaq və üçüncü ölkələr üçün traktor yığılıb satılacaq. Bu isə yeni iş yerlərinin açılması deməkdir, eyni zamanda biz maraqlıyıq ki, məhsullarımızı xarici ölkələrə ixrac edək. Məlumat üçün deyim ki, may ayının sonlarında Rusiya Federasiyası və Qazaxıstanla hökumətlərarası komissiyaların iclasları keçiriləcək.
Xəbər lenti
Hamısına bax
YAP xəbərləri
19 Sentyabr 23:19

Siyasət
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:00

YAP xəbərləri
19 Sentyabr 21:14

YAP xəbərləri
19 Sentyabr 20:42

YAP xəbərləri
19 Sentyabr 20:10

YAP xəbərləri
19 Sentyabr 19:07

Xəbər lenti
19 Sentyabr 18:49

Dünya
19 Sentyabr 18:25

YAP xəbərləri
19 Sentyabr 18:01

YAP xəbərləri
19 Sentyabr 18:00

Xəbər lenti
19 Sentyabr 17:54

Dünya
19 Sentyabr 17:19

Elm
19 Sentyabr 17:09

YAP xəbərləri
19 Sentyabr 17:06

YAP xəbərləri
19 Sentyabr 17:05

YAP xəbərləri
19 Sentyabr 17:03

Dünya
19 Sentyabr 16:51

Dünya
19 Sentyabr 16:22

YAP xəbərləri
19 Sentyabr 16:11

YAP xəbərləri
19 Sentyabr 16:04

Dünya
19 Sentyabr 15:33

Dünya
19 Sentyabr 15:12

YAP xəbərləri
19 Sentyabr 15:02

YAP xəbərləri
19 Sentyabr 15:01

YAP xəbərləri
19 Sentyabr 15:00

Dünya
19 Sentyabr 14:48

Formula 1
19 Sentyabr 14:47

Xəbər lenti
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:43

YAP xəbərləri
19 Sentyabr 14:41

YAP xəbərləri
19 Sentyabr 14:40
YAP xəbərləri
19 Sentyabr 14:39

YAP xəbərləri
19 Sentyabr 14:38

YAP xəbərləri
19 Sentyabr 14:37

Dünya
19 Sentyabr 14:32

YAP xəbərləri
19 Sentyabr 14:21

YAP xəbərləri
19 Sentyabr 14:18

YAP xəbərləri
19 Sentyabr 14:16

Dünya
19 Sentyabr 14:15

Dünya
19 Sentyabr 13:59

YAP xəbərləri
19 Sentyabr 13:27

Dünya
19 Sentyabr 13:10

YAP xəbərləri
19 Sentyabr 13:07

YAP xəbərləri
19 Sentyabr 13:00

YAP xəbərləri
19 Sentyabr 12:58

Dünya
19 Sentyabr 12:27

Gündəm
19 Sentyabr 12:25

Gündəm
19 Sentyabr 12:23

YAP xəbərləri
19 Sentyabr 12:17

YAP xəbərləri
19 Sentyabr 12:17

YAP xəbərləri
19 Sentyabr 12:10

Dünya
19 Sentyabr 12:08

Dünya
19 Sentyabr 11:53

YAP xəbərləri
19 Sentyabr 11:37

YAP xəbərləri
19 Sentyabr 11:17

YAP xəbərləri
19 Sentyabr 11:06

YAP xəbərləri
19 Sentyabr 11:00
YAP xəbərləri
19 Sentyabr 10:58

Gündəm
19 Sentyabr 10:58

YAP xəbərləri
19 Sentyabr 10:53
YAP xəbərləri
19 Sentyabr 10:52

YAP xəbərləri
19 Sentyabr 10:50

Analitik
19 Sentyabr 10:45

YAP xəbərləri
19 Sentyabr 10:41

YAP xəbərləri
19 Sentyabr 10:39

Siyasət
19 Sentyabr 10:37

Hadisə
19 Sentyabr 10:36
