Azərbaycan-Türkiyə strateji müttəfiqliyinə xələl gəlməməlidir
08.04.2009 [14:46]
Türkiyə-Ermənistan sərhədlərinin açılması haqqında yayılan məlumatlar Milli Məclisin son iclasında millət vəkillərinin etirazı ilə qarşılanıb. Millət vəkilləri ciddi narahatlıq ifadə edərək Türkiyə hökumətinin məsələ ilə bağlı rəsmi açıqlama verməsini istəyiblər. Milli Məclisin Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Nizami Cəfərov həmkarlarının narahatlığını haqlı hesab edir:
- Azərbaycanla Türkiyə arasında strateji
münasibətlər mövcuddur. Bu strateji xəttin əsas məqamlarından biri odur ki, Dağlıq Qarabağ məsələsi həll olunana, Ermənistan Türkiyədən ərazi iddiası, “soyqırım” iddiasından əl çəkənə qədər sərhədlər açılmamalıdır. Amma belə söhbətlər gəzir ki, Türkiyə Ermənistanla münasibətləri bərpa etmək üçün jestlər edir. ümumilikdə, belə jestləri qəbul etmək mümkündür. Bu, ümumiyyətlə, Türkiyənin regionda güclənməsi, hadisələrə müdaxiləsi deməkdir. Amma bu jestlər, müdaxilələr o həddə gətirib çıxarmamalıdır ki, biz bu məsələdən məğlub kimi ayrılaq. Azərbaycan-Türkiyə strateji müttəfiqliyinə xələl gəlməməlidir. Belə rəy yaranmamalıdır ki, Türkiyə hansısa mənafeyi naminə Azərbaycandan da vaz keçə bilər. Amma bu təhlükə hiss olunur. Türkiyə tərəfindən bu jestlərin müəyyən qədər genişləndirilməsi, bir sıra hallarda lazımi informasiyaların verilməməsi, Türkiyə-Ermənistan danışıqlarının əsas məqamlarının cəmiyyətdən gizlin saxlanılması və bunun nəticəsində də müəyyən şübhələrin meydana çıxması istər-istəməz narahatlıq yaradır. Doğrudur, müəyyən məqamlarda Türkiyənin prezidenti də, baş naziri də bəyanatlar verirlər. Amma bu bəyanatlar bəzən o qədər gecikdirilir və konkretlikdən uzaq olur ki, nəticə etibarilə cəmiyyətdə şübhələr yaranır. Belə hallara yol vermək olmaz. Yəni, nəinki Türkiyə ilə Ermənistan arasında sərhədləri açmaq, hətta belə söz-söhbətlərə də yol vermək olmaz. Bu gün vəziyyət belədir ki, ermənilərin həm regionda, həm də beynəlxalq müstəvidə müdafiəçiləri var. Ona görə də, onlar bəzi təxribatlara çalışırlar. Hesab edirəm ki, bu məsələdə çox həssas və çox dəqiq olmaq lazımdır.
- Nizami müəllim, belə ehtimallar var ki, Türkiyə Ermənistana güzəştə getsə, qarşı tərəf uydurma “soyqırım” iddialarından əl çəkəcək. Türkiyə məhz buna görə sərhədləri açmaq istəyir. Sizcə, bu ehtimal nə dərəcədə doğrudur?
- Ermənilərin “soyqırım ideyasının” tarixi çox qədimdir. Ona görə də, heç kim düşünməməlidir ki, ermənilər soyqırım iddialarından əl çəkəcək. Ermənistan Dağlıq Qarabağ məsələsində güzəştə gedə bilər, amma uydurma “soyqırım” iddialarından əl çəkməyəcək. çünki, ermənilər onillər boyu bu yalanları, xülyaları tarix kimi mənimsəyiblər. Bu, artıq Ermənistanın psixologiyası, xarakteridir. Bu, ermənilərin dövlət siyasətindən daha əvvəl, Qriqoryan kilsəsinin siyasətidir. Yəni, bu ideologiyadan əl çəkilsə, erməni məsələsi, ümumiyyətlə, aradan qalxmış olur. Buna da Ermənistan heç vaxt getməyəcək. Dünyanın böyük bir hissəsini ermənilərə versələr də, onlar bu iddiadan əl çəkməyəcəklər. Bu, o qədər aydın məsələdir ki, Türkiyənin hər hansı güzəştə getməsi, sərhədləri açması ermənilərin soyqırım iddialarından, torpaq iddiasından əl çəkməsinə səbəb olmayacaq. çünki, biz bu “ideyanın” nə qədər dərindən gəldiyini bilirik.
- Belə olan halda hazırki vəziyyəti Türkiyə hökumətinin Ermənistan qarşısında geri çəkilməsi kimi qiymətləndirmək olarmı?
- Yuxarıda qeyd etdiyim kimi, bu vəziyyəti müəyyən mərhələdə Türkiyə tərəfindən Ermənistana bir jesti kimi qiymətləndirmək olar. Yəni, bununla hakimiyyət həm də Türkiyə daxilindəki ermənipərəst qüvvələrə güzəşt nümayiş etdirir. Eyni zamanda, bölgədə üçüncü tərəf olduğunu göstərir. Bu mövqenin nümayiş etdirilməsi müəyyən həddə qədər normaldır. Bunu bir təcrübə, eksperiment kimi də başa düşmək olar. Əgər Ermənistan tərəfindən qarşılıqlı addım atılmırsa, ermənilər güzəştə getmək istəmirsə və bunun müqabilində Türkiyənin güzəştləri davam edirsə, artıq bu siyasət Türkiyə iqtidarının uğursuzluğudur.
- Hazırki durum Azərbaycan cəmiyyətində narahatlıq yaradır. Milli Məclisin son iclasında da millət vəkilləri bu məsələ haqqında fikirlərini bildirdilər. Məsələni müzakirə etmək üçün Azərbaycan və Türkiyə parlamentarilərinin iştirakı ilə Bakıda konfrans keçiriləcək. Belə tədbirlər, millət vəkillərinin bir araya gəlməsi problemin həllinə nə dərəcədə təsir göstərə bilər?
- Belə konfranslar, parlamentarilərin görüşü bu məsələyə heç bir təsir göstərməyəcək. İstər bu tədbir, istər xanım deputatların səfərləri, istər ziyalıların görüşü, istərsə də xalq diplomatiyasının məsələyə heç bir təsiri yoxdur. çünki, münasibətlər o qədər aydındır, konturlar o qədər müəyyəndir ki, məsələ yalnız gəlib çıxır Türkiyə iqtidarının öz fikirlərini, mövqelərini aydın şəkildə bildirməsinə. Amma kimlərinsə görüşməyi o vaxt ola bilər ki, Azərbaycan tərəfinin mövqeyi Türkiyəyə izah olunsun. Bizim isə bu məsələyə münasibətimiz çoxdan aydındır. Azərbaycanın münasibəti Türkiyəyə aydın olduğu qədər heç kimə aydın deyil. çünki, hər iki ölkə bu problemi birgə daşıyır. Əslində, mən belə görüşlərin əleyhinə deyiləm. Sadəcə, bunlar üçüncü, dördüncü məsələ olduğu üçün prosesə heç bir təsir göstərməyəcək. Yalnız Türkiyə iqtidarının aydın mövqeyi ortaya qoyulmalıdır.
- Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupu bu yöndə hansı addımları atır?
- Qarşılıqlı səfərlərimiz zamanı görüşlərdə əsas müzakirə mövzusu bu məsələdir. Yenə də deyirəm ki, bu, hər iki tərəfə kifayət qədər aydın olan məsələdir. Hətta söhbətlərimiz zamanı belə inciklik də olub ki, rəsmi münasibət olmasa da, xeyli sayda ermənilər Türkiyəyə işləməyə gedirlər, Türkiyə hökuməti müəyyən məsələlərdə ermənilərə güzəştə gedir. Yerevanla İstanbul arasında hava əlaqəsi var. Hər iki ölkə Gürcüstan vasitəsilə ticarət əlaqələri qurub. Bütün bunlara Türkiyə tərəfi müəyyən qədər göz yumur. Türkiyə tərəfdən iqtidarı təmsil edən parlamentarilər bu siyasətə haqq qazandırmağa çalışır, müxalifətçilər isə əleyhinə çıxır. İstəsək, yenə də görüşə bilərik. Amma bir daha vurğulayıram ki, bu mövzuda o qədər söhbətlərimiz və müzakirələrimiz olub ki, bir-birimizə deyəcəyimiz söz qalmayıb. Sadəcə, Türkiyə hökuməti öz mövqeyini dəqiqləşdirməli və güzəştlər nəzarət altında edilməlidir. Əgər Ermənistan bu şanslardan nəticə çıxarmayacaqsa, bu güzəştlərin kəsilməsi lazımdır. Amma beynəlxalq münasibətlər mövcuddur, Türkiyənin Avropa İttifaqı iddiaları, Türkiyənin Avropa Şurasındakı fəaliyyəti, müəyyən beynəlxalq öhdəlikləri var. İndi də ABŞ prezidenti Barak Obamanın Türkiyə səfəri ilə bağlı müəyyən fəallaşma mövcuddur. Yəni, Türkiyə bu məsələdə müəyyən diplomatik hərəkətlərə yol verə bilər. Amma bu diplomatik hərəkətlər strateji səciyyə daşımamalıdır. Yəni, sərhədlər açılmamalı, diplomatik əlaqələr qurulmamalıdır. Hansısa formada Azərbaycanın maraqlarına zidd olan və Dağlıq Qarabağ probleminin 3-cü, 4-cü dərəcəli məsələyə çevirə biləcək konkret hərəkət edilməməlidir. Bu, o halda baş verə bilər ki, Dağlıq Qarabağ problemi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunsun. Amma bu işi problemli səviyyədə saxlamaq və birtərəfli şəkildə əlaqələri yaratmaq, sərhədləri açmaq Türkiyə xarici siyasətinin ciddi nöqsanı olardı. Amma ümidlər var. Bu günlərdə Türkiyənin prezidenti bəyan etdi ki, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmayanadək nə Ermənistanla sərhədlər açılacaq, nə də diplomatik əlaqələr qurulacaq. Bizim Türkiyədən gözlədiyimiz də budur.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına bax
YAP xəbərləri
19 Sentyabr 23:19

Siyasət
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:00

YAP xəbərləri
19 Sentyabr 21:14

YAP xəbərləri
19 Sentyabr 20:42

YAP xəbərləri
19 Sentyabr 20:10

YAP xəbərləri
19 Sentyabr 19:07

Xəbər lenti
19 Sentyabr 18:49

Dünya
19 Sentyabr 18:25

YAP xəbərləri
19 Sentyabr 18:01

YAP xəbərləri
19 Sentyabr 18:00

Xəbər lenti
19 Sentyabr 17:54

Dünya
19 Sentyabr 17:19

Elm
19 Sentyabr 17:09

YAP xəbərləri
19 Sentyabr 17:06

YAP xəbərləri
19 Sentyabr 17:05

YAP xəbərləri
19 Sentyabr 17:03

Dünya
19 Sentyabr 16:51

Dünya
19 Sentyabr 16:22

YAP xəbərləri
19 Sentyabr 16:11

YAP xəbərləri
19 Sentyabr 16:04

Dünya
19 Sentyabr 15:33

Dünya
19 Sentyabr 15:12

YAP xəbərləri
19 Sentyabr 15:02

YAP xəbərləri
19 Sentyabr 15:01

YAP xəbərləri
19 Sentyabr 15:00

Dünya
19 Sentyabr 14:48

Formula 1
19 Sentyabr 14:47

Xəbər lenti
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:43

YAP xəbərləri
19 Sentyabr 14:41

YAP xəbərləri
19 Sentyabr 14:40
YAP xəbərləri
19 Sentyabr 14:39

YAP xəbərləri
19 Sentyabr 14:38

YAP xəbərləri
19 Sentyabr 14:37

Dünya
19 Sentyabr 14:32

YAP xəbərləri
19 Sentyabr 14:21

YAP xəbərləri
19 Sentyabr 14:18

YAP xəbərləri
19 Sentyabr 14:16

Dünya
19 Sentyabr 14:15

Dünya
19 Sentyabr 13:59

YAP xəbərləri
19 Sentyabr 13:27

Dünya
19 Sentyabr 13:10

YAP xəbərləri
19 Sentyabr 13:07

YAP xəbərləri
19 Sentyabr 13:00

YAP xəbərləri
19 Sentyabr 12:58

Dünya
19 Sentyabr 12:27

Gündəm
19 Sentyabr 12:25

Gündəm
19 Sentyabr 12:23

YAP xəbərləri
19 Sentyabr 12:17

YAP xəbərləri
19 Sentyabr 12:17

YAP xəbərləri
19 Sentyabr 12:10

Dünya
19 Sentyabr 12:08

Dünya
19 Sentyabr 11:53

YAP xəbərləri
19 Sentyabr 11:37

YAP xəbərləri
19 Sentyabr 11:17

YAP xəbərləri
19 Sentyabr 11:06

YAP xəbərləri
19 Sentyabr 11:00
YAP xəbərləri
19 Sentyabr 10:58

Gündəm
19 Sentyabr 10:58

YAP xəbərləri
19 Sentyabr 10:53
YAP xəbərləri
19 Sentyabr 10:52

YAP xəbərləri
19 Sentyabr 10:50

Analitik
19 Sentyabr 10:45

YAP xəbərləri
19 Sentyabr 10:41

YAP xəbərləri
19 Sentyabr 10:39

Siyasət
19 Sentyabr 10:37

Hadisə
19 Sentyabr 10:36
