Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Kim İsraillə daha çox ticarət əlaqələrinə malikdir – Türkiyə, yoxsa, Azərbaycan?

Kim İsraillə daha çox ticarət əlaqələrinə malikdir – Türkiyə, yoxsa, Azərbaycan?

18.10.2026 [10:54]

Türkiyə sosial mediasında Azərbaycanın İsraillə iqtisadi əlaqələri davamlı olaraq tənqid olunsa da, əslində Türkiyənin özünün İsraillə əmtəə mübadiləsi genişhəcmli mal strukturu və böyük rəqəmlərlə xarakterizə olunur. Hər iki ölkənin iqtisadi-ticari-investisiya əlaqələri sıx müttəfiqlik dinamikası ilə ölçülür. 1993-cü ildə yaradılan Türkiyə-İsrail Biznes Şurası uzun illər ölkələrarası turizm, iqtisadi əməkdaşlıq və sərmayə mübadiləsini həyata keçirib. 1994-cü ildə tərəflər Azad Ticarət haqqında müqavilə imzalayıb və həmən il dövlətlərarası ticarət dövriyyəsi təxminən 300 milyon dollara çatıb. 1997-cı ildə qüvvəyə minən yeni ticarət sazişi İsrail və Türkiyənin podratçı şirkətlərinin Yaxın Şərqin tikinti bazarında fəaliyyətini təmin edib. Ticari və iqtisadi əlaqələrin hüquqi bazasını tamamlamaq üçün, Türkiyə və İsrail bir çox müqavilə, o cümlədən İkitərəfli İnvestisiyaların Təşviqi və Qorunması (1997-ci il) və İkiqat Vergitutmanın Qarşısının Alınması (1997-ci il) haqqında sazişləri imzalayıb. Hər iki ölkə parlamentləri müqaviləni ratifikasiya etdikdən sonra, güzəştli tariflərə əsasən, ilkin mərhələdə sənaye istehsalı mallarına güzəştlər tətbiq olunub. Nəticədə bu stimullar tərəflər arasında ticarət dövriyyəsinin 2000-ci ildə 1 mld. dollaradək artmasına səbəb olub.

Türkiyənin İsrailə ixrac etdiyi mallar, toxuculuq, sənaye məhsulları, qida məhsulları, sement, çuqun, tikinti materialları, elektronika, şüşə daş əşyalar, maşın təkərləri, xam mal və taxıldan ibarətdir. Öz növbəsində İsrailin Türkiyəyə idxal etdiyi mallar əsasən kimyəvi maddələr, plastmaslar, komputerlər, kondisionerlər, tibbi avadanlıq, telekommunikasiya, qazma və seysmik xəritələr, suvarma avadanlığı və s. ibarətdir.

Türkiyə-İsrail arasında ticarət dövriyyəsi 2000-2014-cü illər ərzində sürətlə artaraq 1mlrd. 155 mln 624 min dollardan 5.832.164 mlrd dollaradək (5 dəfə) yüksələrək ölkələrarası tarixi maksimuma çatıb. 2016-2020-ci illərdə xarici iqtisadi əlaqələr mövcud tempini qoruyub saxlayıb.

Türkiyə ilə İsrail arasında illər ərzində böyük ticarət əlaqələri formalaşıb. Türkiyə Ticarət Nazirliyinin rəsmi məlumatına görə, 2022-ci ildə iki ölkə arasında xarici ticarət dövriyyəsi təxminən 9,5 milyard dollar, 2023-cü ildə isə 7 milyard dollar olub.

BMT-nin əmtəə ticarəti statistikası bazasında Türkiyədən İsrailə məhsul ixracı 2,2 milyard dolları ötüb. Ticarət statistikası Türkiyədən İsrailə məhsul idxalının Azərbaycanla müqayisədə dəfələrlə yüksək olduğunu göstərir. Azərbaycanın İsraillə iqtisadi münasibətlərini və bu ölkəyə məhsul satışını tənqid edənlər mövqelərini ifadə edərkən bu rəqəmləri unutmamalıdır.

Türkiyə İsrailə neft satışında da fəal rol oynayıb. Beynəlxalq enerji analitika şirkətlərinin (məsələn, Kpler) məlumatları göstərir ki, İsrailin neft idxalında Türkiyənin Ceyhan limanından yüklənən neftin həcmi heç də azalmayıb, əksinə bəzi dövrlərdə artım nümayiş etdirib.

Türkiyə hökuməti öz bayrağı altında üzən gəmilərin İsrail limanlarına getməsini qadağan etsə də, Türkiyəyə məxsus və ya Türkiyə limanlarından idarə olunan nəhəng gəmi donanması Marşal adaları, Panama, Malta, Liberiya kimi ölkələrin bayraqları altında İsrailə yük daşımağa problemsiz davam edir.  İctimaiyyət qarşısında anti-İsrail şüarları səsləndirən, lakin pərdəarxasında iqtisadi mənfəətlərini davam etdirən siyasət qeyri-səmimidir. Azərbaycanı ittiham etməyə çalışanların ilk növbədə öz ölkələrindən hər gün İsrailə doğru hərəkət edən gəmilərin hesabını verməsi lazımdır. Çünki Türkiyə limanlarından yüklənən polad, sement, tikinti materialları və xammal bu qondarma sxemlərlə birbaşa İsrail sənayesini qidalandırmaqda davam edir.

İsrail və beynəlxalq statistika qurumlarının (məsələn, UN COMTRADE və İsrail Mərkəzi Statistika Bürosu - CBS) rəsmi məlumatlarına görə, Türkiyə mənşəli mallar Yunanıstan, Rumıniya, Bolqarıstan və Misir kimi üçüncü ölkələrin limanları və azad iqtisadi zonaları üzərindən sənədləri (konosamentləri) dəyişdirilərək İsrailə daxil olur. İsrail mənbələri hələ də Türkiyə mənşəli malların idxalında milyardlarla dollar həcmində dövriyyə qeydə alır. Türkiyənin Statistika Qurumu (TÜİK) öz hesabatlarında "İsrail" kodunu gizlədərək bu rəqəmləri “gizli ölkə” və ya “Fələstinə yardım” adı altında pərdələməyə çalışır. Lakin hamıya məlumdur ki, Fələstinin infrastruktur imkanları bu qədər nəhəng həcmdə sement və metal idxal etmək gücündə deyil və bu mallar birbaşa İsrail bazarına yönəlir.

Türkiyə-İsrail iqtisadi əməkdaşlığının digər vacib sahəsi turizmdir. 1992-ci ildə “Turizm sahəsində əməkdaşlıq haqqında” sazişdir. İki ölkə turistlərin bir birlərinə gediş gəlişi 90-cı illərin sonlarınadək artan templə davam edib, müəyyən illərdə İsraildən Türkiyəyə gələn turistlərin sayında kəskin azalmalar müşayiət olunub.

Göründüyü kimi Türkiyə İsraillə sıx iqtisadi və ticari münasibətləri davam etdirir. Buna baxmayaraq, ikilistandartlıq nümayiş etdirərək Azərbaycan xarici iqtisadi siyasəti hədəfə alınır.

Elbrus Cəfərli

Paylaş:
Baxılıb: 1 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

Siyasət

Analitik

Sosial

Gündəm

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

17 Oktyabr 08:35  

YAP xəbərləri

Xəbər lenti

Sosial

İqtisadiyyat

Siyasət

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31