Törə Ağabəyova: Varlığımız və əhvalımız arasındakı nöqtələri birləşdirmək istəyirəm...
21.05.2024 [11:36]
Ölkəmizdən kənarda yaşayan bir çox həmyerlilərimiz var ki, onlar olduqları yerlərdə müxtəlif sahələrdə ölkəmizi layiqincə təmsil edirlər. Bugünkü müsahibimiz də Almaniyada fəaliyyət göstərən istedadlı rəssam Törə Ağabəyovadır.
- Törə xanım, öncə istəyərdim oxuculara özünüz haqqında qısa məlumat verəsiniz.
- Mən 1979-cu ildə Bakı şəhərində anadan olmuşam. Gözəl anam Rus dili və ədəbiyyat müəllimi olub. Atam isə kino rəssamı, eyni zamanda Azərbaycanın Xalq ressamı Mayis Ağabəyov olub. Nənəmin və onun bacısının nəzarətində böyümüşəm, İçəri şəhərdə onların babasının tikdirdiyi evdə yaşayırdıq. Köhnə şəhərin divarlarından kənarda olan hər şey başqa bir dünya idi. Bir növ, keçmişdə yaşayırdıq sanki. Televizorumuz və radiomuz var idi, lakin gündəlik həyat 20-ci illərin üslubunda saxlanılırdı. Beləliklə, mən dünyaya onların gözləri ilə baxırdım, indi 45 yaşım var və mənim üçün keçmişin şəkilləri daha canlı gəlir.
- Siz filmin ən yaxşı dekorator işinə görə «Lola German Film Award 2008» mükafatına, eyni zamanda «Altun Portağal» Film Festivalının mükafatını alan ilk sənətçisiniz. Belə gözəl uğurların sirri nədədir?
- Qeyd etməliyem ki, «Lola German Film Award 2008» mükafatı həmin filmə verilmişdi. Mən isə orada "rekvezitor" ressam kimi işləmişəm. "Altun Portağal" - ı isə bir təsadüf kimi qeyd edərdim.
- Yaradıcılığınızda əsasən hansı janra daha çox üstünlük verirsiniz?
- Təbiətlə canlıların vəhdəti və xüsusi məqamlara yer verməyi xoşlayıram. Janr mənim üçün bir dildir və o qədər də əhəmiyyətli olmaya bilər, önəmli olan rəsmdə bir hekayənin canlanmasıdır. Rəsmlərdə mesajların verilməsi mənim üçün vacibdir. Janr isə sonra seçilir.
- Özünüzü azərbaycanlı və ya xarici rəssamlardan kimə daha yaxın hiss edirsiniz?
- Özümü daha çox axtarışda olan sənətkarlara yaxın hiss edirəm. Psixoloji olaraq davamlı narahat olanlar başqaları ilə bölüşmək istədikləri bir inci ilə avtobusda yuxuya gedərkən oyanırlar. Rəssamın milli və ya beynəlxalq olması elə də vacib deyil. Özümüzü bioloji kütlə kimi gördükdən sonra mənşəyiniz artıq əhəmiyyət kəsb etmir, çünki hamımız torpağın bir parçasıyıq.
- Sizcə film rəssamı olmaq istəyənlər bu işə necə başlamalıdırlar? Bu dərslərlə əldə olunan bir sahədir, yoxsa mütləq fitri istedad olmalıdır?
- Kino sənətçiləri bəziləri tam olaraq kino sənəti intizamını öyrənir, bəziləri dizayn və ya memarlıqdan gəlir. Bu işi görmək üçün olduqca diqqətli olmaq lazımdır. Metro qatarında neçə pəncərə olduğunu deyə bilərsinizmi? Bəs oturacaqların və ya dirəklərin rəngi necə? 20 il əvvəl tamamilə başqa idi. Belə məqamları yadda saxlamaq önəmlidir. Rəssamlıq da belədir, insan daim axtarışda olmalı və maraqlanmalıdır. Kinonun əhval-ruhiyyəsini yaratmaq əzəmətli bir məqamdır. Mənim cizgidən (eskizimdən) cıxmış sonra qurulmuş məkanı görmək möhtəşəm bir hissdir. Bu, uşaq böyütmək və onun universitetə qəbul olunduğunu görmək kimidir.
- Əsərlərinizə baxıram, daha çox insanlarla təbiətin vəhdəti, vəhşi heyvanların bir araya gəlməsini təsvir etmisiniz. Nə məna verir bu əsərlər?
- Varlığımız və əhvalımız arasındakı nöqtələri birləşdirmək istəyirəm. Sivilizasiya görünməmiş sürətlə inkişaf edir və biz hazır olmadığımız hadisələrə və hərəkətlərə qapılırıq. Mənim konsepsiyam tamaşaçını yenidən təbiətə və rahatlıq hissinə dalmağa sövq edir və insanlara həyatın kosmik bir hədiyyə olduğunu xatırlatmağa kömək edir.
- Bildiyimiz qədər Almaniyada yaşayırsınız, orada fəaliyyətinizi hansı formada davam etdirirsiniz?
- Burada maraqlı bir binada yerləşən studiyam var. İnanıram ki, burada yaşamağım fəaliyyətimə və işimə təsir göstərir. Ona görə də özümü burada şanslı sayıram. Əsasən rəsmlə məşğul oluram. Rəsmlər öz-özünə sənət əsərləri olmur, onları ruhunu qataraq yaratmaq lazımdır ki, insana təsir edə biləcək bir atmosfer bəxş etsin. Səs, qoxu, həm də tamaşıçının özü, bütün bunlar bir birini tamamlamalıdır. Burada əsas məqsədim Azərbaycanı ən yaxşı səviyyədə təmsil etməkdir. Müəyyən mənada mən də mədəniyyət və incəsənət sahəsində fəaliyyət göstərən bir çox digər mühacirlər kimi Azərbaycanın mədəniyyətini təmsil etməyi özümə borc bilirəm.
- Sərgilər təşkil edirsinizmi?
- Bəli, sərgilərdə iştirak edirəm və arada bir "Pop-up" sərgiləri təşkil edirəm. Almaniyada insanlar ağır təbiətli və həyəcan verici incəsənəti daha çox sevirlər. Ona görə də burada rəsmlərdə kədərlə və çox vaxt yersiz olan ciddiliyə ziddiyyət təşkil edən abu-hava yaratmağa çalışıram.
- Bəs ölkəmizlə bağlı hansısa planlarınız varmı? Yəni burada əsərlərinizin nümayişini nəzərdə tuturam.
- Bir gün Bakıda sənət əsərlərimin retrospektivini görmək mənim üçün böyük şərəf olardı.
- Rəssamlıq sahəsində uğur qazanmaq üçün ən vacib məqamlar hansılardır sizcə?
- İdeyalarınızı anlaya bilən insanlar, düşündürücü beyin, intellektual düşüncə və s. Həmfikir olan adamlarla ünsiyyətdə olmaq adamı başqa pilləyə yüksəldir və yeni prosesləri öyrədir. Tək bu yolu getmək darıxdırıcı və qeyri produktivdir, lakin maraqlı insanların əhatəsində olmaq səni daim gücləndirir.
Havar Şəfiyeva
Xəbər lenti
Hamısına baxDünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Siyasət
21 May 22:43
Dünya
21 May 22:40

