Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Antimilli ünsürlər Azərbaycanın müsbət beynəlxalq imicinə və davamlı nailiyyətlərinə kölgə salmağa çalışırlar

Antimilli ünsürlər Azərbaycanın müsbət beynəlxalq imicinə və davamlı nailiyyətlərinə kölgə salmağa çalışırlar

04.05.2021 [08:55]

Nardar Bayramlı

Məlum olduğu kimi, ötən illər ərzində Azərbaycan böyük inkişaf yolu keçib. Həyata keçirilən uğurlu siyasət nəticəsində ölkəmiz bütün sahələrdə çox mühüm nailiyyətlərə imza atıb. Bunlarla yanaşı, həm sosial, həm iqtisadi, həm hüquqi, həm də siyasi sferada aparılan islahatlar müsbət nəticələr verir. Genişmiqyaslı islahatların nəticələri cəmiyyətimiz tərəfindən yüksək dəyərləndirilir.
Təsadüfi deyil ki, Azərbaycanın yaratdığı inkişaf modeli dünyanın bir sıra ölkələri tərəfindən öyrənilir. Eyni zamanda, nüfuzlu beynəlxalq təşkilatların hesabatlarında Azərbaycanın nailiyyətləri xüsusi qeyd olunur və ölkəmiz dünyanın ən islahatçı ölkələri sırasında yer alır. Bütün bu faktları tanınmış beynəlxalq ekspertlər də vurğulayırlar. Bir məqamı da xüsusi vurğulamayılıq ki, 44 günlük Vətən müharibəsində möhtəşəm qələbə qazanan Azərbaycan dövləti regionda yeni reallıqlar yaradıb. Bu reallıqlar Azərbaycanın daha dinamik inkişafına təkan verəcək.
Bütün bu uğurların fonunda “beşinci kolon”un təmsilçiləri ənənəsinə sadiq qalaraq Azərbaycanın qazandığı nailiyyətləri görməzdən gəlirlər. Bu məsələdə fəallıq göstərənlərdən biri də Sevinc Osmanqızıdır. O, nüfuzlu beynəlxalq təşkilatların Azərbaycanla bağlı müsbət dəyərləndirmələrindən yan keçərək, reallıqları təhrif edərək, anti-azərbaycançı mərkəzlərə, erməni lobbisinə xidmət edən təşkilatların və “ekspert”lərin qərəzli fikirlərini təbliğ etməklə məşğul olaraq ölkəmizə qarşı qara piar kampaniyası aparır.
Ümumiyyətlə, “beşinci kolon”un təmsilçilərinin istəyi Azərbaycanda sabitliyin pozulması, qarşıdurma yaratmaq və beynəlxalq müstəvidə ölkəmizin müsbət imicinə xələl gəlməsidir. Anti-Azərbaycan dairələrin direktivləri əsasında hərəkət edən bu şəxsin bu günlərdə hansısa hesabatda ölkəmizə qarşı əksini tapan qərəzli, qeyri-obyektiv məqamları sosial şəbəkələr vasitəsilə şişirdərək təbliğ etməsi də buna sübutdur.
Görünən odur ki, Azərbaycanda mövcud olan milli həmrəylikdən, xalq-iqtidar birliyindən, ölkəmizdəki sabitlik mühitindən və respublikamızın davamlı inkişafından ciddi narahatlıq keçirən “beşinci kolon”un təmsilçilərinin əsas məqsədi ölkədəki sabitliyə və inkişafa zərbə vurmaqdır. Amma onların bu cür təxribatçı fəaliyyəti hər zaman olduğu kimi, iflasa məhkumdur.

Paylaş:
Baxılıb: 535 dəfə

Müəllifin digər məqalələri:

Radikal müxalifətin kor xisləti

Xalqımız 30 ilə yaxın müddətdə...

07.06.2021 [09:16]

Radikallar milli maraqlara zidd mövqe sərgiləyirlər

Vətən müharibəsində qazanılan...

26.05.2021 [09:12]

AXCP funksioneri Nurəddin Məmmədlinin növbəti manipulyasiyası

Ötən illər ərzində Azərbaycan...

20.05.2021 [09:15]

Gültəkin Hacıbəylinin absurd iddiaları gülüş doğurur

Vətən müharibəsində qazanılan...

30.04.2021 [08:08]

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Mədəniyyət

Gündəm

Xarici siyasət

Xəbər lenti

İqtisadiyyat

Xəbər lenti

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30