89 illik tarix...
24.11.2023 [11:20]
Azərbaycan Dövlət Teatr Muzeyinin yarandığı gündür
Yeganə BAYRAMOVA
24 noyabr teatr tariximiz üçün əlamətdar günlərdən biridir. 89 il əvvəl, 1934-cü ilin bu günündə keçmiş Tağıyev teatrının binasının üçüncü mərtəbəsində Azərbaycan Dövlət Teatr Muzeyinin təntənəli açılışı keçirilib. Azərbaycanın böyük dramaturqu Cəfər Cabbarlının vəfatından sonra, 1935-ci ildə teatr muzeyinə onun adı verilir.
Muzeylərə ancaq qiymətli əşyaların, maddi sərvətlərin saxlanc yeri kimi baxmaq düzgün deyil. Muzeylər tarixin müəyyən məqamlarını özündə yaşadan, eksponatları kompleksləşdirən, qoruyan, saxlayan, öyrənən və nümayiş etdirən maddi-mənəvi mədəniyyət mərkəzləridir. Burada saxlanılan hər bir eksponat xalqımızın çoxəsirlik tarixini, qədimliyini və milliliyini əks etdirir.
Dünənimizi sabaha bağlayan “körpü”
Milli-mənəvi dəyərlərimizin qorunmasında xüsusi rolu olan Azərbaycan Dövlət Teatr Muzeyinə yollandıq. Muzeyin işçiləri hazırda orada 130 mindən artıq eksponatın saxlanıldığını bildirirlər. Muzeyin yeddi ekspozisiya zalı var. Xalqımızın qədim adət-ənənələrində, məişətində, bayram şənliklərində, dini ayinlərdə teatr elementlərini təsvir edən rəsmlər, Azərbaycan maarifçilərinin teatr fəaliyyətinə, səhnə sənəti korifeylərimizə həsr olunmuş guşələr maraq doğurur.
Keçmişə səyahət...
Muzey işçiləri bildirirlər ki, 1927-ci ildə teatr işçilərinin respublika müşavirəsində belə bir muzeyin yaradılması barədə məsələ qaldırılıb. Elə həmin ildə Azərbaycan Dövlət Dram Teatrının binasında belə bir muzey təşkil olunub. Əslində bu, teatr tarixinə aid sərgi və gələcək muzeyin təməli idi. Şahidlərin xatırladığına görə, sərginin açılış lentini kəsən böyük ədiblərimiz - Cəlil Məmmədquluzadə və Əbdürrəhim bəy Haqverdiyev belə deyiblər: “Yaşasın Azərbaycan teatrı!”
Məhz həmin gündən bu muzey teatr tarixinə və teatr xadimlərinə aid yadigarları, əlyazmaları, fotoşəkilləri, rəsm əsərlərini, müxtəlif sənədləri toplayan və qoruyan məbədə çevrilib.
Sərgi tez bir zamanda o vaxtlar fəaliyyət göstərən Azərbaycan Dövlət Muzeyinin teatr şöbəsi kimi rəsmiləşdirilir. Nəhayət, 1934-cü ildə Azərbaycan Dövlət Muzeyinin müvafiq şöbəsinin bazasında Azərbaycan Dövlət Teatr Muzeyi yaradılır və Ağakərim Şərifov muzeyin direktoru təyin edilir.
Bir şeyi də çox təəssüflə qeyd etmək lazımdır ki, muzey sonrakı illərdə bağlanıb, yenidən təşkil olunub, dəfələrlə müxtəlif yerlərə, hətta muzey üçün yararsız məkanlara köçürülüb.
Balış üzərində tamaşa...
Elə muzeylər var ki, eksponat özü artıq tamaşaçıya nə isə deyir, amma Teatr Muzeyindəki eksponatlar hər şeydən əvvəl sənədlər toplusudur. Onlarla bağlı məlumatları ziyarətçilərə çatdıranda maraq artır. Məsələn, ipək parça üzərində proqramlar var - tamaşaçı buna səthi yanaşa bilər, maraqlı bir iş kimi. Yaxud balış üzərində tamaşa proqramı. Tamaşaçı məlumatlı deyilsə, ona sadəcə maraqlı eksponat kimi baxır. Amma ona söylədikdə ki, o vaxtlar bu balışları teatra gələn bəylərin, zəngin adamların dirsəklənməyi üçün hazırlayıblar, onlar həm də tamaşa haqda məlumatı oradan oxuya bilərdilər. Bu informasiya o eksponata sanki can verir, ziyarətçi marağını daha da artırır.
Muzeyin işçiləri dünyada teatr muzeyinin çox az olduğunu bildirirlər. Onların sözlərinə görə, Azərbaycan Dövlət Teatr Muzeyi Cənubi Qafqazda yeganə belə muzeydir. Hətta keçmiş Sovet İttifaqında Moskvada Baxruşin teatr muzeyindən sonra ikinci belə muzey idi.
600-dən çox şəxsi arxiv...
Muzeyin xanım işçilərindən biri qeyd edir ki, əvvəllər gözəl bir ənənə vardı - aktyor sağlığında öz arxivini muzeyə bağışlayırdı: “İndi, hətta tədbir keçirəndə belə, bəzən onların özündən materialları ala bilmirik, əsasən tapdığımız materiallarla kifayətlənməli oluruq. Bəzən aktyorlar özləri bizdəki fotoşəkillərinin üzünü çıxarıb götürürlər. Odur ki, sənətkarlarımızın bu işə, şəxsi arxiv yaradılmasına daha diqqətli olmasını istərdik. Əlbəttə, şəxsi arxivini bağışlayanlar da var. Muzeydə 600-dən çox şəxsi arxiv var”.
3D texnologiyalı sayt
İşçilərin bildirdiyinə görə, muzeylər maddi-texniki bazasını, ekspozisiyasını müasir tələblərə uyğunlaşdırmağa çalışmalıdır: “Biz də bu istiqamətdə müxtəlif proqramlar həyata keçirir, uşaqlar arasında teatr ideyasını yaymaq üçün dərnəklər təşkil edirik. İnteraktiv metodlar axtarılır. Bizim muzeyin 3D texnologiyalı saytı fəaliyyət göstərir. Bu, respublika muzeyləri arasında ilk və hələ ki, yeganə belə texnologiyalı saytı olan muzeydir. Saytda interaktivliyi qorumağa çalışmışıq - müxtəlif əyləncəli pazllar, oyunlar təşkil edirik. Muzeyimizdə videoyazılışlar var. Səs yazılarını disklərə köçürmüşük. Tamaşaçılar üçün səs yazılarından da istifadə edə bilərik. Ötən əsrin 30-cu illərində tamaşalar şüşə neqativlərə çəkilirdi. O şüşə neqativlərdən foto aşkarlamaq mümkün olmurdu. Musiqi redaksiyasında belə bir avadanlığın olduğunu öyrənəndən sonra o şüşə neqativləri aşkarlaya bildik. Muzey eksponatlarının elektronlaşdırılması ilə də məşğul oluruq. Bir sözlə, sənət tariximizi yaşadan bu məkana daha çox ziyarətçi, sənətsevər cəlb etməyə çalışırıq...
Xəbər lenti
Hamısına baxSosial
23 Aprel 13:43
Dünya
23 Aprel 13:19
Gündəm
23 Aprel 12:48
23 Aprel 12:47
Dünya
23 Aprel 12:40
Xəbər lenti
23 Aprel 12:14
Dünya
23 Aprel 12:12
Siyasət
23 Aprel 11:56
Gündəm
23 Aprel 11:37
Dünya
23 Aprel 11:10
Sosial
23 Aprel 11:05
MEDİA
23 Aprel 10:52
Sosial
23 Aprel 10:43
Gündəm
23 Aprel 10:30
Analitik
23 Aprel 10:16
Analitik
23 Aprel 09:58
Ədəbiyyat
23 Aprel 09:31
Analitik
23 Aprel 09:14
Sosial
23 Aprel 08:50
Sosial
23 Aprel 08:33
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:49
İdman
23 Aprel 07:41
Dünya
23 Aprel 07:30
Dünya
22 Aprel 23:35
Xəbər lenti
22 Aprel 23:18
İqtisadiyyat
22 Aprel 22:54
İqtisadiyyat
22 Aprel 22:42
Dünya
22 Aprel 22:20
Dünya
22 Aprel 21:49
Siyasət
22 Aprel 21:39
Siyasət
22 Aprel 21:38
Siyasət
22 Aprel 21:38
İdman
22 Aprel 21:33
İqtisadiyyat
22 Aprel 21:15
Siyasət
22 Aprel 21:07
Dünya
22 Aprel 20:58
Gündəm
22 Aprel 20:58
Siyasət
22 Aprel 20:56
Dünya
22 Aprel 20:22
Dünya
22 Aprel 20:13
Siyasət
22 Aprel 19:56
Xəbər lenti
22 Aprel 19:45
Dünya
22 Aprel 19:31
Dünya
22 Aprel 19:17
Siyasət
22 Aprel 18:53
Hadisə
22 Aprel 18:38
Müsahibə
22 Aprel 18:25
Dünya
22 Aprel 17:41
Gündəm
22 Aprel 17:37
Sosial
22 Aprel 17:32
Sosial
22 Aprel 17:08
Xəbər lenti
22 Aprel 17:08
Siyasət
22 Aprel 17:06
Sosial
22 Aprel 17:04
Sosial
22 Aprel 17:00
İqtisadiyyat
22 Aprel 16:58
Siyasət
22 Aprel 15:06
Gündəm
22 Aprel 15:06
Sosial
22 Aprel 14:46
Gündəm
22 Aprel 14:30
Siyasət
22 Aprel 14:21
Siyasət
22 Aprel 14:16
Siyasət
22 Aprel 14:16
Siyasət
22 Aprel 14:15
Siyasət
22 Aprel 14:15
Siyasət
22 Aprel 14:14
Siyasət
22 Aprel 14:14
Gündəm
22 Aprel 13:15

