Gülxanə Parkında polislə söhbət, yaxud məmləkətimə qovuşmaq üçün ölmək zorundayam?!
04.06.2011 [09:06]
Ayağa qalxdım. çox sevdiyim İstanbul ləhcəsində mənə verilən suala yenə çox sevdiyim Azərbaycan ləhcəsində cavab verdim: Mənim məqsədim yaşıllığı korlamaq deyil, sadəcə bir ovuc torpaq götürmək idi...! Onu da götürdüm. Qarşısındakı şəxsin qəribə, hələ o dövrdə Türkiyədə nisbətən çətin anlaşılan bir ləhcədə danışdığını görən polis nəfəri daha diqqətli və nəzakətli olmağa çalışaraq “toprakmı almak istədiniz”-deyə cavabımı anlamağa və dəqiqləşdirməyə çalışdı. Bəli sözünü başa düşməyəcəyini bildiyim üçün “hə” dedim. “Pəki, toprağı nə yapacaksınız?”, deyə daha bir sual verdi. Heç nə, ölkəmə qayıdanda bu torpağı Moskvaya aparıb Nazim Hikmətin məzarının üstünə səpəcəyəm. Siz Rusiyadanmı gəldiniz, kommunistmisiniz?.. Yox, mən Azərbaycandan gəldim, kommunist də deyiləm. Amma Nazim Hikməti biz azərbaycanlılar çox sevirik. Atam mənim adımı onun şərəfinə Hikmət qoyub. Nazim Hikmətin şeirlərindən onun Gülxanə Parkını çox sevdiyini, hətta orada özünü bir ceviz ağacı kimi gördüyünü bilirəm. Ona görə də, özümə söz vermişdim ki, İstanbula getsəm mütləq Gülxanə Parkından Nazim Hikmətə bir vətən sovqatı gətirəcəyəm. Bu sözümü yerinə yetirməyə çalışıram.
Polis nə deyəcəyini götür-qoy edir, tərəddüdlə o tərəf-bu tərəfə baxırdı. Kommunist rejiminin hakim olduğu bir ölkədən gəlməm, Nazim Hikməti bu dərəcədə sevməm onun xoşuna gəlmir, türkcə danışmağım isə xoşuna gəlirdi. Mənə necə münasibət göstərəcəyini müəyyənləşdirə bilməyən polis məni polis məntəqəsinə də apara bilərdi, sərbəst də buraxa bilərdi. Pasaportunuz varmı?! Yenə hə dedim. Alıb baxdı və “hadi çabuk buradan gedin” dedi. Mən onun bu qərarına həm sevindim, həm də kədərləndim. Sevindim ona görə ki, polis məntəqəsinə getməkdən qurtardım, kədərləndim ona görə ki, bizim türk və Türkiyə sevdalısı kimi tanıdığmız Nazim Hikmət vətənində düşmən kimi görülürdü. Bu hadisə 1989-cu ilin iyun ayında olmuşdu...
Polisdən ayrılıb Gülxanə Parkını əhatə edən “Rumeli hisarı”nın divarlarına doğru irəlilədim. Sıx ağacların arasından irəlidə Bosfor boğazının mavi suları görünürdü. Birdən mənə elə gəldi ki, dənizin maviliklərindən mənə bir cüt mavi göz baxır. Bu, əlbəttə, “mavi gözlü Dev”in həsrət dolu baxışları idi.
O, mavi gözlü bir devdi
Minnacık bir kadın sevdi
Kadının hayali minnacık bir evdi,
bahçesində ebruli
hanımeli
açan bir ev...
...Şimdi anlıyor ki, mavi gözlü dev,
dev gibi sevgilere mezar bile olamaz,
bahçesində ebruli
hanımeli
açan bir ev...
... İlk ağlıma gələn də elə bu şeir oldu. Artıq neçə gün idi ki, Türkiyədə idim. Günlərim sevinc və fəxarət dolu hisslərlə keçirdi. Gülxanə Parkında isə çox kədərləndim...
... Şimdi anlıyor ki, mavi gözlü dev...!
Bəli, “mavi gözlü dev” sonralar çox şeyi anladı. Sevdiklərinin, əslində ona layiq olmadığını dönə-dönə, təkrar-təkrar anladı. Bunlara çox üzüldü, çox kədərləndi... Ancaq məncə ən çox kommunist ideallarına inancında səhvə yol verdiyini başa düşəndə kədərləndi... Bu kədərin ifadəsi də çox sərt və kəskin oldu! “Bığlı köpək məni aldatdı”...! Nə etmək olar ustad! Kommunizm adlanan rus məlakəsi, daha doğrusu, məlakə donuna girmiş iblis kimi aldatmadı ki?! Ancaq təəssüflənməyə dəyməz! Görünür bu da tariximizin alın yazılarından biri imiş...!
Yürek deyil bə...!
çarıxmış bu, manda (camış) gönünden
Təpər, hababam, təpər
Paralanmaz, (yırtılmaz)
Təpər taşlı yolları...!
Paralanarmış ustad! Həm də necə...! özü də sadəcə 61 yaşında. Qapı cəftəsini açmağa belə gücü çatmazmış...!
Paralanmayacaq kimi görünən, o camış gönündən biri də məndə var. Ancaq o da paralanacaq. Bilirəm... sadəcə geci, tezi var. Ən çox da vətən həsrəti paralayacaq onu!
Karşı yalı (sahil) məmləkət
Səsləniyorum Varnadan
Eşitiyormusun Mehmet
Mehmeeet...!
Mən də səsləndim, qarşı yalıda olan məmləkətimə... Ancaq Bolqarıstandan, Varnadan deyil, Karsdan, çıldır gölünün üstündəki Ağbaba dağlarından... Həyatın təzadına, ironiyasına bax. Kiçik yaşlarımda Ermənistanın Türkiyə ilə sərhəddə yerləşən ucqar bir dağ kəndində yaşayarkən, həmişə Türkiyə tərəfə boylanar, oranı görmək istəyərdim. 1989-cu ildə isə vəziyyət tam əksinə dəyişmişdi. İndi Türkiyədən Karsdan boylanıb doğulduğum kəndə baxmaq istəyirdim...!
Yenə sən köməyimə çatdın ustad.
“Ayrılıqların hər çeşidini bilən” Nazim Hikmət
Məmləkətim, məmləkətim...
Nə səndə tikilən pencəyim qaldı,
Nə yollarını ölçmüş ayaqqabım...
...İndi yalnız saçlarımın ağında,
alnımın qırışında,
ürəyimin infarktındasan,
məmləkətim!
Məmləkətim, məmləkətim!
Bu qədər ayrılıqların, həsrətin, ümidsizliyin içərisində sənin bir ümidin vardı ustad. ölənə qədər səni tərk etmədi. Bu ümid səni yaratmağa, yaşamağa sövq etdi. Doğrudur, bu bir qədər kədərli, bir qədər acı, bir qədər talesiz bir ümid idi. Amma hər halda üMİD idi.
“Məmləkətimə qovuşmaq üçün ölmək zorundayım”
Bu necə ümid idi?! Bu nə qədər ümidsiz, nə qədər acizanə bir ümid idi. Doğrudur, bu arzuna, ümidinə hələ qovuşmamısan. Ancaq gec-tez qovuşacaqsan. Bəs mən məmləkətimə, doğulduğum torpağa qovuşmaq üçün nə etmək zorundayam, ustad?!
Hikmət BABAOÄžLU
Xəbər lenti
Hamısına baxDünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10
Gündəm
29 İyul 10:54
Dünya
29 İyul 10:53
İqtisadiyyat
29 İyul 10:50
Gündəm
29 İyul 10:46
MEDİA
29 İyul 10:40
Gündəm
29 İyul 10:28
Dünya
29 İyul 10:25
Analitik
29 İyul 10:25
Dünya
29 İyul 09:42
Analitik
29 İyul 09:31
Maraqlı
29 İyul 09:22
Dünya
29 İyul 09:16
Dünya
29 İyul 08:45
Dünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Elm
28 İyul 17:33
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42

