Üzeyirin ilk “Məcnunu”...
16.02.2023 [11:02]
Sarabski, yoxsa Rzayev?
Bu gün onun xatirə günüdür
Biz onu Sarabski kimi tanısaq da əsl soyadı Rzayev olub. Hüseynqulu Sarabski deyəndə insanın ağlına Üzeyir Hacıbəyovun “Leyli və Məcnun”u gəlir. Əsərin sevilməsinin səbəblərindən biri bəlkə də ilk milli opera olmaqla yanaşı, İslam dünyasında da bir ilkə imza atması oldu.
Hüseynqulu Rzayev 1879-cu ildə Bakıda dünyaya göz açıb. Uşaqlıqdan musiqiyə böyük həvəsi və yaxşı səsi ilə seçilirdi. Özünün xatirələrində yazdığı kimi “məhərrəmlik vaxtında dini havalar oxuyar, mərsiyə deyər, münacat çəkər, eyni zamanda, el şənliklərində, toyda-bayramda muğamlara, mahnılara qulaq asar, öyrənərdi”. O, aktyor kimi tanınmaqla yanaşı, həm də rejissor, pedaqoq, opera müğənnisi kimi müxtəlif sahələrdə imzasını qoyub. Təxəllüsünün Sarabski olmasının isə maraqlı tarixçəsi var. Belə ki, 12 yaşlı Hüseynqulu Mirzə Fətəli Axundovun “Sərgüzəşti-Vəziri-Xani-Lənkəran”əsəri əsasında qoyulmuş “Xan Sərabi” tamaşasını izlədikcə böyüyəndən sonra Sarabski özünə təxəllüsünü götürəcəyini müəyyənləşdirir. Və beləliklə, Axundovun əsəri Azərbaycanın ilk opera artistinin taleyində rəmzi bir məna alaraq, onu əbədiləşdirən ada təkan verir. Hamı onu Rzayev deyil, Sarabski kimi tanımağa başlayır...
“Şeytan əməli” yoxsa aktyor?
Sarabski teatra çox çətin bir vaxtda - teatrın “şeytan əməli”, “kişiyə yaraşmayan iş” adlandırıldığı dönəmdə gəlib. Ancaq bu ifadələr onu fəhlə işlədiyi vaxtlar qazandığını dəftər, kitaba verməkdən çəkindirməmişdi. İlk dəfə gördüyü teatr tamaşası isə onun həyat seçimini elə həmin an dəqiqləşdirir. Bununla da səhnəyə olan həvəsi bütün həyatının dəyişməsinə, tanınmış sənətçi olmasında böyük rol oynayır. Hüseynqulu Sarabskinin teatra gəlməsində, aktyorluq sənətini seçməsində, püxtələşməsində Nəriman Nərimanov, Əbdürrəhim bəy Haqverdiyev, Hüseyn Ərəblinski, Cahangir Zeynalov digər ziyalıların da əvəzsiz rolu olub. N.Nərimanovun “Dilin bəlası” pyesi, Sarabskiyə səhnə bacarığını göstərməyə təkan verən, aktyorluq həyatında isə ilk addımı olan əsər olub. Hüseynqulu Rzayev təkcə milli repertuarda deyil, eləcə də Şeksprin, Heynenin, Şillerin, Qoqolun dilimizə tərcümə olunaraq qoyulmuş tamaşalarında da öz məharətini göstərməyə nail olub. Ancaq Sarabskinin bu qədər tanınmasına, xalq tərəfindən sevilməsinə səbəb “Leyli və Məcnun” dur.
Şərq və Qərbin musiqi teatr ənənələrinin kəsişdiyi muğam operasının tarixini Hüseynqulu Sarabskisiz təsəvvür etmək mümkün deyil. O, Üzeyir Hacıbəyovun başqa opera və operettalarında -“Əsli və Kərəm”, “Şeyx Sənan”, “Şah Abbas və Xurşidbanu”, “Rüstəm və Söhrab”, “O olmasın, bu olsun”, “Ər və arvad”, Müslüm Maqomayevin “Şah İsmayıl”ında, Zülfüqar Hacıbəyovun “Aşıq Qərib”ində ilk ifaçı olub.
Təkrarolunmaz Məcnun...
Məcnun rolu Sarabskinin yaradıcıllıq həyatında kulminasiya nöqtəsi oldu. Üzeyir Hacıbəyovun diqqətini cəlb edən Hüseynqulu bəy nə az, nə çox 400 dəfə öz qabilliyətini bu rolda sərgiləyib. Hüseynqulu Sarabski tez bir zamanda ümumxalq məhəbbəti və şöhrət qazanır. Muğamları dərindən bilən, parlaq aktyorluq istedadına malik sənətkar milli opera və operettalarda əsas partiyaların ilk və unudulmaz ifaçısı olmuş, uzunmüddətli dolğun səhnə fəaliyyəti ərzində rəngarəng obrazlar qalereyası yaradıb. Adı əsrin müasirləşən, sənət aləminin simvollarından birinə çevrilən, tarixi yaradan sənət fədailərindən biri kimi çəkilir. Zamanında aktyorluq sənətinə dırnaqarası baxanların teatra, incəsənətə münasibətini kökündən dəyişdirdi.
Sarabskinin dediyi kimi “vaxtilə məni barmaqla göstərən, tənə ilə baxanlar indi “Məcnun” deyə çağıraraq alqışlayır, hörmətlə qarşılayırlar”. Siravi insanlarla yanaşı, ədəbiyyatçıların, tənqidçilərin də fikirləri Sarabskidən yan keçmir. Ədəbiyyatşünas Əziz Şərifi Sarabskinin Məcnunu haqqında bunları deyib: “Sarabskinin oyunu misilsiz idi. Onun nəğmələri bulaq kimi axır... Ağlaya-ağlaya, inildəyə-inildəyə öz məhəbbətindən, öz Leylisindən damarlarına işləyən musiqi mənə o qədər təsir edirdi ki, hönkürtümü çətin boğa bilirdim. Lakin göz yaşlarım durmadan axırdı. Qəlbimi isə qəribə hisslər doldururdu. Zavallı, uğursuz, divanə Məcnun! Sarabski öz rolunu böyük məharətlə oynadı. O, Məcnun surətini səhnədə tam mənası ilə canlandırdı”.
Hüseynqulu Sarabski sovet dövründə müxtəlif adlar və mükafatlara layiq görülüb. Azərbaycan SSR xalq artisti fəxri adını 1932-ci ildə, “Qırmızı əmək bayrağı” ordenini isə 1938-ci ildə alıb. Sarabskinin film sahəsində də əvəzsiz rolu olub. Təkrar-təkrar izlədiyimiz “Arşın mal alan”, “Səbuhi”, “Məhəmməd Füzuli”, “Daşdan tikilmiş şəhər” kimi filmlər bu sıraya daxildir. İstedadı dillərdə gəzən Sarabski bir sıra əsərləri ilə də ədəbiyyat tariximizdə iz qoyub. Belə ki, “Bir aktyorun xatirələri”, “Köhnə Bakı”, “Hüseyn Ərəblinskinin tərcümeyi-halı”, “Cəhalət”, “Axtaran tapar”, “Nə tökərsən aşına, o çıxar qarşına” əsərləri Hüseynqulu Rzayevin qələm nümunələridir. Bütün gücünü isə Azərbaycanda teatrın inkişafına həsr etmiş bu insanın həyat xatirələri “Köhnə Bakı” kitabında əksini tapıb.
Böyük incəsənət xadimi 1945-ci ilin bu günü Bakıda vəfat edib və Fəxri Xiyabanda dəfn edilib.
İncəsənətə olan istedad nə pulla alına, nə də sonradan aşılana bilməz. Bunu bu gün Sarabski soyadını daşıyan İsfar Sarabskiyə şamil etmək olar. O, incəsənət sahəsində babasının yolunu davam etdirir, ölkə hüdudlarını aşaraq, dünyaya istedadını sərgiləyib. O, pianoda ifa etdiyi əsərləri ilə dünyanın ən nüfuzlu konsert salonlarında çıxışlar edir, insanların sevgisini qazanır.
Xəbər lenti
Hamısına baxDünya
09 Sentyabr 23:18
İqtisadiyyat
09 Sentyabr 22:50
Dünya
09 Sentyabr 22:24
YAP xəbərləri
09 Sentyabr 22:12
Dünya
09 Sentyabr 21:43
İdman
09 Sentyabr 21:16
İqtisadiyyat
09 Sentyabr 20:59
Elm
09 Sentyabr 20:25
İqtisadiyyat
09 Sentyabr 19:42
Elm
09 Sentyabr 19:17
Maraqlı
09 Sentyabr 18:16
Dünya
09 Sentyabr 17:23
YAP xəbərləri
09 Sentyabr 16:53
Dünya
09 Sentyabr 16:38
YAP xəbərləri
09 Sentyabr 16:11
YAP xəbərləri
09 Sentyabr 16:08
YAP xəbərləri
09 Sentyabr 16:03
YAP xəbərləri
09 Sentyabr 16:01
YAP xəbərləri
09 Sentyabr 15:47
YAP xəbərləri
09 Sentyabr 15:43
İdman
09 Sentyabr 15:19
Dünya
09 Sentyabr 14:26
Dünya
09 Sentyabr 13:31
İqtisadiyyat
09 Sentyabr 13:19
Xəbər lenti
09 Sentyabr 13:10
Dünya
09 Sentyabr 13:09
Dünya
09 Sentyabr 12:50
Elanlar
09 Sentyabr 12:49
Sosial
09 Sentyabr 12:42
Dünya
09 Sentyabr 12:23
Siyasət
09 Sentyabr 12:13
Gündəm
09 Sentyabr 12:12
Mədəniyyət
09 Sentyabr 11:49
Elm
09 Sentyabr 11:45
İqtisadiyyat
09 Sentyabr 11:43
Hadisə
09 Sentyabr 11:42
İqtisadiyyat
09 Sentyabr 11:41
Dünya
09 Sentyabr 11:34
Elm
09 Sentyabr 11:32
Dünya
09 Sentyabr 11:19
Gündəm
09 Sentyabr 10:42
Gündəm
09 Sentyabr 10:37
Mədəniyyət
09 Sentyabr 10:36
YAP xəbərləri
09 Sentyabr 10:34
İqtisadiyyat
09 Sentyabr 10:24
Gündəm
09 Sentyabr 09:52
Analitik
09 Sentyabr 09:17
Sosial
09 Sentyabr 08:53
Elm
09 Sentyabr 08:31
İdman
09 Sentyabr 07:59
Dünya
09 Sentyabr 07:58
Dünya
09 Sentyabr 07:56
Hadisə
09 Sentyabr 07:41
Dünya
08 Sentyabr 23:32
Dünya
08 Sentyabr 23:10
Dünya
08 Sentyabr 22:56
Dünya
08 Sentyabr 22:23
İqtisadiyyat
08 Sentyabr 21:45
Dünya
08 Sentyabr 21:34
İdman
08 Sentyabr 21:19
İqtisadiyyat
08 Sentyabr 20:42
Dünya
08 Sentyabr 20:31
Dünya
08 Sentyabr 20:17
Sosial
08 Sentyabr 19:50
İqtisadiyyat
08 Sentyabr 19:24
Sosial
08 Sentyabr 19:10
YAP xəbərləri
08 Sentyabr 18:18
Dünya
08 Sentyabr 18:16
YAP xəbərləri
08 Sentyabr 18:09
YAP xəbərləri
08 Sentyabr 17:41

