Gənclər Günündə hara gedək?
01.02.2022 [10:26]
MÜŞFİQƏ
2 fevral - Azərbaycan Gəncləri Günü münasibətilə paytaxtda silsilə tədbirlər keçiriləcək. Gənclərin bayramlarını xoş keçirmələri üçün bir-birindən maraqlı konsert proqramları və sərgilərin keçirilməsi nəzərdə tutulub.
Gənclər Günü münasibətilə “Yeni gənclik” musiqi günləri keçiriləcək
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə fevralın 2-dən 4-dək Gənclər Günü münasibətilə “Yeni gənclik” musiqi günləri adı altında bir neçə konsert təşkil ediləcək.
Nazirlikdən qəzetimizə bildirilib ki, fevralın 2-də Azərbaycan Dövlət Akademik Filarmoniyasında baş dirijor, Xalq artisti Fəxrəddin Kərimovun bədii rəhbərliyi ilə Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri ilə “Gənclərə dəstək” layihəsinin iştirakçılarının konserti, Azərbaycan Dövlət Mahnı Teatrında gənc caz ifaçılarının “Gaudeamus Jazz” adlı konserti baş tutacaq.
Fevralın 4-də isə Azərbaycan Dövlət Akademik Filarmoniyasında Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti (dirijor- Mustafa Mehmandarov, solist-pianoçu, Prezident təqaüdçüsü Vüsalə Babayeva - piano) keçiriləcək.
Beynəlxalq Muğam Mərkəzində növbəti konsert Gənclər Gününə həsr
olunacaq
Fevralın 3-də Beynəlxalq Muğam Mərkəzinin (BMM) dəstəyi ilə 2 fevral - Azərbaycan Gəncləri Gününə həsr olunmuş “Yeni gənclik” musiqi günləri çərçivəsində konsert proqramı təqdim olunacaq.
Muğam Mərkəzindən bildirilib ki, konsertdə Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının professoru, Xalq artisti Zəhra Quliyevanın bədii rəhbəri olduğu “Detaşe” violin ifaçıları ansamblı çıxış edəcək. Proqramda BMA-nın III kurs tələbəsi, Beynəlxalq müsabiqələr laureatı Osman Mustafazadə, Xədicə Mirqulamlı, Şükufə Rəsulova iştirak edəcək. İfaçıları Səbinə Muradova müşayiət edəcək.
“Qələbə ruhlu Azərbaycan gəncliyi” adlı tədbir
keçiriləcək
Öz növbəsində, fevralın 2-də Azərbaycan İstiqlal Muzeyində Gənclər Günü münasibətilə tədbir təşkil olunacaq.
Muzeydən bildirilib ki, “Qələbə ruhlu Azərbaycan gəncliyi” adlı tədbirdə gəncliyin bu günü və sabahı ilə bağlı görülən işlərdən danışılacaq, onlara dövlət tərəfindən göstərilən dəstəklə bağlı məruzələr dinləniləcək. Tədbir musiqili proqramla davam edəcək.
Gənclər günündə “AXIN” olacaq
Fevralın 1-də Heydər Əliyev sarayında “Bizi birləşdirən mədəniyyət” layihəsi çərçivəsində “AXIN” adlı sərgi açılacaq.
Dövlət Rəsm Qalereyasından bildirilib ki, sərgi Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Heydər Əliyev Sarayının təşkilatçılığı ilə reallaşacaq.
Sərgi gənclərin cəmiyyətdəki fəallığının təmin edilməsi, istedad və bacarıqlarının üzə çıxarılması, mədəni tədbir və layihələrdə iştiraklarının dəstəklənməsi, bədii-estetik zövqünün formalaşdırılması məqsədilə təşkil olunacaq.
Sərginin ekspozisiyasında 40 nəfərə yaxın gənc rəssamın rəsm əsəri sərgilənəcək.
Xalq artisti Mələkxanım Əyyubova gəncləri öz musiqi payı ilə təbrik edəcək
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Hacıağa Abbasov adına Mədəniyyət Mərkəzində Azərbaycan Respublikasının Xalq artisti Mələkxanım Əyyubovanın konserti olacaq. Gənclər Gününə həsr olunan konsert proqramı fevralın 1-i saat 13:00-da keçiriləcək.
Fevralın 2-də saat 14:00-da isə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Şüvəlan qəsəbə Mədəniyyət evində konsert proqramı təqdim ediləcək.
Konsertdə gənc müğənnilər Aysel Əlizadə, Elnur Məmmədov, Turan Səfərova çıxış edəcəklər.
Bakıdakı Rus Evində gənc istedadların konserti keçiriləcək
Bakıdakı Rus Evi (RİMM) gənc nəslin qurucu və yaradıcı fəaliyyətinin inkişafına şərait yaradan layihələrə xüsusi diqqət yetirir. Azərbaycan Dövlət Akademik Filarmoniyasının “Gəncliyə dəstək” layihəsi çərçivəsində Bakıdakı Rus evində Gənclər Gününə həsr edilmiş konsert olacaq.
RİMM-nin mətbuat xidmətindən verilən məlumata görə, bu layihə çərçivəsində ilk tədbir 2022-ci il fevralın 1-də saat 19:00-da Rus Evində təşkil olunacaq.
Beynəlxalq və respublika müsabiqələrinin laureatları olan gənc istedadların konsertinə arzu edənlərin hamısı dəvət olunur.
Qeyd edək ki, musiqi nömrələri Azərbaycanın Əməkdar artisti Nərgiz Əliyevanın müşayiəti ilə səsləndiriləcək.
Xəbər lenti
Hamısına baxDünya
13 Avqust 23:55
Dünya
13 Avqust 23:35
Dünya
13 Avqust 23:05
Dünya
13 Avqust 22:45
Dünya
13 Avqust 22:20
Dünya
13 Avqust 21:55
Dünya
13 Avqust 21:35
Dünya
13 Avqust 21:10
Dünya
13 Avqust 20:45
Dünya
13 Avqust 20:20
Dünya
13 Avqust 19:55
Dünya
13 Avqust 19:35
Dünya
13 Avqust 19:10
İqtisadiyyat
13 Avqust 18:57
İdman
13 Avqust 15:59
İqtisadiyyat
13 Avqust 15:47
Sosial
13 Avqust 15:20
İqtisadiyyat
13 Avqust 14:55
Mədəniyyət
13 Avqust 14:45
İqtisadiyyat
13 Avqust 14:20
Sosial
13 Avqust 14:18
Sosial
13 Avqust 13:50
Elm
13 Avqust 13:26
Elm
13 Avqust 13:20
İqtisadiyyat
13 Avqust 13:12
Elm
13 Avqust 13:11
İqtisadiyyat
13 Avqust 12:53
Gündəm
13 Avqust 12:40
Mədəniyyət
13 Avqust 12:25
Sosial
13 Avqust 12:05
Elm
13 Avqust 12:00
Gündəm
13 Avqust 11:50
Sosial
13 Avqust 11:50
Elm
13 Avqust 11:37
İdman
13 Avqust 11:35
Elm
13 Avqust 11:32
YAP xəbərləri
13 Avqust 10:59
Analitik
13 Avqust 09:55
Gündəm
13 Avqust 09:50
Gündəm
13 Avqust 09:45
Sosial
13 Avqust 09:25
Gündəm
13 Avqust 09:25
Gündəm
13 Avqust 09:20
Sosial
13 Avqust 09:05
Dünya
12 Avqust 23:55
Dünya
12 Avqust 23:45
Dünya
12 Avqust 23:20
Dünya
12 Avqust 22:55
Elanlar
12 Avqust 22:43
Dünya
12 Avqust 22:35
Dünya
12 Avqust 22:05
Dünya
12 Avqust 21:45
Dünya
12 Avqust 21:20
Dünya
12 Avqust 20:50
Dünya
12 Avqust 20:30
Dünya
12 Avqust 19:55
Dünya
12 Avqust 19:35
Dünya
12 Avqust 19:15
Mədəniyyət
12 Avqust 18:56
İqtisadiyyat
12 Avqust 18:50
İqtisadiyyat
12 Avqust 18:25
İdman
12 Avqust 18:05
Mədəniyyət
12 Avqust 17:45
İqtisadiyyat
12 Avqust 17:15
YAP xəbərləri
12 Avqust 17:12
Elm
12 Avqust 16:58
İdman
12 Avqust 16:57
YAP xəbərləri
12 Avqust 16:56
Analitik
12 Avqust 16:52
Elm
12 Avqust 16:45

