Baletsevərlər “Nizami”nin hüzuruna gəlmişdilər
22.11.2021 [20:25]
Noyabrın 20-də baletsevərlər görkəmli bəstəkar Fikrət Əmirovun "Nizami" baletinin premyerasına toplaşmışdılar. Məkan isə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı idi. COVİD-19 virusu səbəbilə tamaşaçısız qalan teatr öz qonaqlarını dahi şair və mütəfəkkir Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş premyera ilə qarşılayırdı.
Məlumat üçün bildirək ki, bu tamaşa Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə elan edilmiş "Nizami ili" çərçivəsində baş tutan ən dəyərli layihələrdən biri idi və məhz bu tamaşa ilə Mədəniyyət Nazirliyinin keçirdiyi yubiley həftəsi öz işini sona çatdırmış oldu.
Həyata keçirilən bu quruluş böyük şairin xatirəsinə həsr olunmuş bir töhfə olmaqla yanaşı? həm də görkəmli bəstəkar Fikrət Əmirovun qiymətli musiqi irsinin yaşanması və təbliğ edilməsi məqsədini güdürdü.
Sənətsevərlər öz müqəddəs məkanlarına, əməksevərlər isə öz işinə qovuşdu
İki ildən sonra öz müqəddəs məkanlarında toplaşan baletsevərlərin sevinc və həyəcanları üzlərindən oxunurdu. Şıq qiyafədə, əllərində çiçək dəstələri ilə yenidən bu əsrarəngiz auranın içində olmağın və sənət əsərlərini dinləməyin həyəcanını yaşayırdılar. Foyedə gül-çiçəklə gözləyən tamaşaçılar arasında azyaşlıları da görmək olardı.
Darıxmışdıq! Opera səhnəsinin şahənşahlığı, orkestrın ifasında tükürpədən canlı ifa, hətta zala daxil olarkən bizi gülərüzlə qarşılayan bilet nəzarətçisi Məlahət xanım üçün də darıxmışdıq. Nəhayət ki, sənətsevərlər öz müqəddəs məkanlarına, əməksevərlər isə öz işinə qovuşdular.
“Şəbi hicran” bəstəsi və sükuta bürünən zal
Pərdələr açılır... İkipərdəli şah əsər öz işinə başlayır. “Xəmsə”si ilə səhnəyə daxil olan “Nizami” bizi öz dünyasına, söz dünyasına aparır. Bir növ, 12-ci əsrə - intibah dövrünə səyahət edirik. Bəşəriyyəti sülhə, hümanizmə, ədalətli olmağa səsləyən Nizaminin sirli xəzinəsində qoruyub saxladığı Məcnunun Leyliyə dəlicəsinə sevgisi, Şirinin Xosrova olan vəfası, əjdahanın başını kəsən Bəhramın şücaəti, bir-birindən gözəl 7 qızı, ən nəhayət fateh İsgəndərə həyat dərsi keçən Nüşabəni bu dəfə rəqsin və ədəbiyyatın sintezində görmüş olduq. Zalda canlı orkestrin müşayiəti ilə səslənən musiqi, yüksək zövqlə səhnələşdirilən tamaşa üçün qurulan rəngarəng dekorasiyalar, öz sehrinə salan işıqlar, rəqslər, aktyorların geyimləri böyük maraqla qarşılandı. Tamaşaçılarla dolu olan zal işinin öhdəsinən məharətlə gələn gənc və peşəkar sənətçiləri uzun müddət ayaq üstə alqışladı. Sonda “Nizami” öz qəhrəmanları ilə birgə tamaşaçılarını salamladı. Möhtəşəm sənət gecəsi zalı bürüyən “Bravo... Bravo... Bravoo” səsləri ilə başa çatdı.
Qeyd edək ki, tamaşanın musiqi rəhbəri və dirijoru Respublikanın Əməkdar artisti, dirijorların beynəlxalq müsabiqələri və "Humay" milli mükafatının laureatı Əyyub Quliyev, libretto müəllifi Əjdər Ulduzdur. Tamaşanın xoreoqrafiyasını Azərbaycanın Xalq artisti, balet truppasının bədii rəhbəri, xoreoqrafiya üzrə professor Kamilla Hüseynova həyata keçirmişdir. Quruluşçu rəssam Əməkdar mədəniyyət işçisi Tehran Babayevdir.
Əsl musiqi və sənət bayramına çevrilən bu premyera tamaşası baletsevərlərə sonsuz sevinc və məmnunluq hissi bəxş etməklə yanaşı, artıq Teatrın repertuarına daxil edilib. Heç şübhəsiz ki, hələ uzun illər ərzində təqdim olunacaqdır.
Müşfiqə BAYRAMLI
Xəbər lenti
Hamısına baxSiyasət
15 İyun 19:39
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40

