Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Mədəniyyət / Nizami Gəncəvinin "Yeddi gözəl" poeması qırğız dilində nəşr olunub

Nizami Gəncəvinin "Yeddi gözəl" poeması qırğız dilində nəşr olunub

03.07.2010 [10:23]

Bişkekdəki Türkdilli ölkələrin Siyasətinə Dəstək Fondunun və Bakıda fəaliyyət göstərən “Avromed” şirkətinin sifarişi ilə Qırğızıstan paytaxtındakı “Biyiktik” nəşriyyatında dahi Azərbaycan şairi Nizami Gəncəvinin “Yeddi gözəl” poeması qırğız dilində çapdan çıxıb.
Kitabın baş məsləhətçisi AMEA-nın müxbir üzvü, Milli Məclisin mədəniyyət komitəsinin sədri Nizami Cəfərov, məsləhətçiləri Cavanşir Feyziyev, Nüsrət Məmmədov, Hikmət Məmmədov və Qafar Əliyevdir.
Qırğız dilində ilk dəfə nəşr olunan poemanın tərcüməçisi şair Eqemberdi Ermatovadır.
Bu yaxınlarda isə Bişkekdə daha bir Azərbaycan ədibinin - görkəmli yazıçı, alim və pedaqoq Mir Cəlal Paşayevin üçcildlik seçilmiş əsərləri qırğız dilində işıq üzü görəcək.
Xatırladaq ki, indiyədək Türkdilli ölkələrin Siyasətinə Dəstək Fondunun təşəbbüsü ilə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin rus və qırğız dillərində “Azərbaycanlılara qarşı soyqırımı gerçəkliyi” əsəri, Prezident Administrasiyasının sektor müdiri Qafar Əliyevin Ulu öndər Heydər Əliyev haqqında rus dilində “Müasir Azərbaycanın banisi, xilaskarı və yaradıcısı” kitabı, Mir Cəlal Paşayevin qırğız dilində “Bir gəncin manifesti” povesti, Əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü, Milli Məclisin deputatı, akademiyanın Tarix İnstitutunun direktoru Yaqub Mahmudovun elmi redaktorluğu ilə rus və ingilis dilində hazırlanmış “Ermənilərin Azərbaycan torpağındakı əməlləri haqqında tarixi faktlar” kitabı və digər əsərlər nəşr olunub.

Paylaş:
Baxılıb: 1903 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Aİ təsdiqlədi...

25 Sentyabr 09:17

Sosial

Beynim yorulub, yoxsa...

25 Sentyabr 08:36

Gündəm

Daimi inkişaf naminə...

25 Sentyabr 08:12

Dünya

YAP xəbərləri

Dünya

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30