20 Yanvar şəhidlərinin əziz xatirəsi mədəniyyət ocaqlarında da anılacaq
11.01.2020 [11:01]
Faciənin otuzuncu ildönümü ilə əlaqədar tamaşaların göstərilməsi, sərgi-tədbirlərin keçirilməsi, o cümlədən bədii və sənədli filmlərin nümayiş etdirilməsi planlaşdırılır
Məlum olduğu kimi, hər il ölkəmizdə, eləcə də Azərbaycanın sərhədlərindən kənarda 20 Yanvar faciəsinin ildönümü ilə bağlı anım tədbirləri keçirilir, bu faciədə şəhid olmuş qəhrəmanların xatirələri anılır. Yeri gəlmişkən, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyevin sərəncamı ilə “20 Yanvar faciəsinin otuzuncu ildönümü ilə bağlı tədbirlər planı” təsdiq edilib. Tədbirlər planı Azərbaycan Respublikası Prezidentinin 20 Yanvar faciəsinin otuzuncu ildönümü haqqında 2019-cu il 13 dekabr tarixli Sərəncamına əsasən hazırlanıb.
Məlumat üçün bildirək ki, respublikanın şəhər və rayonlarında, idarə və təşkilatlarda 20 Yanvar gününün Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizənin rəmzi kimi qeyd olunması ilə bağlı tədbirlər, 20 Yanvar hadisələrinin mahiyyətini əks etdirən konfrans, toplantı və mühazirələr təşkil ediləcək, mədəniyyət ocaqlarında faciəyə həsr olunmuş tamaşalar, bədii və sənədli filmlər nümayiş olunacaq. 20 Yanvar faciəsinin otuzuncu ildönümü ilə bağlı tədbirlər kütləvi informasiya vasitələrində geniş işıqlandırılacaq.
Həmçinin dünya ictimaiyyətinin diqqətini bu faciəyə yönəltmək məqsədilə Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri və icmaları vasitəsilə müvafiq tədbirlərin keçirilməsi, dünyanın aparıcı kütləvi informasiya vasitələrində, eləcə də televiziya kanallarında və internet şəbəkələrində 20 Yanvar hadisələri barədə müxtəlif dillərdə materialların hazırlanması, nəşri və yayılmasının təmin olunması barədə müvafiq qurumlara tapşırıqlar verilib.
Tədbirlər planına əsasən, respublikanın bütün təhsil müəssisələrində faciəyə həsr edilmiş xüsusi dərs keçiriləcək, 20 Yanvar şəhidlərinin ailələrinə humanitar yardımlar göstəriləcək, Şəhidlər xiyabanı ərazisində lazımi işlər aparılacaq, faciə qurbanlarının xatirəsinə həsr olunan dini mərasimlər təşkil ediləcək.
Bundan başqa, paytaxt ictimaiyyətinin yanvarın 20-də Şəhidlər xiyabanına ziyarətinin təşkili, saat 12:00-da bütün ölkə ərazisində şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, respublikanın şəhər və rayonlarında, kənd və qəsəbələrində 20 Yanvar faciəsinin otuzuncu ildönümü ilə əlaqədar hüzn əlaməti olaraq Azərbaycanın dövlət bayraqlarının endirilməsi və digər tədbirlər planlaşdırılır.
Onu da qeyd edək ki, sözügedən sənədə uyğun olaraq bir sıra teatr və mədəniyyət ocaqlarında 20 Yanvar faciəsinin otuzuncu ildönümünə həsr olunmuş geniş anım mərasimlərinin keçirilməsi planlaşdırılır.
“Qarabağnamə” 20 Yanvar faciəsinin 30-cu ildönümü münasibətilə nümayiş etdiriləcək
Məsələn, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı yanvarın 19-da “Qarabağnamə” adlı tamaşasını təqdim edəcək. Bu tamaşa Xalq yazıçısı, görkəmli dramaturq İlyas Əfəndiyevin “Hökmdar və qızı” əsəri əsasında hazırlanıb. Səhnə əsəri Xalq artisti, uzun illər İlyas Əfəndiyevlə birlikdə işləyib, onun yaradıcılığına yaxından bələd olan rejissor Mərahim Fərzəlibəyova həvalə edilib. Qurumun mətbuat xidmətinin rəhbəri Cavid Zeynallının verdiyi məlumata görə, teatrın tarixinə silinməz sətirlərlə yazılmış “Qarabağnamə” tamaşası XVIII əsrdə Qarabağ xanlığının mərkəzi olan Şuşada baş vermiş tarixi hadisələrdən və Qarabağ hökmdarı İbrahim xanın ictimai-siyasi, ailə-məişət həyatından bəhs edir. Güclü milli ruh aşılayan səhnə əsərinin başlıca mövzusu isə xanlıqları birləşdirib vahid dövlət yaratmaqdır. Bildirilib ki, erməni fitnəkarlığının qurbanı olan İbrahim xan və şücaəti ilə ürəkləri riqqətə gətirən Cavad xan obrazları izləyənlərin yaddaşından silinməyəcək.
Tamaşaçılar tərəfindən hər dəfə maraq və çoşqu ilə qarşılanan sözügedən səhnə əsərində rolları Xalq artistləri Kazım Abdullayev, Firəngiz Mütəllimova, Rafiq Əzimov, Hacı İsmayılov, Əli Nur, Ramiz Məlik, Əjdər Həmidov, Əməkdar artistlər Elxan Quliyev, Məsmə Aslanqızı, Elnar Qarayev, Aslan Şirin, Kazım Həsənquliyev və başqaları ifa edəcəklər.
20 Yanvar faciəsinə ithaf olunmuş “Şəhərin qış gecələri” səhnə əsərinin premyerası baş tutacaq
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında isə “Şəhərin qış gecələri” tamaşası hazırlanır. Xalq yazıçısı Anarın eyniadlı pyesi əsasında hazırlanan səhnə əsərinin quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Bəhram Osmanovdur. Qurumun mətbuat xidmətinin rəhbəri Pərvin Nurəliyeva bildirib ki, ötən əsrin 80-ci illərində məşhur olan Anarın “Şəhərin yay günləri” əsərinə mərhum rejissor Tofiq Kazımov quruluş vermişdi. Mədəniyyət ocağının səhnəsində tamaşa yenidən səhnəyə qoyulacaq. Tamaşanın premyarası isə 18 və 19 yanvar tarixlərində baş tutacaq.
Məlumat üçün bildirək ki, tamaşanın bəstəkarı Xalq artisti Siyavuş Kərimi, quruluşçu rəssamı Arif Əbdürrəhmanovdur. Tamaşada Əməkdar artistlər Elşən Rüstəmov, Kəmalə Hüseynova, Elşən Çarhanlı, Şövqü Hüseynov, İlham Əsədov, aktyorlar Bəhram Həsənov, Vahid Orucoğlu, Vüqar Məmmədəliyev, Ramil Məmmədov, Manaf Dadaşov, Ədalət Əbdülsəməd, Rövşən Abbasov, Kərəm Hadızadə, Ramiq Nəsirov rol alıblar.
“Xocalı - bu olub” adlı tamaşa Pantomima Teatrının səhnəsində...
20 Yanvar faciəsinə həsr olunmuş növbəti səhnə əsəri isə “Xocalı - bu olub” adlı tamaşadır. Azərbaycan Dövlət Pantomima Teatrında nümayiş olunacaq səhnə əsərinin müəllifi və quruluşçu rejissoru Xalq artisti Bəxtiyar Xanızadə, quruluşçu rəssamı Sənubər Səmədova, musiqi tərtibatçısı Əməkdar artist Elman Rəfiyevdir. Rolları Elman Rəfiyev, Nargilə Qəribova, Bəhruz Əhmədli, Səbinə Hacıyeva, Nurlan Rüstəmov, Solmaz Bədəlova, Leyla Atayeva, Nuridə Musabəyli, Elxan Şahalıyev və Cavad Nuriyev ifa edəcək.
Qeyd edək ki, səhnə əsəri ilk dəfə olaraq ötən il fevral ayının 25-də Bolqarıstanın paytaxtı Sofiyada nümayiş olunub. Mədəniyyət Nazirliyi və ölkəmizin Bolqarıstandakı səfirliyinin təşəbbüsü ilə reallaşan nümayiş Xocalı soyqırımının tanıdılması məqsədi ilə hazırlanıb.
Sumqayıtlılar 20 Yanvar faciəsini “Vicdanın hökmü” ilə yad edəcəklər
O cümlədən 20 Yanvar günü Sumqayıt Dövlət Dram Teatrında da qeyd olunacaq. Yanvarın 18-də vətənpərvərlik mövzusunda Hüseynbala Mirələmovun “Vicdanın hökmü” tamaşası nümayiş etdiriləcək. Tamaşa Qarabağ müharibəsində iştirak etmiş vətənpərvər oğulların şücaətindən, torpaq sevgisindən, ziyalı, müəllim Rəhimin igidliyindən və qəhrəmancasına döyüşlərdə həlak olmasından bəhs edir. Tamaşanın əsas ideyası igid əsgərlərimizi mənfur ermənilərin törətdikləri vandalizmə qarşı ayıq-sayıq olmağa səsləyir.
20 Yanvar faciəsi qurbanlarının xatirəsinə həsr olunmuş sərgi keçiriləcək
O cümlədən paytaxtın bir çox muzey və sərgi salonlarında da 20 Yanvar faciəsi qurbanlarına həsr olunmuş anım tədbirlərinin keçirilməsi planlaşdırılıb. Məsələn, Bakı Xətai Sənət Mərkəzində “Azadlıq aşiqləri günü-20 Yanvar” adlı respublika uşaq rəsm müsabiqəsinin yekun sərgisi açılacaq.
Yanvarın 18-də reallaşacaq sərgi Mədəniyyət Nazirliyi, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqının dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə gerçəkləşəcək.
Qeyd edək ki, müsabiqədə seçim iki yaş kateqoriyası üzrə - 12 yaşa qədər və 12-17 yaş arası aparılıb.
Müşfiqə BAYRAMLI
Xəbər lenti
Hamısına baxGündəm
22 Aprel 09:57
Ədəbiyyat
22 Aprel 09:30
Analitik
22 Aprel 09:14
Sosial
22 Aprel 08:56
Sosial
22 Aprel 08:32
YAP xəbərləri
21 Aprel 23:53
Dünya
21 Aprel 23:35
Dünya
21 Aprel 23:11
İqtisadiyyat
21 Aprel 22:58
Dünya
21 Aprel 22:21
Dünya
21 Aprel 21:45
Sosial
21 Aprel 21:19
Dünya
21 Aprel 20:57
Dünya
21 Aprel 20:35
Siyasət
21 Aprel 20:31
Dünya
21 Aprel 20:25
Dünya
21 Aprel 19:41
Dünya
21 Aprel 19:16
Dünya
21 Aprel 18:20
Analitik
21 Aprel 17:54
Maraqlı
21 Aprel 17:39
Dünya
21 Aprel 16:41
Dünya
21 Aprel 16:25
Sosial
21 Aprel 16:17
Dünya
21 Aprel 15:59
Turizm
21 Aprel 15:44
Dünya
21 Aprel 15:30
İqtisadiyyat
21 Aprel 15:13
Sosial
21 Aprel 15:12
Sosial
21 Aprel 15:12
Sosial
21 Aprel 15:11
Sosial
21 Aprel 15:11
Sosial
21 Aprel 15:10
Sosial
21 Aprel 15:09
Sosial
21 Aprel 15:06
İqtisadiyyat
21 Aprel 15:04
Hadisə
21 Aprel 14:55
Dünya
21 Aprel 14:45
Dünya
21 Aprel 14:18
Dünya
21 Aprel 13:50
Sosial
21 Aprel 13:49
Dünya
21 Aprel 13:21
Dünya
21 Aprel 12:43
Sosial
21 Aprel 12:42
Gündəm
21 Aprel 12:19
Gündəm
21 Aprel 11:52
Gündəm
21 Aprel 11:30
Siyasət
21 Aprel 11:14
Gündəm
21 Aprel 11:12
Gündəm
21 Aprel 10:59
Gündəm
21 Aprel 10:35
Gündəm
21 Aprel 10:17
İqtisadiyyat
21 Aprel 09:53
Analitik
21 Aprel 09:31
Analitik
21 Aprel 09:15
Sosial
21 Aprel 08:57
Sosial
21 Aprel 08:34
Sosial
21 Aprel 07:29
Dünya
21 Aprel 07:16
Dünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35

