Teatrlarımızın dekabr afişası hazırdır
04.12.2019 [09:31]
Tamaşaçıları bu ayda da zəngin və maraqlı repertuarlar gözləyir
Artıq Yeni ilə sayılı günlər qalıb. Soyuq qış mövsümündə də teatrlarımız tamaşaçıların qəlbini isidəcək repertuar hazırlayıb. Sənətçilər teatrsevərlərin qarşısına yeni səhnə əsərləri ilə çıxmağı planlaşdırırlar.
Məsələn Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı 147-ci mövsümdə tamaşaçılara həm dünya, həm də Azərbaycan klassikasından tamaşalar təqdim edəcək. Teatrın mətbuat xidmətinin rəhbəri Cavid Zeynallının verdiyi məlumata görə, dekabrın 7-də görkəmli yazıçı, dramaturq, nasir və ictimai xadim Cəfər Cabbarlının 120 illiyi münasibətilə “Yaşar” tamaşası göstəriləcək.
Tamaşada Xalq artistləri Ramiz Məlik, Nurəddin Mehdixanlı, Cəfər Namiq Kamal, Əməkdar artistlər Elnar Qarayev, Rəşad Bəxtiyarov, Məsmə Aslanqızı, Ayşad Məmmədov, Mehriban Xanlar, Elşən Rüstəmov, Elxan Quliyev və başqaları rol alacaqlar.
Dekabrın 8-də isə Avksenti Saqarelinin “Xanuma” pyesi əsasında hazırlanmış eyniadlı tamaşa yenidən səhnəyə qoyulacaq. Dilbər İsmayılovanın idarə etdiyi tamaşada Xalq artistləri Bəsti Cəfərova, Cəfər Namiq Kamal, Ramiz Novruz, Səidə Quliyeva, Hacı İsmayılov və başqalarından ibarət peşəkar yaradıcı heyət yer alıblar. Tamaşada hadisələr XIX əsrdə Tbilisidə cərəyan edir.
Bundan başqa, dekabrın 12-də “Bir, iki, bizimki...”, 13-də “Dəli yığıncağı”, 14-də “Şah Qacar”, 15-də “Sinif yoldaşları”, 18-də “Manqurt” tamaşaları təqdim olunacaq.
Aparıcı sənət ocaqlarımızdan olan Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının da yaradıcı heyəti repertuarın təqdimatına hazırlaşır. Teatrın mətbuat xidmətinin rəhbəri Şükufə Ağamirzəyevadan aldığımız məlumata görə, dekabrın 4-də Azərbaycan Dövlət Opera və Balet Teatrında Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” əsəri əsasında səhnələşdirilən tamaşa nümayiş olunacaq. Əməkdar incəsənət xadimi Hafiz Quliyevin rejissoru olduğu səhnə əsərində əsas rollarda teatrın aparıcı solistləri - Xalq artistləri Azər Zeynalov və Əkrəm Poladov, Əməkdar artistlər İnarə Babayeva, Fərid Əliyev, Gülüstan Əliyeva, Cahangir Qurbanov, Ələkbər Əliyev, Tural Ağasıyev, solistlər Fəhmin Əhmədli, Ağaxan Şərifov və başqaları çıxış edəcəklər. Tamaşa Əməkdar incəsənət xadimi Sevil Hacıyeva tərəfindən idarə olunacaq.
Bununla yanaşı, dekabrın 7-də Viva-opera (Teatrın opera solistlərinin qala-konserti), 8-də “Min bir gecə”, 11-də “Aleko”, 14-də “Qu gölü”, 15- də “Aşıq Qərib”, 21-də “Eşq və Ölüm”, 22-də “Leyli və Məcnun”, 25 və 29-da “Şelkunçik”, 28-də isə “Arşın mal alan” yenidən teatrsevərlərin ixtiyarına veriləcək.
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında isə ingilis nağıllarının motivləri əsasında uşaqlar üçün “Şən Elf və cadugər” tamaşası hazırlanır. Teatrın mətbuat xidmətinin rəhbəri Pərvin Nurəliyevanın qəzetimizə verdiyi məlumata görə, səhnə əsərinin rejissoru bir çox uşaq tamaşalarına quruluş verən Ayla Osmanovadır. O, “Şən Elf və cadugər”in balacaları sevindirəcəyini söyləyib: “Məqsədimiz balacaları əyləndirməklə yanaşı, dünyanın gözəl olduğuna inandırmaqdır. Onların da rəngarəng dünyalarını bir az da gözəlləşdirmək istəyirik”.
Bundan əlavə, dekabrın 14-də C.Cabbarlının “Oqtay Eloğlu” pyesi əsasında qurulacaq eyniadlı tamaşası nümayiş olunacaq.Tamaşada Xalq artistləri Qurban İsmayılov, Yasin Qarayev, Əməkdar artistlər Elşən Rüstəmov, Şövqi Hüseynov, Elnur Kərimov, Qəmər Məmmədova, Elnur Hüseynov, Elşən Çarhanlı və digərləri yer alacaqlar.
Həmçinin sənət ocağında “Çeburaşka”, “Danışan gəlincik”, “Qırmızı papaq”, “Hekayəti-xırs quldurbasan” və başqa səhnə əsərləri sərgilənəcək.
Müşfiqə BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17

