/ / “Daşın nəğməsi” IV Beynəlxalq heykəltəraşlıq simpoziumunda 11 heykəltəraşın sənət əsəri nümayiş olunur
“Daşın nəğməsi” IV Beynəlxalq heykəltəraşlıq simpoziumunda 11 heykəltəraşın sənət əsəri nümayiş olunur
01.10.2019 [09:50]
“Qala” Arxeoloji-Etnoqrafik Muzey Kompleksində “Daşın nəğməsi” adlı IV Beynəlxalq heykəltəraşlıq simpoziumu çərçivəsində yaradılan əsərlər sentyabrın 30-da təqdim olunub.
AZƏRTAC xəbər verir ki, Nəsimi-şeir, incəsənət və mənəviyyat Festivalına həsr olunmuş budəfəki simpoziumda yaradılan əsərlər 650 illik yubileyi qeyd olunan Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin yaradıcılığından bəhs edir.
Bu dəfə simpoziumda 8 ölkədən 11 heykəltəraş iştirak edir.
Rusiya, Rumıniya, Belarus, Çin, İran, Latviya, Bolqarıstan və Azərbaycandan olan heykəltəraşlar “Qala” Arxeoloji-Etnoqrafik Muzey Kompleksi ərazisində aqlay daşından Nəsimi yaradıcılığına həsr olunan əsərlər yaradıblar.
Simpoziumda ilk dəfə iştirak etdiyini deyən iranlı heykəltəraş Səid Əhmədi bildirib ki, o da digər həmkarları kimi simpoziuma Nəsimi yaradıcılığından bəhrələnərək ərsəyə gətirdiyi “Uçmaq üçün qanad” əsəri ilə qatılıb. “Biz bu əsərləri hazırlayarkən müəyyən müddət çəkir ki, onu tam ərsəyə gətirək. Ancaq bütün bu əziyyətlərin nəticəsinin yaxşı olduğunu düşünmək olar. Ümid edirəm ki, budəfəki simpoziumda nümayiş edilən sənət əsərləri maraqlı və yaddaqalan olacaq”.
Belaruslu heykəltəraş Aleksey Vrublevski vurğulayıb ki, o, Nəsimi yaradıcılığı ilə yaxından tanışdır. Şairin qəzəlləri onda xoş təəssürat yaradıb. Aleksey Vrublevski yaratdığı əsərdə daha çox şairin poeziyasından ilhamlandığını söyləyib. “Mən də bu tədbirə birinci dəfədir qatılıram. Nəsimi yaradıcılığı ilə tam vəhdət təşkil edən sənət əsəri - “Məndə sığar iki cahan” əsərinin meydana gəlməsinə çalışdım”.
Həmyerlimiz, azərbaycanlı heykəltəraş Fərman Qasımov deyib ki, simpoziuma fərqli və olduqca maraqlı “Təcəlli” əsəri ilə qatılıb: “Belə tədbirin hər il keçirilməsi olduqca əlamətdardır. Simpoziumda müxtəlfif ölkələrdən olan sənətkarların bir araya gəlməsi, həm də sənət və təcrübə mübadiləsi deməkdir. Bunun digər müsbət cəhəti, həm də ondadır ki, xarici ölkədən olan sənətkarlar Nəsimi yaradıcılığına dərindən bələd olur. Bir sözlə, sənətin dili ilə şairin zəngin yaradıcılığını insanlara çatdırırlar. Hamıya uğurlar arzulayıram”.
Dünyanın bir çox ölkələrində belə möhtəşəm simpoziumlarda iştirak etdiyini deyən rusiyalı heykəltəraş Nikolay Karlıxanov hər ölkədə fərqli-fərqli əsərlərlə çıxış etdiyini qeyd edib. Digər həmkarları kimi budəfəki simpoziumun daha yaddaqalan və maraqlı olacağını söyləyib. Bildirib ki, Nəsimi yaradıcılığı onda “Emanasiya” adlı sənət əsəri yaratmağa sövq edib.
Simpoziuma “Böyük qayıdış” əsəri ilə qatılan həmyerlimiz Əhəd Məmmədov nümayiş edilən əsərlərin əhəmiyyətini vurğulayaraq, ziyarətçilər tərəfindən bəyəniləcəyi və Nəsimi festivalına töhfə olacağını söyləyib.
Qeyd edək ki, “Daşın nəğməsi” adlı Beynəlxalq heykəltəraşlıq simpoziumu 2016-cı ildən keçirilir.
Xəbər lenti
Hamısına baxDünya
22 İyun 23:20
Dünya
22 İyun 22:47
İdman
22 İyun 22:24
Dünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
YAP xəbərləri
22 İyun 16:07
Sosial
22 İyun 15:45
Siyasət
22 İyun 15:31
Siyasət
22 İyun 15:29
Hadisə
22 İyun 15:15
Gündəm
22 İyun 15:05
Sosial
22 İyun 14:44
Siyasət
22 İyun 14:43
Dünya
22 İyun 14:31
Sosial
22 İyun 14:11
Elm
22 İyun 13:46
Dünya
22 İyun 13:42
Siyasət
22 İyun 13:29
Siyasət
22 İyun 13:25
Gündəm
22 İyun 13:21
Gündəm
22 İyun 13:09
Sosial
22 İyun 13:03
Dünya
22 İyun 12:56
Sosial
22 İyun 12:34
Dünya
22 İyun 12:29
Gündəm
22 İyun 12:26
Sosial
22 İyun 11:48
Sosial
22 İyun 11:47
Gündəm
22 İyun 11:46
İdman
22 İyun 11:35
Dünya
22 İyun 11:13
Gündəm
22 İyun 11:12
Gündəm
22 İyun 11:02
Dünya
22 İyun 10:50
Dünya
22 İyun 10:22
Gündəm
22 İyun 10:13
YAP xəbərləri
22 İyun 09:48
Dünya
22 İyun 09:45
YAP xəbərləri
22 İyun 09:43
Dünya
22 İyun 09:18
İdman
22 İyun 08:51
Dünya
22 İyun 08:27
Dünya
22 İyun 08:16
Dünya
22 İyun 08:16
İdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Xəbər lenti
21 İyun 16:30
Dünya
21 İyun 15:39
Siyasət
21 İyun 14:29
Siyasət
21 İyun 14:24
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30

