Şərqlə Qərbi özündə birləşdirən şəhər
27.11.2009 [09:30]
Təxminən bir aydan sonra bəşəriyyət köhnə-2009-cu ili yola salmaqla yanaşı, yeni-2010-cu ili qarşılayacaq. Qeyd etmək yerinə düşər ki, 2009-cu il Azərbaycan üçün bir sıra əlamətdar hadisələr və tədbirlərlə zəngin oldu. 2009-cu ildə Bakı şəhərinin İslam Mədəniyyətinin Paytaxtı elan olunması çərçivəsində həyata keçirilən tədbirlər də bu sıradandır. öncə onu vurğulamaq yerinə düşər ki, Bakının İslam Mədəniyyətinin Paytaxtı elan olunması ölkəmizin İslam dünyasındakı yüksək nüfuzu və Azərbaycanla İslam Konfransı Təşkilatı arasındakı sıx münasibətlərlə birbaşa bağlıdır.
Daha dəqiq desək ki, Azərbaycan 1991-ci ildən üzvü olduğu İslam Konfransı Təşkilatı (İKT) ilə sıx əməkdaşlıq edir. İKT Azərbaycana münasibətdə, xüsusilə ağrılı problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində həmişə düzgün mövqe tutub, problemin ölkəmizin ərazi bütövlüyü prinsipi əsasında həllinə dair bir sıra mühüm qərar və qətnamələr qəbul edib, Azərbaycanın ədalətli mövqeyini daim dəstəkləyib. İKT-nin qətnamələri Azərbaycan üçün yalnız siyasi əhəmiyyət daşımır. Respublikamıza müsəlman ölkələri tərəfindən göstərilən humanitar, texniki və digər yardımın böyük bir hissəsi İKT konfranslarının qəbul etdiyi həmin mühüm sənədlər əsasında həyata keçirilir. Bu baxımdan İKT-nin mövqeyini nümunə hesab etmək olar. İstər Birləşmiş Millətlər Təşkilatında, istərsə də digər beynəlxalq təşkilatlarda müxtəlif məsələlərlə bağlı səsvermələr zamanı İKT üzvü olan ölkələr Azərbaycanın mövqeyini daim müdafiə edirlər.
Onu da qeyd edək ki, 29-31 dekabr 2001-ci il tarixlərində Qətərin paytaxtı Dohada keçirilmiş Mədəniyyət Nazirlərinin III İslam Konfransında İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (İSESKO) təklif etdiyi “İslam mədəniyyətinin paytaxtları” ilkin proqramını təsdiqləyən qətnamə qəbul edilib. Bu qətnaməyə əsasən İslam Konfransı Təşkilatına (İKT) üzv dövlətlərin təklif edəcəkləri şəhərlər arasından İSESKO Ərəb, Asiya və Afrika regionlarının hər biri üçün bir şəhər olmaqla hər il üç şəhər seçəcəkdi. Elə həmin konfransda Səudiyyə Ərəbistanında yerləşən Məkkə Əl Mükərrəm şəhərinin İslam mədəniyyətinin ilk paytaxtı kimi qeyd olunması qərara alınıb. Bundan sonra İSESKO “İslam mədəniyyətinin paytaxtları” proqramının konsepsiyasını hazırlayıb ki, burada da Məkkə şəhərindən sonra Ərəb, Asiya və Afrika regionlarından 30 şəhərin 10 il ərzində İslam mədəniyyətinin paytaxtları kimi qeyd olunması təklif edilib. 15-17 dekabr 2004-cü il tarixlərində Əlcəzairdə keçirilmiş Mədəniyyət Nazirlərinin IV İslam Konfransı 2005-2014-cü illər üçün nəzərdə tutulmuş “İslam mədəniyyətinin paytaxtları” proqramını təsdiqləyib. Bu proqrama əsasən hər hansı bir şəhərin İslam Mədəniyyətinin Paytaxtı kimi qeyd olunması üçün həmin şəhər ölkə və region səviyyəsində mühüm tarixi keçmişə, elmi tədqiqat mərkəzləri, əlyazma kitabxanaları, arxeoloji təhsil mərkəzlərinə, fərdi və kollektiv şəkildə mədəni tədbirlər təşkil edən mədəniyyət qurumlarına malik olmalı, eyni zamanda bu şəhərin həm İslam, həm də bəşər mədəniyyətində elm, incəsənət, ədəbiyyat sahəsindəki töhfələrinə görə xüsusi yeri olmalıdır. 2007-ci il 21-23 noyabr tarixlərində Liviyanın Tripoli şəhərində Mədəniyyət Nazirlərinin V İslam Konfransı keçirilib.
Həmin tədbirdə Azərbaycanı mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib. İclas zamanı Əbülfəs Qarayev Bakı şəhərinin “İslam mədəniyyətinin paytaxtları” proqramında müəyyən edilən bütün meyarlara tamamilə uyğun gəldiyini təsdiqləyən geniş bir məruzə ilə çıxış edib və 2009-cu ildə Bakı şəhərinin İslam Mədəniyyətinin Paytaxtı kimi qeyd olunması təklifini irəli sürüb. Azərbaycan nümayəndə heyətinin təklifi iclas iştirakçıları tərəfindən yekdilliklə qəbul olunub. Konfrans nəticəsində qəbul olunan İCCM5/2007/R.5.2 saylı qətnaməyə əsasən Bakı şəhəri 2009-cu il üçün İslam Mədəniyyətinin Paytaxtı elan olunub və Mədəniyyət Nazirlərinin növbəti VI Konfransının Bakıda keçirilməsi qərara alınıb.
Beləliklə, “Bakı-İslam Mədəniyyətinin Paytaxtı-2009” Mədəniyyət ili çərçivəsində ötən 11 ay ərzində ölkəmizdə bir sıra əlamətdar tədbirlər keçirilib. Daha doğrusu, “Bakı-İslam Mədəniyyətinin Paytaxtı-2009” Mədəniyyət ilinin proqramına 100-dən artıq milli və beynəlxalq miqyaslı tədbir daxil edilib.
Göstərilən istiqamətdə keçirilən beynəlxalq tədbirlər zamanı Azərbaycan dövlətinin öz imkanlarından istifadə edərək başqa istiqamətlərdə olduğu kimi, mədəniyyət sahəsində də islahatlar, proqramlar həyata keçirdiyi xüsusi olaraq vurğulanıb. Qeyd olunub ki, Prezident İlham Əliyevin birbaşa göstərişi ilə ölkəmizin bütün mədəniyyət müəssisələrində yenidənqurma və bərpa işləri aparılır, onlar ən müasir texnologiyalarla təmin edilir. Bu istiqamətdə həm Avropa, həm də İslam ölkələrinin mütərəqqi təcrübəsindən istifadə olunur.
Eyni zamanda, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın mədəniyyət sahəsinə göstərdiyi diqqət xüsusi olaraq vurğulanıb.
O da bildirilib ki, Azərbaycan dövləti İslam mədəniyyətinə aid abidələrin, tarixi irs nümunələrinin qorunması və mühafizəsi istiqamətində ən yüksək səviyyədə tədbirlər həyata keçirir. Ermənistanın işğalı altında olan ərazilərimizdə mədəniyyət ocaqlarını, dini abidələri, məscidləri dağıtması da beynəlxalq tədbirlərdə bir daha xarici qonaqların diqqətinə çatdırılıb.
Bakının dünyanın qədim, gözəl, eyni zamanda, İslam dünyasının ən qədim mədəniyyətə malik olan paytaxtlarından biri olduğu xüsusi şəkildə bildirilib. Qeyd olunub ki, bu şəhər İslam mədəniyyətinin Şərqdən Qərbə doğru yayılmasında sanki böyük bir dayanacaq, körpü rolunu oynayır.
Həmin tədbirlərdə eyni zamanda o da bəyan edilib ki, məhz Prezident İlham Əliyevin həyata keçirdiyi tədbirlər Azərbaycanın dünya birliyində möhkəm, qüdrətli yer tutmasına səbəb olub. Bu da bir həqiqətdir ki, rəsmi Bakı Azərbaycanın İKT və İSESKO ilə əməkdaşlıqda daim maraqlı olduğunu bildirib. “Bakı-İslam Mədəniyyətinin Paytaxtı-2009” Mədəniyyət ili çərçivəsində oktyabrda paytaxtımızda keçirilən İslam Konfransı Təşkilatının üzvü olan dövlətlərin Mədəniyyət Nazirlərinin VI Konfransının nümayəndələrini qəbul edən Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan İslam ölkələrilə, eyni zamanda, beynəlxalq arenada çox uğurlu əməkdaşlıq edir: “Biz bir-birimizi beynəlxalq təşkilatlarda da dəstəkləyirik və bu dəstəyin çox böyük əhəmiyyəti vardır. Xüsusilə keçən il Birləşmiş Millətlər Təşkilatının Baş Məclisində Azərbaycanın təşəbbüsü ilə müzakirə edilən Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyətlə bağlı məsələlərdə biz müsəlman ölkələrindən böyük dəstək aldıq. Bu dəstək bizim marağımızı təmin edən və ədaləti özündə əks etdirən qətnamənin qəbul edilməsində həlledici rol oynamışdır. Bu, dostluğun, qardaşlığın nümunəsidir. Bu, bir daha onu göstərir ki, biz birlikdə olanda, bütün məsələlərə vahid ailə kimi yanaşanda və xüsusilə beynəlxalq müstəvidə bir-birimizə dəstək verəndə bizim mövqelərimiz daha da güclənir. Mən əminəm ki, həm İslam Konfransı Təşkilatı çərçivəsində, həm Birləşmiş Millətlər Təşkilatında və digər beynəlxalq təşkilatlarda biz qarşılıqlı dəstəyi bundan sonra da verəcəyik. Bu dəstək bizi daha da möhkəmləndirəcək və eyni zamanda, bizim aramızda münasibətlərin dərinləşməsinə xidmət göstərəcəkdir”.
Prezident onu da bəyan edib ki, Azərbaycanın çox zəngin tarixi, çox zəngin mədəniyyəti vardır: “Biz 18 ildir ki, müstəqil ölkə kimi yaşayırıq. Ancaq müxtəlif dövrlərdə başqa ölkələrin tərkibində yaşamağımıza baxmayaraq, öz mədəni irsimizi, tarixi irsimizi saxlaya bilmişik, qoruya bilmişik. Abidələri qoruya bilmişik, ana dilimizi qoruya bilmişik, milli və dini adət-ənənələri qoruya bilmişik. Bu gün Azərbaycanın uğurlu inkişafı üçün bizim milli-mənəvi dəyərlərimiz çox böyük rol oynayır. Müstəqilliyimizin ilk illərindən biz müstəqil ölkə kimi dünya birliyinə inteqrasiya etməklə, eyni zamanda bizim üçün dost, qardaş olan müsəlman ölkələri ilə də çox sıx əlaqələr qurduq. Bu əlaqələrin müxtəlif istiqamətləri vardır və bu günlərdə Bakıda keçirilən konfrans bir daha onu vurğulayır. Azərbaycanda mədəniyyət sahəsində çox böyük işlər görülür. Bütün mədəniyyət ocaqları təmir olunur, bərpa edilir. Yeni muzeylər, teatrlar tikilir, əvvəllər tikilmiş mədəniyyət infrastrukturu yeniləşir, müasirləşir”.
Bakının 2009-cu ildə İslam mədəniyyətinin paytaxtı seçilməsinin ölkəmiz üçün qürurverici olduğunu deyən dövlət başçısı onu da bildirib ki, Azərbaycan sivilizasiyalararası dialoqun gücləndirilməsinə öz töhfəsini verir: “çünki bizim coğrafi vəziyyətimiz və eyni zamanda, Avropa təşkilatlarına üzv olmağımız bu unikal imkanları yaradır. Biz çalışacağıq öz səylərimizi bundan sonra da qoyaq ki, mədəniyyətlərarası dialoqun gücləndirilməsinə daha da böyük töhfə verək”.
Və sonda, İSESKO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycrinin də qeyd etdiyi kimi, Bakı təkcə Xəzər neftindən gələn zənginliyə malik deyil. Bakı böyük, qədim mədəniyyətə malik bir şəhərdir. Bu şəhərin insanlığın inkişafında, İslam mədəniyyətinin inkişafında böyük rolu var. Təbii ki, burada İslam ədəbiyyatının, ərəb ədəbiyyatının öyrənilməsi ilə bağlı məsələlər də öz əksini tapıb. Bütün bunların hamısı İslam aləmində xoş hisslər oyadır ki, Azərbaycan öz tarixinə sadiq bir ölkədir və bu ölkənin böyük və qədim bir tarixi var.
Günel MƏLİKLİ
Xəbər lenti
Hamısına bax
YAP xəbərləri
20 Sentyabr 15:29

YAP xəbərləri
20 Sentyabr 14:41

YAP xəbərləri
20 Sentyabr 14:28

YAP xəbərləri
20 Sentyabr 13:54

Gündəm
20 Sentyabr 13:39

YAP xəbərləri
20 Sentyabr 13:22

Gündəm
20 Sentyabr 13:08

Gündəm
20 Sentyabr 12:56

YAP xəbərləri
20 Sentyabr 12:51

YAP xəbərləri
20 Sentyabr 12:38

Gündəm
20 Sentyabr 12:35

Gündəm
20 Sentyabr 12:16

Gündəm
20 Sentyabr 11:58

MEDİA
20 Sentyabr 11:35
YAP xəbərləri
20 Sentyabr 11:24

Sosial
20 Sentyabr 11:19

YAP xəbərləri
20 Sentyabr 11:06

Analitik
20 Sentyabr 10:53

Analitik
20 Sentyabr 10:34

Analitik
20 Sentyabr 10:15

YAP xəbərləri
20 Sentyabr 09:54

Analitik
20 Sentyabr 09:29

Analitik
20 Sentyabr 09:12

Sosial
20 Sentyabr 08:56

Ədəbiyyat
20 Sentyabr 08:32

Gündəm
20 Sentyabr 00:34

YAP xəbərləri
19 Sentyabr 23:19

Siyasət
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:00

YAP xəbərləri
19 Sentyabr 21:14

YAP xəbərləri
19 Sentyabr 20:42

YAP xəbərləri
19 Sentyabr 20:10

YAP xəbərləri
19 Sentyabr 19:07

Xəbər lenti
19 Sentyabr 18:49

Dünya
19 Sentyabr 18:25

YAP xəbərləri
19 Sentyabr 18:01

YAP xəbərləri
19 Sentyabr 18:00

Xəbər lenti
19 Sentyabr 17:54

Dünya
19 Sentyabr 17:19

Elm
19 Sentyabr 17:09

YAP xəbərləri
19 Sentyabr 17:06

YAP xəbərləri
19 Sentyabr 17:05

YAP xəbərləri
19 Sentyabr 17:03

Dünya
19 Sentyabr 16:51

Dünya
19 Sentyabr 16:22

YAP xəbərləri
19 Sentyabr 16:11

YAP xəbərləri
19 Sentyabr 16:04

Dünya
19 Sentyabr 15:33

Dünya
19 Sentyabr 15:12

YAP xəbərləri
19 Sentyabr 15:02

YAP xəbərləri
19 Sentyabr 15:01

YAP xəbərləri
19 Sentyabr 15:00

Dünya
19 Sentyabr 14:48

Formula 1
19 Sentyabr 14:47

Xəbər lenti
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:43

YAP xəbərləri
19 Sentyabr 14:41

YAP xəbərləri
19 Sentyabr 14:40
YAP xəbərləri
19 Sentyabr 14:39

YAP xəbərləri
19 Sentyabr 14:38

YAP xəbərləri
19 Sentyabr 14:37

Dünya
19 Sentyabr 14:32

YAP xəbərləri
19 Sentyabr 14:21

YAP xəbərləri
19 Sentyabr 14:18

YAP xəbərləri
19 Sentyabr 14:16

Dünya
19 Sentyabr 14:15

Dünya
19 Sentyabr 13:59

YAP xəbərləri
19 Sentyabr 13:27
