Nurəngiz Gün yaradıcılığına işıq saçan “Səksən yaşın səksən anı” miniatür kitabı
24.11.2018 [10:57]
Noyabrın 23-də Miniatür Kitab Muzeyində tanınmış şair Nurəngiz Günün 80 illik yubileyi münasibətilə yeni çap olunmuş “Səksən yaşın səksən anı” miniatür kitabının təqdimat mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbiri açan muzeyin təsisçisi və yaradıcısı, Əməkdar mədəniyyət işçisi Zərifə Salahova kitab barədə fikirlərini bölüşüb. Bildirib ki, miniatür kitab 2018-ci ildə “İndigo” mətbəəsində 100 nüsxə tirajla çapdan çıxıb. Ölçüsü 75x60 millimetr olan kitab 268 səhifədən ibarətdir. Səksən şeirin yer aldığı nəşrə 80 ədəd rəngli və ağ-qara fotoşəkil daxil edilib.
Şairənin qızı, Milli Məclisin deputatı Jalə Əliyeva 80 illik yubileyi münasibətilə il ərzində Nurəngiz Günə həsr olunmuş tədbirlərdən, onun həyat və yaradıcılığını əks etdirən məqalələrdən, monoqrafiyalardan danışıb: “Onun haqqında sağlığında, xüsusilə də haqq dünyasına qovuşduqdan sonra onlarla dəyərli elmi, publisistik məqalələr, esselər, şeirlər yazılıb. Filologiya üzrə fəlsəfə doktoru Bahar Bərdəli doktorluq işi, Maşallah Məftun “Güllərin soyqırımı” poemasını, filologiya üzrə fəlsəfə doktoru Esmira Fuad monoqrafiya hazırlayıb. Miniatür Kitab Mərkəzinin tərtib etdiyi “Səksən yaşın səksən anı” miniatür kitab da Nurəngiz Günün əziz xatirəsinə həsr olunmuş tədbirlər silsiləsindəndir”.
Milli Məclisin deputatı Elmira Axundova Nurəngiz Günlə bağlı məqalə yazdığını söyləyib, onu hər zaman hörmətlə xatırlayacağını bildirib. O deyib: “Keçmiş sovet dönəmində hər yaradıcı adamın istədiyi kimi yanaşması çox çətin idi. Amma o, bacardı. Çox səmimi bir insan olmaqla yanaşı, maddi sərvətlər arxasınca qaçmadı. Onun özünəməxsus yolu vardı. Fərqli metodlardan yazmasına baxmayaraq, qələmi ilə sevildi. Özünü daha çox masa arxasında xoşbəxt hiss edən şairənin şeirlərinin dili sadə olmaqla yanaşı, çox axıcı idi. Onda daxili və zahiri gözəllik vəhdət təşkil edirdi, bütöv insan olması şeirlərində öz əksini tapıb”.
Tədbirdə Xalq yazıçısı Çingiz Abdullayev, tanımış şair, Bədii Tərcümə Mərkəzinin direktoru Səlim Babullaoğlu, Mədəniyyət Nazirliyinin sektor müdiri Cəmil Quliyev, filologiya üzrə fəlsəfə doktorları Bahar Bərdəli, Esmira Fuad və başqaları çıxışlarında Nurəngiz Günü böyük ehtiram və sevgi ilə anaraq, onun xatirəsini yaşatdığı üçün qızı Jalə Əliyevaya təşəkkür ediblər.
Çıxışlarda ədəbiyyata “Tanrı” povesti ilə gələn Nurəngiz Gün istedadlı şair, publisist və gözəl insan kimi xarakterizə edilib.
Bildirib ki, ədəbiyyatımızda öz yeri olan istedadlı şairin şeirlərində qəm və kədər notları üstünlük təşkil edib. Şeirlərindəki həmin motivlər, təbii ki, xalqımızın başına gətirilən müsibətlərdən qaynaqlanırdı. 20 Yanvar faciəsi, Xocalı soyqırımı, Qarabağ dərdi şairin yaradıcılığında yeni bir səhifə açmışdı. Onun “Xocalı simfoniyası” bu mövzuda yazılmış ən təsirli əsərlərdən biridir.
Nurəngiz Gün həm yaradıcılığı, həm də yüksək mədəniyyəti ilə insanları özünə cəlb edib. Onun işğalda olan torpaqlarımızın dərdləri ilə baş-başa qalaraq yazdığı və bizləri də bu həsrətin oduna yandırdığı bir sıra şeirləri, poemaları öz fəlsəfi-lirik, psixoloji mahiyyəti baxımından düşündürücüdür. Tanınmış poeziya ustasının ürəyindəki yanğı, ağrı-acı, Vətən təəssübkeşliyi bütün şeirlərinə hopub. Nurəngiz Günün şeirlərindəki bu ağrı Qarabağ dərdi, itirilmiş torpaqlarımızın həsrətidir. Bu həsrət onu yatmağa da qoymur, yuxusunu ərşə çəkir, qəlbini göyüm-göyüm göynədir. Şairə torpağını, xalqını, millətini sevən bir ziyalı idi.
Sonda şairənin qızı Jalə Əliyeva tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirib.
Xəbər lenti
Hamısına baxDünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44
İdman
12 May 15:22
Siyasət
12 May 15:00
Sosial
12 May 14:37
Sosial
12 May 14:37
Dünya
12 May 13:51
İdman
12 May 13:25
Siyasət
12 May 12:21
Dünya
12 May 12:19
Mədəniyyət
12 May 12:14
Siyasət
12 May 11:59
Sosial
12 May 11:58
İdman
12 May 11:57
Gündəm
12 May 11:51
İqtisadiyyat
12 May 11:51
Dünya
12 May 11:42
Hadisə
12 May 11:32
Sosial
12 May 11:31
Hadisə
12 May 11:30
YAP xəbərləri
12 May 11:22
Siyasət
12 May 11:07
Siyasət
12 May 10:43
Dünya
12 May 10:35
Dünya
12 May 10:18
Dünya
12 May 09:40
Hadisə
12 May 09:12
Hadisə
12 May 08:49
Sosial
12 May 08:31
Dünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40

