/ / Azərbaycan Avtomobil Federasiyasının təşkilatçılığı ilə klassik avtomobillərin yürüşü və sərgisi keçirilib
Azərbaycan Avtomobil Federasiyasının təşkilatçılığı ilə klassik avtomobillərin yürüşü və sərgisi keçirilib
28.08.2018 [08:59]
Avqustun 26-da Bakıda klassik avtomobillərin yürüşü və sərgisi keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Avtomobil Federasiyasının təşkilatçılığı ilə keçirilən yürüş Heydər Əliyev Mərkəzinin qarşısından start götürüb. Yürüşdə 1980-ci ilədək istehsal olunmuş 100-dən çox avtomobil iştirak edib. Onların əksəriyyəti yürüş üçün qeydiyyatdan keçmiş şəxsi avtomobillər olub. Tədbirdə Heydər Əliyev Mərkəzində nümayiş etdirilən klassik avtomobil sərgisinin eksponatları sırasında olan nəqliyyat vasitələri də iştirak edib.
Avtomobillərə ikinci həyat verən sərgi
Sərgiyə gələn tamaşaçılardan Ülviyyə Abbasova vurğulayıb ki, hazırda ölkəmizə xaricdən çoxsaylı turistlər gəlir. Bu sərgi həm də Azərbaycanın tarixə, mədəniyyətə yüksək səviyyədə münasibətinin göstəricisidir. Çox yüksək səviyyədə təşkil olunan sərgi klassik avtomobillərə yeni həyat verir.
12 yaşlı Rəsul Zəkiyev: Ən çox “Mercedes” və “BMW”dən xoşum gəldi
“İnsanların klassik avtomobilləri yaxından görməsinə imkan yaradan bu sərginin təşkilinə görə Azərbaycan Avtomobil Federasiyasına təşəkkürümü bildirirəm. Burada çox maraqlı avtomobillər nümayiş etdirilir. Mənim isə ən çox “Mercedes” və “BMW”dən xoşum gəldi” - bu sözləri III Uşaq Paralimpiya İdman Oyunlarının əlil arabasında idman rəqsi üzrə qaliblərindən biri Rəsul Zəkiyev söyləyib.
Azərbaycanda klassik avtomobillərə çox böyük maraq var
Sərgi iştirakçısı Rasim Məmmədov buraya “Triumf” avtomobili ilə gəlib. Onun sözlərinə görə, bu avtomobil 1952-ci ildə İngiltərədə istehsal olunub. “Dünyada bu modeldən olan cəmi 190 avtomobil istehsal edilib. Bu günümüzə onlardan yalnız 20-si gəlib çatıb. İlk dəfədir ki, bu avtomobil sərgisinə qatılıram, burada çox yaxşı ab-hava var. Azərbaycanda klassik avtomobillərə maraq çox böyükdür. Bu sərgi isə çox yüksək şəkildə təşkil olunub”, - deyə Rasim Məmmədov qeyd edib.
Belə sərgi ildə bir neçə dəfə keçirilsə, yaxşı olar
Rameş Novruzov isə sərgiyə 1965-ci il sovet istehsalı olan Volqa “Qaz-21” avtomobili ilə gəlib. “Avtomobili restavrasiya etmişik. Sonradan həyat yoldaşım üçün də digər bir retro avtomobil aldıq. Bu, 1961-ci ildə istehsal olunmuş “Moskviç” markalı klassik avtomobildir. Biz retro avtomobil sərgisində dəfələrlə iştirak etmişik. Burada çox gözəl avtomobillər nümayiş olunur”, - Rameş Novruzov belə deyib.
Yürüşə “Vaz-011” markalı minik avtomobili (1973-cü il) ilə qatılmış Həsən Həsənovun fikrincə isə, bu cür sərgi ildə bir neçə dəfə keçirilsə, yaxşı olar.
Paytaxt sakinləri deyirlər ki, bu sərgi və yürüş Bakının həyatında əsl bayramdır. Bu avtomobillər xüsusən onları görməyən gənclərdə daha çox maraq doğurur.
Avtomobillər şəhərin mərkəzi küçələri ilə yürüşdən sonra Heydər Əliyev Mərkəzinin parkında nümayiş olunub.
Yürüş-sərgidə “Ford Model A” (1930), “QAZ M 20 Pobeda” (1958), “Mercedes Benz SL 190” (1962), “Ford Mustang” (1966), “Volvo 13134” (1966), “VAZ 21011” - milis (1973), “BMW 3.0 CS Coupe (1974), “Qaz 13”- Çayka (1975) və digər unikal avtomobil modelləri təqdim edilib.
Xəbər lenti
Hamısına baxDünya
09 Sentyabr 23:18
İqtisadiyyat
09 Sentyabr 22:50
Dünya
09 Sentyabr 22:24
YAP xəbərləri
09 Sentyabr 22:12
Dünya
09 Sentyabr 21:43
İdman
09 Sentyabr 21:16
İqtisadiyyat
09 Sentyabr 20:59
Elm
09 Sentyabr 20:25
İqtisadiyyat
09 Sentyabr 19:42
Elm
09 Sentyabr 19:17
Maraqlı
09 Sentyabr 18:16
Dünya
09 Sentyabr 17:23
YAP xəbərləri
09 Sentyabr 16:53
Dünya
09 Sentyabr 16:38
YAP xəbərləri
09 Sentyabr 16:11
YAP xəbərləri
09 Sentyabr 16:08
YAP xəbərləri
09 Sentyabr 16:03
YAP xəbərləri
09 Sentyabr 16:01
YAP xəbərləri
09 Sentyabr 15:47
YAP xəbərləri
09 Sentyabr 15:43
İdman
09 Sentyabr 15:19
Dünya
09 Sentyabr 14:26
Dünya
09 Sentyabr 13:31
İqtisadiyyat
09 Sentyabr 13:19
Xəbər lenti
09 Sentyabr 13:10
Dünya
09 Sentyabr 13:09
Dünya
09 Sentyabr 12:50
Elanlar
09 Sentyabr 12:49
Sosial
09 Sentyabr 12:42
Dünya
09 Sentyabr 12:23
Siyasət
09 Sentyabr 12:13
Gündəm
09 Sentyabr 12:12
Mədəniyyət
09 Sentyabr 11:49
Elm
09 Sentyabr 11:45
İqtisadiyyat
09 Sentyabr 11:43
Hadisə
09 Sentyabr 11:42
İqtisadiyyat
09 Sentyabr 11:41
Dünya
09 Sentyabr 11:34
Elm
09 Sentyabr 11:32
Dünya
09 Sentyabr 11:19
Gündəm
09 Sentyabr 10:42
Gündəm
09 Sentyabr 10:37
Mədəniyyət
09 Sentyabr 10:36
YAP xəbərləri
09 Sentyabr 10:34
İqtisadiyyat
09 Sentyabr 10:24
Gündəm
09 Sentyabr 09:52
Analitik
09 Sentyabr 09:17
Sosial
09 Sentyabr 08:53
Elm
09 Sentyabr 08:31
İdman
09 Sentyabr 07:59
Dünya
09 Sentyabr 07:58
Dünya
09 Sentyabr 07:56
Hadisə
09 Sentyabr 07:41
Dünya
08 Sentyabr 23:32
Dünya
08 Sentyabr 23:10
Dünya
08 Sentyabr 22:56
Dünya
08 Sentyabr 22:23
İqtisadiyyat
08 Sentyabr 21:45
Dünya
08 Sentyabr 21:34
İdman
08 Sentyabr 21:19
İqtisadiyyat
08 Sentyabr 20:42
Dünya
08 Sentyabr 20:31
Dünya
08 Sentyabr 20:17
Sosial
08 Sentyabr 19:50
İqtisadiyyat
08 Sentyabr 19:24
Sosial
08 Sentyabr 19:10
YAP xəbərləri
08 Sentyabr 18:18
Dünya
08 Sentyabr 18:16
YAP xəbərləri
08 Sentyabr 18:09
YAP xəbərləri
08 Sentyabr 17:41

