Heydər Əliyev Mərkəzində tanınmış fotoqraf Reza Deqatinin fərdi sərgisi açılıb
13.04.2018 [10:02]
Aprelin 12-də Heydər Əliyev Mərkəzində tanınmış fotoqraf Reza Deqatinin fərdi sərgisi açılıb.
AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Mərkəzinin parkında təqdim olunan, “Bəşəriyyət. Vizual səyahətə dəvət” adlı fərdi sərginin açılış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib.
Mərasimdə çıxış edən Reza Deqati dünyanın ən böyük mədəniyyət məkanlarından birində - Heydər Əliyev Mərkəzinin parkında sərginin açılmasından çox şad olduğunu bildirib. “Bu gün mənim ömrümdə yadda qalan gün olacaq”, - deyən fotoqraf 40 il bundan əvvəl dünyanı gəzərək fotolar çəkməyə başladığını qeyd edib. Bildirib ki, bu 40 il ərzində dünyada təkcə müharibələr, çətinliklər deyil, gözəllik olduğunu da görüb.
Fotoqraf qeyd edib ki, insan dünyanın, təbiətin gözəlliyini görməsə, bəşəriyyətə nə üçün kömək etməli olduğunu bilməyəcək. O, dünyada bütün varlıqların - insanların, digər canlıların, bitkilərin bir-birinə bağlılığından və vəhdət təşkil etdiyindən danışıb. Vurğulayıb ki, başlıca məqsədimiz bir-birimizə kömək edərək, dünyanı qorumaqdır.
Otuz ildir ki, Azərbaycana gəldiyini, ölkəmizin bu 30 ildə inkişaf etdiyini görən fotoqraf Azərbaycandakı tolerantlıq mühitini xüsusi qeyd edib, burada bütün dinlərin, millətlərin nümayəndələrinin rahat yaşadıqlarını söyləyib. “Bu sərgi dünya sərgimdir. Bir aydan sonra Heydər Əliyev Mərkəzində Azərbaycana aid əsərlərim sərgilənəcək”, - deyən Reza Deqati dəstəyə görə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya təşəkkürünü bildirib.
Sonra sərgi ilə tanışlıq olub. Sərgidə müəllifin 60-dək fotosu nümayiş olunur. Burada Reza Deqatinin müxtəlif illərdə Azərbaycan, Fransa, Misir, Türkiyə, Çin, Əfqanıstan və digər ölkələrdə çəkdiyi fotolar yer alıb. Bu fotolar müxtəlif ölkələrdə ayrı-ayrı mədəniyyətlərə, talelərə sahib olan insanların hekayələrini, onların hisslərini əks etdirir.
Heydər Əliyev Mərkəzinin parkında nümayiş olunan əsərlər ziyarətçiləri həm də bəşəriyyətə vizual və bədii səyahətə dəvət edir.
Sərginin müəllifi Reza Deqati karyerasına tədqiqat və memarlıqla başlayıb, daha sonra fotoqrafiyaya sevgisinin ardınca gedərək bu sahədə uğurlar qazanıb, beynəlxalq mükafatlara sahib olub. Reza Deqati ötən 40 il ərzində 100-dən çox ölkəyə səyahət edib. Onun işləri kitablar, sərgilər və “National Georaphic” kanalı üçün hazırlanmış sənədli filmlərdən əlavə, beynəlxalq mətbuatda da yer alıb. Reza Deqatinin Parisdə “Mühacirin düşüncələri”, “Kəsişən talelər”, Vaşinqtonda “Bir dünya, bir tayfa”, Normandiyada “Müharibə+Sülh” və Dohada “Ümid” adlı sərgiləri təşkil olunub. Fotoqraf, ümumilikdə, dünya üzrə 250 sərginin iştirakçısı olub.
Azərbaycana ilk dəfə 1987-ci ildə gələn Reza Deqatinin əsərləri Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən bir sıra layihələrdə təqdim edilib. Fondun təşkilatçılığı ilə 2013-cü ildə Parisdə, UNESCO-nun mənzil-qərargahında Reza Deqatinin “Azərbaycan - Tolerantlıq məkanı” adlı sərgisi açılıb. Həmin sərgi daha sonra Moskvada, Nyu-Yorkda BMT-nin mənzil-qərargahında, Brüsseldə Avropa Parlamentində nümayiş olunub. 2014-cü ildə isə Parisdə Reza Deqatinin “Azərbaycan - Alovun zərifliyi” sərgisi keçirilib.
Heydər Əliyev Fondunun dəstəyi ilə, həmçinin Reza Deqatinin fotolarından ibarət “Alovun zərifliyi” və “Günahsızların qırğını” kitabları nəşr edilib. “National Geographic” Cəmiyyətinin tədqiqatçısı olan Reza Deqati bir sıra mükafatlara, o cümlədən Parisin Amerika Universitetinin “Doctor Honoris Causa” fəxri adına, Fransanın Milli Xidmət Kavaleri ordeninə layiq görülüb.
Sərgi oktyabrın 1-dək açıq olacaq.
Xəbər lenti
Hamısına baxDünya
12 İyun 00:19
Siyasət
11 İyun 23:51
Dünya
11 İyun 23:49
İdman
11 İyun 23:21
Sosial
11 İyun 23:21
Dünya
11 İyun 22:46
Dünya
11 İyun 22:34
Sosial
11 İyun 22:19
Sosial
11 İyun 21:55
Dünya
11 İyun 21:52
Siyasət
11 İyun 21:48
Dünya
11 İyun 21:28
Dünya
11 İyun 21:10
Dünya
11 İyun 20:41
Dünya
11 İyun 20:16
Sosial
11 İyun 19:52
Dünya
11 İyun 19:20
Xəbər lenti
11 İyun 19:04
Dünya
11 İyun 18:26
YAP xəbərləri
11 İyun 18:08
YAP xəbərləri
11 İyun 18:08
11 İyun 18:07
YAP xəbərləri
11 İyun 18:06
İqtisadiyyat
11 İyun 17:17
Xəbər lenti
11 İyun 16:52
YAP xəbərləri
11 İyun 16:39
Dünya
11 İyun 16:39
Elm
11 İyun 16:29
İqtisadiyyat
11 İyun 16:28
Sosial
11 İyun 16:26
Siyasət
11 İyun 16:03
YAP xəbərləri
11 İyun 15:55
Dünya
11 İyun 15:54
Sosial
11 İyun 15:42
Xəbər lenti
11 İyun 15:30
YAP xəbərləri
11 İyun 15:27
Sosial
11 İyun 15:05
YAP xəbərləri
11 İyun 15:04
YAP xəbərləri
11 İyun 15:03
YAP xəbərləri
11 İyun 14:59
YAP xəbərləri
11 İyun 14:57
YAP xəbərləri
11 İyun 14:36
Sosial
11 İyun 14:00
Siyasət
11 İyun 13:56
YAP xəbərləri
11 İyun 13:55
İqtisadiyyat
11 İyun 13:46
Hadisə
11 İyun 13:44
YAP xəbərləri
11 İyun 13:34
İqtisadiyyat
11 İyun 13:14
İqtisadiyyat
11 İyun 13:12
Sosial
11 İyun 12:58
YAP xəbərləri
11 İyun 12:53
YAP xəbərləri
11 İyun 12:50
İqtisadiyyat
11 İyun 12:46
Sosial
11 İyun 12:45
Sosial
11 İyun 12:28
İdman
11 İyun 12:16
YAP xəbərləri
11 İyun 12:02
YAP xəbərləri
11 İyun 12:01
YAP xəbərləri
11 İyun 12:00
YAP xəbərləri
11 İyun 11:53
YAP xəbərləri
11 İyun 11:52
Gündəm
11 İyun 11:49
YAP xəbərləri
11 İyun 11:41
Gündəm
11 İyun 11:25
Ədəbiyyat
11 İyun 11:01
Sosial
11 İyun 10:54
Gündəm
11 İyun 10:51
İqtisadiyyat
11 İyun 10:45
Gündəm
11 İyun 10:36

