O kəslər xoşbəxtdirlər ki, dedikləri sözlər yadigara çevrilir
17.09.2009 [10:04]
Hörmətli oxucu, məqsədim heç də yaxşı tanıdığım insanın, aparıcı nəşrin baş redaktorunun, millət vəkilinin xarakterik cəhətlərinin səciyyəsini vermək deyil. Bunun üçün çox dərinliyə baş vurmaq məsuliyyətini hiss etdiyimdən mətləbdən uzaqlaşmaq istəmirəm. Bir də onu yada salım ki, atalarımız “görünən kəndə nə bələdçi” deyiblər. Yazım Bəxtiyar müəllimin tale yoluna sədaqətlə bağlılığı fonunda duyğularının cəmləşdiyi yeni kitabına - “ömrün söz yadigarı”na həmkar baxışıdır.
Şəxsi kitabxanamda dəyərli həmkarımın Qarabağ müharibəsindən bəhs edən “Qeyrət və xəyanət”ini, habelə, “İnsan və zaman”ını, “Həqiqət və yalan”ını, müştərək müəllifi, yaxud redaktoru olduğu ictimai-siyasi mövzudakı 20-dək kitabının müəyyən qismini toplamışam. Tam səmimiyyətlə deyə bilərəm ki, “Oskar” NPM-in mətbəəsində bu yaxınlarda nəfis tərtibatla çapdan çıxan 472 səhifəlik yeni nəşr həssas və tələbkar oxucu yaddaşında xüsusi özəlliyi ilə qalır. Kitabdan sinni 60-ın həndəvərində dolaşan, bəlkə də aşmağa tələsməyən, fəqət yaratdığı nümunələrlə kamil jurnalistlər düşərgəsinin sakini hüququnu qazanmış istedadlı qələm sahibinin qayğı, düşüncə və narahatlığı boylanır. İstər-istəməz özlüyündə sualların əhatəsinə düşürsən. Belə qənaətə gəlirsən ki, hamıya cansız görünən qələm, onunla yazılan sözlər necə qüdrətə malikdir. O, “ürəyin açarı, düşüncənin gerçəkliyidir”, “dünya sözlə yaranıb, sözlə yaşayır, sözlə idarə olunur. Bu, həm də sözun qüdrətinin və sülhtəbiətli olmasının təsdiqidir”... Kitabın cəmi bir səhifəlik “Müəllifdən” sərlövhəli hissəsi B.Sadıqovda az sözlə dərin məna ifadəetmə bacarığının formalaşdığını təsdiqləyir. Yəni hər cümlə fikir, kazus kimi təhlil ehtiyacı doğurur. Bu barədə bir qədər sonra. İstərdim öncə rəy yazmağımın nədən qaynaqlandığına aydınlıq gətirim. Axı, müəllif yenə əvvəlki ənənəsinə sadiq qalaraq ərmağanına əli ilə üç-dörd kəlmə də olsun qeyd etməyib. Təvazökarlığına bələd olduğumdan bunu unutqanlıq, hövsələsizlik adlandırmazdım.
Kitabın “Tarixi yaradanlar və yaşadanlar” adlı birinci fəslinin “İlk uğurumun müəllifi - sonrakı nailiyyətlərimin səbəbkarı” bölməsini oxuyanda qeyri-ixtiyari düşüncələrə dalıram. İlahi, şükür kəramətinə ki, xalqımıza Heydər Əliyev kimi misilsiz dühanı bəxş etmisən. Müəllifin yazdığı kimi, 34 il Azərbaycana rəhbərlik etdiyi dövrdə ümummilli lider Heyder Əliyevin gördüyü bütün işləri, etdiyi xeyirxahlıqları və alicənablıqları qələmə almaq, yaxud Onun kömək göstərdiyi, həyatlarında müəyyən rol oynadığı bütün insanları müəyyənləşdirərək qəzetdə yazılarını vermək mümkün deyil.
Fəslin “İlk uğurumun müəllifi - sonrakı nailiyyətlərimin səbəbkarı” bölməsində müəllif həmin insanlardan biri kimi sadəcə olub-keçənləri xatırlamır, Ulu öndərin ruhu qarşısında bunlardan qürur hissi, səmimiyyətlə söhbət açır. Azərbaycan mediasının simasına çevrilən, ictimai rəyə təsir göstərən, müntəzəm yayımlanan kütləvi informasiya vasitələrinin rəhbərlərini, bir çox tanınmış jurnalistləri yada salıram. Əksəriyyəti B.Sadıqov və mənim kimi məhz Heydər Əliyevin sayəsində ya hansısa ədalətsizlik aradan qaldırıldıqdan sonra jurnalistika fakültələrinə qəbul olunub, ya da iri qruplar halında keçmis SSRİ-nin müxtəlif respublikalarındakı ali məktəblərdə eyni ixtisasa yiyələnmək imkanı qazanıblar.
Dahi insanın yenitipli Azərbaycan mətbuatının təşəkkülü, inkişafına, söz və mətbuat azadlığının cəmiyyətin ayrılmaz hissəsinə çevrilməsinə, elə peşəkar jurnalistlərin yetişdirilməsinə, yazarların şəxsi həyatındakı misilsiz roluna nəzər yetirərək “halallıq” ifadəsinə diqqəti yönəldək. Rəhbərin həmin istiqamətlərdəki fəaliyyətindən çox yazılıb, gələcəkdə də bunun üçün tükənməz mövzular mövcuddur. Birinci fəsildəki “Niyə məhz Heydər Əliyev gəlməliydi”, “Hər bir Azərbaycan vətəndaşının Prezidenti”, “Müasirtipli parlamentin memarı və yaradıcısı”, “Böyük qurucu” və sair yazılarda Heydər Əliyevin qibtə ediləcək insan, qayğıkeş, tələbkar rəhbər, xilaskar... obrazından ştrixləri verən jurnalistin orijinal axtarışları “Qeyri-adi rekordlar”da cəmləşir. Biz də onun bu fikrinə şərikik ki, ümummilli liderimiz indiyədək rəsmi şəkildə qeydə alınmayan, lakin hamının yaxşı bilib qəbul etdiyi bir sıra “dünya rekordları”nın sahibidir. “Dünyaşöhrətli siyasətçi ölkə başçıları arasında ən uzunömürlü siyasi xadim”, “Son 30-40 ildə ən çox tikib-quran dövlət başçısı”, “Ən çox sənəd imzalayan dövlət rəhbəri”, “Heydər Əliyev qədər nəhəng beynəlxalq layihələrin müəllifi və həyata keçirilməsinin səbəbkarı olan lider yoxdur”. Nəhayət, jurnalistlərlə görüş üzrə dünya rekordunun sahibi. Sonuncusu media əməkdaşlarına, belə desək, daha yaxınıdır. B.Sadıqovun mövzu ilə bağlı yazılarında qələm sahiblərimizin 2002-ci ildə Heydər Əliyevi haqlı olaraq “Jurnalistlərin dostu” mükafatına layiq gördüklərinin geniş publisistik təsdiqi əksini tapır.
Həmkarımızın kitabındakı IV fəsil (“Mətbuat və mənəvi dəyərlər”) bütövlükdə peşə yaşantılarımıza həsr olunub. Bəxtiyar müəllim görmək istədiyi mətbu mühitin arzu və istəklərində seyrçi deyil. Fəal həyat mövqeyi, faydalı əməlləri onun ayrılmaz yol yoldaşıdır. Fəslin “Müqəddəslik” adlı ilk məqaləsindən də göründüyü kimi, bu insan üçün jurnalistika şərəfli, ləkə götürməyən, sözü üzə vaxtında, düz demək cəsarətinə malik insanların peşəsidir. Kitabdan oxuyuruq: “Bəs, söz demək üçün insana nə lazımdır? Təbii ki, əvvəlcə söz söyləmək istedadı. Sonra dediyinin eşidilməsi üçün ağıllı mühakimə yürütmək bacarığı və bir də mənəvi haqq!” Doğrudan da bunlar olmasa, deyilən sözlər mənasız yığıma çevrilər. “Dilimizə qayıdış”, “Məsuliyyətsiz sözün sərhədsiz azadlığı” və digər materiallar Mətbuat Şurasının Dil komissiyasının sədri B.Sadıqovun dillə bağlı vətəndaş, ziyalı, jurnalist düşüncələrinin, baxışlarının təzahürləridir. “Milli mətbuat və milli mənafe”, “Oxucu axtarışında”, “Ağıl vermək səlahiyyəti” əsasən jurnalistikaya üz tutanlara ünvanlansa da, həssas oxucunun peşəsindən asılı olmayaraq hər birinin mütaliəsi faydalıdır.
Kitabın peşəmizlə bağlı hissəsindən ətraflı bəhs istəməzdim qınağa tuş gəlsin. Amma bir halda ki, kimlərinsə götürməli olduğu kifayət qədər müsbət cəhətlər var, ötərgi söhbət də məqbul sayıla bilməz.
Digər fəsilləri vərəqləyək. Bəxtiyar müəllim əslən Qarabağlıdır. Baxışlarındakı nisgildən, nigaran söhbətlərindən doğulduğu, boya-başa çatdığı doğma yurd həsrətini hər gün, hər saat daxilində yaşatdığı şəksizdir. Nikbinlik bu hisslərin ayrılmaz müttəfiqidir. “Qarabağa gedən yol” fəslindəki məqalələrdə bu üzüntülər və mübarizlik dərin publisistik məna çalarları ilə təqdim olunur. Həmin nümunələr öncə 2002-ci ildən bəri “Azərbaycan” qəzetində işıq üzü görub. Boya-başa çatdığı Ağdamla yanaşı Qarabağın bütün guşələrini beş barmağı kimi tanıyan jurnalist hər bir mövzunu elə ustalıqla, şirin dillə qələmə alır ki, özündə bu yazıları təkrar oxumaq ehtiyacı duyursan. B.Sadıqov millət vəkili kimi ölkənin müxtəlif regionlarında məskunlaşan insanlara müntəzəm baş çəkir, kömək əlini uzadır, evlərdə çörək kəsdiyi, ictimai yerlərdə rastlaşdığı, tədbirlərdə söhbətləşdiyi insanların dediklərini, müşahidələrini qələmə alır. “Cəbhədən-cəbhəyə”, “Harada qalmısınız əzizlərim?!”, “Azərbaycan əsgəri. Onu güclü və qüdrətli edən nədir?” , “Əqidədən doğan inamın rəmzi”... yazılarında bütün bunlar nikbin notlarla müşayiət edilir. Dediklərimiz “Ziyalı sözü, vətəndaş mövqeyi” fəslində cəmləşmiş yazılara da xas xüsusiyyətlərdir.
“ömrün söz yadigarı” barədə duyğularımızı söz boxçamızdan götürdüklərimizlə ifadə etməyə çalışdıq. Həqiqətən o kəslər xoşbəxtdirlər ki, dedikləri sözlər yadigara çevrilir. Sayğılı həmkarım Bəxtiyar Sadıqovun bu kitabı ilə də belə tale yaşayacağı şəksizdir.
Əflatun AMAŞOV,
Azərbaycan Mətbuat Şurasının sədri
Xəbər lenti
Hamısına baxDünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06

